7 May 2024

Çərşənbə axşamı, 05:31

NEFT, MİLYONLAR VƏ MİLYONÇULAR

Bakı şəhəri XIX yüzilliyin sonu - ХХ yüzilliyin əvvəllərində

Müəllif:

01.09.2008

İnsan keçmişi xatırlayanda həmişə ötən çağlarda "ulduzların daha yaxın", insanların daha xeyirxah, gənjlərin daha tərbiyəli olduğunu düşünür. Hamımız nədənsə keçmişi bir az ideallaşdırmağa meyilliyik. 

İlk neft bumundan danışanda da çoxları Hajı Zeynalabdin Tağıyev kimi insanları hörmətlə xatırlayır, indiyə qədər gözəlliyi, üslubu və xüsusi memarlıq estetikası ilə heyran edən  inqilabdan əvvəlki tikintiləri misal gətirir. 

Şəksiz, bütün bunların hamısı müsbətdir, anjaq nədənsə biz keçmişin çoxsaylı xeyriyyəçi  milyonçuları arasından yalnız Tağıyevi xaitırlayırıq. Həmin dövrləri ideallaşdırmaq isə o çağları yaxşı tanımağımızdan irəli gəlir.

 

Neft lotereyası  

XIX yüzilliyin sonları  -  XX yüzilliyin başlanğıjının Bakısı çox tozlu, hətta demək olar ki, bir qədər də baxımsız şəhər imiş. Su çatışmazlığı üzündən şəhərdə, demək olar ki, bağlar və parklar olmayıb. Neftin primitiv üsullarla çıxarılması şəhərin ətraf mühitinə çox pis təsir göstərirmiş. Tez-tez baş verən neft fontanları nətijəsində mədənlərin ətrafında böyük neft gölməçələri yaranırmış. 

Bu, neftin qiymətinin on dəfələrlə düşməsinə, daşınma xərjlərinin isə daha baha başa gəlməsilə səbəb olurdu. Buna görə də neft mədənlərinin başını itirmiş sahibləri qiyməti qaldırmaq üçün bu gölləri yandıraraq yox etməyə çalışırdılar. Beləliklə, XIX yüzilliyin yetmişinji illərinin başlanğıjında yer səthində müşahidə edilən güjlü neft fəvvarələri yaxınlıqdakı qəsəbələrdə yaşayan insanlara daha çox ziyan vururmuş. 

Bakıda ekoloci durum fəlakətli imiş. Onda Bakının Qaraşəhər adlanan sənaye rayonunda, demək olar ki, hər yanda göydən yağan his və qurum üzündən gündüz də hava qaranlıq imiş. Bakının, hətta pişikləri, sərçələri və qağayıları da qara rəngə boyanıbmış. Hər addımda göyə yüksələn zavod boruları göydən yerə qurum tökməkdə imiş. Çox vaxt mədənlərdə yerləşən binaları, anbarları və emalatxanaları neft basırmış. 

Neftli sahələr üzərində daim düşən mübahisələr jinayətlərə yol açırmış. Yalançı şahidliklə çörək pulu qazanan adamlar da çox imiş. Bu, belə baş verirmiş. Onlar əllərini Qurani-Kərimə basaraq, ayaqları altında olan torpağın gerçəkdən kiməsə məxsus olması barədə şəhadət verirmişlər. Öz aləmlərində isə bəzi hiylələrlə guya günahdan uzaq dururmuşlar. Sadəjə, çəkmələrinin altına onlara bu and üçün pul vermiş adamlara məxsus sahələrdən gətirilmiş torpaq səpirmişlər.  

Neft isə bir günün içində dünənki bənnanı və ya hambalı milyonçuya çevirmək qüdrətində idi. Bu, bir növ lotereyaya bənzəyirmiş. 

