4 May 2024

Şənbə, 02:08

ASALA-nın DİRÇƏLDİLMƏSİ

Türkiyə parlamentinin deputatı ölkəsinə və Azərbaycana erməni terrorunun yeni dalğası ilə bağlı xəbərdarlıq edir

Müəllif:

21.04.2015

1915-ci il­də Os­man­lı İm­pe­riy­a­sın­da baş ver­miş ha­di­sə­lə­rin 100-cü il­dönümü ərə­fə­sin­də er­mə­ni təb­liğa­tı nə­zə­rə­çar­pacaq də­rəcə­də güc­lə­­nib. On­lar bütün dünyaya "er­mə­ni soy­qı­rı­mı" haq­qın­da mi­fi qə­bul et­dir­mək üçün də­ri­dən-qa­bı­q­dan çı­xır­lar. Tə­əssüf ki, bə­zi siy­a­si da­i­rə­lər müx­tə­lif mə­sə­lə­lər­də Türkiy­əyə təzyiq gö­s­tər­mək üçün "soy­qı­rı­mı" si­la­hın­dan hə­vəs­lə is­ti­fa­də edir­lər. Bu­nu son ola­raq Ro­ma Pa­pa­sı Fran­si­s­kin bəy­a­na­tın­dan gör­mək mümkündür. Er­mə­ni təb­liğa­tı Pa­pa­nın bəy­a­na­tı­nı tə­ləm-tə­lə­sik öz ak­ti­vi­nə ya­zıb. Am­ma bu də­fə er­mə­ni­lər yal­nız təb­liğat­la ki­fay­ət­lən­mir. On­lar köh­nə ənə­nə­lə­ri­nə sa­diq qa­la­raq, ter­ror hə­də­si­ni də dö­v­riyyəyə bu­ra­xıb­lar.

"Soy­qı­rı­mı" möv­zu­su ət­ra­fın­da baş ve­rən­lə­ri "R+"a Türkiyə par­la­men­ti­nin Mil­lət­çi Hə­rə­kat Par­tiy­a­sın­dan (MHP) olan de­pu­ta­tı, ta­rix­çi, pro­­fes­sor Yu­suf HALAÇOĞLU  şərh edib.

- Cə­nab de­pu­tat, Ro­ma Pa­pa­sı Fran­sisk bəy­an edib ki, "XX əs­rdə bə­şə­riyyət 3 bö­yük, görünmə­miş faciə ya­şayıb - er­mə­ni soy­qı­rı­mı, na­sizm və sta­li­nizm". Dün­ya ka­to­lik­lə­ri­nin li­de­ri­nin di­lin­dən "soy­qı­rı­mı" ifa­də­si­nin çıx­ma­sı­nı necə qiy­mət­lən­di­rir­si­niz? Axı, o, An­ka­ra­da sə­fər­də olar­kən Er­mə­ni­s­tan-Türkiyə sər­həd­lə­ri­nin tez­lik­lə açıl­ma­sı ar­zu­su­nu di­lə gə­tir­miş­di.

- Hər şey­dən öncə din xa­di­mi­nə bu cür düşünül­mə­­miş, eh­tiy­at­sız si­y­a­si bəy­a­nat ver­mək ya­raş­mır. Be­lə bəy­a­nat­lar in­san­la­rı çaş­dı­rır, qə­zəb his­si­nin ar­t­ma­sı­na sə­bəb olur. "Soy­qı­rı­mı"nın ta­nın­ma­sı mə­sə­lə­si nə Pa­pa­dan, nə par­la­men­t­lər­dən ası­lı­dır. Bu, məh­kə­mə­lə­rin işi­­dir. Müəyyən qüvvə­lə­rin məh­kə­mə əvə­zi­nə işə din xa­dim­lə­ri­ni, par­la­men­t­lə­ri cəlb et­mə­si on­la­rın möv­qe­lə­ri­nin zə­i­f­liy­i­ni gö­s­­tə­rir. Pa­pa­nın hə­rə­kə­ti yol­ve­ril­məz­dir. Çünki bu hal­da siy­a­si təzyiq rı­ça­qı ki­mi din­dən is­ti­fa­də olu­nur. Pa­pa­nın və bütün­lük­də xri­s­ti­an dünya­sı­nın "soy­qı­rı­mı"nı ta­nı­ma­sı heç nəyi dəy­iş­məy­əcək.

