2 May 2024

Cümə axşamı, 01:54

"ANLAŞMA" ƏMƏLİYYATI

Tarixçi Boris Orişev: "Almaniya kəşfiyyatı Bakıda konkret diversiya hədəflərini müəyyənləşdirmişdi"

Müəllif:

28.04.2015

Hit­ler Al­ma­niy­a­sı üzə­rin­də qə­lə­bə­nin 70 il­liyi ərə­fə­sin­də bu müha­ri­bə­nin ye­ni, az say­da in­sa­na mə­lum olan tə­rə­f­lə­ri üzə çıx­ma­q­da­dır. Söh­bət həm də Azər­bayca­na aid mə­qam­lar­dan ge­dir. 1941-ci ilin av­qu­s­tun­da, müha­ri­bə­nin baş­la­ma­sın­dan az so­nra, Hit­ler or­du­su­nun inam­la irə­li­lə­diyi bir vaxtda So­vet hö­ku­mə­ti Azər­baycan və Türkmə­ni­s­tan SSR əra­zi­sin­dən İra­na öz 5-ci or­du­su­nu ye­rit­di. So­vet qo­şun­la­rı 1946-cı ilin mayı­na­dək İran əra­zi­sin­də qal­dı. Düşmə­nin hücu­mu­nun ən kə­s­kin vax­tın­da or­du­nun önəm­li bir his­sə­si­nin SSRİ ilə müha­ri­bə apar­may­an döv­lə­tin əra­zi­si­nə ye­ri­dil­mə­si nə ilə bağlı ola bi­lər­di? İkinci Dünya müha­ri­bə­si cə­nu­b­dan, İran­dan Azər­baycan (o za­man Azər­baycan SSR) əra­zi­si­nə də ke­çə bi­lər­di­mi?

So­vet və Bri­ta­niya qo­şun­la­rı­nın "Anlaşma" əmə­liyya­tı" ko­du al­tın­da bi­rgə ke­çir­diyi hər­bi əmə­liyyat­la­ra aid bu və di­g­ər su­al­lar­la ta­rix­çi, "1941-ci ilin aqu­s­tun­da. Böyük müha­ri­bə­nin 1418 günü" ki­ta­bı­nın müəl­li­fi Bo­ris Ori­şe­və müraci­ət et­dik.

- SSRİ və Böyük Bri­ta­niy­a­nın İra­nı be­lə tez­lik­lə nə­za­rə­tə götür­mək qə­ra­rı­na gəl­mə­lə­ri­nin sə­bəb­lə­ri ilə bağlı müxtə­lif ver­siy­a­lar var. On­lar­dan bi­ri­nə gö­rə, İran­da çe­v­ri­liş nə­ticə­sin­də hö­ku­mə­tə fars mil­lət­çi-so­si­a­list­lə­ri gə­lə bi­lər­miş. "Hit­le­rgünd"in baş­çı­sı Bal­dur fon Şi­rax İran mil­lət­çi-so­si­a­list­lə­ri­nin tər­biy­ə­si ilə müha­ri­bə­dən xey­li əv­vəl şəx­sən mə­şğ­ul olur­du.

- İran or­du­su­nun za­bit hey­ə­ti ara­sın­da al­ma­niy­a­pə­rəst qüvvə­lər var idi. On­la­ra qey­ri-rə­s­mi ola­raq İs­fa­han di­vi­ziy­a­sı­nın ko­man­da­nı, ge­ne­ral Fay­zul­lo Za­hi­di baş­çı­lıq edir­di. Bu qru­pun ha­ki­miyyət­lə bağlı müəyyən plan­la­rı var idi. On­lar­dan müəyyən düşmən əməl­lə­ri də göz­lə­ni­lir­di. Am­ma mə­sə­lə on­da­dır ki, İran şa­hı Rza 1940-cı il­də bu qrup­pa böyük zər­bə vur­muş, bir ne­çə za­bi­ti həbs et­dir­miş­di. Za­hi­di isə Al­ma­niya kəş­fiyya­tı ilə əmək­daş­lı­q­da təq­sir­lən­di­ri­lə­rək həbs olun­muş və 1943-cü il­də ing­i­lis­lər tə­rə­fin­dən sürgün edil­miş­di. Ümu­mi­lik­də İran­da al­ma­niy­a­pə­rəst­lik güclü idi. İkinci Dünya müha­ri­bə­si baş­la­dı­q­da İran par­la­men­ta­ri­lə­ri­nin üçdəiki­si öl­kə­nin ney­tral qal­ma­sı­nı is­tə­sə də, yer­də qa­lan­la­rı Üçüncü Reyx ilə əmək­daş­lığın tə­rəf­da­rı ki­mi çı­xış et­di­lər. İra­nın rə­s­mi ney­tral­lığı Al­ma­niya kəş­fiyya­tı­nın bu öl­kə­də cid­di iş­lər apar­ma­sı­na ma­ne ol­mur­du. Al­ma­niy­a­nın SD xüsu­si xid­mə­ti İran­da fə­a­liyyət­də idi və ona təcrübə­li  Frans May­er rəh­bər­lik edir­di. Bun­dan baş­qa, bu öl­kə­də Ber­told Şultse-Xol­tu­sun rəh­bər­liyi ilə Ab­ver hər­bi kəş­fiyya­tı da iş­ləy­ir­di. On­lar İran­da Al­ma­niy­a­pə­rəst in­san­lar­dan iba­rət ge­niş giz­li şə­bə­kə qur­muş­du­lar. Eti­raf et­mək la­zım­dır ki, on­lar pa­ra­lel və son də­rəcə ef­fek­t­li iş­ləy­ir­di­lər.

