18 May 2024

Şənbə, 21:45

"GÖZƏLLİYİ BÖLÜŞMƏK LAZIMDIR"

Məşhur rusiyalı fotorəssam Yekaterina Rojdestvenskaya Azərbaycan haqqında nələri ifadə etməyə çalışardı?

Müəllif:

24.02.2015

Ye­ka­te­ri­na Roj­de­s­t­ven­skaya - in­san­la­rın di­g­ər döv­lət­dən, hət­ta nağıl­lar­dan per­so­naj­lar­da ye­ni­dən təcəs­süm olun­maq­tək uni­kal im­kan əl­də et­dik­lə­ri çox­lu fo­to­lay­i­hə­lə­ri ya­ra­dan is­te­dad­lı ru­siy­a­lı fo­to­qraf­dır. O, gö­zəl­liyi ən xır­da de­tal­lar­da gö­rə bi­lir. Ye­ka­te­ri­na Roj­de­s­t­ven­skaya nik­bin da­lğ­a­da ya­şa­mağa ça­lı­şır və əmin­dir ki, dünya­nı xey­ir­xah­lıq xi­las edəcək. Bu ya­xın­lar­da məş­hur fo­to­rəs­sam Ba­kı­da olub. O, öz tə­əssürat­la­rı­nı "R+"la söh­bə­tin­də bölüşüb.

 - Siz ilk də­fə­dir Ba­kıya gəl­mi­si­niz. Sə­fə­ri­niz za­ma­nı ya­ra­nan tə­əssürat­la­rı­nı­zı bi­zim­lə bölüşər­di­niz. Ən çox nə xo­şu­nu­za gəl­di?

- Mən Ba­kıya fe­v­ra­lın əv­və­lin­də 70 il­liy­i­ni qeyd edən Azər­bayca­nın Ru­siy­a­da­kı sə­fi­ri Po­lad Bülbüloğlu­nun də­və­ti­lə gəl­mi­şəm. Onun yu­bi­ley­i­nə ke­ç­miş So­vet İt­ti­fa­qı­nın hər ye­rin­dən ya­xın do­stla­rı və səh­nə yol­daş­la­rı gəl­miş­di­lər. Əl­bət­tə, ha­mı ilə görüşmək və si­zin gö­zəl şə­hə­ri­niz, onun sa­kin­lə­ri ilə ta­nış ol­maq xoş idi. Mən çox­dan Ba­kı­da ol­maq is­təy­ir­dim. Hə­lə atam­dan (məş­hur so­vet şa­i­ri - Ro­bert Roj­de­s­t­ven­ski - müəllif) si­zin şə­hə­ri­ni­zin gö­zəl­liyi və in­san­la­rı­nı­zın qo­naq­pər­vər­liyi ha­q­da çox eşit­mi­şəm. Po­lad Bülbüloğlu­nun də­və­ti lap ye­ri­nə düş­dü. Vax­tı­mı­zı əla ke­çir­dik və onun doğum gününü Hey­dər Əliy­ev Sa­rayın­da qeyd et­dik. Bu, son də­rəcə gö­zəl kon­sert idi! Ha­mı Po­la­dın səh­nə­də ener­jido­lu və dray­vla çı­xı­şı­na hey­ran qal­mış­dı. Mə­nə hət­ta elə gəl­di ki, o, ya­şı ilə bağlı bir qə­dər ya­lan dey­ib. Beş sa­at ya­rım vaxt ər­zin­də həm oxu­maq, həm rəqs et­mək, həm də öz kon­ser­ti­ni apar­maq... Po­lad çox gö­zəl for­ma­da­dır! Ba­kıya gəl­dik­də isə he­sab edi­rəm ki, bu, gördüyüm ən ma­raq­lı və gö­zəl şə­hər­lər­dən bi­ri­dir. Ke­ç­miş və in­di­nin, qə­dim­lik və müa­sir­liy­in qey­ri-adi ahə­ng­də həm me­mar­lığa, həm də adi həy­a­ta da­xil ol­ma tər­zi­ni çox bə­y­ən­­dim. Ba­kı­lı­lar­la da­nı­şar­kən on­la­rın göz­lə­rin­də şə­hər­lə­ri­nə qar­şı duy­duq­la­rı böyük mə­həb­bət və qürur his­si­ni gördüm. İna­nın, heç də hər şə­hər bu qə­­dər qə­dir­bi­lən və və­tən­pər­vər sa­kin­­lə­ri ilə fə­rəh­lə­nə bil­məz.

