18 May 2024

Şənbə, 13:04

KÖHNƏDƏ YENİLİK AXTARIŞI

Mələkxanım Əyyubova: "Hiss edirsən ki, bu ifanı başqa cür də təqdim eləmək olar"

Müəllif:

14.04.2015

Onu Azər­baycan muğa­mı­nın ən fə­al xa­nım təm­sil­çi­lə­rin­dən ad­lan­dır­maq olar. Kon­ser­t­lər, te­le­vi­ziya çı­xış­la­rı, qa­s­t­rol sə­fər­lə­ri, pe­da­qo­ji fə­a­liyyət... Onun ya­ra­dıcı­lıq yo­lu elə zə­ng­in­dir ki, bə­zən, hət­ta söh­bə­tə nə­dən baş­lay­acağı­nı bil­mir­sən. Bu­na gö­rə, ilk növ­bə­də, xalq ar­ti­s­ti, pro­fes­sor Mə­lək­xa­nım Əyyu­bo­va­dan ha­zır­kı iş­lə­ri ba­rə­də ümu­mi mə­lu­mat al­maq is­tə­dik.

- İl­lər­dir ki, Mə­də­niyyət və İncə­sə­nət Uni­ver­si­te­tin­də müəl­lim ki­mi fə­a­liyyət gö­s­tə­ri­rəm. Çox is­te­dad­lı tə­lə­bə­lə­rim var. Bun­dan baş­qa, is­təy­i­rəm, bir ne­çə muğam də­sg­a­hı­nı ye­ni­dən len­tə yaz­dı­rım. Düzdür, il­lə­rəv­vəl bu­nu elə­mi­şəm. Am­ma il­lər ötdükcə, in­san püxtə­ləş­dikcə hiss edir­sən ki, bu ifa­nı baş­qa cür də tə­q­dim elə­mək olar. Ona gö­rə də işim heç vaxt bit­mir. Hə­mi­şə sə­nə­tim­lə bağlı ye­ni­lik­lər ax­ta­rı­şın­day­am.

- Bir çox müsa­bi­qə­lər­də münsif ki­mi iş­ti­rak et­mi­si­niz və gənclə­ri tən­qid et­mi­si­niz, ira­dı­nı­zı bil­dir­mi­si­niz. Özünüz necə, tən­qi­di qə­bul edir­si­niz­mi? Yox­sa, bu si­zin üçün ki­min tən­qid et­diy­i­nə bağlı olan bir mə­qam­dır?

- Bi­lir­si­niz, hər­dən gə­rək in­san tə­va­zö­kar­lı­q­dan uzaq ol­sun. Şəx­sən mən heç vaxt sev­mə­mi­şəm ki, kim­sə mə­nə nəy­i­sə irad tut­sun. Həm sə­nət­də, həm də ai­lə­də hər şey­in ye­rin­də ol­ma­sı­nı se­vən bir in­sa­nam. Mə­nim muğa­mın ata­sı ki­mi gördüyüm böyük us­ta­dı­mız, xalq ar­ti­s­ti Əli­ba­ba Məm­mə­dov bir də­fə efir­də de­di ki, "Rast" muğa­mı­nı gə­rək ki­şi xa­nən­də­lər ifa et­sin. Elə hə­min efir­də Əli­ba­ba müəl­lim­lə söh­bət et­dim və us­ta­dı­mı­za muğam­da, eləcə də, di­g­ər sa­hə­lər­də ki­şi qa­dın söh­bə­ti­nin çox­dan bağlan­dığı­nı bil­dir­dim. İn­di elə sa­hə­lər var ki, qa­dın­lar ki­şi­lər­dən da­ha yax­şı iş apa­rır. Ona gö­rə də əg­ər, gücümüz bir şeyə ça­tır­sa, niyə bu­nu et­məy­ək?

Mən 35 il­dir, bu sə­nət­dəy­əm və bu sə­nə­tə də çox asan yol­la gəl­mə­mi­şəm. Qu­lu Əsg­ə­rov ki­mi sə­nət­ka­rın tə­lə­bə­si ol­mu­şam. İl­lər­dir, nə xal­qım­dan, nə də döv­lə­tim­dən haq­qım­da tən­qi­di bir söz eşit­mi­şəm. On al­tı ya­şım olan­da, uni­ver­si­te­tin bi­rinci kur­sun­da "İrs" fol­k­lor an­sam­bı­lın­da ça­lış­mı­şam. Həy­a­tım­boyu eşit­mə­diy­im mu­si­qi­lə­ri, fol­k­lor mah­nı­la­rı­nı ifa et­mi­şəm. Oxun­muş mah­nı­nı oxu­mağa nə var ki? Kim­sə ha­zır edib, oxuy­ub, sən də onu tə­k­rar ifa et­mi­sən. Ən çə­tin mə­qam, heç vaxt oxun­may­an sa­dəcə dil­lər­dən eşit­diy­in mu­si­qiyə can ve­rib oxu­maq və onu sev­dir­mək­dir. 

