17 May 2024

Cümə, 07:16

PANTOMİMA REJİSSORUNUN İBRƏTLİ HEKAYƏSİ

Bəxtiyar Xanızadə: "Bir-birlərindən arzu və hisslərini gizlətmək üçün insanlar Tanrıdan nitq və dil istədilər. Jest və mimikalar yalan və hiyləni gizlədə bilmir"

Müəllif:

05.05.2015

Çox da­nış­maq üçün bə­zən sö­zə eh­tiy­ac qal­mır. Hə­rə­kət­lər, jest­lər, mi­mi­ka o qə­dər ifa­də­li ola bi­lər ki, aktyor ta­ma­şa­çı qar­şı­sın­da - bir söz be­lə de­mə­dən in­san xa­rak­ter­lə­ri və he­kay­ə­lə­ri ya­ra­da­raq, on­la­rı həy­əcan­lan­dır­maq və ya güldürmək baca­rığı­na ma­lik­dir. Azər­baycan Döv­lət Pan­to­mima Te­a­t­rı­nın baş re­jis­so­ru və tə­si­s­çi­si Bəx­tiy­ar XANIZADƏ he­sab edir ki, bə­dən di­li heç vaxt al­dat­mır. Axı, həm­söh­bə­ti­miz­dən al­dığı­mız in­for­ma­siy­a­nın 80%-ə qə­də­ri jest­lər, mi­mi­ka­lar, po­za­lar­la oxu­nur.

- Pan­to­mima te­a­t­rı­nın 20 il­dən çox ya­şı var. Azər­baycan ta­ma­şa­çı­sı­nın səh­nə incə­sə­nə­ti­nin bu növünə olan qey­ri-cid­di müna­si­bə­ti­ni dəy­iş­mək mümkün olub?

- Azər­baycan ta­ma­şa­çı­sı­nın pan­to­mi­ma­nı an­la­ma­sı­na və qə­bul et­mə­si­nə az kim­sə ina­nar­dı, la­kin biz özümüzü xal­qa sev­di­rə bil­dik. Am­ma bu ta­ma­mi­lə tə­sadüfi və göz­lə­nil­məz ol­du. 1994-cü ilə qə­dər Ba­kı­da heç bir pan­to­mim te­a­t­rı yox idi. Mən bu boş­luğu dol­dur­maq qə­ra­rı­na gəl­dim və hə­min vaxt te­atr cə­miyyə­ti­nə rəh­bər­lik edən Hə­sən Tu­ra­bo­va ilk pan­to­mim fe­s­ti­va­lı­nı təş­kil et­məyi tək­lif et­dim. Mə­nim idey­a­mı bəy­ən­di və mə­nim tə­şəbbüsümü də­s­tək­lə­di. Hə­min ana qə­dər mən tə­lə­bə­lə­rim­lə ar­tıq pan­to­mim oy­nayır­dıq. GTT-nin səh­nə­sin­də baş tu­tan te­atr bay­ra­mı böyük uğur qa­zan­mış­dı! Zal­da boş yer­lər yox idi. Ta­ma­şa­çı­lar sı­ra­lar ara­sın­da stul­lar­da əy­ləş­miş­di­lər. Eti­raf edim ki, biz özümüz də bu də­rəcə­də sürət­li və son də­rəcə hey­rət­lən­di­rici uğur göz­lə­mir­dik. La­kin düşünürəm ki, bu se­vg­i­nin sə­bə­bi ilk ba­xış­dan on­dan iba­rət­dir ki, pan­to­mi­ma­nın di­li ha­mıya ay­dın­dır. Pan­to­mi­ma əbəs ye­rə incə­sə­nə­tin ən bey­nəl­mi­ləl növü he­sab edil­mir. Fe­s­ti­va­lın növ­bə­ti günü o vax­tkı mə­də­niyyət na­zi­ri Po­lad Bülbüloğlu "Də­li yığın­cağı" te­atr - stu­diy­a­sı­nın tə­sis edil­mə­si ha­q­da əmr im­za­la­dı. 

- Be­lə qə­ri­bə ad ha­ra­dan götü­rülüb?

