20 May 2024

Bazar ertəsi, 12:39

PESSİMİSTİN AVANTÜRASI

Üçüncü dirçəliş dövrünü yaşayan rus dram teatrının əsasını qoymuş insanın həyatından

Müəllif:

01.11.2008

Volodyuşa... Nikolay Çukovskinin çalışqan şagirdi, 14 yaşlı Volodya Şveytser Odessa qəzetlərinin birində ilk felyetonunu dərj etdirərək, nə vaxtsa özünü belə adlandırmışdı. Dostları və yaxınları üçün o, bütün həyatıboyu Volodyuşa olaraq qaldı. Vurğunu həmişə üçünjü hejaya vururdular. Onu belə yumşaq və doğma çağırmağı xoşlayardılar.  Bununla da ətrafı üçün çox əziz  olan bu adama öz sevgi və minnətdarlıqlarını bildirirdilər. 

Onda yazıçılığa həvəs çox erkən yaşlardan başlamışdı. O, jinasla danışmağı, gülməli əhvalatlar uydurmağı, onları məzə ilə söyləməyi və uydurduğu personacları çox ətraflı təsvir etməyi ilə ətrafdakılarını heyrətə salırdı. Şən xasiyyətinə görə, həmişə məjlisin sevimlisinə çevrilir və ətrafdakılar onun xətrini çox istəyirdilər. O, ətrafdakıların qəlbinə yalnız xoş xasiyyəti ilə yol tapmırdı. Volodyuşa həm də uşaqlığından qojalığına kimi müxtəlif ideyaların mənbəyi idi. 

Özü də ən fantastik və avantürist ideyaların. Hətta ən dolğun olan bir çərçivədə yaşamaq onu darıxdırırdı.  O, həyatını boz, yeknəsəq və darıxdırıjı, duzsuz keçirmək istəmirdi.  Yaşamının atəşfəşanlıq və parlaq bayram olmasını istəyirdi. Gerçək bir həyat yaşamaq istəyirdi. Hisslərini gizlətmədən. Hər şeyə majal tapmağa, hər şeyi əldə etməyə çalışırdı. Bütün bununla yanaşı onun şəxsi həyatı bizim üçün sirr olaraq qaldı. O, nejə bir ailədən idi? Könlünü verdiyi biri vardımı?...

Bakı arxivlərində onun nə məktubları, nə gündəlikləri, nə də şəxsi fotoları qalıb... Amma hər halda, o, böyük ideyalar mənbəyi və yüksək istedad sahibi idi. Və bütün istedadlı adamlar kimi bir qədər səliqəsiz idi. Onun yazdığı yüzlərlə felyetonlar, fantastik hekayələr elə çap olunduqları Odessa, Bakı, Yekaterinburq, Rostov-Don, Moskva, Xarkov, Daşkənd qəzetlərinin səhifələrində qaldı. 

Yaxşı ki, kinoda onun işlərini tapmaq olur, bu işlər sovet kinematoqrafiyasının qızıl xəzinəsinə daxildir!  1915-ji ildən kino ilə maraqlanan Volodyuşa çoxsaylı ssenarilər yazıb və həmin ssenarilər bir çox epoxal filimlərin əsasında durublar. Onun yaradıjılıq həyatının ayrı, amma çox parlaq və  uzunsürən bir səhifəsi isə teatrla bağlıdır. 

Bu, belə olub...

Vladimir Şveytser 25 fevral 1889-ju ildə Bakıda anadan olub. Uşaqlığı Odessada keçib.  Həyatının bu dönəmi curnalistikada ilk addımları ilə bağlıdır. Və ilk təxəllüsləri, o jümlədən "Pessimist" də həmin dövrə təsadüf edir. O, bu oricinal və demək olar ki, xoşagəlməyən təxəllüslə sovet injəsənətinin tarixinə daxil olub.

Daha sonra Vladimir Şveytser yetərinjə tanınmış və populyar olandan sonra onu yaxından tanıyan çoxları bu təxəllüsün ətraf dünyaya və özünə qarşı öldürüjü kinayə olması qənaətinə gəlmişdilər. Çünki həyatı sevən və iti fantaziyaları ilə seçilən Şveytser pessimistə heç bənzəmirdi. Daha bir tanınmış bakılı - Leonid Zorin demişdi: "Pessimist!.. Həyatı bu jür sevən adamlara çox az rast gəlinir!"