- Ba­kı­da ol­duğu­nuz müddət­də, bi­zim şə­hər­də çək­diy­i­niz çox­lu şə­kil­lə­ri bölüşməyə müvəf­fəq ol­mu­su­nuz. Ba­kı ilə bağlı fo­to­lay­i­hə ha­zır­la­mış ol­say­dı­nız, onu nəyə həsr edər­di­niz?

- İlk növ­bə­də, in­san­la­ra. Bütün lay­i­­hə­lə­ri­mi in­san­la­ra həsr edi­rəm. Bu şə­kil­də həy­a­tı bir az da ol­sa dəy­iş­məyə, onu da­ha xey­ir­xah və gö­zəl et­mək is­təy­i­rəm. Meh­ri­ban, işıq­sa­çan göz­lə­ri və sə­mi­mi gülüşü olan nik­bin, gö­zəl si­ma­la­rı çək­mək olar. Bu cür şə­kil­lər­dən in­sa­nın qəl­bi isi­nir və an­layır­san ki, xey­ir­xah­lıq hə­lə də var. O, ya­xın­da­dır, sa­dəcə biz çox vaxt onu görmürük və yan ke­çi­rik.

- Siz MDBMİ-nin bey­nəl­xalq əla­qə­lər ix­ti­sa­sı üzrə təh­sil al­mı­sı­nız. Da­ha so­nra ing­i­lis və fran­sız dil­lə­rin­dən bə­dii ədə­biyyat tərcümə­si ilə mə­şğ­ul ol­mu­su­nuz. Necə ol­du ki, siz fo­to­qraf­çı­lıq­la mə­şğ­ul ol­maq qə­ra­rı­na gəl­di­niz?

- Fo­to­qraf­çı­lığa tə­sadüfən baş­la­dım. Həy­at yol­da­şım mə­nə yax­şı və ba­ha­lı fo­to­apa­rat hə­diyyə et­di. Özümü fo­to­qraf­çı­lı­q­da sı­na­maq qə­ra­rı­na gəl­dim. Elə o vax­tı ul­duz­la­rın iş­ti­ra­kı ilə qey­ri-adi lay­i­hə - "Fər­di kol­lek­siya"nı düşündüm. İlk mo­del rə­fi­qəm ol­du - ba­kı­lı, Ne­fer­ti­ti ob­ra­zın­da çə­ki­lən İri­na Al­le­q­ro­va. Həy­at yol­da­şım­dan işi­mi qiy­mət­lən­dir­mə­si­ni xa­hiş et­dim. Bu lay­i­hə­ni elə bəy­ən­di ki, fo­to­lay­i­hə­ni özünün "Ka­ra­van is­to­riya" jur­na­lın­da dərc et­məyi tək­lif et­di (Ye­ka­te­ri­na­nın həy­at yol­da­şı Dmi­t­ri Biryu­kov "Ka­ra­van is­to­riya"nın da da­xil ol­duğu "Sem dney" nə­ş­riyya­tı­na rəh­bər­lik edir. Ye­ka­te­ri­na özü "Sem dney" jur­na­lı­nın re­dak­to­ru­dur - müəllif). Əv­vəlcə stu­diya qi­s­min­də mən öz mən­zi­li­mi is­ti­fa­də edir­dim. La­kin çox ke­ç­mə­di, bu çox na­ra­hat­lıq ya­rat­dı və mən ema­lat­xa­na­mı baş­qa yer­də təş­kil et­mək qə­ra­rı­na gəl­dim.

- Ke­çən il ya­ra­dıcı­lıq yu­bi­ley­i­niz olub - 15 il əv­vəl si­zin "Fər­di kol­lek­siya"nı­zın ilk ek­s­po­na­tı ya­ra­nıb. Ora­da nə qə­dər por­t­ret var?

- Nə qə­dər por­t­re­ti­min ol­duğu­nu deyə bil­mə­rəm. Am­ma bu müddət ər­zin­də, təx­mi­nən, beş min in­sa­nı çək­məyə müvəf­fəq ol­mu­şam.