- Er­mə­ni­s­tan hö­ku­mə­ti "soy­qı­rı­mı"nın 100 il­liy­i­ni mümkün qə­dər hör­mət­lə ke­çir­məyə ça­lı­şır. Mə­sə­lən, ap­re­lin 24-nə İrə­van­da müxtə­lif döv­lət və hö­ku­mət baş­çı­la­rı­nın iş­ti­ra­kı ilə plan­laş­dı­rıl­mış təd­bir­lə ya­na­şı, müxtə­lif öl­kə­lər­də kon­fran­s­lar, se­mi­nar­lar, eti­raz ak­siy­a­la­rı da ke­çi­ri­lir. Türkiy­ə­nin bu əməl­lə­rə re­ak­siy­a­sı nə də­rəcə­də müva­fi­q­dir?

- Tə­əssüf ki, Türkiyə hö­ku­mə­ti­nin bu is­ti­qa­mət­də­ki fə­a­liyyə­ti yum­şaq de­sək, ef­fekt­siz­dir. "Er­mə­ni soy­qı­rı­mı"nın 100 il­liy­i­lə bağlı kam­pa­niy­aya qar­şı in­diy­ə­dək cid­di bir iş görülməy­ib. Doğru­dur, ay­rı-ay­rı öl­kə­lə­rin par­la­men­t­lə­rin­də bir ne­çə gö­rüş ke­çi­ri­lib. Am­ma bu, 1915-ci il ha­­di­sə­lə­ri­lə bağlı hə­qi­qət­lə­rin dün­ya­ya çat­dı­rıl­ma­sı üçün, əl­bət­tə ki, ki­fay­ət dey­il. Hə­lə­lik er­mə­ni­lə­rin ya­lan, nüfuz­dan sal­ma kam­pa­niy­a­sı­na qar­şı Türkiyə tə­rə­fin­dən heç bir cid­di ad­dım atıl­mır.

- Bəs, nə et­mək la­zım­dır?

- Əks-ad­dım­la­rın nə­dən iba­rət ola bi­ləcəyi bəl­li­dir. Mə­sə­lən, Türkiyə 1915-ci il ha­di­sə­lə­ri­nin araş­dı­rıl­ma­sı üçün ko­mis­siy­a­nın ya­ra­dıl­ma­sı tək­li­fi­lə BMT-yə müraci­ət edə bi­lər. Azər­baycan isə dünya bir­liy­in­dən Xoca­lı qət­li­a­mı­na əda­lət­li siy­a­si qiy­mə­tin ve­ril­mə­si­ni tə­ləb et­mək hüqu­qu­na ma­lik­dir. Bu­nun­la bağlı, nə­in­ki şa­hid ifa­də­lə­ri, həm də Xoca­lı sa­kin­lə­ri­nə qar­şı soy­qı­rı­mı­nın həy­a­ta ke­çi­ril­diy­i­ni, on­la­rın yal­nız mil­liyyətcə azər­baycan­lı ol­duq­la­rı üçün məhv edil­­dik­lə­ri­ni tə­s­diq­ləy­ən vi­deo­ma­te­ri­al­lar da var.

- Türkiy­ə­nin əlin­də er­mə­ni­lə­rin "1915-ci il soy­qı­rı­mı" id­di­a­la­rı­nın uy­dur­ma, ya­lan ol­duğu­nu tə­s­diq­ləy­əcək tək­zi­bo­lun­maz sübut­lar var­mı? Çünki bə­zən Türkiy­ə­nin özündə Er­mə­ni­s­tan­dan üzr is­tə­məyə ha­zır olan in­san­lar  mey­da­na çı­xır...

- Sübut­lar, əl­bət­tə ki, var və on­lar dünya icti­ma­iyyə­ti­nə tə­q­dim olu­nub. Bu mə­sə­lə ilə bağlı sə­nəd­lər və ki­tab­lar dünya­nın bir çox dil­lə­rin­də dərc edi­lib. La­kin Qərb er­mə­ni­lə­rin id­di­a­la­rı­na sırf siy­a­si nöq­teyi-nə­zər­dən ya­na­şır.