Onun  yeniyetməlik dövrü Bakıda keçib, Lavrovun gimnaziyasında oxuyub və sosial-demokrat "şagird" komitəsinin rəhbərlərindən biri olub. Anjaq bu, Volodyuşa üçün çox az idi.  Təhlükələrə jan atması, gənjlik maksimalizmi və avantürist ruhunun dikbaşlığı onu İosif Juqaşvilinin rəhbərlik etdiyi bolşevik təşkilatına gətirib. Orada o, öz ədəbi istedadından istifadə edərək, təbliğat vərəqlərinin və bəyanatların müəllifinə çevrilir. 

Onun bu istedadı çar mühafizəsinin də diqqətini jəlb edir. Onların "diqqəti" sayəsində 18 yaşlı Vladimir 1907-ji ildə Bakıdan qaçmağa məjbur olur. Və tezliklə Niceradze soyadlı saxta pasport ilə Yekaterinburqda peyda olur. Çevik və çox gənj olan "qafqazlı" tezliklə "Uralskaya cizn" qəzetinin reportyoruna çevrilir. Onun hekayələri, felyetonları, yumoreskaları yerli curnalistlər içində öz üslubu, sücetin kəskin dönüşləri, zəngin ədəbi dili ilə sevilirdi. 

V.Şveytserin ədəbi üslubu A.Averçenko və A.Amfiteatrovun üslubuna çox yaxın olub. Yekaterinburqda keçirdiyi dörd il ərzində Volodyuşanın qələmi pərgarlaşıb, ibarəli yazmağı öyrənib və bu ona elə bir populyarlıq qazandırıb ki, o, yenidən yaşayış yerini dəyişməli olub. Bir neçə Rusiya şəhərində yer dəyişən Şveytser, nəhayət, Moskvaya gəlib. Burada "Rampa i cizn" curnalı ilə əməkdaşlıq edib və teatrlarla həddindən artıq maraqlanıb, kinoya meyi edib, ssenarilər yazıb, Aleksey Tolstoy ilə dostluq edib. 

Nəhayət, tanınmış curnalist və ədəbiyyatçı kimi "Letuçaya mış" teatrından əməkdaşlıq təklifi alır. O, təklifi sevinjlə qarşılayır və həvəslə işə başlayır. Miniatür teatrı, teatr-kabare Moskva əhli arasında böyük populyarlıq qazanır. Kiçik formalar yeni hakimiyyətin ideologiyasına çox uyğun gəlirdi. Şveytser özünəxas optimizm ilə əsrarəngiz teatr aləminə daxil olur. 

Onda o heç təsəvvür edə bilməzdi ki, üç-dörd il keçəjək və o, özü miniatür teatrın başçısına çevriləjək. Ozü kiçik pyeslər yazajaq, aktyorlar seçəjək və repertuar formalaşdırajaq (Və bu onun həyatının ən böyük avantüralarından biri olajaq). Həyatının kəskin dönüşünü o, hətta bir dəfə 1920-ji ilin isti iyul axşamı Moskvada Nikita Fyodoroviç Baliyevin başçılıq etdiyi truppanın tərkibində Bakıya yol alan qatara əyləşəndə də hiss etməmişdi. 

Çamadanlar, bağlamalar, rekvizitli yeşiklər, qadın şlyapaları doldurulmuş karton qutular, yola salanların təntənəli çıxışları, vida görüşmələri və öpüşləri, orkestrin təntənəli marşı altında hərəkət edənlərin təntənəli, şən səsləri... Bütün bunlar "Letuçaya mış" teatrının ədəbi bölümünün müdiri Vladimir Zaxaroviç Şvetserin gözündə bayram suetası kimi görünürdü. 

O, Nikita Baliyevin sağ əli yola düşməzdən əvvəl bütün lazım olan sənədlərin mövjudluğunu yoxlamalı idi. Yəni Moskvadan Bakıya qədər olan bütün dəmiryol emalatxanalarında tamaşaların göstərilməsi üçün Baş Siyasi Yollar İdarəsinin yollayışı olmalı idi, həm də aktyorlar və onların ailə üzvləri də yollayışa sahib olmalı idilər... Yəni çox şey lazım idi. Anjaq onun qəlbinin dərinliklərində 13 il idi ki, ayrıldığı və görmədiyi, anjaq qəlbinin bir hissəsinin qaldığı doğma şəhərlə görüşün sevinji uyuyurdu. Bu, onun həyatının ən xoşbəxt və şənçağı idi! 

Anjaq həmin qatarda olanların heç də hamısı yeni hakimiyyəti qəbul etmirdi. Və təbliğat qatarı isti Xəzər sahillərinə yaxınlaşdıqja yaradıjılıq, istehsalat və siyasi sahələrdə olan fikir ayrılıqları güjlənirdi. Bu, yaxşı heç nə vəd etmirdi. Və nəhayət, kollektiv avqustun sonlarında Bakıya gəlib çıxandan sonra əsəblər sona qədər gərildi. Heç də hamı kommunizmin sabahın ən ideal modeli olmasına inanan Şveytserlə həmfikir deyildi. 