- Al­ma­niya mil­lət­çi-so­si­a­list­lə­ri far­sla­rı ir­qi ba­xım­dan öz­lə­ri­nə ya­xın mil­lət sayır­dı­lar. İran iq­ti­sa­diyya­tı­nı məhz al­man­lar qal­dı­rır, uni­ver­si­tet­lər­də məhz al­man­lar dərs dey­ir, mütə­xəs­sis­lər iran­lı­la­ra hərb el­mi­ni öy­rə­dir­di­lər. Ber­lin far­sla­rı əsl ari­lər elan et­miş­di. Üstə­lik o, xüsu­si de­k­ret­lə on­la­rı Nürnberq ir­qi qa­nun­la­rın­dan azad et­miş­di.

- 1942-ci il­də Al­ma­niya or­du­su SSRİ-nin cə­nu­bu­na uğur­la hücu­ma ke­çən za­man İran­da­kı al­man kəş­fiyya­tı bir çox yer­li mil­lət­çi-so­si­a­list­lə­ri, ul­tra­sağçı­la­rı və Al­ma­niy­a­pə­rəst qüvvə­lə­ri bir­ləş­dir­məyə na­il ol­muş­du. On­la­rın ara­sın­da "Neh­zat-e-mel­li" ("Mil­li hə­rə­kat") ad­la­nan za­bit­lər­dən iba­rət mil­lət­çi təş­ki­lat da var idi. Bütün bu qüvvə­lər "Mel­liy­un İra­ne" ("İran­lı mil­lət­çi­lər") par­tiy­a­sın­da bir araya gə­ti­ril­miş­di­lər. Par­tiy­a­nın tə­rəf­dar­la­rı əl­lə­rin­də si­lah Al­ma­niya tə­rə­fin­dən vu­ruş­mağa ha­zır­la­şır­dı­lar. On­la­rın xüsu­si plan­la­rı var idi və plan­da hər bir de­tal ək­si­ni tap­mış­dı: əy­a­lət­lər­də­ki tay­fa­lar­la, xüsu­si­lə kaş­kay­lar­la əla­qə­lər necə qu­rul­ma­lı, di­g­ər xal­q­la­rı öz tə­rə­f­lə­ri­nə necə cəlb et­mə­li və sa­ir. İran­lı­la­rın ək­sə­riyyə­tin­də na­sist Al­ma­niy­a­sı­na sim­pa­tiya var idi. La­kin şah ha­zır­lan­ma mər­hə­lə­sin­də olan çe­v­ri­liş pla­nı­nı dar­ma­dağın et­di, Al­ma­niy­a­pə­rəst qüvvə­lər isə giz­li fə­a­liyyə­tə ke­ç­mə­li ol­du­lar.  Ber­lin bir tə­rəf­dən Rza şa­hı də­s­tək­ləy­ir, di­g­ər tə­rəf­dən onun əvə­zi­nə al­man­lar­la müttə­fiq olacaq da­ha qə­rar­lı şəxs ha­zır­layır­dı.  Al­man­lar Rza şa­hın oğlu Mə­həm­məd­lə əla­qə qur­mağa, hət­ta onu ələ al­mağa da ça­lış­mış­dı­lar - Mə­həm­mə­də "Mer­se­des" av­to­mo­bi­li hə­diyyə edil­miş­di. Am­ma bütün bun­lar heç bir nə­ticə ver­mə­di.

