18 May 2024

Şənbə, 20:43

HARMONİYA və SEVGİ YUXULARI

Rəssam Emil Əzizin əsərləri məhz bu barədə danışır

Müəllif:

14.04.2015

İnsan həy­a­tı ha­di­sə­lər­lə do­lu ka­ley­do­s­ko­pa bən­zəy­ir. Se­vincli və kə­dər­li ha­di­sə­lər­lə. Za­man sı­ra­la­ma­sın­da on­la­rın ha­mı­sı­nın öz ye­ri və adı var: uşaq­lıq, gənclik, qoca­lıq. Yal­nız in­san yu­xu­la­rı­nı bu sı­ra­lan­ma­dan kə­nar bir re­al­lıq say­maq olar. Ora­da hə­mi­şə ger­çək re­al­lı­q­da ta­pa bil­mə­diy­i­ni tap­maq olur. Həy­a­tı­nı tə­s­vi­ri incə­sə­nə­tə həsr et­miş in­san­lar­da isə, görünür, hər şey bir qə­dər baş­qa cür olur. Bəl­kə də yal­nız on­lar za­man struk­tu­ru­nu elə qa­rış­dı­ra bi­lər­lər ki, ke­ç­mi­şi müa­sir­lik­dən, in­di­ki za­ma­nı isə gə­ləcək­dən ayır­maq mümkün ol­maz.

İs­tan­bul­da ya­şay­an Azər­baycan rəs­sa­mı Emil Əziz də məhz be­lə əsər­lər ya­ra­dır. Onun əsər­lə­ri rəs­sa­mın öz ya­ra­dıcı­lıq təcrübə­si ilə əv­vəl­ki nə­sil­lə­rin təcrübə­si­nin vəh­də­di­dir. Çünki onun iş­lə­ri De­qa, Bəh­lul­za­də, Mo­ne, Lo­t­rek, Heyn­dell ki­mi re­a­lizm, im­pres­si­o­nizm və kon­sep­tu­al incə­sə­nət us­ta­la­rın­dan si­tat­lar­la do­lu­dur. Köh­nə nəs­lin təcrübə­si müa­sir­liy­in, həy­at­da­kı ye­ri­mi­zin, həy­a­tın məğzi və mə­na­sı­nın dərk edil­mə­si üçün bir va­si­tə­dir. Onun iş­lə­ri ət­raf­da­kı hər şey­də gö­zəl­lik ax­ta­rı­şı­dır - çi­çək­li çə­mən, qürub­çağı, şə­hər küçə­si, qa­dın ba­xı­şı və s.

Ba­kı şə­hə­rin­də­ki Mu­zey Mər­kə­zin­də Mə­də­niyyət və Tu­rizm Na­zir­liy­i­nin də­s­təyi ilə Emil Əzi­zin "Mə­nim yu­xu­la­rım" ad­lı fər­di sə­rg­i­si açı­lıb. 

 

QA­DIN­LAR

 

"Ay­dın­lıq". O, har­mo­niya qa­dın, xəy­al qa­dın­dır. O, mükəm­məl­liy­in özüdür. Möh­tə­şəm du­ruş, ya­rıy­u­mu­lu göz qa­paq­la­rı, saç­la­rı bə­zəy­ən gül çə­lə­ngi. O, bi­zim­lə dey­il, öz alə­min­də­dir. Çiy­nin­də özünə yer elə­miş göy­ər­çin san­ki qı­zın fi­kir və his­slə­ri­nə qu­laq ve­rir­miş ki­mi, üzünü onun üzünə söy­kəy­ib. On­lar ra­hat­lıq və har­mo­niy­a­nın təcəssümüdür. Əsl se­vg­i­nin mö­vcud ol­duğu dünya məhz be­lə ol­ma­lı­dır. 