Hər şeydən önjə, Nikita Baliyev bu hakimiyyəti  qəbul etmirdi. O və truppanın böyük hissəsi xarijə mühajirət etməyə qərar vermişdi.  Bakı dəmiryol işçiləri üçün məjburi olan iki tamaşanı verdikdən sonra "Letuçaya mış" öz fəaliyyətini dayandırdı. Truppa, demək olar ki, dağıldı. Anjaq bütün bunlara baxmayaraq, onlar tam tərkibdə Tiflisə yola düşdülər. Orada da tamaşalar verdilər. Məhz bundan sonra kollektivin böyük hissəsi Baliyevin başçılığı altında gəmi ilə Türkiyəyə yola düşdü. 

Bakıya bir neçə adam döndü. Onlardan biri də Vladimir Şveytser idi. Məhz onun səyləri nətijəsində 87 il önjə Azərbayjanda Səməd Vurğun adına Rus Dram Teatrı kimi tanınan teatr yarandı. 

 

Plakat teatrı 

Bu, yetərinjə sürətlə baş versə də, elə də sadə olmayıb. Volodyuşanın həyati optimizmi və sonsuz fantaziyası bu işdə çox rol oynadı. Şərq və Qərbin kəsişməsində yerləşən bu böyük beynəlmiləl şəhərdə miniatür siyasi təbliğat teatrının önəmini anlayan V.Şveyster bu məsələni Bakıdakı həmkarları ilə müzakirə edərək "KavROST"un müdiri S.Y.Baqdatyevin yanına yollanır.

Unutmaq lazım deyil ki, hadisələr 1920-ji ilin  avqust ayının sonlarında - sentyabr ayının əvvəllərində baş verir. Həm də xatırlayaq ki, ötən yüzilliyin əvvəllərində çoxmillətli mədəniyyətlərin qovuşmasının gözəl nümunəsi olan Bakıda çox sayda teatrlar var idi. Onların çoxu bir mövsümdən artıq yaşamırdı. 

Amma bu teatrlardan bəziləri, məsələn,  A.Polonskinin antreprizi kimiləri on illərlə yaşayırdılar. Anjaq onlar həmin dövrün siyasi məqamına uyğun gəlmirdilər və hakim partiya üçün ideoloci rupor rolunu oynamırdılar. Anjaq S.Baqdatyev ilə V.Şveytser arasında söhbətə qaydaq. Şveytser o qədər inamlı və bəlağətli danışaraq ideyasını əsaslandırıb ki, artıq sentyabrın sonuna hökumət qəzetlərinin səhifələrində prinsipjə yeni plakat- inqilabi yönümlü bir teatrın açılması barədə məlumat verilib.  

Çox sürətlə şəhərin mərkəzində, Bakı bulvarının düz yanında teatr üçün bina tapılıb. Bu, Olginski 4 ünvanında, yəni indiki Məmmədəmin Rəsulzadə küçəsindəki keçmiş Tağıyev passacının binası idi. 20 dekabr 1920-ju il tarixdə yeni Azad Satira Təbliğat Teatrı açılır. Və Volodyuşa böyük səylə yeni teatrın yaradılmasına başlayır. "Letuçaya mış"dakı təjrübəsini yada salaraq və proletariatın teatr tamaşalarına marağını nəzərə alaraq, parlaq, tutarlı və yüksək ədəbi keyfiyyətli sücetlər yaradır. 

Öz mövjudluğunun elə ilk günlərindən teatr öz tamaşaçılarını qazanır və yalnız onlar üçün işləyir. V.Şveytser gözəl anlayrıdı ki, zala gələn adamların çoxunun teatrın nə olduğunu öyrənməyə ehtiyajı var. Volodyuşa isə təkjə ibarəli üslubun yaradıjısı deyildi. Buna görə də yetərinjə qısa müddətdə tamamilə yeni publika və səhnə arasında əlaqə quruldu. Və üç il ərzində bu dialoq yetərinjə səmərəli oldu. Anjaq hər şeyin sonu var. Daha doğrusu, hər şey öz məntiqi sonluğu ilə başa çatır. 

Satira Təbliğat Teatrının da aqibəti belə oldu. Üçünjü mövsümün sonunda Volodyuşa çoxpərdəli pyesi tamaşaya qoydu. Prinsipjə o, bunu etməməli idi. Çünki bu kiçik formaların teatrı idi. Təbii ki, şəhər hakimiyyəti çaş-baş qalmışdı. Anjaq nə etmək olardı? Artıq təbliğat tamaşası formasının vaxtı keçmişdi. 