- Bəs Azər­baycan SSR-də di­ver­siya plan­la­rı ilə bağlı nə­lər mə­lum­dur? Bütün SSRİ-də avia­siya ya­nacağı yal­nız Ba­kı­da is­teh­sal olu­nur­du. Mət­bu­at­da ən azı bir ha­di­sə ha­q­da mə­lu­ma­ta rast gəl­mək mümkündür: İran tə­rəf­dən Azər­baycan SSR əra­zi­si­nə da­xil ol­muş təyya­rə­dən 2 pa­raşütçü atı­lıb. Hə­qi­qə­tən­mi al­man­lar İran əra­zi­sin­də di­ver­siya qrup­la­rı ha­zır­layır, giz­li ae­ro­d­rom­lar qu­rur­du­lar?

- Al­ma­niya kəş­fiyya­tı Ba­kı­da di­ver­siya tö­rət­mək üçün kon­kret hə­də­f­lər müəyyən­ləş­dir­miş­di. Müha­ri­bə­dən az əv­vəl Şultse-Xol­tus tu­rist qi­s­min­də SSRİ-yə sə­fər et­miş, Azər­baycan pay­tax­tın­da  ol­muş­du. Məhz o, xə­ri­tə­də Ba­kı­nın bütün stra­te­ji obyek­t­lə­ri­ni gö­s­­tər­miş­di: neft kə­mər­lə­ri, neft re­zer­vu­ar­la­rı, si­s­ternlər və s. Am­ma SSRİ-də ar­tıq Şultse-Xol­tu­sun əs­lin­də kim ol­duğu­nu bi­lir­di­lər və o, cid­di şə­kil­də iz­lə­ni­lir­di. Əl­bət­tə, İran tə­rəf­dən Azər­bayca­na ke­çən­lər al­man di­ver­san­t­la­rı idi. Am­ma So­vet xüsu­si xid­mət or­qan­la­rı o qə­dər ağıl­lı tər­pən­miş­di­lər ki, on­lar heç bir di­ver­siya ak­tı tö­rə­də  bil­mə­miş­di­lər. Bu­nun­la ya­na­şı, müha­ri­bə il­lə­rin­də müttə­fiq­lə­rin SSRİ-yə lend-liz­lə təchi­za­tı po­zmaq üçün di­ver­siy­a­la­rı ol­muş­du. Tu­nel­lər, yol­lar par­t­la­dıl­mış­dı.  Am­ma be­lə ha­di­sə­lə­rin sayı o qə­dər də çox dey­il­di.

Ye­ri gəl­miş­kən, ing­i­lis və so­vet qo­şun­la­rı­nın İra­na ye­ri­dil­mə­sin­də əsas məq­səd müttə­fiq­lər üçün hər­bi  təchi­za­tın təhlükə­siz­liy­i­ni tə­min et­mək idi.

- La­kin İran şa­hı So­vet-Bri­ta­niya hər­bi əmə­liyyat­la­rı­na qar­şı çıx­mış­dı. Hət­ta İran or­du­su Qı­zıl  Or­duya və Bri­ta­niya hərbçi­lə­ri­nə müqa­vi­mət də gö­s­tər­miş­di...

- İran or­du­su çox əl­ve­riş­li möv­qe­lə­rə ma­lik ol­ma­sı­na rəğmən, So­vet-Bri­ta­niya qo­şun­la­rı­na çox zə­if müqa­vi­mət gö­s­tər­di. So­vet or­du­su, təx­mi­nən, 50 nə­fər­lik it­ki ver­di, min­lər­lə in­san ya­ra­lan­dı. Bri­ta­niy­a­lı­lar ara­sın­da hə­lak olan­la­rın sayı 60 idi. İran or­du­su isə min­lər­lə it­ki ver­miş­di.

