26 Aprel 2024

Cümə, 22:55

QADAĞALARA RƏĞMƏN

Əfsanəvi Qəmər Almaszadənin Azərbaycanda balet məktəbini necə yaratması haqda

Müəllif:

21.04.2015

İlk Azərbaycan dramaturqu, rejissoru, opera bəstəkarı, aktyoru, eləcə də Azərbaycanda ilk qəzetin redaktoru haqda danışmazdan öncə bir həqiqəti xatırladaq ki, öncülün yolu həmişə çətin olur. Lakin belə insanlar qadın olanda, bu yol daha da çətinləşir. Onun bu asan olmayan yolda hansı ictimai müqavimətlə üzləşdiyini ancaq təsəvvür etmək olar. - Düz yüz il əvvəl Azərbaycan balet məktəbinin yaradıcısı Qəmər Almaszadə doğulub. 

 

Xoşbəxtlik naminə yalan

İndi demək olar: "Hər şeyin "günahkarı" anamdır!" Bu haqda balerina özü də danışır: "Ta uşaqlıqdan musiqini eşidərək, rəqs etməyə başlayırdım və illər ötdükcə bu elə yaxşı alınırdı ki, anam atamdan xəlvətcə məni özəl rəqs studiyasına göndərdi. Beləcə, biz bir neçə il atama "gəzməyə gedirik" deyərək, rəqs məktəbinə dərslərə gedirdik". Anam "mama" işləyirdi və ona görə də hərdənbir həkimlərin ziyalı mühitində fırlanardı. Atam isə əhatəsi tamamilə fərqli olan adı çəkməçi Hacı Ağa idi. Bundan başqa, mövhumata qədər dindar idi. Anam ondan çəkinirdi, amma ağır kişinin yanında istənilən azad qadın kimi təki uşaqları xoşbəxt olsun deyə "intriqalar qururdu". 

Balerina özü o vaxtı belə xatırlayırdı: İnqilabdan sonra xoreoqrafiya məktəbi açılandan sonra, məni səhnəyə yaxşı hazırlayan olduqca təcrübəli pedaqoqlarla məşğul olmağa başladım. Beləcə mən ilk azərbaycanlı balerina oldum. Bütün bunlar böyük məhəbbət bəslədiyim atamdan gizlincə baş verirdi. Mömin müsəlman Hacı Ağa doğma qızını həddən artıq yüngül, hətta açıq-saçıq balet kostyumu geyinmiş səhnədə heç təsəvvür edə bilməzdi.  

 

Yoluxucu teatr

Deyirlər ki, pis nümunə yoluxucudur. Atam da yəqin belə düşünürdü. Qəmər ondan gizlin balaca bacısı Ədiləni də baletə apardı. Daha sonra qardaşı Ənvər, bacısının uğurlarını görərək, Rəssamlıq məktəbinə (bugünkü Əzimzadə adına) daxil oldu. Ən maraqlısı odur ki, Qəmər təhsilini Bakıda da, Leninqradda da uzun illər ərzində atasından gizlədə bilir. Qəmər xanım bu haqda belə danışır: "Mən səylə məşğul olurdum, Leninqradda Qalina Ulanovanın anası Mariya Romanova kimi gözəl pedaqoqdan təhsil almışam. Atama gələndə deyirdim ki, mühəndislik oxuyuram, özüm isə yenidən səhnəyə. Tezliklə mən respublikanın əməkdar artisti, Azərbaycan SSR-nin xalq artisti oldum. Daha sonra isə SSRİ-nin xalq artisti adına layiq görüldüm. Anam mənim baletmeyster, məktəbin pedaqoqu, teatrın gələcək balerinalarının rəhbəri kimi işimə heyran idi. 

Ailə bütün dostlarından və tanışlarından uşaqlarının nə ilə məşğul olduqlarını gizlətməyi xahiş edirdi və bu olduqca uzun müddət davam etdi. Lakin zamanla atama hətta kənar şəxslər, sadəcə tanışlar və xəbərdar etməyi unutduğumuz qonşular ya da sadəcə özlərini saxlaya bilməyənlər təbriklərlə yaxınlaşmağa başladılar. "O, təbrikləri sevinclə qarşıladığını göstərirdi, amma hiddətlənirdi, qəzəblənirdi, anamla qızğın mübahisələr salırdı".

Həmin vaxt Qəmərin 30 yaşı vardı, ümumittifaq şöhrəti qazanmışdı və hətta Bakıda dərs deyirdi, teatrda isə ancaq baş rolları alırdı.

