14 May 2024

Çərşənbə axşamı, 21:40

DAHA İNSANPƏRVƏR OLDUĞUN YER

YUĞ teatrının direktoru Tərlan Rəsulov: "Bizə eynitipli verilişlərdən bezən xeyli gənc gəlir"

Müəllif:

14.04.2015

YUĞ te­a­t­rı­nı bütün Qaf­qaz­da ən qey­ri-adi te­atr ad­lan­dır­maq olar. Bu­ra­da ənə­nə­vi səh­nə yox­dur, aktyor­lar isə öz oy­un­la­rı ilə ta­ma­şa­çı­nı kök­lə­ri­nə apa­ra­raq, on­la­rın qə­dim yad­daş­la­rı­nı oy­a­dan müd­rik şa­man­la­rı xa­tır­la­dır­lar. Mel­po­me­na­nın mi­s­tik mə­bəd­lə­rin­dən bi­ri­nin səh­nə­sin­də və on­dan kə­nar­da necə ya­şa­dıq­la­rı haq­qın­da "R+"a YUĞ te­a­t­rı­nın di­rek­to­ru Tər­lan Rə­su­lov  da­nı­şıb.

- Te­a­t­rı­nı­zın ta­ri­xi haq­qın­da bir qə­dər mə­lu­mat ve­rin...

- YUĞ te­a­t­rı 1989-cu il­də Hə­sə­nağa Tu­ra­bov və Va­qif İb­ra­hi­moğlu­nun tə­şəbbüsü ilə Azər­baycan Dram Te­a­t­rı ya­nın­da ya­ra­dı­lıb. Hər şey tam te­a­t­ra qə­dər "böyüyən" və döv­lət sta­tu­su­nu qa­za­nan te­atr stu­diy­a­sın­dan baş­layıb. Te­a­t­rın adı qə­dim türklə­rin unu­dul­muş mə­ra­sim­lə­rin­dən götürü­lüb. Hökmdar­lar, sər­kər­də­lər və ya qəh­rə­man­lar­dan kim­sə dünya­sı­nı dəy­i­­şən­də, xüsu­si aktyor­lar - "yuğçu­lar" də­vət olu­nar­dı­lar. On­lar və­fat edə­nin həy­a­tın­dan, şüca­ə­tin­dən bəhs edən te­atr ta­ma­şa­la­rı qu­rar­dı­lar. Ye­ri gək­miş­kən, te­atr incə­sə­nə­ti ha­mı­nın düşün­dü­yü ki­mi, Yu­na­nı­s­tan­da dey­il, Şər­q­də ya­ra­nıb. Qə­dim türk xal­qla­rın­da cə­­sa­rət­lə ilk te­atr incə­sə­nə­ti ad­lan­dı­ra bi­ləcəy­i­miz müxtəlif xalq oy­un­la­rı, ta­ma­şa­la­rı, şa­man­çı­lıq ay­in­lə­ri və di­g­ər təq­li­di-mə­ra­sim­lər ge­niş yayıl­mış­dı. Bi­­zim te­at­rda be­lə səh­nə yox­dur - bütün ha­di­sə­lər mey­dan­da, az­say­lı ta­ma­şa­çı yer­lə­ri­nin ol­duğu dörd tə­rəf­də in­ki­şaf edir. Bu­ra hə­mi­şə sə­rin olur, qey­ri-adi aku­s­ti­ka­sı var və gi­riş-çı­xı­şın ha­ra­da ol­duğu­nu dər­hal an­la­maq çə­tin­dir - te­atr 150 ya­şı olan qə­dim ha­ma­mın için­də yer­lə­şir. YUĞ te­a­t­rın­da ta­ma­şa­lar qu­ru­lar­kən iz­ləy­ici ilə ol­duqca ya­xın tə­ma­sa he­sab­la­nır. Biz aktyor­lar­la ta­ma­şa­çı­lar ara­sın­da sər­həd qoy­mu­ruq. Biz­də sa­bit ta­ma­şa­çı ye­ri yox­dur. Stul­la­rı hər za­man is­təy­in ki­mi qoy­maq olar. Mə­ka­nı­mız çe­vik­dir və bu da çox­lu im­kan­lar ve­rir.