Am­ma bu, qə­za­lar nə­ticə­sin­də ölən­lə­rin də da­xil edil­diyi ümu­mi it­ki­dir. So­vet və Bri­ta­niya qo­şun­la­rı çox qı­sa za­man­da İran əra­zi­si­nin də­rin­lik­lə­ri­nə­dək irə­li­lə­di­lər və Teh­ra­na çat­dı­lar. Bu yer­də onu da nə­zə­rə al­maq la­zım­dır ki, İran şa­hı iki qüdrət­li xa­rici or­du­nun qar­şı­sı­nı al­mağın mümkünsüzlüyünü  bi­lir­di. O, an­layır­dı ki, cid­di müqa­vi­mət gö­s­tər­məyə qə­rar ve­rər­sə, or­du­su dar­ma­dağın edi­ləcək, öl­kə iq­ti­sa­diyya­tı isə çö­kəcək.  Odur ki, şah, fak­ti­ki ola­raq müqa­vi­mət görüntüsü ya­ra­dır­dı. O, bu­nu gə­ləcək­də Hit­le­rin qar­şı­sın­da özünə haqq qa­zan­dı­ra bil­mə­si üçün edir­di. Çünki 1941-ci il­də al­man­lar hücu­ma baş­la­dı­q­da şah Al­ma­niya or­du­su­nun SSRİ-ni tu­tacağı­na əmin idi.

- Bəs So­vet or­du­su İran əmə­liyya­tı­na niyə bu qə­dər qüvvə ayır­mış­dı? Qı­zıl Or­du az qa­la bütün İran-So­vet sər­hə­di boy­unca hücu­ma  ke­ç­miş­di.

- Görünür, So­vet ko­man­dan­lığı İran­da cid­di müqa­vi­mət­lə üzləş­məy­əcəy­i­nə əmin dey­il­di.  Da­ha bir vacib mə­qam var:  İra­na ye­ri­di­lən hərbçi­lər ara­sın­da çox say­da azər­baycan­lı da var idi. Bu ona gö­rə edi­lir­di ki, azər­baycan­lı­lar  bu əra­zi­lə­rə yax­şı bə­ləd idi­lər, yer­li əha­li ilə asan­lıq­la ün­siy­yət qu­ra bi­lir­di­lər. Sı­ra­la­rın­da xey­li azər­baycan­lı­nın ol­duğu So­vet or­du­su­nun gə­li­şi İran­da mil­li hə­rə­ka­ta sti­mul ol­du. Azər­baycan əy­a­lət­lə­ri İra­nın so­si­al, iq­ti­sa­di cə­hət­dən ge­ri qal­mış bö­l­g­ə­lə­ri idi. Bu, İran hö­ku­mə­ti­nin siy­a­sə­ti­nin nə­ticə­si idi. Cə­nu­bi azər­bay­can­lı­la­rın hüquq­la­rı tap­da­nır­dı. Bu sə­bə­b­dən də Tə­b­riz­də və di­g­ər şə­hər­lər­də əha­li­nin bir his­sə­si So­vet or­du­su­nu xi­la­s­kar ki­mi qar­şı­la­dı. So­vet or­du­su ilə yer­li kürdlər də əmək­daş­lıq edir, tərcümə­çi ki­mi iş­ləy­ir­di­lər. Sta­lin İran­da ki­mə ar­xa­lan­ma­lı ol­duğu­nu müəyyən­ləş­di­rə bil­mir­di - azər­bay­can­lı­la­ra, yox­sa kürdlə­rə? Nə­ticə­də, iki döv­lət ya­ran­dı - Cə­nu­bi Azər­bay­can De­mo­kra­tik Re­s­pub­li­ka­sı və İran Kürdüsta­nın­da Me­ha­bad Re­s­pub­li­ka­sı. Ay­dın­dır ki, bu mil­li hə­rə­kat­lar əsa­sən Qı­zıl Or­du­nun gə­li­şi­lə can­lan­mış­dı, So­vet qo­şun­la­rı­nın İran­dan çıx­ma­sın­dan so­nra mo­nar­xiya cə­mi bir ne­çə aya re­s­pub­li­ka­la­rı dar­ma­dağın et­di və on­la­rın sa­kin­lə­ri­nə qar­şı kütlə­vi re­p­res­siy­a­lar  baş­la­dı.

- Bəs Sta­lin or­du­nu İran­dan niyə çı­xar­dı? Axı So­vet or­du­su Pol­şa­nı, Maca­rı­s­ta­nı, Şər­qi Al­ma­niy­a­nı və di­g­ər döv­lət­lə­ri tərk et­mə­di...