- Bi­zim ilk pan­to­mim fe­s­ti­val­da iş­ti­rak edən trup­pa­mız be­lə ad­la­nır­dı. Bu ad har­dan götürülüb? Də­li­lər­dən heç kim cid­di ad­dım göz­lə­mir, la­kin bə­zən on­lar ağıl­lı və təh­sil­li in­san­lar­dan da­ha zə­ki və əda­lət­li olur­lar. Və ye­ri gəl­miş­kən, bütün za­man­lar­da, de­mək olar ki, bütün da­hi­lə­ri on­la­rın kəş­flə­ri­nə, hə­qi­qə­tən, iş­lə­məyə baş­la­dığı ana qə­dər də­li he­sab edir­di­lər. Düşünürəm ki, da­hi­lik və də­li­lik bir-bi­ri­lə bağlı­dır.

- Bu janr - pan­to­mi­ma nə də­rə­cə­­də çə­tin­dir? Sözsüz ke­çin­mək asan­dır­mı?

- Pan­to­mim­də bax­maq dey­il, gör­mək mühümdür. Eşit­mək dey­il, müşa­hi­də vaci­b­dir. Pan­to­mi­ma - dra­ma­tik incə­sə­nə­tin ma­hiyyə­ti­ni da­şıyır - vi­zu­al incə­sə­nət­də tə­miz, büllur­laş­mış şə­kil­də olan ən dəy­ər­li şey­lər. "Pan­to­mi­ma" sözü iki yu­nan sözündən ya­ran­mış hər şeyi ifa­də edən, təq­lid et­məyi baca­ran incə­sə­nə­tin bir­ləş­mə­si­dir. Pan­to­mi­ma incə­sə­nə­ti bi­zim era­dan xey­li əv­vəl ya­ra­nıb. Yu­nan­lar he­sab edib­lər ki, pan­to­mim aktyor­la­rı öz si­ma­la­rı­nı dəy­i­şə­rək, təkcə ila­hi­lə­rə və qəh­rə­man­la­ra, ki­şi­lə­rə və qa­dın­la­ra, gənclə­rə və qoca­la­ra çe­v­ril­məyi dey­il, həm də "in­san xa­siyyə­ti­ni və eh­ti­ras­la­rı­nı" da ifa­də et­məyi bacar­ma­lı­dır­lar. Pan­to­mi­ma­da tə­sadüfi və ya heç bir mə­na­sı ol­may­an jest­lər ola bil­məz. Pan­to­mi­ma­da jest ən də­qiq, la­zı­mi an­da və zə­ru­ri ol­ma­lı­dır. Dü­şünürəm ki, te­atr incə­sə­nə­ti, ümu­mi­lik­də, baş­dan­sov­ma ya­na­şı­lacaq elm dey­il. Tə­əssüf ki, son vax­tlar te­a­t­ra asan və mə­su­liyyət­siz ya­naş­mağa baş­layıb­lar. Bu gün bə­zi­lə­ri he­sab edir­lər ki, te­atr incə­sə­nə­ti­ni öy­rən­mək ol­maz və səh­nə­də ağlı­na gə­lən hər şeyi gö­s­tər­mək olar. Hər bir kəs heç bir əsa­sı ol­ma­dan özünü pe­şə­kar aktyor və ya re­jis­sor he­sab edir.

Axı, heç bi­ri­miz bir-iki gü­nə riy­a­ziyyat­çı, me­mar ya da bə­s­tə­kar ola bil­mə­rik. Hər bir pe­şə­ni öy­rən­mək la­zım­dır. Uzun müddət və sə­bir­lə. Nə­zə­riyyə ol­ma­dan təcrübə ol­maz. Mən tez-tez tə­lə­bə­lə­ri­mə tə­k­rar edi­rəm ki, te­atr səh­nə­sin­də aktyor oy­u­nun yüksək pi­lo­ta­jı­nı nümay­iş et­dir­mə­li­dir. Bun­dan so­nra ta­ma­şa­çı eti­raf edir ki, o, heç vaxt be­lə bir şeyi tə­k­rar edə bil­məz.