- Olub­mu ki, şan-söh­rət­dən bez­ə­si­niz, adi, sa­kit həy­at tər­zi sürmək is­təy­ə­si­niz?

- Mən çox sər­bəst in­sa­nam. Şan-şöh­rət heç vaxt mə­ni sıx­mayıb. Ha­mı ki­mi düka­na ra­hat ge­di­rəm, in­san­lar­la görüşürəm. Sa­dəcə, sə­mi­miyyə­ti­mi ba­şa düşməy­ən in­san­lar­la sa­də dey­i­ləm. Həy­at­da da özünüçə­kən in­san dey­i­ləm. Bu, Al­la­hın mə­nə ver­diyi is­te­dad­dır, han­sı ki, xal­qın say­ə­sin­də də məş­hu­ram. On­la­rın ara­sın­da ol­maq niyə mə­ni sıx­sın ki? La­zım olan­da xey­riyyə təd­bir­lə­ri­nə də, əsg­ər­lə­rin ara­sın­da cəb­hə bö­lg­ə­lə­ri­nə də get­mi­şəm. Özümü və­tən­pər­vər in­san sayı­ram.

- Fə­x­ri ad­lar, ti­tul­lar, şöh­rət... Kə­nar­dan ba­xan­da hər ar­zu­su­na çat­mış in­san ki­mi görünürsünüz. Am­ma hər hal­da ar­zu­su ol­may­an in­san yox­dur...

- Şükürlər ol­sun, xal­qın se­vim­li xa­nən­də­lə­rin­dən bi­riy­əm. Döv­lə­ti­miz də mə­ni hər za­man yüksək qiy­mət­lən­di­rib. Ana, nə­nə ola­raq da özümü xoş­bəxt hiss edi­rəm. Uni­ver­si­tet­də pro­fes­so­ram, bu­nun­la fəxr edi­rəm. Sə­nət ba­xı­mın­dan isə ar­zu­la­rım son­suz­dur. Nə vax­ta ki­mi ki, xalq mə­ni səh­nə­də gör­mək is­təy­əcək, o vax­ta ki­mi də ar­zu­la­rım bi­tib-tükən­məy­əcək. Nə vaxtsa, hiss elə­səm ki, ar­tıq səh­nəyə la­zım dey­i­ləm, o za­man vax­tın­da get­mək la­zım­dır ki, o hör­mə­ti, se­vg­i­ni, is­təyi itir­məy­ə­sən.

Bə­zən elə in­san­lar olur ki, xalq onu sev­mir, səh­nə­də gör­mək is­tə­mir, am­ma da­vam edir­lər. Elə sə­nət­kar­la­rı­mız da var ki, yet­miş ya­şı­na gə­lib, am­ma xalq on­la­rı bu­rax­mır.

Bir ara dey­ir­di­lər ki, ya­şı müəy­ən həd­də çat­mış in­san­lar səh­nə­dən get­sin­lər. Mən bu­nun əley­hi­nəy­əm. Xalq bir in­sa­nı se­vir­sə, onu əv­vəl­ki ki­mi din­ləy­ir­sə, be­lə in­san səh­nə­dən niyə get­mə­li­dir ki? Mə­sə­lən, bu ya­xın­lar­da Xalq Ar­ti­s­ti­miz Zey­nəb Xan­la­ro­va­nın ye­ni kon­ser­ti­ni ver­di­lər. İna­nın ki, mən ye­rim­dən qal­xma­dan, nə­fə­si­mi be­lə al­ma­dan so­na­dək o kon­ser­ti din­lə­dim. Hal­bu­ki mən o kon­ser­tə təkcə sa­dəcə ta­ma­şa­çı ki­mi dey­il, həm də mu­si­qi­ni bi­lən bir in­san ki­mi bax­dım. Özünüz də bi­lir­si­niz ki, mu­si­qi­ni bi­lən in­sa­nı mu­si­qi ilə tə­əccüblən­dir­mək, onu sa­at­lar­la stu­la bağlayıb mu­si­qi din­lət­mək asan mə­sə­lə dey­il. Am­ma bu xa­nım sə­nət­ka­rı­mız bu­nu baca­rır. Am­ma elə­lə­ri də var ki, 40 ya­şı var, ar­tıq ta­ma­şa­çı onu sev­mir, on­dan yo­ru­lub. Mən o sə­nət­kar­lar­dan ol­maq is­təy­ə­rəm ki, bəl­li bir yaş­da da ta­ma­şa­çı mə­ni din­lə­sin. Din­lə­nil­mək­dən əla­və, görüntü mə­sə­lə­si də var. Bu­ra­da söh­bət tək gö­zəl­lik­dən get­mir, sağlam­lıq da vaci­b­dir.