Tamaşaçılar açıq-aydın darıxmağa başladılar və V.Şveytser indiyə kimi əldə edilmiş tamaşaçıları itirməmək üçün qorxu və riski öz boynuna götürərək, çoxpərdəli pyesə üz tutur. Həm də üçünjü ilin sonuna yaxın getdikjə daha az yazmasına görə onun bir insan kimi "eyni sücet" içində qala bilmədiyini, miniatür teatr fomasından gündən-günə bezdiyini anlamaq olur. 

Həmkarlarının dəstəyi ilə o, yenidən hökumət qarşısında miniatür teatrının adının dəyişdirilməsi və kollektivin böyük dramaturgiya formatı ilə işə başlaması barədə məsələ qaldırıb. Onun bəxti yenə də gətirib. Açıq təbliğat dövrünün başa çatdığını, "xalq arasında ağıllı, xoş və əbədi dəyərlər yaymağın" vaxtı çatdığını anlayan şəhər hakimiyyəti Satira Təbliğat Teatrını Bakı Fəhlə Dram Teatrına çevirmək barədə qərar verib. 

1923-jü ilin oktyabr ayında teatr K.Mininin "Şəhər mühasirədədir" pyesinin tamaşası ilə açılıb. Bu, çox önəmli hadisə kimi qeyd edildi. Yerli qəzetlər hay-küylü  başlıqlarla çıxdı. Şəhər jamaamatı, xüsusilə də, teatr həvəskarları səbirsizliklə teatr üçün yeni binanın verilməsini gözləməyə başladılar. Bir ildən sonra bina da oldu. Bu, keçmiş "Mikado" kinoteatrının 9 Yanvar küçəsindəki binası idi. Və bu keçən səksən ildə iki dəfə əsaslı təmir görmüş bina teatr üçün doğma evə çevrildi. 

Görəsən, Vladimir Zaxaroviç Şveytser bu jür uzun ömürlü və möhkəm bədii əsasa malik teatrın əsasını qoyduğunu bilirdimi? Çətin ki... Volodyuşa fədakarjasına formaja yeni teatr qurmağa başladı. Teatr bircalarına gedərək aktyorlar seçməyə başladı, recissorlar və rəssamlar dəvət etdi, repertuar formalaşdırdı. Teatrın işini qaydaya saldıqdan sonra yenidən darıxmağa başladı. Bu, çevik insanı anlayanlar artıq 1926-jı ildə hansısa dəyişiklərin vaxtı çatğdığını hiss etməyə başladılar. Və bunlar Volodyuşanın növbəti, həm də fantastik olan ideyaları ilə ortaya çıxmağa başladılar. 

Bu dəfə "yeni bədii-teatr işğal planından" söhbət gedirdi. Onun məğzində Bakı Fəhlə və Tiflis Qırmızı Proletar Mədəniyyəti teatrlarının birləşməsindən Zaqafqaziya Teatrının yaradılması dururdu. Ehtimal edilirdi ki, onların hər birinin peşəkar aktyor truppası, öz binası və öz büdjəsi olajaq. Yalnız bədii rəhbərlik - recissorlar, rəssamlar, ədəbi rəhbərlər, bəstəkarlar ümumi olmalı idi. Hər iki teatrda repertuar elə tərtib edilməli idi ki, Bakı və Tiflis arasında tamaşa mübadilsi mümükün olsun. 

1926-jı ilin payızına bu fanatastik layihə qismən həyata keçirilib. Və V.Şveytser hər iki teatrın inzibati rəhbərliyini həyata keçirməyə başladı. Gözlənildiyi kimi bu vəziyyət də uzun çəkmədi. İdeal birləşmiş yaradıjılıq kimi utopik ideya ideal praktik tətbiqini tapa bilmədi. Qəzet səhifələri onun teatrdan, onun repertuar siyasətindən uzaqlaşması və ümumiyyətlə, iki tieatra birdən rəhbərlik etməyə güjü çatmaması barədə tikanlı başlıqlarla və ifşaediji məqalələrlə dolu idi. 

Bütün bu çıxışlara baxmayaraq, o, müəyyən müddət iki teatrın yaradıjılıq ittifaqı ideyasını həyata keçirməyə səy göstərdi. Anjaq təəssüf. Bu onunla bitdi ki, o, bu iki teatr arasında seçim etməli oldu. O, Tiflisi seçdi. Ona görə yox, Tiflisi Bakıdan çox sevirdi. Yox. Sadəjə, onun "Bakı Fəhlə Teatrı" adlı sücetin çərçivəsində mövjudluğu başa çatmışdı.   