Əf­sus ki, müa­sir dünya­da bə­dən hə­rə­kət­lə­ri və mi­mi­ka ilə da­nış­mağı unu­dub­lar. Bu gün in­san emo­siya və his­slə­ri­ni nitq va­si­tə­si­lə ifa­də et­məyi öy­rə­nib­lər. La­kin bə­zən söz­lə­rin ar­xa­sın­da hə­qi­qi his­slə­ri və is­tək­lə­ri giz­lət­mək elə asan­dır ki. Mən özüm uy­dur­duğum ib­rət­li he­kay­ə­ni da­nı­şa­cağam. Ta­n­rı ilk in­san­la­rı ya­ra­dan­da, on­la­ra da­nış­maq qa­bi­liyyə­ti ver­mə­di. İn­san­lar ya­lan, hiy­lə­nin və qey­ri-sə­mi­mi­liy­in giz­lə­dil­mə­si mümkün ol­may­an jest­lər və bə­dən hə­rə­kət­lə­ri­nin va­si­tə­si­lə bir-bi­ri­lə ünsiyyət sax­layır­dı­lar. Və o za­man in­san­lar Ta­n­rı­dan bir-bi­ri­lə­rin­dən müəyyən ar­zu və his­slə­ri giz­lət­məyə im­kan ve­rən va­si­tə is­tə­di­lər. Və ulu Ta­n­rı on­la­ra nitq və dil ver­di. Bi­zim dövrümüzdə ün­siy­yə­tin qey­ri-ver­bal di­li hə­lə də na­caq uşaq­lar və hey­van­lar xa­tır­layır və is­ti­fa­də edir­lər. Böyüklər çox­dan bə­dən ­hə­rə­kət­lə­ri di­lin­də da­nış­mağı unu­dub­lar.

- Te­a­t­rı­nız­da 10 aktyor var. Ma­raq­lı­dır, on­la­rı han­sı pa­ra­metrlər üzrə se­ç­mi­si­niz? Pan­to­mima te­a­t­rı­nın aktyo­ru nəyi bacar­ma­lı­dır?

- Mən, ilk növ­bə­də, təh­si­li və yax­şı tər­biy­ə­si olan­la­rı se­ç­mi­şəm. Mə­ni din­ləy­əcək bi­ri­si­ni, de­mək, on­dan nə is­tə­sən ha­zır­laya bi­lər­sən. Qu­laq as­maq yox, məhz, din­lə­mək. Aktyor­la­rın se­çi­min­də fi­kir ver­diy­im ikinci mə­qam - in­sa­nın səh­nə­də ol­maq üçün əsl is­təy­i­nin ol­ma­sı­dır. Bu, yox­dur­sa, heç is­te­da­dın da sə­nə kö­mək et­məz. Və ye­ri gəl­miş­kən, he­sab edi­rəm ki, is­tis­na­sız bütün in­san­lar tə­bi­ə­tən is­te­dad­lı­dır­lar. Sa­dəcə, heç də hər bir şəxs əsl təy­i­na­tı­nı an­laya və kəşf edə bil­mir.

- Ta­ma­şa­nın üzə­rin­də iş­ləy­ər­kən, onun ta­ma­şa­çı­da han­sı his­slər doğu­racağı­nı eh­ti­mal edir­si­niz­mi?

- Mütləq. Çünki mən göz­lə­nil­məz­lik­lə­rə dözmürəm. Mə­nim üçün on­lar ta­ma­mi­lə qə­bu­le­dil­məz­dir­lər. Səh­nə­də və zal­da is­tə­ni­lən göz­lə­nil­məz­lik qey­ri-pe­şə­kar­lığa bə­ra­bər tu­tu­lur. Biz ta­ma­şa üzə­rin­də çox iş­ləy­i­rik, müza­ki­rə və məş­qlər edi­rik. Və mən hə­mi­şə 100% bi­li­rəm ki, ta­ma­şa­çı səh­nə­nin han­sı his­sə­sin­də nə­fə­si­ni tu­tacaq, han­sın­da isə göz­lə­ri do­lacaq. Mən bir növ, bütün mu­si­qi­çi­lə­ri - bi­zim trup­pa-or­ke­s­t­rin aktyor­la­rı tə­rə­fin­dən əsə­rin va­hid bə­dii trak­tov­ka­sı­na ca­va­b­deh olan bir di­ri­jo­ram.

- Bəx­tiy­ar müəl­lim, özünüzdən da­nı­şın. Necə ol­du ki, səh­nə­ni seç­di­niz?

