18 May 2024

Şənbə, 20:43

VASSAL DÖVLƏT

Amerikalı politoloq Ceyson Katsın "R+"a müsahibəsi

Müəllif:

14.04.2015

Ame­ri­ka­nın "Roll Call" qə­ze­ti xa­rici hö­ku­mət­lə­ri, QHT və kor­po­ra­siy­a­la­rı stra­te­ji kom­mu­ni­ka­siy­a­lar və siy­a­sət sa­hə­lə­rin­də kon­sul­ta­siya edən "To­ol Shed Gro­up"un rəh­bə­ri Cey­son Kat­sla müsa­hi­bə dərc edib. Bu müsa­hi­bə­də ABŞ-ın Cə­nu­bi Qaf­qaz re­g­i­o­nun­da­kı siy­a­sə­ti­ni ana­liz edən ek­s­pert bil­di­rir ki, Er­mə­ni­s­ta­nın Av­ra­siya İt­ti­fa­qı­na qo­şul­ma­sın­dan so­nra Bir­ləş­miş Ştat­lar re­g­i­on­da Azər­baycan və Gürcüstan­la müna­si­bət­lə­rə da­ha çox önəm ver­mə­li­dir, nə­in­ki İrə­van­la. "R+"a müsa­hi­bə­sin­də isə C.Kats fi­kir­lə­ri­ni da­ha ət­ra­f­lı şə­kil­də şərh  edib.

- Er­mə­ni­s­tan ha­mıya nümay­iş et­dir­mək is­təy­ir ki, təcrid və­ziyyə­tin­də ol­ma­sı onun  qon­şu­la­rı­na qar­şı düşmən­çi siy­a­sə­ti­ni da­vam et­dir­mə­si­nə o qə­dər də  ma­ne ol­mur.  Bu siy­a­sət son­da nə ilə nə­ticə­lə­nə bi­lər?

- Er­mə­ni­s­tan dünya­nı özünün hər­bi, siy­a­si və iq­ti­sa­di ba­xım­dan qüdrə­ti­nə, müstə­qil və su­ve­ren döv­lət ol­ma­sı­na inan­dır­maq üçün çox can­fə­şan­lıq edir.  Am­ma görü­nür, bu­na Er­mə­ni­s­ta­nın özündən baş­qa ina­nan yox­dur. Bun­dan baş­qa, Er­mə­ni­s­tan əlin­dən gə­lə­ni edir ki, Azər­baycan və Türkiyə ilə qar­şı­dur­ma­da özünü "yax­şı oğlan" qi­s­min­də tə­q­dim et­sin.  Am­ma re­al­lıq odur ki, əs­lin­də bütün bun­lar hə­qi­qət­dən çox uza­q­da­dır. Er­mə­ni­s­ta­nın də­ni­zə çı­xı­şı yox­dur və o, təcrid olun­muş və­ziyyət­də­dir... Ye­ri gəl­miş­kən,  Er­mə­ni­s­ta­nın dünya­nın ən di­na­mik in­ki­şaf edən re­g­i­o­nun­da bu cür təcrid və­ziyyə­tə düşmə­si, İrə­va­nın yürüt­düyü siy­a­sə­tin nə­ticə­si­dir.  Bun­dan baş­qa, ol­duqca zə­if olan Er­mə­ni­s­tan Qər­bdən və onun tək­lif et­diyi im­kan­lar­dan Ru­siya və İra­nın le­hi­nə im­ti­na et­mək məcbu­riyyə­tin­də qa­lıb. Bu gün Er­mə­ni­s­ta­nı yal­nız bir cür xa­rak­te­ri­zə et­mək olar - İran­la sıx əla­qə qu­ran və rus­la­rın vas­sa­lı sayı­lan döv­lət.  İrə­van Mos­k­va­nın ad­dım­la­rı­nı tə­k­rar­layır. Diq­qət ye­ti­rin. Er­mə­ni­s­tan öz əra­zi­sin­də rus or­du­su­nu və onun ba­za­sı­nı yer­­ləş­di­rib, hər­bi ba­za ilə bağlı mü­qa­vi­lə­ni 2044-cü ilə qə­dər uza­dıb.

Bun­dan baş­qa, hət­ta Er­mə­ni­s­ta­nın qu­ru sər­həd­lə­ri­ni və ha­va mə­ka­nı­nı da ru­siy­a­lı hərbçi­lər qo­ru­y­ur­lar. Üstə­lik, Er­mə­ni­s­tan Aİ ilə mü­na­­si­bət­lər­dən və av­ro­at­lan­ti­kaya in­te­q­ra­siy­a­dan Av­ra­siya İt­ti­fa­qı le­hi­nə ta­ma­mi­lə im­ti­na edib.

