5 May 2024

Bazar, 20:34

HAKİMİYYƏTİN "PƏRDƏARXASI"

Aleksandr İvanov: "Heydər Əliyeviç şəxsiyyətə deyil, işə sadiqliyi çox yüksək qiymətləndirirdi"

Müəllif:

12.05.2015

Bu gün o, "İn­ter­faks-Azər­baycan"ın rəh­bə­ri­dir. Am­ma Alek­sandr Alek­sey­e­viç İva­nov icti­ma­iyyət ara­sın­da­kı ha­zır­kı nüfu­zu­nu KİV sa­hə­sin­də ça­lış­mağa baş­la­maz­dan il­lə­röncə də qa­za­nıb.

Azər­baycan­da yaş­lı so­vet nəs­lin­dən olan in­san­la­rın de­mək olar ki, ək­sə­riyyə­ti ümum­mil­li li­der Hey­dər Əliy­e­vin SSRİ rəh­bər­liy­i­ni tərk et­mə­si­nə­dək onun müha­fi­zə­si­nə baş­çı­lıq et­miş bu şəx­si yax­şı ta­nıyır.

Alek­sandr İva­nov gör­kəm­li siy­a­sət­çi Hey­dər Əliy­ev­lə bağlı xa­ti­rə­lə­ri­ni ilk də­fə bölüşmür. La­kin onun­la hər söh­bət ori­ji­nal, ye­ni fak­t­lar­la zə­ng­in olur. Hə­lə dey­il­mə­miş çox şey var. Ümum­mil­li li­de­rin ana­dan ol­ma­sı­nın 92-ci il­dönümü ərə­fə­sin­də Alek­sandr Alek­sey­e­viç "R+"un Hey­dər Əliy­e­vin fər­di xüsu­siyyət­lə­ri, ət­ra­fın­da­kı­la­ra müna­si­bə­ti və bir çox di­g­ər mə­sə­lə­lər­lə bağlı su­al­la­rı­nı ca­vab­lan­dır­mağa lütfkar­lıq­la ra­zı­lıq ver­di.

- Hey­dər Əliy­ev haq­qın­da sa­at­lar­la da­nış­maq olar. Onun müxtə­lif və­zi­fə­lər­də gördüyü iş­lə­rin, müa­sir Azər­bayca­nın ya­ra­dıl­ma­sı­na töh­fə­lə­ri­nin qiy­mət­lən­di­ril­diyi, çı­xış­la­rı­nın, qə­rar­la­rı­nın yer al­dığı çox say­da ki­tab və mə­qa­lə­lər var... Am­ma, siz bəl­kə də ən vacib ola­nı - Hey­dər Əliy­e­vin in­sa­ni key­fiyyət­lə­ri haq­qın­da da­nı­şa bi­lər­si­niz. Axı bun­lar ta­rix dər­slik­lə­rin­də, siy­a­si ma­te­ri­al­lar­da yer al­mır. Hey­dər Əliy­e­vin xa­rak­te­rin­də əsas mə­qam­lar ki­mi nə­lə­ri qeyd edər­di­niz?

- Hə­qi­qə­tən də, Hey­dər Əliy­ev haq­qın­da sa­at­lar­la da­nış­maq mümkün­dür. Am­ma onun necə iq­ti­sad­çı, siy­a­si xa­dim, döv­lət qu­rucu­su ol­duğu­nu qiy­mət­lən­dir­mək mə­nə düşməz. Bu­nun üçün ki­fay­ət qə­dər sə­ri­ş­tə­li in­san­lar var və on­lar ar­tıq bu möv­zu­da çox da­nı­şıb­lar. Mən Hey­dər Əliy­e­vin şəx­siyyə­ti­nin qiy­mət­lən­di­ril­mə­si­nə töh­fə­mi baş­qa iş­də görürəm - xal­qa, xüsu­si­lə gənc nəs­lə onun nə qə­dər qey­ri-adi şəx­siyyət ol­duğu­nun çat­dı­rıl­ma­sın­da. Mə­nim bəx­tim on­da gə­ti­rib ki, mən Hey­dər Əliy­e­vi­çin həy­a­tı­nı ha­ki­miyyə­tin "ku­lis ar­xa­sın­da" iz­ləyə bil­mi­şəm.