"Çi­çək­lən­mə". Qa­ra­buğdayı qız san­ki qı­zıl gül qön­çə­lə­ri­nin al-qır­mı­zı axı­nı­nı xa­tır­la­dan gecə li­ba­sın­dan çıx­mağa ça­lı­şır. Qır­mı­zı rə­ng onun qa­ra­buğdayı də­ri­si­ni kö­lg­ə­də qoy­a­raq, ada­mın diq­qə­ti­ni gö­zə­lin ba­xış­la­rı­na yö­nəl­dir. O, heç nə­dən çə­kin­mə­dən ada­mın gözünün içi­nə ba­xır. Çünki qə­f­lə­ti ya­xa­lan­mayıb. O, bi­zim­lə di­a­lo­q­da­dır. Gənclik, gö­zəl­lik və həy­at eş­qi isə onun tə­rə­fin­də­dir.

"Xal­ça to­xuy­an qız". Onun kürəy­i­nin ar­xa­sın­da türk dünya­sı­na aid çox­say­lı or­na­men­t­lər yer alıb. On­la­rın hər bi­ri kod­laş­dı­rıl­mış rəmz, ke­ç­miş­dən müa­sir cə­miyyə­tə gön­də­ri­lən is­ma­rış­dır. O, bi­zə bax­mır. Am­ma yo­rul­duğu üçün dey­il, düşüncə­lə­ri, fan­ta­ziy­a­la­rı ilə baş-ba­şa qal­dığı üçün. Sol əli­nin için­də çəh­rayı yu­maq var. Gö­rə­sən, bu ipin va­si­tə­si­lə əbə­diyya­ta nə me­sa­jı gön­dər­mək is­təy­ir? 

"İl­ham pə­ri­si". Kir­pik­lə­ri bir qə­dər aşağı düşüb, ba­xı­şı isə öz qəl­bi­nin də­rin­liy­i­nə yö­nə­lib. XIX əs­rin qa­dın­la­rı öz pə­rə­s­tiş­kar­la­rı­na ya­xın­laş­ma­dan be­lə, on­la­ra is­ma­rış­la­rı­nı çat­dı­ra bi­lir­di. Onun sağ əlin­də tut­duğu açıq yel­pik di­a­lo­qa də­vət de­mək­dir. Hər hal­da, bi­zim üçün bu be­lə­dir. Elə müəl­li­fin özü üçün də...

"Gö­zəl­lik oğru­su". Rəs­sam üçün qa­dın gö­zəl­liyi xüsu­si bir möv­zu­dur. O, on­la­rın üzlə­ri­nə diq­qət et­mək­dən, on­la­rın fi­kir­lə­ri­ni oxu­ma­q­dan, qəl­bi­nə gir­mək­dən, ci­zg­i­lə­ri­nin incə­liy­i­ni duy­ma­q­dan həzz alır. Onun üçün qa­dın gö­zəl­liyi ya­ra­dıcı­lığa sövq edən bir fak­tor, za­man isə onun gözündə oğru­dur. Axı gəncliy­in bütün gö­zəl­liy­i­ni məhz za­man yuy­ub-apa­rır. Ona gö­rə qa­dın gö­zəllyi gec açı­lıb, tez so­lan çi­çək ki­mi­dir. Bəs nə qa­lır bu gö­zəl­lik­dən? Hə­min gö­zəl­liy­in ke­ç­mi­şə çe­v­ri­lən ək­si...

"Əlcək­lər". Qa­dın­la­rın heç bi­ri bi­zə tam açıq ba­xış­la bax­mır. Bi­ri bi­zə ar­xa­sı­nı çe­vi­rib, di­g­ə­ri üzünü dön­də­rib, bir baş­qa­sı göz­lə­ri­ni şlya­pa­sı­nın ar­xa­sın­da giz­lə­dib, o bi­ri­si isə sa­dəcə, gözünü yu­mub. Bu za­man uzun əlcək­lə­rin için­də giz­lə­nən qa­dın əl­lə­ri ta­ma­şa­çıya tə­sir gö­s­tə­rən əsas ele­men­tə çe­v­ri­lir. Bu, sa­dəcə əl­lər dey­il, on­lar çox şeyi ifa­də edir. Bu, qa­dı­nın xa­siyyə­ti, onun ha­zır­kı ruh ha­lı, si­tu­a­siy­aya ya­naş­ma­sı­dır.