- Uni­kal me­to­di­ka­sı və xüsu­si fəl­sə­fə­si­nə gö­rə, YUĞ haq­qın­da əf­sa­nə­lər gə­zir, bir qə­dər so­nra, si­zin te­a­t­rı­nı­zın təcrübə­si və­sa­it ki­mi öy­rə­ni­ləcək...

- Heç bir sirr yox­dur. Hər şey Qaf­qaz­da özünə­məx­sus və ye­g­a­nə ya­ra­dıcı kon­sep­siy­a­sın­da - "psi­xo­so­fiya"da ("psi­xe" - ruh, "so­fiya" - müdrik­lik) eh­­ti­va olu­nur.  Bu kon­sep­siy­a­nı mər­hum baş re­jis­so­ru­muz və YUĞ te­a­t­rı­nın tə­si­s­çi­si Va­qif İb­ra­hi­moğlu  ha­zır­layıb. Psi­xo­so­fiya in­sa­nın pri­o­ri­tet­lə­ri­nin sfe­ra­sı­nı, onun da­xi­li alə­mi və im­kan­la­rı haq­qın­da öz tə­səvvürlə­ri­ni öy­rə­nir. YUĞ te­a­t­rı ta­ma­şa­çı ilə emo­si­o­nal, şüur­lu sə­viyyə­də dey­il, mə­nə­vi, qey­ri-ira­di tə­ma­sı nə­zər­də tu­tur. Səh­nə­də aktyor hə­rə­kə­ti za­ma­nı, in­san­da ge­ne­tik yad­daş ya­zıl­mış də­rin in­tu­i­tiv his­slər "oy­a­dan" müəyyən psi­xi is­ti­qa­mət, nə isə ener­ji ötürülmə­si baş ve­rir. Bi­zim aktyor­lar öz rol­la­rı­na fər­q­li ya­na­şır­lar. Ta­ma­şaya ha­zır­lıq pro­se­sin­də on­lar özünə­məx­sus psi­xi ini­si­a­li­za­siya - öz ro­lu­nu şüur­lu dər­ket­mə ke­çir­lər. Özünü an­la­maq və özünüi­fa­də va­si­tə­si­ni müəyyən et­mək üçün Yun­qun ana­li­tik psi­xo­lo­g­iy­a­sı­nı, Şo­pen­ha­u­e­rin ir­ra­si­o­nal tə­li­mi­ni, Va­silye­vin riy­a­ziyya­tı­nı, Lo­ba­çev­ski­nin hən­də­sə­si­nin fər­ziyyə­lə­ri­ni, Delyo­zun fəl­sə­fi nə­zə­riyyə­lə­ri­ni və hət­ta Lüfti Za­də­nin qey­ri-sə­lis çox­luq nə­zə­riyyə­si­nin əsas müddə­a­la­rı­nı bil­mək la­zım­dır. Məş­hur riy­a­ziyyat­çı bi­lən­də ki, Azər­baycan YUĞ te­a­t­rın­da ta­ma­şa­la­ra ha­zır­lıq za­ma­nı onun məş­hur nə­zə­riyyə­sin­dən bəh­rə­lə­nir­lər, çox tə­əccüblə­nib. 

- Pub­li­ka­nın "se­vim­li­si" han­sı ta­ma­şa­dır?