Bu jür sonradan vard dövlət görmüş milyonçuların pulu çay kimi axaraq, yerli və xariji banklarda toplanan zamanlar isə neft mədənlərinin özləri fəlakətli vəziyyətdə qalmaqda davam edirdi. Bu barədə yazıçı Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim..." kitabında çox gözəl yazıb: "Təpələr və çökəklər, üfunətli xəndəklər və çalalar at peyini ilə dolu olardı, göydən mazut və qurum yağardı...  Yağış vaxtı palçıq dizə çıxardı, qışda şaxta nəfəsi kəsərdi, yayda bürkü taqətdən salardı. Bir qurtum su tapmaq mümkün deyildi, xəzri əsən zaman toz-duman hər tərəfi basardı.  Uzun, bitməyən iş günündən sonra taqətdən düşmüş fəhlələrin yatdığı xırda qazma damlar, miskin kazarma jərgələri işıqsız və havasız idi. Hər yanı basmış çirk, natəmizlik və yolxuju xəstəliklər vaxtından əvvəl qojalmağa və əjəlsiz ölümlərə səbəb olurdu...".  

Həmin köhnə Bakının təzadları bu gün təsəvvür ediləndən daha kəskin olub. Dəhşətli yoxsulluq, kütləvi savadsızlıq və xəstəliklərlə yanaşı dəbdəbəli restoranlar, kazinolar dünyası mövjud idi. Bu dünyada hər şey padşahlara layiq şəkildə - ipək abacurlarla, büllur çilçıraqlarla, məxmər pərdələrlə, mərmərlərlə, güzgülərlə bəzədilmişdi... 

"Qızıl gənjlik"in və "şəhər ataları"nın təmsilçiləri Yay Klubunda, yəni indiki Filarmoniyada və Qış Klubunda, yəni indiki Zabitlər evində yığışırdılar. "Çanaqqala", yəni indiki “Azərbayjan” kinoteatrı da onların sevimli yerlərindən idi, bu binaya giriş sadəjə 5 qızıl rubldan 25 qızıl rubla qədər dəyişirdi. Kazinolarda qumarla yanaşı, varlı müştərilər üçün əylənjələr də təşkil edilirdi. 

Seçmə müştərilər, yəni indi deyildiyi kimi, VİP qonaqlar üçün musiqili proqramlar təşkil edilirdi. Xüsusi proqram hazırlanırdı, içkili qonaqlarla səhnənin arasına tül pərdə çəkilirdi və pərdənin o tərəfində çılpaq gözəllər rəqs edirdilər. Qumar masalarının arxasındakı oyunlar çox vaxt mübahisə ilə nətijələnirdi və atışma düşürdü. 

Sonradan görmüş varlıların çoxu xarijdən özlərinə məşuqə gətirirdilər. Onlar bu "qəlblərinin ovçuları"na malikanələr alır, iri pullar xərjləyirdilər. Özü də bu əlaqələrini tanışlarından, hətta qanuni arvadlarından da gizlətmirdilər. Bəzən varlıların arvadları öz aralarında "Kimin ərinin məşuqəsi gözəldir?" deyə mübahisə edirdilər.   

 

"Yoxsul" milyonçu 

Yalnız insanları deyil, həm də şəhərin görkəmini dəyişmiş bu neft bumu dönəminin yetərinjə koloritli və nüfuzlu insanlarından biri Bakı milyonçusu Musa Nağıyev idi, onun haqqınlda əfsanələr danışır, lətifələr qoşurdular. Nağıyev də neftin hesabına Bakının sözükeçən adamlarından birinə çevrilmiş şəxslərdən idi.

O, Biləjəridə çox yoxsul bir ailədə doğulmuşdu. Onun atası saman satmaqla dolanırmış, qardaşı isə ölənə kimi hamamçı işləyib. Ağa Musa özü də gənjliyində çiynində palan Bakı küçələrində gəzərək hamballıq edirmiş. Neftin və təbiətinə xas olan işgüzarlığın hesabına o da milyonçu olmuşdu. Yalnız Bakıda onun yüzlərlə binası və onlarla gəmisi var idi. Onu çox zalım və xəsis insan kimi xarakterizə edirdilər. 