 

ŞƏHƏR

 

"Tak­sim cad­də­si". Hə­zin, xır­da yağış yağır. Payız­dır. İn­san­lar çə­tir­lər­lə gəz­mək­dən zövq alır. On­lar öz­lə­ri­ni ra­hat hiss edir və küçə­ni tərk et­məyə tə­lə­s­mir­lər. Bu­ra­da həy­at tə­lə­s­mə­dən axır. Ki­mi­si day­a­nıb söh­bət edir, ki­mi tə­lə­s­mə­dən mən­zil­ba­şı­na ge­dir. Tu­rist və yer­li sa­kin­lər çox­say­lı ka­fe və mağa­za­lar­da gə­zi­şir­lər. Bu­ra sa­kit və şən­dir. Çünki yağış kə­dər və bəd­bin­liy­in bütün iz­lə­ri­ni yuy­ub apa­rır.

"İs­tiq­la­lın ru­hu". Yaş as­falt küçə­nin gecə işıq­lan­dı­rıl­ma­sı, heç ye­rə tə­lə­s­məy­ən in­san­lar. "Bəs İs­tiq­la­lın ru­hu ha­ra­da­dır?" - so­ruş­sa­nız, əsər si­zə "Hər yan­da!" - deyə ca­vab ve­rər. Bu ruh küçə fə­nər­lə­ri­nin işığın­da, fi­ru­zəyi rə­ngə boy­an­mış sə­ma­da, yol­da pa­rıl­day­an yağış damcı­la­rın­da, ra­hat tram­vayın pəncə­rə­lə­rin­də do­la­şır. Heç ye­rə tə­lə­s­məy­ən bu in­san­lar da hə­min ru­hun da­şıyıcı­la­rı­dır. O, bütün bu mə­kan­da­dır. O, tə­bi­ət və in­sa­nı bir­ləş­di­rən, doğma­laş­dı­ran bir hiss, həy­a­tın har­mo­niy­a­sı­dır.

"Sa­ray­bur­nu va­pu­ru". Bu, tu­rist­lə­rin, biz­ne­sin, çox­say­lı əf­sa­nə­lə­rin do­laş­dığı İs­tan­bu­lun gündə­lik həy­a­tı­nın bir fraq­men­ti­dir. Bo­sfor­da var-gəl edən böyük və ki­çik gə­mi­lər - adi mən­zə­rə­dir. San­ki bu­ra­da qey­ri-adi heç nə yox­dur. Elə isə o, rəs­sa­mı nə ilə özünə cəlb edib? Öz re­al­lığı və ta­nı­nan de­tal­la­rı ilə. Han­sı­sa bir vax­ta do­nub-qal­mış həy­a­tıy­la. Am­ma çox ke­ç­mə­dən şə­hər oy­a­nacaq və gündə­lik qayğı­lar için­də qay­na­mağa baş­lay­acaq. 

"Cad­də...". Bu isə İs­tan­bu­lun baş­qa bir küçə­si­dir. O, ha­ra­da­sa köh­nə Ti­f­li­sin küçə­lə­ri­ni xa­tır­la­dır. Hət­ta gü­nəş şüa­la­rı və kö­lg­ə­lər də bən­zər­dir. Görünür, şə­hər­lə­rin bütün sa­kit yer­lə­ri bir-bi­ri­nə bən­zəy­ir. Özü də tək me­mar­lıq ba­xım­dan dey­il. On­la­rın ara­sın­da göz­lə görünməy­ən bir doğ­ma­­lıq, mühit, əh­val-ru­hiyyə var. İn­di­ki hal­da bu, rəs­sa­mın ruh ha­lı­nın ək­si­dir. Dünyaya is­ti və işıq­lı müna­si­bət­lə ba­xan bir ada­mın ruh ha­lı.

Emil Əzi­zin "yu­xu­lar"ı har­mo­niya və se­vgi ba­rə­də yu­xu­lar­dır. Sə­nə­tə, qa­dı­na, gö­zəl­liyə, bir söz­lə, həy­a­tın özünə olan se­vgi ba­rə­də...



MƏSLƏHƏT GÖR:

690