- İran fər­q­li idi. Ümu­miyyət­lə, be­lə he­sab olu­nur ki, Qər­blə SSRİ ara­sın­da "soy­uq müha­ri­bə" məhz İran mə­­sə­lə­si­nin həl­li­lə baş­layıb. "Soy­uq müha­ri­bə" Bri­ta­niya və müttə­fiq­lə­ri­nin İkinci Dünya müha­ri­bə­si­nin ba­şa çat­ma­sı­na rəğmən, so­vet qo­şun­la­rı­nın 1946-cı il­də də İran­da qal­ma­sı­na eti­ra­zı ilə start götürüb. O za­man isə ar­tıq SSRİ İran­la İran nef­ti­nin so­vet mütə­xəs­sis­lə­ri tə­rə­fin­dən çı­xa­rıl­ma­sı­na da­ir ra­zı­lığa gəl­miş­di. La­kin, so­vet qo­şun­la­rı­nın İra­nı tərk et­mə­sin­dən so­nra İran par­la­men­ti bu hö­ku­mət­lə­ra­ra­sı sa­zi­şi ra­ti­fi­ka­siya et­mək­dən boy­un  qa­çır­dı. SSRİ İran nef­ti­nə sa­hib çı­xa bil­mə­di.

- Al­man­lar Sta­lin­qradda qə­lə­bə qa­zan­say­dı, ha­di­sə­lər nə cür in­ki­şaf edər­di?

- İra­nın o hal­da necə da­v­ra­nacağı­nı eh­ti­mal et­mək çə­tin­dir. Çünki İran SSRİ-dən çox eh­tiy­at­la­nır­dı. Ye­ri gəl­miş­kən, So­vet or­du­su­nun İra­na ye­ri­dil­mə­si işğ­al dey­il­di. Çünki 1921-ci ilə aid So­vet-İran müqa­vi­lə­si­nin 5-ci və 6-cı mad­də­lə­ri­nə əsa­sən, SSRİ  İran tə­rə­fin­dən təhlükə­siz­liy­i­nə prob­lem hiss edər­di­sə, bu öl­kəyə qo­şun ye­ri­də bi­lər­di. Be­lə müqa­vi­ləyə sa­hib ol­may­an ing­i­lis­lə­rin əmə­li isə işğ­al ki­mi  görünürdü.

Əmin­lik­lə de­mək olar ki, Türkiyə də İran əra­zi­sin­dən is­ti­fa­də edə­rək SSRİ-yə qar­şı çı­xa bi­lər­di. So­vet qo­şun­la­rı­nın İra­nın şi­mal his­sə­si­nə nə­za­rə­ti An­ka­raya müha­ri­bəyə gi­riş­mə­mək­lə bağlı xə­bər­dar­lıq idi.

“Anlaşma” əmə­liyya­tı­nın hər­bi əhə­miyyə­ti on­da idi ki, bi­rinci­si, So­vet or­du­su Al­ma­niy­aya qar­şı yad əra­zi­dən çı­xış edir­di, ikinci­si, bu, ing­i­lis­lər­lə bir­lik­də həy­a­ta ke­çi­ri­lən ilk hər­bi  əmə­liyyat idi. Üçüncüsü, SSRİ rəh­bər­liy­i­ni çox na­ra­hat edən cə­nub is­ti­qa­mət­də təhlükə­siz­lik tə­min olun­muş­du. Dördüncüsü, fa­şizm üzə­rin­də qə­lə­bə­nin əl­də olun­ma­sın­da İran va­si­tə­si­lə tex­ni­ka­nın, ər­zağın tə­darükü həl­le­dici rol  oy­nayır­dı.

- Bə­zi ta­rix­çi­lə­rin bil­dir­diy­i­nə gö­rə, Mo­lo­tov-Rib­ben­t­rop pak­tı üzrə da­nı­şıq­lar za­ma­nı Hit­ler SSRİ-yə İran və İra­qı nə­za­rə­tə götürmə­si­ni tək­lif edib. Mi­si­ri və Şi­ma­li Af­ri­ka­nın neft öl­kə­lə­ri­ni isə o, özünə sax­la­maq is­təy­ir­miş...

- İs­ti  də­niz­lə­rə, Hind oke­a­nı­na çı­xış hər za­man Ru­siya rəh­bər­lə­ri­nin ar­zu­su olub. 1940-cı ilin noy­a­b­rın­da Ber­lin­də apa­rı­lan da­nı­şıq­lar za­ma­nı Mo­lo­to­va üçtə­rə­f­li it­ti­fa­qa qo­şul­maq və dör­d­lər blo­ku­nu ya­rat­maq açıq şə­kil­də tək­lif olu­nub. Söh­bət  Ber­lin-Ro­ma-To­kio-Mos­k­va blo­kun­dan ge­dir. Bu hal­da Mər­kə­zi Asiya öl­kə­lə­ri - Hind oke­a­nı­na­dək olan əra­zi SSRİ-nin nə­za­rə­ti­nə ke­çəcək­di.  Mo­lo­tov bu tək­lif­dən im­ti­na et­mə­miş­di. O, sa­dəcə Sta­li­nin gö­s­tə­ri­şi ilə söv­də­ləş­məyə get­məyə ça­lı­şır­dı. Mə­sə­lə on­da­dır ki, bu tək­lif Sta­li­ni qa­ne et­mə­miş­di. Da­nı­şıq­lar­da tə­rə­f­lər prin­sipcə, ra­zı­lığa gə­lə bi­lər­di­lər. La­kin Hit­ler da­nı­şıq­la­rı da­vam et­dir­mə­mək və blit­skri­qə ke­ç­mək qə­ra­rı­na gəl­di.