Düşünürəm ki, Əliy­e­vin xa­rak­te­rin­də ən vacib mə­qam onun iş­çi­lə­ri, ət­ra­fın­da olan in­san­lar ara­sın­da ya­la­na, qey­­ri-pe­şə­kar­lığa dözümsüzlüyü idi. Əg­ər o, in­sa­nın han­sı­sa subyek­tiv sə­bəb­lər­dən hər han­sı işi gö­rə bil­mə­diy­i­ni hiss edir­di­sə, və­ziyyə­ti nə­zə­rə alır­dı və be­lə in­san­la­ra da­ha yax­şı ya­na­şır­dı, nə­in­ki uğur­suz­luq­la­rı­nı, müvəf­fə­qiyyfət­siz­liy­i­ni ya­lan­la, sax­ta görüntülər­lə giz­lət­məyə ça­lı­şan­la­ra. O, hər za­man nəy­i­sə giz­lət­mək­dən­sə, hə­qi­qə­ti söy­lə­məyə üs­­tünlük ve­rir­di. Hey­dər Əliy­e­viç sa­diq­liyi də çox yüksək qiy­mət­lən­di­rir­di. La­kin şəx­siyyə­tə dey­il, işə sa­diq­liyi. Və ki­mi­sə bu və ya di­g­ər sa­həyə tə­y­in edən­də, han­sı­sa sa­hə­ni eti­bar edən­də, bu­nu nə­zə­rə alır­dı.

- Onu həy­a­tı­nın müxtə­lif dövrlə­rin­də görmüsünüz. Mə­sə­lən, Mos­k­va dövrü heç də asan ke­ç­məy­ib. Am­ma o, hər za­man çox iş­lə­mə­li olub, da­im sə­fər­lər­də olub, bə­zən çox stres­li və­ziyyət­lər­lə üzlə­şib. Hey­dər Əliy­ev iş gününü necə müəyyən­ləş­di­rir­di?

- Bu yer­də "ku­li­sar­xa­sı həy­at" mə­sə­lə­si­nə qayı­da­raq, bir mə­qa­mı qeyd et­mə­mək ol­maz: Hey­dər Əliy­e­viç o qə­dər mə­şğ­ul olur­du ki, hət­ta bu "ku­li­sar­xa­sı həy­at" be­lə, yal­nız onun özünə mən­sub dey­il­di. Hey­dər Əliy­ev hər za­man çox ça­lı­şıb, onun ça­lış­qan­lığı, sa­dəcə, hey­rə­ta­miz idi. O za­man, əs­lin­də, ha­mı­mız xey­li ca­van idik. Am­ma tez-tez yo­rul­duğu­mu­zu hiss edir­dik. Hey­dər Əliy­e­viç isə da­im ener­ji­li idi. Bu, əl­bət­tə ki, onun bu enerjisi, şux gör­kə­mi, iti hafizəsi biz­də qürur hissi yara­dır­dı. Həm Mos­k­va­da, həm də Ba­kı­da iş­ləy­ər­kən, o, sə­hər sa­at 9-da iş ba­şın­da olur­du. Şən­bə günlə­ri də iş­ləy­ir və həf­tə­də cə­mi 1 gün - ba­zar günü dincə­lir­di. Evə isə gecə sa­at 1-də, 2-də, 3-də qayı­dır­dı. "Vremya" ve­ri­li­şi­nə hər za­man iş­də ba­xar­dı. Ma­raq­lı­dır ki, 1982-ci il­də işə baş­la­dığı Kremldə ça­lış­dığı za­man biz bil­dik ki, sən de­mə, ora­da na­har­dan so­nra yu­xu­la­maq ənə­nə­si var imiş. Bu­nu ba­şa düşmək olar. O za­man ək­sər iş­çi­lər, o cümlə­dən Na­zir­lər Ka­bi­ne­ti­nin rəh­bə­ri Ti­xo­nov yaş­lı in­san­lar idi­lər və yo­ru­lur­du­lar. Hey­dər Əliy­e­vi­çin Krem­lə gə­li­şin­dən 2 həf­tə so­nra, xid­mət­çi hey­ət mən­dən tə­əccüblə Əliy­e­vin niyə yat­ma­dığı­nı so­ruş­du. Bu su­a­la Hey­dər Əliy­e­viç, əl­bət­tə ki, gülmüşdü...