Uzun il­lər da­vam edən kor­rup­siya və tə­sərrüfat­sız­lıq ucba­tın­dan bir ne­çə il əv­vəl Er­mə­ni­s­tan iq­ti­sa­diyya­tı if­las­la üzləş­miş­di. Er­mə­ni­s­ta­nın özünü in­ki­şaf­dan, zə­ng­in­lik­dən və re­g­i­on xal­qla­rı­nın ma­raq­la­rın­dan təcrid et­mə­si, ona su­ve­ren­liyi ba­ha­sı­na ba­şa gə­lib. Am­ma bu­nun­la be­lə, Er­mə­ni­s­tan bütün səy­lə­ri­ni öz ha­ki­miyyə­ti­nin pi­a­rı­na və yürütdüyü xa­rici siy­a­sə­tin öl­kə­ni öz di­a­s­po­run­dan baş­qa, ha­mı­dan təcrid et­mə­si fak­tı­nın giz­lə­dil­mə­si­nə yö­nəl­dib.

- Di­g­ər tə­rəf­dən ya­naş­saq, Er­mə­ni­s­ta­nın öz ənə­nə­vi siy­a­sə­tin­dən im­ti­na­sı və kur­su dəy­iş­mə­si öl­kəyə han­sı di­vi­dend­lər gə­ti­rə bi­­lər?

- Er­mə­ni­s­tan özünü acı­nacaq­lı iq­ti­sa­di və siy­a­si du­ru­ma sal­mış və vas­sal döv­lə­tə çe­vir­miş siy­a­sə­tin­də köklü dəy­i­şik­lik­lər et­mə­li­dir. Bu­nun üçün Er­mə­ni­s­ta­nın Ru­siya və İra­nın tə­si­rin­dən çıx­ma­sı tə­ləb olu­nur.  Lo­kal və xa­rici du­rum ba­xı­mın­dan, bu, o qə­dər də asan se­çim dey­il. Bun­dan  baş­qa, Er­mə­ni­s­tan Azər­bayca­nın Dağlıq Qa­ra­bağ bö­lg­ə­­si­nə əsas­sız id­di­a­la­rın­dan da əl çək­mə­li və "ikinci er­mə­ni döv­lə­ti" ad­lan­dır­dıq­la­rı­ də­s­təyə də son qoy­ma­lı­dır, çünki bu, is­tə­ni­lən hal­da, if­las­la nə­ticə­lə­nəcək. Er­mə­ni­lər bütün bun­la­rı dərk et­mə­li və öz­lə­ri­ni əsl müstə­qil öl­kə ki­mi apar­ma­lı­dır­lar. Er­mə­ni­s­tan ­da Türkiyə ilə müna­si­bət­lə­ri nor­mal­laş­dır­mağa ça­lış­ma­lı­dır, özü də bu­nu sə­mi­mi şə­kil­də et­mə­li­dir­lər. Bütün bun­lar Er­mə­ni­s­ta­na mühüm di­vi­den­dlər gə­ti­rəcək. Re­g­i­on­da­kı bütün gə­lir­li ener­­ji lay­i­hə­lə­ri re­al­laş­dı­ran Azər­baycan pre­zi­den­ti İl­ham Əliy­ev də­fə­lər­lə işa­rə edib ki, Er­mə­ni­s­tan öz siy­a­sə­tin­də dəy­i­şik­lik edər­sə, bu la­y­i­­hə­lə­rin tər­kib his­sə­si­nə çe­v­ri­lə bi­lər. Hət­ta Gürcüsta­nın ən böyük ve­rg­i­ö­dəciy­i­si olan Azər­baycan Döv­­lət Neft Şir­kə­ti, Er­mə­ni­s­tan­la müna­si­bət­lə­rin nor­mal­la­şacağı tə­q­dir­də er­mə­ni­lə­rə gü­zəş­tli qaz qiy­mə­ti də tək­lif edir.  Bu isə Er­mə­ni­s­tan ki­mi yox­sul və təcrid olun­muş öl­kə üçün çox şey de­mək­dir.

- Yə­ni düşünürsünüz ki, bə­zi sülh tə­şəbbüslə­ri Azər­bayca­nın güc va­ri­an­tı­na əl at­ma­sı­na eh­tiy­ac qal­ma­dan da Qa­ra­bağ ni­zam­lan­ma­sın­da­kı sta­tus-kvo­nu dəy­i­şə bi­lər?