- Bu gün Azər­bayca­nın mil­li mu­si­qi­si­nin xa­ricdə təb­liği is­ti­qa­mə­tin­də xey­li ad­dım­lar atı­lır. Siz də bu xey­ir­xah iş­də iş­ti­rak edən sə­nət­kar­lar­dan bi­ri­si­niz. Bu sa­hə­də əl­də et­dik­lə­ri­mi­zi necə qiy­mət­lən­di­rir­si­niz?

- Tə­bii ki, heç nə öz-özünə alın­mır. Döv­lət baş­çı­mız, xüsu­si­lə də Meh­ri­ban xa­nım Əliy­e­va bu işə xüsu­si diq­qət ayı­rır. On­la­rın də­s­təyi ilə Azər­baycan mu­si­qi­si­ni, mə­də­niyyə­ti­ni dünya­da təb­liğ edi­rik. Düzdür, əv­vəl­lər də dünya­nın müxtə­lif öl­kə­lə­rin­də çı­xış edir­dik. Am­ma bu, Azər­bayca­nın adı al­tın­da ol­mur­du axı. Sa­dəcə, SSRİ-nin tər­ki­bin­də­ki bir xalq ki­mi çı­xış edir­dik. Şükürlər ol­sun, bu gün azad şə­kil­də Azər­bayca­nı­mı­zın adı­nı çə­kə bi­li­rik. Han­sı öl­kə­nin, necə bir diy­a­rın oğlu, qı­zı ol­duğu­mu­zu muğam­la­rı­mız­la, mah­­­nı­la­rı­mız­la, "Qa­ra­bağ şi­kə­s­tə­si"miz­lə ra­­hatca di­li­mi­zə gə­ti­ri­rik. Axı mu­si­qi də siy­a­sə­tin bir par­ça­sı­dır.

- Bil­diy­i­miz ki­mi, Ley­li ob­ra­zı­nın da ifa­çı­sı ol­mu­su­nuz. Bəs niyə ope­ra səh­nə­sin­də qa­lıb, onu da­vam et­dir­mə­di­niz?

- Hə­mi­şə "Ley­li" ol­maq üçün gə­rək ope­raya bağlı qa­la­san. Mən öncə də qeyd et­diy­im ki­mi, bir is­ti­qa­mət­də ge­dən xa­nən­də ol­ma­mı­şam. Mən həm bə­s­tə­kar, həm xalq mah­nı­la­rı ifa et­mi­şəm, klip çək­dir­mi­şəm. Uni­ver­si­tet­də müəl­lim­lik edən­də, heç bir qa­dın xa­nən­də­miz uni­ver­si­tet­də müəl­lim­lik et­mir­di, am­ma mən el­mi mə­qa­lə­lər ya­zır­dım elə bu­na gö­rə də ilk qa­dın pro­fes­so­ru adı­nı al­dım. Yal­nız ope­raya bağ­lı qal­say­dım, bütün bun­la­rı çat­dı­ra bil­məz­dim.

- Adə­tən, muğam us­tad­la­rı bir qə­dər kon­ser­va­tiv olur­lar. Əg­ər si­zə rep­lə muğa­mın sin­te­zi şək­lin­də du­et də­və­ti gəl­sə, qə­bul edər­si­niz­mi?

- Əl­bət­tə, niyə də ki ol­ma­sın? Əg­ər key­fiyyət­li mu­si­qi olar­sa, tə­bii ki, qə­bul edə­rəm. Oxucu­la­rı­nı­za da, ta­ma­şa­çı­la­rı­mı­za da ümu­miyyət­lə, ən böyük ar­zum bay­ağı mu­si­qi­dən uzaq qal­ma­la­rı­dır. Qoy, hə­mi­şə key­fiyyət­li mu­si­qi din­lə­sin­lər. Key­fiyyə­ti olan mu­si­qi yax­­şıya is­ti­qa­mət­lən­di­rir, tər­biyə edir.



MƏSLƏHƏT GÖR:

491