- Mən Ba­kı­nın Şağan qə­sə­bə­sin­də doğul­mu­şam. Atam xar­rat, anam isə ev­dar qa­dın olub. Lap gənc yaş­la­rım­dan şə­kil çə­kər, ağacdan, gip­sdən, pla­s­ti­lin­dən və papye-ma­şe­dən müxtə­lif fi­qur­lar edər­dim və hət­ta me­tal da ci­la­layır­dım. Əli­mə rən­də bı­çağı, su­vand götürər­dim və bu ma­te­ri­al­dan nə­sə oy­mağa ça­lı­şar­dım. Və bi­lir­si­niz ... alı­nır­dı da... Va­li­deyn­lə­rim və müəl­lim­lə­rim mə­nim hey­kəl­tə­raş ya da rəs­sam olacağı­mı düşünürdülər, elə mən də özümü ancaq ya­ra­dıcı­lı­q­da görürdüm. La­kin yu­xa­rı si­ni­f­lər­də bir­dən te­a­t­ra ma­raq gö­s­tər­dim və Azər­baycan Döv­lət İncə­sə­nət və Mə­də­niyyət İn­sti­tu­tun­da Adil İsg­ən­də­ro­vun kur­su­na da­xil ol­maq qə­ra­rı­na gəl­dim. Bi­rinci kur­sda ki­no­re­jis­sor Əli­sət­tar Ata­ki­şiy­ev "Qə­rib cin­lər diy­a­rın­da" film nağı­lın­da baş ro­la də­vət edir. Mən filmdə iki əkiz qar­da­şı Qə­rib və Sa­hi­bi can­lan­dır­dım. Təh­si­lim­dən so­n­ra Gəncə Döv­lət Dra­ma­tik Te­a­t­rı­na düşdüm, so­nra isə doğma Ba­kı­mın ali mək­tə­bi­nin tə­d­ris te­a­t­rın­da və "Azər­baycan­film" ki­no­stu­diy­a­sın­da iş­lə­dim. 80-ci il­lə­rin or­ta­la­rın­da Mə­də­niyyət və İncə­sə­nət Uni­ver­si­te­tin­də dərs de­məyə baş­la­dım, bir qə­dər so­nra isə təh­si­li da­vam et­dir­mək qə­ra­rı­na gəl­dim və o vax­tkı N.K. Çer­ka­sov adı­na Le­nin­qrad Döv­lət Te­atr, Mu­si­qi və Ki­­ne­ma­to­qra­fiya İn­sti­tu­tu­nun as­pi­ran­tu­ra­sı­na da­xil ol­dum. Da­ha so­nra Azər­­baycan Mə­də­niyyət və İncə­sə­nət Uni­ver­si­te­ti­nin "Səh­nə hə­rə­kə­ti və xo­reo­qra­fiya" ka­fe­d­ra­sı­nın do­sen­ti və­zi­fə­si­nə təy­in olun­dum və və­tə­nə gəl­dim.

- Si­zin səh­nə­niz­də ən çə­tin ta­ma­şa han­sı­dır?

- (fi­k­rə ge­dir) Bu su­a­la ca­vab ver­mək çə­tin­dir... Bəl­kə də, bu mə­nim se­vim­li Aku­ta­qa­va Ryu­nov­ski­nin "Ke­sa və Mo­ri­to" no­vel­la­sı üzrə ta­ma­şa olub. Üç il­də onu bütövlükdə 10 də­fə qoy­mu­şam! Ta­ma­şa­nı iz­ləy­ici­lə­rə tə­q­dim et­məyi an­lay­a­na qə­dər, hər də­fə sse­na­ri­ni tək­mil­ləş­di­rir­dim, məşq edir­dim, ça­tış­maz­lıq­la­rı qeyd edir­dim və ta­ma­şa­nı ye­ni­dən qoy­ur­dum. Bu, ol­duqca zəh­mət tə­ləb edən, am­ma son də­rəcə ma­raq­lı iş pro­se­si­dir! Ya­dım­da­dır, 15 il əv­vəl Pan­to­mi­ma te­a­t­rı­nın səh­nə­sin­də Çi­ng­iz Ay­tma­to­vun "Man­qurt" əsə­ri­ni qoy­dum və bu ya­xın­lar­da pan­to­mi­maya ye­ni nə­fəs gə­tir­mək və ki­ne­ma­to­qra­fiya di­li ilə de­sək, onu "ye­ni­dən çək­mək" qə­ra­rı­na gəl­dim. Deyə bi­lər­siz ki, bu tə­k­rar­çı­lıq nəyə gə­rək idi? Mə­sə­lə bu­ra­sın­da­dır ki, il­kin "Man­qurt" Ay­tma­to­vun olub, so­nuncu­da isə mən man­qur­t­luğa şəx­si müna­si­bə­ti­mi gö­s­tər­dim. Bu gü­nə qə­dər Pan­to­mi­ma te­a­t­rı­nın səh­nə­sin­də, Bek­ke­tin "Ümid" ("Bir aktyo­run mi­mi"), mə­nim "Pan­to­mim bu­ke­ti", Za­ur Zey­na­lo­vun "Ma­s­ka", A. Abddul­lay­e­vin "Çər­çi­və", S. Hacıy­e­va­nın "De­javü", Ç. Ay­tma­to­vun "Gün var əs­rə bə­ra­bər" po­ve­s­ti­nin mo­tiv­lə­ri əsa­sın­da "Man­qurt", Üzey­ir Hacı­bəy­li­nin "Biz nə tövr iş görürük?" felye­to­nu­nun əsa­sın­da "Qon­çar" və bir çox di­g­ər­lə­ri qoy­u­lub.