- Bu ya­xın­lar­da yüksək və­zi­fə­li azər­baycan­lı mə­mur, cə­nab Əli Hə­sə­nov pre­zi­dent İl­ham Əliy­e­vin də­fə­lər­lə söylədiyi fi­k­ri bir da­ha tə­k­rar­layıb: Azər­baycan müna­qi­şə­nin daya­naq­lı, möh­kəm əsas­lı sülh yo­lu ilə həl­li­nə ümid edir və bu is­ti­qa­mə­t­də iş­lə­ri da­vam et­di­rir. Öl­kə əra­­­zi­si­nin 20 %-nin işğ­al al­tın­da ol­ma­sı və er­mə­ni qo­şun­la­rı­nın bu əra­­­zi­lər­dən çı­xa­rıl­ma­sı­nı tə­ləb edən çox­say­lı bey­nəl­xalq sə­nəd­lə­rə rəğ­mən, azər­baycan­lı­lar ar­tıq 20 il­dən çox­dur sülhün bər­qə­rar ol­ma­sı­na ça­lı­şır­lar.  Bu­na rəğmən, Er­mə­ni­s­tan­la Azər­baycan ara­sın­da müha­ri­bə bər­pa olun­ma­sa və ya ABŞ tə­rə­fin­dən re­al və cid­di ad­dım­lar atıl­ma­sa, sta­tus-kvo ar­tıq fak­t­lığın­da qa­lır. Mə­sə­lə yal­nız on­da­dır ki, bu müha­ri­bə­dən qa­lib kim çı­xacaq. Məhz bu­na gö­rə ATƏT-in Minsk qru­pu­nun həm­sədrlə­ri səy­lə­ri­ni təh­­lükə­li sta­tus-kvo­nun dəy­iş­di­ril­mə­si­nə yö­nəl­tmə­li­dir­lər.

- Siz re­g­i­o­nal lay­i­hə­lər möv­zu­su­na to­xun­du­nuz. Qərb  re­g­i­on­da­kı ən nə­hə­ng nəq­liyyat lay­i­hə­si­nin - Asiy­a­nı Av­ro­pa ilə bir­ləş­di­rəcək Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu­nun çə­kil­mə­si­nə yal­nız mə­na­sız "də­s­tək bəy­a­nat­la­rı" ilə ki­fay­ət­lə­nir. Siz bu­nu necə iz­ah edər­di­niz?

- Tə­əssüf ki, bu, er­mə­ni lob­bi­si­nin Ame­ri­ka­nın re­g­i­on­da­kı stra­te­ji mə­na­fey­i­nə zidd olan ma­raq­la­rı­nı re­al­laş­dır­maq cəh­di­nin da­ha bir gö­s­­tə­rici­si­dir. Am­ma xoş­bəx­tlik­dən, in­di və­ziyyət dəy­i­şib və ABŞ ha­zır­da bir­mə­na­lı şə­kil­də BTQ lay­i­hə­­si­ni də­s­tək­ləy­ir.

- Son il­lər re­g­i­on­da Azər­baycan-Türkiyə-Gürcüstan, Azər­baycan-Türkiyə-İran və Azər­bay­can-Türkiyə-Türkmə­ni­s­tan ki­mi bir ne­çə per­spek­tiv­li üçtə­rə­f­li for­mat­lar for­ma­la­şıb. Bu­nun­la ya­na­şı, Azər­baycan-Türkiyə-Ru­siya əmək­daş­lıq for­ma­tı­nın ya­ra­dıl­ma­sı­na da­ir işa­rə­lər də görünmək­də­dir. Bu for­mat­lar­dan han­sı si­zə da­ha per­spek­tiv­li görünür?

- Müstə­qil­liy­i­nin ilk il­lə­rin­dən bə­ri Azər­baycan  Av­ra­siya və Mər­kə­zi Asiy­a­nın ener­ji şə­bə­kə­sin­də özünün lay­iq­li ye­ri­ni tut­mağa ça­lı­şır. Bu, tə­bi­i­dir, çünki Azər­baycan bu­nun üçün ən əl­ve­riş­li coğra­fi mə­kan­da yer­lə­şir. Bun­dan baş­qa, Azər­­baycan Qər­blə dost müna­si­bət­də olan, sa­bit və biz­nes üçün cəl­be­dici bir öl­kə­dir. Əl­bət­tə ki, Qərb və xüsu­sən də ABŞ üçün do­stla­rın sa­yı­nın çox­luğu (xüsu­si­lə də, mü­səl­­man dünya­sın­da) yal­nız xey­ir­dir. Mən­cə, Azər­baycan rəh­bər­liyi Av­ro­pa­nı və Qər­bi öz stra­te­ji ba­xış­la­rı­na inan­dı­ra bil­sə, öl­kə Av­ro­pa­nın ener­ji təhlükə­siz­liyi ba­xı­mın­dan həl­l­e­dici qov­şağına çe­v­ri­lə bi­lər.


MƏSLƏHƏT GÖR:

685