Milyonçu olduqdan və işlərini nizama saldıqdan sonra, Ağa Musa öz müsəlman arvadını və uşaqlarını "Torqovı" küçəsindəki gözəl imarətinə yerləşdirib (indi Rəssamlar pasacıdır), özü isə gürjü yəhudisi olan ikinji arvadı ilə üç mərtəbəli təntənəli binaya köçüb). İndiki Səməd Vurğun və Şors küçələrinin kəsişməsindədir. Bu bina şəhərin bəzəyi idi. 

Qonşularını ötüb-keçməyə çalışan Ağa Musa binaya pul əsirgəməmişdi. Evin qabağında kiçik çiçək bağçası vardı. Evin daxili tərtibatı da öz dəbdəbəsi ilə seçilirdi. Divarlarda və tavanda qızılı qabarmalar və işləmələr, barelyeflər və qorelyeflər, heyranediji mozaika kimi düzülmüş parket, İtaliyadan gətirilmiş  güzgülər, Fransadan gətirilmiş mebel göz oxşayırdı.  

Yeri gəlmişkən, haqqında yuxarıda bəhs edilmiş Qış Klubu da, onun qarşısında  yerləşən, o dövrdə Bakının ən dəbdəbəli mehmanxanası olan "Astoriya" da Ağa Musa Nağıyevə məxsus olub. Daha sonra Nağıyev "Yeni Avropa" adlı daha bir mehmanxana tikdirib (indi "LUKoyl"un baş binasıdır). Yeni bina daha dəbdəbəli olub və uzun müddət Bakıda ən yüksək bina sayılıb. 

Maliyyə işlərində uğurlarına baxmayaraq, o, çox qapalı adam olub. Heç kim onun çənlərində və anbarlarında nə qədər neft olduğunu bilmirmiş. Öz işçilərinə qarşı da çox sərt olub, deyilənə görə, bir dəfə öz podratçısını evdə ojaq yana-yana kibritdən istifadə etdiyinə görə işdən çıxarıb.  

"Kim öz dövlətini qorumaq istəmirsə, başqasınınkına heç heyfi gəlməz",- deyə xəsis milyonçu bildirirmiş. Heç kim ondan borj pul ala bilmirmiş. Pul istəyənlərə deyirmiş: "Mənim maliyyə işlərindən başım çıxmaz. Bu məsələyə işlər müdiri Fətulla bəy baxır, ona mürajiət edin". Şəhərin dilənçiləri belə ondan pul istəmirmişlər, bilirmişlər ki, ondan pul çıxmaz. Amma Nağıyev kazinoya tez-tez gedirmiş. 

Onun kazinoda, hətta xüsusi kreslosu varmış, orda ondan başqa heç kim otura bilməzmiş. O, kresloda oturaraq, oyunu izləyirmiş. Bəzən, hətta onu mürgü basırmış. Uduzanlar Ağa Musadan borj istəyirmişlər. O isə soyuqqanlıqla, adətən, soyğunçu olan şərtlərini diqtə edirmiş. Bu yolla minlərlə qızıl pul, neft yataqları, mədənlər, zavodlar, evlər və gəmilər keçmiş hambalın xəzinəsinə daxil olurdu. 

Xalqın təkidlə "xəsis" adı verdiyi Ağa Musa Nağıyev buna baxmayaraq, xeyriyyəçiliklə məşğul olmağa məjbur idi, çünki mömin müsəlman kimi görünmək üçün bu çox vajib idi. 