- Bəs “Anlaşma” əmə­liyya­tı za­ma­nı İran şa­hı Rza­nı niyə de­vir­di­lər?

- Ma­raq­lı­dır ki, müttə­fiq­lər İran­da re­s­pub­li­ka tip­li döv­lət qur­mağı plan­laş­dı­rır­dı­lar. Şah bu­nu an­layır­dı və bu üzdən o, ön­ləy­ici ad­dım­lar at­maq qə­ra­rı­na gəl­di - taxt-tacdan im­ti­na et­di və ye­ri­ni oğlu Mə­həm­məd Rzaya ver­di. Bu­nun­la da o, süla­lə­si­ni qo­ruy­ub sax­la­dı və çə­tin və­ziyyət­dən mi­ni­mal it­ki ilə çıx­dı. Son­da SSRİ, İran və Böyük Bri­ta­niy­a­dan iba­rət an­ti­hit­ler  it­ti­fa­qı  ya­ra­dıl­dı.

- Am­ma SSRİ hə­lə 1930-cu il­lər­də İra­nın şi­mal, Türkiy­ə­nin isə şərq re­g­i­on­la­rı­nı özünə bir­ləş­dir­mək pla­nı ha­zır­la­mış­dı. Bütün qə­sə­bə­lə­rin, körpülə­rin, yol­la­rın əks olun­duğu xə­ri­tə­lər var. Vi­lay­ət şu­ra­la­rı­nın, ida­rə­et­mə or­qan­la­rı­nın, ko­mi­tə­lə­rin və s. han­sı şə­hər­lər­də yer­lə­şəcəyi də müəyyən­ləş­di­ril­miş­di.

- İran şa­hı yer­li kom­mu­nist par­ti­y­a­sı­na "be­şinci ko­lon" ki­mi ba­xır­dı. Bu üzdən də da­im bu par­tiy­a­nı dağı­dır­dı. Kom­mu­nist­lə­rin rəh­bər­lə­ri həb­sxa­na­la­ra dol­du­rul­muş­du. Odur ki, yer­li özək­lə­ri olan təş­ki­lat­lan­mış Kom­mu­nist par­tiy­a­sı, əs­lin­də, yox idi. Am­ma Ko­min­ter­nin ge­niş yayıl­mış ag­en­tu­ra şə­bə­kə­si var idi. So­vet or­du­su­nun əmə­liyyat­lar za­ma­nı qa­zan­dığı uğur­lar­da Şi­ma­li İran əha­li­si­nin SSRİ-yə sim­pa­tiy­a­sı da vacib rol oy­nayıb.

- 1943-cü il­də əmə­liyya­ta So­vet İt­ti­fa­qı­nı əsa­sən hər­bi tex­ni­ka və ər­zaq­la təchiz edən ABŞ da qo­şul­du...

 

- ABŞ  İra­na özü üçün son də­rəcə vacib əra­zi ki­mi ba­xır­dı.  İran­da­kı So­vet hər­bi ad­mi­ni­s­t­ra­siy­a­sı ilə ame­ri­ka­lı­lar ara­sın­da müna­si­bət­lər da­ha yax­şı idi, nə­in­ki ing­i­lis­lər­lə. Ame­ri­ka­lı­lar he­sab edir­di­lər ki, müha­ri­bə­dən so­nra dö­v­ran ABŞ-ın və SSRİ-nin olacaq, Böyük Bri­ta­niya isə ta­ri­xə çe­v­ri­ləcək. Bu üzdən də İran­da ame­ri­ka­lı­lar­la SSRİ və­tən­daş­la­rı ara­sın­da is­ti müna­si­bət­lər, qar­şı­lıq­lı sim­pa­tiya var idi.  Bu, hə­lə "soy­uq müha­ri­bə"nin baş­la­ma­dığı dövrlər idi...



MƏSLƏHƏT GÖR:

788