- Bunu müəyyən etmək çətindir...  İzləy­ici­lər  bütün ta­ma­şa­la­rı­mı­zı hə­ra­rət­lə qar­şı­layır­lar və bol-bol al­qış­layır­lar. "Na­mə­lum Axund­za­də" - Mir­zə Fə­tə­li Axund­za­də­nin üç əsə­ri­nin özü­nə­məx­sus qa­rı­şığı­dır. Bun­dan baş­qa, ya­zı­çı-pub­li­sist Or­xan Fi­k­rə­toğlu­nun po­ve­s­ti əsa­sın­da qu­rul­muş "Fə­na", Adol­fo Bi­oy Ka­sa­re­sin "İt­ki", "Qə­b­ri eş­mək üsu­lu" əsər­lə­ri əsa­sın­da, Bor­xe­sin "Pis qa­dın" əsə­ri­nin mo­tiv­lə­ri əsa­sın­da "Ta­bu", pol­şa­lı re­jis­sor To­maş Le­şin­ski­nin Sla­vo­mir Mro­je­a­nın pye­si əsa­sın­da qu­rul­muş "Sər­həd­də" və bir çox di­g­ər ta­ma­şa­lar.

- Si­zin üçün, yə­ni YUĞun di­rek­to­ru və re­jis­so­ru üçün te­atr nə­dir? Yəq­in ki, təkcə iş dey­il...

- Te­atr - özəl dünya­dır, baş­qa bir re­al­lı­q­dır, bə­zən ay­na, bə­zən böyüdü­cü şüşə­dir - bi­zim cə­miyyət­də baş ve­rən pro­ses­lə­ri əks et­di­rən. Bi­zə ancaq elə gə­lir ki, bu­ra­da çox şey san­ki möcüzə­dir.  Əs­lin­də, is­tə­ni­lən prem­ye­­ra, ta­ma­şa, qu­ru­luş - ya­ra­dıcı fi­k­rin re­al­laş­ma­sı­na sərf olu­nun böyük də­rəcə­də əsəb, zəh­mət və is­te­dad­dır.  Ar­­tıq ne­çə əsrlər­dir ta­ma­şa­çı­nın te­a­t­ra can at­dığı "xüsu­si möcüzə" say­ə­sin­də bu mümkün olur. Biz ta­ma­şa­nın ha­zır­lan­ma­sı­na xey­li vaxt sərf edi­rik.  Ta­ma­şa­nın tər­ti­ba­tı­na bir ne­çə gündən iki həf­təyə qə­dər vaxt la­zım olur. Mə­sə­lən, Va­qif İb­ra­hi­moğlu­nun sonuncu ta­ma­şa­la­rın­dan bi­ri Frans Kaf­ka­nın "Kaf­ka­dan sa­lam" no­vel­la­sı­nın mo­tiv­lə­ri əsa­sın­da ta­ma­şa­nı, sə­nət­kar cə­mi üç gü­nə qoy­muş­du. Va­qif müəl­lim 10 aktyor yığdı və on­la­ra ev tap­şı­rığı ve­di - Kaf­ka­nı oxu­maq və oxu­duq­la­rı əsa­sın­da gəl­dik­lə­ri nə­ticə­ni tə­s­vir edən ki­çik mətn ha­zır­la­maq. Axı akt­yo­­run öz ro­lu­nu pe­şə­kar ifa et­mə­si bəs dey­il, öz mis­siy­a­sı­nı an­la­maq, qəh­­rə­ma­nın bu və ya di­g­ər hə­rə­kət­lə­ri­nin xa­rak­ter və sə­bəb­lə­ri­ni özündən ötürmək da­ha vaci­b­dir. Bu­nun ar­dınca uzun sürən müza­ki­rə­lər baş­la­dı və son nə­ticə­də, bu ta­ma­şa ya­ran­dı. Ta­ma­şa­nın səh­nə­də­ki uğu­ru, onun ha­zır­lığı­nın nə qə­dər məh­sul­dar ke­ç­mə­sin­dən ası­lı­dır. Biz he­sab edi­rik ki, re­jis­sor te­a­t­rın­da, mə­sə­lən, Çe­xo­vu qoy­maq is­tə­y­ir­sə, o, An­ton Pav­lo­vi­çin bütün əsər­lə­ri­ni oxu­ma­lı­dır, onun bio­qra­fiy­a­sı­nı bil­mə­li­dir. Re­jis­sor Çe­xo­vun ona nə qə­dər ya­xın ol­duğu­nu və onun da Çe­xo­va nə qə­dər ya­xın ol­duğu­nu müəy­yən et­mə­li­dir. 