 

Gülyanağın atılması

Atam zaman-zaman evdəkiləri yığar, onları sıraya düzər və soruşardı ki, nə üçün onlar hamısı bir nəfər kimi bu teatrın dəlisi olublar. O, mədəni insanların mühitində olmaqdan çox utanırdı, həm də çox istəyirdi ki, onu tanımasınlar. Lakin su axar öz yolunu tapır, çəkməçi Hacı Ağa evdəkilərin (və ictimai) təzyiqi altında əvvəllər heç vaxt getmədiyi teatra getməyə hazırlaşdı. Və ona görə də ən axırıncı sırada bilet aldı. Həmin vaxt, yeri gəlmişkən, Qəmərin həyat yoldaşı Əfrasiyab Bədəlbəylinin (bir Allah bilir ki, Qəmərin qohumları qız ona ərə gedəndə nə peşə uydururdular) məxsusi olaraq onun üçün yazdığı "Qız qalası" baleti gedirdi.   

"Bizim bilet yoxlayan qızlar bu haqda mənə deyəndə, qorxdum ki, o səhnəyə cumacaq və dəhşətli qalmaqal yaradacaq. Amma yox, o, bütün tamaşaya baxdı. Qəhrəman Gülyanaq, daha doğrusu, mən qalanın başından dənizə atılanda, o elə hönkürüb ki, heç nədən xəbərsiz qonşularımız bunun səhnə oyunu olduğunu əmin edərək, onu sakitləşdirməyə başlayıblar - deyə balerina xatırlayırdı. Bunu öyrənəndə, tamaşadan sonra evə getməyə qorxurdum. Amma yenə də ayağımı evin kandarına qoyanda atam üstümə cumub məni qucaqladı: "Sən necə də gözəl artistsən!"

O vaxtdan Hacı Ağaya yalan demədilər. O, sadə və səmimi (əlbəttə ki, bu görünürdü) adam idi və ona görə də qızının mükafatları ilə öyünmürdü. Sadəcə, onun uğurlarına, zəhmətkeşliyinə səmimi qəlbdən sevinməyə başladı və həmişə bu haqda qürurla danışardı.

 

Müəllimlər və şagirdlər

Qəmərlə yanaşı, Leninqrad teatr məktəbində Qalina Ulanova və Tatyana Veçeslova kimi əfsanəvi balerinalar da çalışırdılar. Ona Ulanovanın anası, əfsanəvi balerina, məşhur Mariinka teatrının solisti, parlaq pedaqoq Mariya Romanova dərs deyirdi. 

Qəmər səhnədən vaxtında gedib, 35 yaşı vardı. Dramatik aktrisadan fərqli olaraq, balerina üçün bu artıq ciddi yaşdır. "Qoy, tamaşaçılar məni cavan xatırlasınlar!" - o, bununla, bağlı deyirdi. - Hələki formada idim və hamı bəyənirdi, mən rəqs edirdim. Lakin mənə çətin olduğunu hiss edən kimi heç kim məni qalmağa inandıra bilmədi. Əmin idim ki, düz edirəm".

Ona haqq qazandırmaq olar ki, Qəmər xanım Leyla Vəkilova, Rəfiqə Axundova, Tamilla Şirəliyeva kimi layiqli vərəsələrini hazırlayıb. O, başqa ölkələrdə də dərs deyirdi. 1970-ci ildə isə onun rəhbərliyi altında İran xalq rəqsləri ansamblı yaradıldı.

Səhnədə Qəmər Almaszadə əsas partiyaları ifa edirdi, bəlkə də, ən məşhur tamaşalarda: buraya "Qu gölü", "Don-Kixot", "Şelkunçik", "Yeddi gözəl", "Jizel" daxildir. Lakin, əlbəttə ki, onun əsas rolu - həmin Gülyanaq partiyasıdır. Və, bəlkə də, ona görə bu günlərdə dahi balerinanın yüz illiyi münasibətilə Azərbaycan Dövlət Opera və Balet Teatrı məhz "Qız qalası"nı qoyacaq. Teatrın mətbuat xidmətindən xəbər verildiyi kimi, tamaşada əsas rolları görkəmli aktyorlar Gülağası Mirzəyev və Anar Mikailov oynayacaqlar. Gülyanaq rolunu isə 8 il əvvəl "Karmen - suitası"nı əzəmətlə debüt edən balerina Tamilla Mamedzadə canlandıracaq. Tamaşanın rejissoru professor Cavanşir Cəfərovdur. Budur o - Azərbaycan balet məktəbi, Almaszadənin varisi.



MƏSLƏHƏT GÖR:

755