- Bəs, lay­i­hə­lə­ri­niz üçün qəh­rə­man­la­rı necə se­çir­si­niz?

- İlk növ­bə­də, bu, ta­nı­nan şəx­siyyət ol­ma­lı­dır. Yə­ni oxucu­la­ra şə­kil­də ki­min ol­duğu­nu və nə ilə məş­hur ol­duğu­nu iz­ah et­məyə eh­tiy­ac qal­ma­sın. Mə­sə­lən, Lüdmi­la Qur­çen­ko, La­ri­sa Do­li­na və ya Yu­li Qu­s­man. On­la­rı ha­mı ta­nıyır - ba­laca­dan böyüyə ki­mi. Adə­tən, ul­duz üçün lay­i­hə ob­ra­zı­nı mən fi­kir­lə­şi­rəm. Kə­nar­dan gö­rə bi­li­rəm kim ki­mə "ye­ni­dən həy­at ve­rə bi­lər".

Bi­lir­si­niz, xə­s­tə hə­ki­min ya­nı­na kö­mək üçün gə­lən­də və özü də ona müa­licə üsul­la­rı tö­v­siyə et­dik­də, bu­nun heç bir yax­şı nə­ticə­si ol­mur.

- Siz məş­hur­lar­la çox iş­ləy­ir­si­niz. Ən çox ki­min­lə ünsiyyət ma­raq­lı ke­çib?

- Mə­nim üçün be­lə bir in­san hə­mi­şə Lüdmi­la Mar­kov­na Qur­çen­ko olub və elə də qa­lacaq. Qur­çen­ko o qə­dər gö­zəl və zə­rif in­san, qey­ri-adi ak­tri­sa, çox güclü şəx­siyyət idi ki, mən, bəl­kə də, heç vaxt öz yo­lum­da bu sə­viyyə­də olan ul­du­za rast gəl­məy­əcəy­əm. Onu hə­mi­şə xa­tır­lay­acağam.

 - Ata­nız Ro­bert Roj­de­s­t­ven­ski ol­duqca cid­di, ağır bir şəxs olub. Yə­qin ki, siz onu fər­q­li şə­kil­də xa­tır­layır­sı­nız...

- De­məz­dim ki, atam cid­di və xüsu­si­lə də ağır tə­bi­ət­li olub. Onun çox gö­zəl yu­mor his­si var­dı. Çox­la­rı in­diyə ki­mi onun işıq­sa­çan gü­ləy­ən göz­lə­ri­ni və sə­mi­mi gülüşünü xa­tır­layır. Ata­mın son də­rəcə qey­ri-adi yu­mor his­si var­dı. O, cid­di və bə­zən də kə­dər­li üz ifa­də­si ilə ina­nıl­maz də­rəcə­də gülmə­li he­kay­ə­lər da­nı­şa bi­lər­di. Ət­raf­da ha­mı gülmək­dən ölürdü. O, çox qayğı­keş və xey­ir­xah bi­ri idi. İn­san­la­ra çox kö­mək edir­di və heç vaxt bu ha­q­da bil­dir­məy­ib. O, son də­rəcə tə­va­zö­kar və sə­mi­mi idi. Mə­nim üçün atam - in­sa­nın ide­a­lı­dır, bütün ömrüm boyu ona bən­zər heç ki­mə rast gəl­mə­mi­şəm. O, be­lə tək idi...

- Bəs, ata­nız - böyük şa­ir - bu­nu an­la­dığı­nız anı xa­tır­layır­sı­nız­mı?