- YUĞ-un kol­lek­ti­vi han­sı mey­ar­lar əsa­sın­da yığı­lıb?

- Bütün aktyor­la­rı­mız Mə­də­niyyət və İncə­sə­nət Uni­ver­si­te­ti­nin ən yax­şı, per­spek­tiv­li tə­lə­bə­lə­ri­dir­lər. On­lar Va­qif İbr­ha­i­moğlu­nun mək­tə­bi­ni ke­çib­lər və bu­ra­da te­a­t­rın ya­ran­ma­sın­da ça­lı­şır­lar. Biz ma­te­ri­al se­çi­min­də və ta­ma­şaya da­ir qə­ra­rın ve­ril­mə­sin­də on­la­ra tam sər­bəst­lik ver­mi­şik.

- Sizcə, ta­ma­şa­çı­nın ma­rağı­na necə sə­bəb ol­maq mümkündür, onu te­a­t­ra necə cəlb et­mək olar?

- Biz be­lə məq­səd qoy­mu­ruq, çünki bi­zim üçün kom­mer­siya as­pek­ti mühüm dey­il. Bu, iko­na­nı kil­sə­də ke­çi­ri­lən hər­racda sat­maq ki­mi bir şey­dir. Bütün bun­lar düzgün dey­il və bir növ, in­san tə­bi­ə­ti­nə zid­dir. Te­a­t­rı in­ki­şaf et­dir­mək, lay­iq­li yer tut­maq və doğma öl­kə­nin sta­tu­su­nu yüksəl­tmək üçün ar­tist­lə­rin əməy­i­nin özəl xüsu­siyyət­lə­ri­ni və öz pe­şə­si­nə son­suz mə­həb­bə­ti­ni an­la­maq zə­ru­ri­dir. Bi­zim ta­ma­şa­çı­mız - xüsu­si bi­ri­dir - onun üçün te­atr - az­dı­rıl­ma və əy­ləncə yox, təc­rübə və müştə­rək ya­ra­dıcı­lıq pro­se­si­dir. YUĞa ey­ni­tip­li mə­na­sız te­le­vi­ziya ve­ri­liş­lə­ri və in­ter­net­dən bez­ən xey­li gənclər gə­lir­lər. Gənclə­rin təkcə in­for­ma­siy­aya tə­lə­ba­tı ya­ran­mır, həm də ürək­lə­ri­nin də­rin­liy­in­də də nəy­ə­sə eh­tiy­ac duy­ur­lar. Məhz te­a­t­rın üzə­ri­nə yüksək mis­siya qoy­u­lub - so­si­um­la tə­mas ya­ra­dı­lan mə­nə­vi boş­luğun dol­du­rul­ma­sı. Və heç bir incə­sə­nət növü bu­nu ver­məy­əcək.

- YUĞun so­nuncu ta­ma­şa­sı "Döyüş"dən da­nı­şın...