 - Pan­to­mi­ma in­sa­nın his­slə­ri və emo­siy­a­la­rı­nın bütün spek­tri­ni çat­dı­ra bi­lir­mi, yox­sa ye­nə də nə isə əl­ça­tar dey­il?

- Qey­ri-ver­bal di­lin kö­məyi ilə is­tə­ni­lən emo­siya və is­tə­ni­lən ov­qa­tı ötürmək olar. Və bə­dən di­li heç vaxt al­dat­mır. Ta­ma­şa­çı­lar səh­nə­də baş ve­rən hə­rə­kət­lə­ri əv­vəlcə­dən düşünül­dü­yü ki­mi qa­v­rayır­lar. Bütün ta­ma­şa boyu aktyor­lar bir kəl­mə də kə­s­mir­lər, am­ma ta­ma­şa­çı­lar on­suz da hər şeyi an­layır­lar: aktyor­lar on­lar­la hə­rə­kət və jest­lər­lə da­nı­şır­lar. Tap­da­lan­mış yol­lar­la get­məyi sev­mi­rəm. Nə isə ye­ni, bəl­li ol­may­an və qey­ri-adi bir şey­lə mə­şğ­ul ol­maq da­ha ma­raq­lı­dır. Mən iş­də ta­ma­şaya tə­zə ya­naş­ma­nı se­vi­rəm. Ye­ni ta­ma­şaya baş­la­maz­dan əv­vəl, onun kon­sep­siy­a­sı, əsas ide­y­a­sı üzə­rin­də xey­li düşünürəm. Əg­ər hiss edi­rəm­sə ki, ta­ma­şa­çıya de­y­əcək bir şey­im, müəyyən mə­nə­vi yön­lən­dir­mə və fi­kir for­ma­sı yox­dur­sa, bu fi­k­ri, necə dey­ər­lər, da­ha yax­şı za­man­la­ra sax­layı­ram.

Ya­dım­da­dır, bir də­fə Mə­də­niyyət Na­zir­liyi Mos­k­va­da tə­q­dim edil­mə­si plan­laş­dı­rı­lan da­hi Füzu­li­nin "Ley­li və Məcnun" po­ema­sı­nı ha­zır­la­mağı tək­lif et­di. Uzun müddət əziyyət çək­dim, fi­kir­ləş­dim, bu əsə­ri heç vaxt oxu­may­an in­san­la­rın baş qəh­rə­man­la­rın bütün hiss və emo­siy­a­la­rı­nı an­la­maq və hiss et­mə­lə­ri­ni pan­to­mim ba­let­lə han­sı şə­kil­də ötürmək olar. O vaxt heç nə alın­ma­dı. Mən na­zir­liyə zə­ng vur­dum və iş­dən im­ti­na et­dim. Bir də­fə bu ha­di­sə­nin üstündən ya­rım il­dən çox vaxt ke­ç­miş­di, xə­s­tə­lən­miş­dim. Se­vim­li sim­fo­nik muğa­mım "Bay­a­tı-Şi­raz"ı din­­ləy­ə­rək, bütün günü ev­də uzan­­dım. Və bir­dən göz­lə­ri­min qar­şı­­sın­da gə­lə­cək "Ley­li və Məcnun" ta­ma­şa­sı­nın bü­tün süje­ti can­lan­dı. Növ­bə­ti gün isə bütün aktyor­la­rı­mı yığdım və 25 gü­nə pan­to­mim ba­le­ti qoy­dum. Bu ba­let nə­in­ki Azər­baycan­da, həm də xa­ricdə ta­ma­şa­çı­la­rın böyük rəğbə­ti­ni qa­zan­dı.



MƏSLƏHƏT GÖR:

691