- O anı çox gö­zəl xa­tır­layı­ram. Bu ötən ilin 60-cı il­lə­rin­dən baş ve­rib. 9-10 ya­şım olar­dı. Anam mə­ni özü ilə "Luj­ni­ki" sta­di­o­nu­na, ata­mın bə­dii ya­ra­dıcı­lıq gecə­si­nə apar­mış­dı. Sta­di­on adam­la do­lu idi. O vaxt çı­xış edə­nin üzünü gö­rə bil­mək üçün iri plaz­ma pa­nel­lər mö­vcud dey­il­di. Mən sta­di­on­da qu­rul­muş səh­nə­nin mər­kə­zin­də ata­mın ba­laca fi­qu­ru­nu gördüm. O qə­dər ba­laca idi ki, qa­rış­qaya ox­şayır­dı. Şe­ir­lə­ri­ni mi­k­ro­fo­na oxuy­ur­du, ət­ra­fı­mız­da­kı­lar isə on­la­rı san­ki dua ki­mi pı­çıl­tı ilə tə­k­rar edir­di­lər. Hə­min an an­la­dım ki, bi­le­tə gö­rə göz­ləy­ən və bütün işi­ni atan min­lər­lə in­sa­nın gəl­diyi o qa­rış­qacıq - qey­ri-adi və önəm­li bi­ri­dir. Və bu mə­nim atam­dır!

Atam şe­ir­ va­si­tə­si­lə in­sa­nın qəl­bi­ni fəth et­mək­də son də­rəcə mə­ha­rət­li idi. Ya­dım­da­dır, hə­min gecə­dən so­nra in­san­lar do­daq­la­rın­da gülüş, necə zal­dan çı­xır­dı­lar. On­lar ata­mın gö­zəl ener­ji­si ilə dop­do­lu idi­lər.

- Özünüz şe­ir yaz­mağa cəhd et­mi­si­niz?

- Şe­ir yaz­mağa cəhd et­mə­mə­li­si­niz. O, ya ya­zı­lır, ya da ya­zıl­mır. Düşünürəm ki, şa­ir doğul­maq la­zım­dır. Ya­dım­da­dır, ing­i­lis di­lin­dən rus di­li­nə şe­ir­lə­ri tərcümə et­mək mə­nə necə ba­şa gəl­di. Sən de­mə, bu son də­rəcə çə­tin iş imiş! Bütün bir po­ve­s­ti tərcümə et­məyə bir ay vax­tım ge­dir­di­sə, ancaq bir rüba­i­nin tərcümə­si­nə tam bir həf­tə sərf et­mə­li olur­dum!

- Ai­lə­niz­dən da­nı­şın. Oğul­la­rı­nız­dan han­sı isə ta­nın­mış ba­ba­la­rı­nın işi­ni da­vam et­dir­di­mi?

- Böyük oğlum Alek­sey iq­ti­sad­çı­dır. Ki­ber­sport və mu­si­qi ilə ma­raq­la­nır, rok-qru­pun li­de­ri­dir. Ba­ba­sı­nın şe­ir­lə­ri­nə mu­si­qi ya­zır. Or­tancıl oğlum Dmi­t­ri - re­s­to­ra­tor­dur. Pe­şə­karca­sı­na kar­tin­q­lə mə­şğ­ul olur, də­fə­lər­lə müx­tə­lif müsa­bi­qə­lə­rin qa­li­bi olub. Bu ya­xın­lar­da Di­ma ka­fe açıb. Ora­da bi­zim ai­lə­miz­də ha­zır­la­nan və in­di də bi­şi­ri­lən ye­mək­lər tək­lif olu­nur. Ata­mın sev­diyi, onun qo­naq­la­rı və do­stla­rı üçün məm­nu­niyyət­lə ha­zır­la­dığı ye­mək­lər. Ki­çiy­inin Da­niy­e­lin bu ya­xın­lar­da 14 ya­şı ta­mam ol­du və o, cər­rah ol­maq is­təy­ir.

- Ba­kıya növ­bə­ti gə­li­şi­niz­də nə gör­mək is­tər­di­niz?

- Mən haq­qın­da çox bəhs edi­lən məş­hur Ba­kı ya­zı­nı gör­mək is­tər­dim. Təkcə Ba­kı­nı dey­il, həm də bütün Azər­bayca­nı gör­mək is­tər­dim. Fo­to­apa­ra­tım­la bütün Azər­bayca­nı gə­zər­dim. Öl­kə­nin han­sı­sa bir uzaq diy­a­rı­na ge­dib çı­xar­dım, in­san­la­rın necə ya­şa­dığı­na ba­xar­dım, on­lar­la ünsiyyət qu­rar­dım. So­nra isə bu şə­kil­lə­ri ha­mı ilə bölüşər­dim! Axı, gö­zəl­liyi bölüşmək la­­zım­dır. Elə dey­il?



MƏSLƏHƏT GÖR:

735