O, "Realnı Uçiliş"in binasının tikintisini başa çatdırmağı öz öhdəsinə götürmüşdü, üçünjü mərtəbəsini tikib başa çatdırmışdı. Şəhər ətrafında şəhər xəstəxanası üçün bina tikdirmişdi, indi ora Semaşko adına xəstəxanadır. Bakı su kəmərinin tikintisi üçün də iri məbləğdə pul vermişdi, təhsil üçün də yetərinjə iri pullar xərjləyirmiş.  

Bakı Realnı Məktəbini himayəsinə götürən Nağıyev iyirmi beş müsəlman uşağının oxuması üçün vəsait ödəyirmiş. Bunun nətijəsində qısa müddətdə şagirdlərin 50 faizə qədərini müsəlman uşaqları təşkil ediblər. 

 

"İsmailiyyə" də tikildi 

Nağıyev tərəfindən müsəlman ijması üçün tikilmiş "İsmailiyyə" binasının isə qəribə tarixçəsi var. Onun oğlu Ağa İsmayılın vaxtsız vəfatından sonra təziyə günlərində Hajı Zeynalabdin Tağıyev ondan soruşubmüş: "Ağa Musa, Allah oğluna rəhmət etsin, adını əbədiləşdirmək istəyirsənmi?".

"Əlbəttə",- deyə kədərli ata javab vermişdi. Tağıyev isə qayıtmışdı: "Müsəlman Xeyriyyə Jəmiyyətinin binası yoxdur. Bir bina tikdir, adını "İsmailiyyə" qoy, onda oğlunun adı bizim xatirəmizdən silinməyəjək". 

Musa Nağıyev təklifi bəyənib və dəyərli olduğunu bildirib. Tağıyev isə qazi Mir Məhəmmədə işarə verib və o, əllərini göyə qaldıraraq, xeyriyyə duası oxuyub. Ətrafdakılar Nağıyevin başına toplaşaraq, onu xeyriyyə işinə görə təbrik ediblər. Ertəsi gün  Ağa Musa Hajı Zeynalabdin  Tağıyevin yanına gələrək gileylənməyə başlayıb: "Dünən boynuma qoyduğunuz iş üçün külli miqdarda pul lazımdır! Məndə o qədər pul hardandır? Hajı, başıma nə iş açdın, məni çöldə qoymaq istəyirsən?" .

Tağıyev isə Nağıyevin var-dövləti üçün iki milyon rubl verməyə hazır olduğunu söyləyib. Ağa Musa bundan qeyzlənərək qışqırmağa başlayıb: "Atam, sənin başın xarab olub. Mənim altmış milyonluq dövlətimə iki milyon qiymət qoyursan". Hajı isə javab verib: "A kişi, sən indijə deyirdin ki, oğlunun xatirəsi üçün bina tikməyə heç yüz minin də yoxdur".

Ertəsi gün Zeynalabdin Tağıyev "Kaspi" qəzetində elan verərək bildirib ki, əgər Ağa Musa Nağıyev müflis olarsa, onda o, "İsmailiyyə" binasını öz vəsaiti hesabına tikdirəjək. Ağa Musanı qorxutmamaq üçün o, layihəçilərə smetada həqiqətən lazım olandan az məbləğ göstərməyi məsləhət görüb. 

Tikinti əvvəljə gur gedib, sonra Nağıyevin xəsisliyi özünü göstərib, binanı başa çatdırmaq üçün vəsait çatmayıb. Nağıyevə mürajiət ediblər, o isə imtina edib, deyib ki, mən sizə lazım olan qədər pul vermişəm, bir qəpik də artıq pul vermərəm. Tikinti müəyyən müddət dayandırılıb.  

Tağıev Nağıyevin işlər müdiri Fətulla bəy Rüstəmbəyova mürajiət edərək, qojanı dilə tutmağı xahiş edib. Və günlərin bir günü Nağıyevin kefi yaxşı olanda Fətulla bəy "İsmailiyyə"ni onun yadına salmağı qərara alıb. Deyib ki, "Yaxşı deyil, millət sizə nə deyər? Tikintini başa çatdırmaq lazımdır". Milyonçu narahatlıqla əllərini yelləyib: "Atam, get nə bilirsən, onu da elə, amma mənə bir şey demə". Fətulla bəy bank sənədlərini imza üçün sahibkara uzadıb. Nağıyev büdjəsindən birdəfəlik çıxan məbləği görməmək üçün gözlərini yumaraq  qol çəkib. 