- Bu ta­ma­şa "Ki­ta­bi-Də­də Qor­qud"un qə­dim epo­su­nun mo­tiv­lə­ri əsa­sın­da qoy­u­lub. Ək­sər şərqşünas­la­rın fi­k­rincə, bu epo­sun bir çox mi­fo­lo­ji süjet­lə­ri, mə­sə­lən, Qa­ra­g­öz süje­ti qə­dim Yu­na­nı­s­tan­da ana­lo­ji süje­tin ya­ran­ma­sı­na şə­ra­it ya­ra­dıb. "Ki­ta­bi-Də­də Qor­qud"da Tə­pə­g­öz ob­­ra­zı, Ho­me­rin "Odis­seya" po­ema­sın­dan Po­li­fem ob­ra­zı ilə müqay­i­sə­də da­ha qə­dim he­sab et­mək olar. Də­də Qor­qu­dun özü ilə bağlı olan da­ha bir ver­siya mö­v­cud­dur. Ta­ma­mi­lə müm­kündür ki, o, epo­sa gö­rə, "uzaq türk elin­dən gə­lib" və "müdrik, şa­man, ruh və rə­vay­ət­lər bi­lici­si" olan Odin skan­di­na­viy­a­lı ali ila­hə­nin pro­to­ti­pi­dir. Bütün bu tə­sadüflə­ri və işa­rə­lə­ri mən "Döyüş" ta­ma­şa­sı­nın sse­na­ri­sin­də "kod­laş­dır­dım". Biz ta­ma­şaya ha­­­zır­la­şar­kən, dünya mi­fo­lo­g­iy­a­sı­na həsr edil­miş çox­say­lı ədə­biyyat təd­qiq et­dik və bir-bi­ri­miz­dən də çox şey öy­rən­dik. Ümu­mi­lik­də, ta­ma­şaya 3-4 ay ha­zır­laş­dıq. Uzun müddət müza­ki­rə­lər apar­dıq, müba­hi­sə et­dik, mi­fo­lo­g­iya ta­ri­xi­ni, süjet və qəh­rə­man­la­rın xa­rak­te­ri­ni müza­ki­rə et­dik. Bi­zim te­at­rda aktyor­lar­dan səh­nə­də ta­ma­şa­nın qəh­rə­man­la­rı­nı tə­s­vir et­mək tə­ləb olun­mur, öz­lə­ri­nin oy­na­ma­sı tə­ləb ed­lir. Bu da psi­xo­so­fiya üsu­lu­nun əsas prin­sip­lə­rin­dən bi­ri­dir. Axı aktyor oy­u­nu­nun əsas prin­si­pi - sa­dəcə his­slə­ri­nin hə­qi­qə­ti­ni dey­il, fi­kir və emo­siy­a­la­rı­nı şüur­lu sə­viyyə­də yox, təh­təlşüur sə­viyyə­sin­də - bi­zim hal­da isə - şüur­suz şə­kil­də ötürmək qa­bi­liyyə­tin­dən ibar­ət­­dir. Aktyor ta­ma­şa­çı ilə kon­takt qur­maq, ey­ni za­man­da oy­na­dığı per­so­naj­dan ası­lı ol­may­a­raq, səh­nə­də əzə­mət­li şəx­siyyə­ti gö­s­tər­mək­lə onun­la di­a­lo­qa gir­məyi  bacar­ma­lı­dır. Ta­ma­şa­çı ta­ma­şa­dan heç nə an­la­maya da bi­lər, am­ma on­da ye­ni­dən və ye­ni­dən na­ra­hat edəcək han­sı­sa his­siyyat uzun müddət qa­lacaq. Aktyo­run hiss et­diyi emo­siy­a­lar hə­qi­qi ol­ma­lı­dır. Aktyor mak­si­mal də­rəcə­də ina­na­raq, nə­sə ya­şa­sa, o, ro­lu­nu da mak­si­mal şə­kil­də düzgün oy­naya bi­ləcək. 

- Necə düşünürsünüz, te­a­t­rın xid­mət­lə­ri nə­dən iba­rət­dir? O, ta­ma­şa­çı­la­ra nə ve­rir?

- "Te­atr ta­ma­şa­çı­nın öz-özü ilə qar­­şı­laş­dığı yer ol­ma­lı­dır. İn­san­da onun mə­nə­vi baş­la­nğıcı­nı aş­kar edə­rək, biz onun əx­la­qi prin­sip­lə­ri­ni də yüksəl­di­rik, bu sa­hə­də müvəf­fə­qiyyə­tə isə ancaq is­te­dad na­il ol­mağa im­kan ve­rir". Va­qif İb­ra­hi­moğlu so­nuncu mü­­sa­­hi­bə­lə­ri­nin bi­rin­də YUĞ te­a­t­rı­nın əsas və­zi­fə­lə­rin­dən bi­ri­ni müəyyən et­di. Te­atr in­sa­nı da­ha in­san­pər­vər, da­ha yax­şı, da­ha pak edir. Təh­lil et­məyi və düşünməyi öy­rə­dir.



MƏSLƏHƏT GÖR:

576