Onun ramedilməz ruhu həmişə dəyişikliklərə jan atırdı. Keyfiyyətjə yeni yüksəkliklər əldə etmək istəyirdi.  Yəqin ki, bunda çar mühafizəsi ilə münasibətlərin yaxşı olmadığı uzaq zamanlardan fomalaşmış yerdəyişmələrə meyil hissi də rol oynayıb. Beləliklə o, Tiflisə gedir. Anjaq doğma şəhəri  və doğma teatrı ilə yaradıjılıq əlaqələrini kəsmir. 

O, periodik olaraq tamaşalara gəlirdi. Düzdür, getdikjə bu seyrəkləşir. Sonra Moskvaya gedir. Və özünəməxsus enerci ilə nə vaxtsa kinoda yarmçıq qoyduğu işini bərpa edir. Çoxlu ssenarilər yazır. Bu ssenarilər əsasında filmlər çəkilir. Həmin filmlərin çoxu sovet kinemotoqrafiyasının qızıl fonduna daxil olub. Bunlar "Əsil oğlan", "Marionetkalar", "Vasilisa Prekrasnaya", "Konek-qorbunok", "Koşşey Bessmertnı" və başqaları idi.

Böyük Vətən müharibəsi illərində Şveytser Daşkənddə yaşayır və orada onun ssenariləri əsasında filmlər çəkilir. Qırxınjı illərdə oradan Bakıya tamaşalara gəlirmiş. Dostluq əlaqələrini kəsmirmiş. Bakıya gələndə o, "İnturist" mehmanxanasında qalırmış, teatra gedən yolda Bakı bulvarı ilə gəzməyi çox xoşlayırmış. 

Onun ailəsi olubmu? Bax, bunu müəyyən etmək mümkün olmadı. Köhnə mühasibat uçotu kitablarında bu barədə heç nə bildirilmir. Bakıda 20 dekabr 2008-ji ildə 88 yaşı çatajaq teatrın əsasını qoymuş bu adam haqqında başqa məlumatlar əldə etmək mümkün olmadı. Dövlət Teatr İnjəsənəti Muzeyində onun bir neçə portret şəkili saxlanıb. Həmin şəkillərin bəzilərindən o, yüngüljə gülümsəyir. Bəzən də jiddi olur. Bu, iyirminji illərin Vladimir Zaxaroviç Şveytseridir.

O, baron Münhauzen kimi hər zaman insanlara sevinj və xoşbəxtlik bəxş etməyə çalışıb. Və şəhərə elə bir teatr bəxş edib ki, uzun illər insanların bir çox nəsilləri üçün mədəniyyət mərkəzi və əvvəlki kimi Melpomenanın dolaşdığı, teatr əfsanələrinin yaşadığı ev olub. Özü də bu əfsanələr Şveytserin fantastik hekayələrinin üslubundadır. Həmin əfsanələr uzun müddət yaşayır, ağızdan-ağıza, nəsildən-nəsilə ötürülür. 

Və həmişəlik qalmaq üçün teatra gələn gənj aktyorlar müqəddəs titrəyişlə zalın və səhnə arxasının yarıqaranlığına baxaraq, əfsanələrə görə, dünyasını dəyişmiş aktyorların ruhlarını arayırlar. Və onların öz ən yaxşı qəhrəmanlarının görkəmində olajağına inanırlar... 

Nə vaxtsa V.Şveytser tərəfindən qurulmuş və xalq arasında qısa şəkildə "Rusdrama" adlandırılan bina üçünjü əsaslı təmirini yaşayıb və dövlət başçısının səyləri ilə bu ilin yazında öz qapılarını yenidən bakılılar və şəhərin qonaqları üçün açıb. Bizə isə bu binanın əsasını qoymuş adamın - Vladimir Zaxaroviç Şveytserin, Pessimistin, Volodyuşanın adını xoş sözlərlə anmaq qalır. 

Leonid Zorinin dediyinə görə, o, "zövqlə yaşamağı bajarıb və öz gur temperamentini səxavətlə recissorluğa, dramaturgiyaya, kinematoqrafiyaya həsr edib". Çoxlarının peşəkar taleyinin bağlandığı teatrın yaradıjısı və ilk recissoru on illiklərdən sonra məhz məğlub edilməz, yaradıjı, hazırjavab və injəsənətə sonsuz sadiq insan kimi xatırlanır.


MƏSLƏHƏT GÖR:

433