De­mo­kra­tik cə­miyyət­lər­də in­sa­nın müda­fiə im­ka­nı ver­mə­dən müha­ki­mə olun­ma­sı yol­ve­ril­məz­dir. Məh­kə­mə ol­ma­dan in­sa­nı ci­nay­ət tö­rət­mək­də təq­sir­li bil­mək ol­maz. Be­lə olan tə­q­dir­də, müxtə­lif döv­lət­lə­rin par­la­men­t­lə­ri han­sı əsas­la "er­mə­ni soy­qı­rı­mı"nı ta­nıyır?

- Er­mə­ni ter­ror təş­ki­la­tı olan ASALA ap­re­lin 24-də An­ka­ra­da Ça­naq­qa­la zə­fə­ri­lə bağlı yu­bi­ley təd­bir­lə­ri­nə qa­tı­lacaq öl­kə­lə­rin nü­may­ən­də­lə­ri­ni ter­ror ak­t­la­rı ilə hə­də­ləy­ib. 80-ci il­lər­də Türkiy­ə­nin er­­mə­ni ter­ror­çu­la­rı­na ade­k­vat ca­vab ver­mə­sin­dən so­nra ASALA-nın bütün Av­ro­pa­da­kı şə­bə­kə­si prak­ti­ki ola­raq, göz­dən it­miş­di. İn­di er­mə­ni ter­ro­ru təhlükə­si nə qə­dər re­al­dır?

- Bu er­mə­ni təş­ki­la­tı tə­rə­fin­dən ter­ror təhlükə­si ta­ma­mi­lə re­al­dır. Ter­ror­çu­luq, mülki şəx­slə­rin qət­li ki­mi in­san­lığa sığmay­an əməl­lər er­mə­ni mil­lət­çi­lə­ri­nə xa­s­dır. Biz 70-80-ci il­lər­də Türkiyə dip­lo­mat­la­rı­na qar­şı həy­a­ta ke­çi­ril­miş ter­ror ak­t­la­rı­nı, 1992-ci ilin qı­şın­da er­mə­ni­lə­rin Xo­ca­lı­da tö­rət­dik­lə­ri qan­lı qət­li­a­mı yax­şı xa­tır­layı­rıq. Düşünürəm ki, Azər­bay­can və Türkiy­ə­nin dip­lo­ma­tik nü­ma­y­ən­də­lik­lə­ri­nin əmək­daş­la­rı bu günlər­də xüsu­si­lə eh­tiy­at­lı ol­ma­lı­dır­lar.

- Türkiy­ə­də qar­şı­dan par­la­ment seç­ki­si gə­lir. Ha­kim Əda­lət və İn­ki­şaf Par­tiy­a­sı­nın, Cümhu­riyyət Xalq Par­tiy­a­sı­nın və Xalqların De­mo­kra­tik Par­tiy­a­sı­nın na­mi­zəd­lə­ri siy­a­­hı­sın­da er­mə­ni əsil­li Türkiyə və­tən­daş­la­rı­na da rast gə­li­nir. Bu, Tür­kiyə döv­lə­ti­nin ta­ri­xin­də bir ilk­dir. Bu xoş mə­ram me­sa­jı­dır­mı? Əg­ər be­lə­dir­sə, bu me­saj ki­mə ünvan­la­nıb?

- Siy­a­hı­lar­da er­mə­ni əsil­li na­mi­zəd­lə­rin yer al­ma­sın­da qey­ri-adi heç nə yox­dur. Prob­lem on­da­dır ki, bu na­mi­zəd­lər əsa­sən "er­mə­ni soy­qı­rı­mı"nın ol­duğu­nu açıq şə­kil­də bəy­an edir­lər. Mə­sə­lə bun­da­dır. Biz on­la­rın ya­nın­da ola bil­mə­rik.

- Seç­ki­dən so­nra hö­ku­mət Türkiyə-Er­mə­ni­s­tan sər­həd­lə­ri­nin açıl­ma­sı ilə bağlı möv­qey­i­ni dəy­i­şə bi­lər­mi?

- Hö­ku­mə­tin ya­xın za­man­lar­da kom­mu­ni­ka­siy­a­la­rın açıl­ma­sı, müna­si­bət­lə­rin bər­pa­sı mə­sə­lə­sin­də Er­mə­ni­s­ta­na gü­zə­ş­tə ge­dəcəy­i­ni düşün­mü­rəm.


MƏSLƏHƏT GÖR:

611