1 May 2024

Çərşənbə, 21:52

ŞEKSPİRDƏ ƏBƏDİYYƏT NÖQSANLARI

Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunan "III Riçard" tamaşası nəyə səsləyir?

Müəllif:

03.03.2015

Düşünmək olar ki, Uilyam Şekspirin xronikalar silsiləsindən olan ən böyük faciələrdən birinin Bakı Gənc Tamaşaçılar Teatrında (GTT) heç vaxt nümayiş etdirmirdilər. Bu əsəri teatrın səhnəsində canlandırmaq ideyası Azərbaycanın xalq artisti Cənnət Səlimovaya məxsusdur.

Qısaca süjeti xatırlayaq. On beşinci əsrin ortaları. İngiltərə iyirmi ildir müharibəsiz yaşayır. Görünürdü ki, Qırmızı (Lankasterlər) və Ağ (Yorklar) qızılgüllərin Plantagenetlərin iki tayfaları arasında hakimiyyət uğrunda mübarizəsi tamamlanıb. Kral IV Eduardın üç aylıq hökmdarlığı münaqişənin mümkün tamamlanması barədə illüziya bəxş edib. Kralın kiçik qardaşı Riçard bu günə qədər sadiq təbəə, qardaşı üçün döyüşən cəsur döyüşçü idi. Lakin indi kral xəstədir və Riçard taxt-tac yolunda heç nəyin qarşısında dayanmamağa hazırdır. Kişilər ona sanki kiçik uşaq kimi inanırlar, uşaqlar ürəyi yumşaq Riçard dayı üçün sinov gedirlər, qadınlar isə ona - qozbel və kifirə - döyüşsüz təslim olurlar. O isə öz həyasız xainliyində sərhəd tanımır. Sonda bu artıq hətta gülməli olur! Lakin əşyalar məntiqinə əsasən, xaos və qanunsuzluq dünyasında zalımı dayandıra biləcək qüvvə tapılmalıdır. Əgər bu yeni zalım olmasa.

Bu gün "III Riçard" bizə müasir dünyada siyasət və informasiya, iqtisadi, texnoloji müharibələri başa düşməyə kömək edəcək pyesdir. Başa düşmək və anlamaq ki, dünya məkanının dəyişdirilməsi əsrlik ənənələrə malikdir. Çünki hələ Roma imperiyası dövründən hakimiyyətin ələ keçirilməsi motivləri və üsulları müəyyən qanunauyğunluqla təkrarlanırlar. Bu barədə məlumat bizə hər gün televizorların ekranlarından gəlir. Bu, moral qiymətləndirmələr olmadan tarixin canlanması və buna ironiya ilə baxmaq üçün gücə malik olmaq lazımdır. Rejissor Cənnət Səlimova janrı qanlı fars kimi müəyyənləşdirərək, Şekspir pyesindəki hadisələrə məhz bu rakursda baxır. Onun konsepsiyası müasirlərə ismarıcdır.

 

Müasirliklə analogiyalar

Konferansye başda olmaqla, küçə musiqiçilərinin kvarteti tamaşanı hərəkətə keçirirlər və bu, pyesin mətnini 5 akta qədər azaltmağa imkan verir. Onlar tamaşaçıya təkcə informasiya təklif etməklə deyil, eyni zamanda intellektual həmyaradıcılığa cəlb edərək, artıq baş tutmuş və ya baş tutacaq hadisələrdən xəbər verirlər. Onlar paparassi kimi Riçardı piarın ulduzuna çevirərək, lazımlı populyarlığını yaratmaqla, onun həyat məqamlarını qeydə alırlar. Bu, mifyaratmanın elementidir: müasir həyatın tanınan halı! Bununla belə, C.Səlimovanın tamaşasında bu  hallar çoxdur. 

Onlar bütün tamaşa boyu və bu cür hər üsulla - tamaşaçıya öz siyasi liderlərini irəli sürən bəşəriyyətin konkret dövrünə sitat keçidi vasitəsilə analogiyanı görməyə imkan verir. Rejissor baş qəhrəmanı keçmişin siyasi fiqurlarıyla müqayisə edir. Ona görə, Riçard Qloster - Şövqi Hüseynov ya Nerona, ya Stalinə, ya Hitlerə, ya da Beriyaya çevrilir. Çünki hamısında onları III Riçardla yaxın edən xüsusiyyətləri var.