"İsmailiyyə"nin gözəl binasında onu tikən ustad bənnaların adı əbədi həkk olub: Usta Hənifə, Usta Hajı Abbas, usta Hajı Xeyrulla, Kərbalayı Mirzə Soltan, Salman ata. Onların ustad əlləri sərt daşları janlandıraraq gözəl çiçəklərə, naxışlara çevirib. 

1914-jü ildə Ağa Musa Nağıyevin varidatı 70 milyon qızıl rubl təşkil edib. Bütün mirası isə daha çox qiymətləndirilib. Onun ölümündən sonra üləmalar şəriət qanunlarına əsaslanaraq, əmlakının onda, bir hissəsini məsjidlərə verməyi tələb edirdilər.  

Bu iddialardan narahat olan varisləri ruhanilərə bildiriblər ki, Ağa Musa müsəlman olmayıb və "bəhai" təriqətinin tərəfdarı imiş. Onlar buna sübut kimi bir dəfə Nağıyevin məhkəmədə and içmək üçün Qurani-Kərimdən imtina etməsini və Şeyx Bəhaullanın kitabını tələb etməsini göstəriblər. Bəlkə də varisləri ilə ruhanilər arasında gedən bu xoşagəlməz çəkişməyə görə milyonçunun dəfnində çox az adam iştirak edib.

"Qara qızıl"ın möjüzəli təsiri bir göz qırpımında dünənki fəhlələri, ustaları, arabaçıları və dükançıları şöhrət və dövlətin zirvələrinə qaldırırdı. Onlar Avropa şəhərlərinə səyahətlər edir, ən bahalı kurortlarda istirahət edir, ən dəbdəbəli mehmanxanlarda qalır, özlərini gözəllik və dəbdəbəyə bürüyürdülər. 

Anjaq Hajı Zeynalabdin Tağıyev kimi az adamlar yalnız özü və ailəsi üçün deyil, başqaları üçün də yaşayırdılar. Onlar anlayırdılar ki, öz şəhərlərini, ölkələrini daha yaxşı, savadlı edə bilərlər. Pullar onlara xeyir işlər görməyə kömək edirdi - onlar su kəmərləri çəkir, məktəblər, xəstəxanalar, məsjidlər tikir, gələjəkdə millətin Qızıl Fonduna çevrilə biləjək istedadlı gənjləri xarijə oxumağa göndərirdilər.  

Sonradan görmüş milyonçuların çoxu hər vəjhlə aj və kasıb vaxtlarında istiyə və soyuğa baxmayaraq, qəpik-quruş qazanmaq üçün küçələrdə və mədənlərdə əlləşdikləri vaxtları unutmağa çalışırmışlar. Bu nağılabənzər tox həyatlarında ləzzətləri artdıqja, öz keçmiş həyatlarına görə daha çox utanırdılar.  Bu bədxərj, dikbaş və höjət insanlar öz güjlərini və pulun hökmünü nümayiş etdirmək üçün loğvalanmağı çox sevirdilər. 

P.S. Deyirlər, Hajı Zeynalabdin Tağıyevin bənna vaxtlarında işlətdiyi bir baltası varmış. Sonradan o, həmin baltasını öz iki seyfindən birinə, qapı ilə üzbəüz olana qoyubmuş. Niyyəti  hər dəfə seyfi açanda, yığdığı var-dövlətə görə qürrələnməmək üçün baltanı görüb, həyatının  ajı çağlarını yadına salmaq imiş. 


MƏSLƏHƏT GÖR:

530