Riçard incəsənətin himayədarı idi. Xüsusilə o, memarlığı və musiqini sevirdi, Neron da elə. Stalin sovet ölkəsi ərazisində, demək olar ki, zadəgan təbəqəsini məhv etdi, eynilə Riçard da. Hitler dünya üzərində hökmranlıq ideyası ilə yaşayırdı - Riçarda da bu ideya yad deyil. Beriya qadın cinsinə qarşı aşılanmaz zəifliyə şahid idi, Riçard da elə. C.Səlimova bu analogiya ilə vurğulayır ki, dahilik və canilik nəsillərə mistik şəkildə keçərək, bir adamın daxilində yaşaya bilir. Bütün dövrlərin və xalqların paparassi və ya siyasi məqamı naminə tarixini yenidən yazanların sayəsində, onlar gələcək nəsillərin təsəvvüründə caniliyinin dahiləri kimi qalırlar.

Personajların kostyumlarındakı eklektika (rəssam Elşən Sərhanoğlu) da rejissorun düşündüklərinin bir parçasıdır, tamaşaçının diqqətini dəbin üsulu və istiqaməti dəyişməsinə baxmayaraq, nöqsanların hər zaman, hər dövrdə nöqsan qaldığı fikirini doğurur.

 

"Ata görə tac!"

Bəşəriyyət hələ də keyfiyyət dəyişikliyinə ehtiyacı olmayan cəmiyyət modelini yaratmayıb. Dövr dövrlə əvəzlənir və bəşəriyyət artıq dirijablardan təyyarələrə keçib, çoxlu sayda cihazlar yaradıb, lakin mənəviyyatın səviyyəsinə görə, çətin ki, Plantagenetlər dövrü ilə mübarizə apara bilsin. Çünki əvvəllər də müəyyən istiqamətli dollara tələb duyulduğu kimi, indi də duyulur, əvvəllər də coğrafi, iqtisadi və siyasi məkan uğrunda döyüşdüyü kimi, indi də döyüşür. Və tam qanunauyğundur ki, Riçard - Şövqi Hüseynov, Riçmondla mübarizədə məğlub olaraq, tacı uzatmaqla zala təklif-xahişlə müraciət edir: "Ata görə tac!" Belə Riçard başqa cür ola bilməz. Çünki o, zamanın əlində olan marionetdir. Bəsirət ona döyüşqabağı yuxu göndərir və orada Riçardın bütün öldürülən personajları gəlir. Bu prosesi onun əmri ilə Tauerdə öldürülən dayı oğulları tamamlayırlar. Onlar ona hücum edirlər və öz kiçik, ağac qılıncları ilə onu yerə sərirlər. Bu, dahiyanə yuxudur. Və o, özünü çox gözlətmədi.

Qisas Riçardın özünün taca aparan yolunu təmizlədiyi kimi, şərəfsiz sonluğa məhkum edilən krala, Stenli (K.Hacızadə) simasında gəlib. Lakin bu dəfə, o, siyasi səhnəni buraxaraq qaçmağa hazırdır. Hara? Cavabı yoxdur. Xalq susmur. O, növbəti idolun çökməsinə görə sevinir. Küçə musiqiçiləri öldürülmüş Qlosterin cəsədini götürdüyü zaman, onun tərəfindən öldürülən digərlərinin cəsədlərinin üstünə atıb, araba-çarpayı üzərində kulislər arxasında aparanda biz başa düşəcəyik ki, heç nə əbədi deyil. Hər şey keçir. Kral Dördüncü Edvardın varislərindən tacı alan Riçard qraf Riçmonda (Elnur Kərimov) verir. Zal yeni kralın üzünə baxır. Meydanda olan camaat da eyni ilə. Onlar gözəl, özündə əmin olan, güclü, yaxşı quruluşa malik kişini görürlər. Görünür ki, kral məhz elə olar. Kral ölüb - yaşasın kral? Cavab yoxdur. Və ancaq işıq ləkəsinin medalyonunda taburet üzərində maskalı şəxs oturur. Bu artıq Riçard Qloster deyil. Riçmond da deyil. İnsan-maska əlində əmin və bərk şəkildə, demək olar ki, atəş açmağa hazır olan silahını tutur. Görünür ki, Riçmondun da taxt-tacında oturmağa çox vaxtı qalmayıb. Maskalı adam - taca yeni namizəddir! Kimsən sən, sirli maska? Cavab yoxdur. İnsanlar susmur. 

Demək olardı ki, gənc tamaşaçılar üçün teatrda bu cür ciddi tamaşa nə üçündür? Bu çox vacibdir. Çünki tamaşa düşünməyə, müqayisə etməyə, maraqlanmağa və bəşəriyyətin tarixini öyrənməyə məcbur edir.

"III Riçard" tamaşası ingilis dramaturq Uilyam Şekspirin anadan olmasının 450-ci ildönümünə həsr edilib.



MƏSLƏHƏT GÖR:

705