Hey­dər Əliy­e­vin qra­fi­ki, adə­tən, çox sıx olur­du - müxtə­lif görüşlər, təd­bir­lər, qo­naq­lar­la, nümay­ən­də hey­ət­lə­ri ilə da­nı­şıq­lar, eza­miyyət­lər... Bun­dan baş­qa, Azər­baycan­da bi­rinci ka­tib iş­ləy­ən za­man o, da­im ray­on­la­ra sə­fər­lər edir, xüsu­si­lə əkin, pam­bıq yığı­mı, buğda bi­çi­mi, üzüm yığı­mı za­ma­nı be­lə sə­fər­lər da­ha sıx olur­du.

Ye­ri gəl­miş­kən, Hey­dər Əliy­e­vi ray­on­la­ra sə­fər­lər za­ma­nı onu ək­sər hal­lar­da hə­min döv­rdə tə­til­də olan İl­ham Əliy­ev müşay­i­ət edir­di. 17-19 yaş­la­rın­da bu gəncin, əs­lin­də, is­ti­ra­hət vax­tı idi - də­niz, gü­nəş, mey­və və s. Am­ma o, ata­sı ilə sə­fə­rə get­mə­li idi. Üstə­lik, Hey­dər Əliy­e­viç bu za­man onun üçün heç bir xüsu­si şə­ra­it ya­rat­mır­dı və İl­ham Əliy­ev ata­sı ilə bir­lik­də "ZİL"də yox, ar­xa­dan gə­lən, DTK-nın müha­fi­zə ma­şı­nın­da ge­dir­di. Təhlükə­siz­lik qay­da­la­rı­na gö­rə, bu ma­şı­nın pəncə­rə­si açıq ol­ma­lı idi. Yol­lar isə o za­man in­di­ki ki­mi dey­il­di. Nə­ticə­də, yo­lun bütün toz-tor­pağı ar­xa­da gə­lən müha­fi­zə ma­şı­nın­da­kı sər­ni­şin­lə­rin üzə­­ri­nə çökürdü. O za­man iclas zal­la­rın­da kon­di­si­o­ner də yox idi. İclas isə sa­at­lar­la da­vam edə bi­lər­di. Bir söz­lə, bütün bun­lar sırf fi­zi­ki ba­xım­dan heç də asan dey­il­di.

- Mos­k­va­da iş yə­qin ki, da­ha in­ten­siv idi. Hər hal­da, miqyas mə­sə­lə­si var...

- SSRİ Na­zir­lər Ka­bi­ne­ti sə­d­ri­nin bi­rinci müa­vi­ni olar­kən Hey­dər Əliy­e­viç 20-dən ar­tıq na­zir­liyi, ko­mi­tə­ni, ümu­mit­ti­faq əhə­miyyət­li şö­bə­lə­ri ku­ra­siya edir­di. Üstə­lik, bun­lar ta­ma­mi­lə fər­q­li pro­fi­li qu­rum­lar idi. Mə­sə­lən, Yol­lar və Ra­bi­tə Na­zir­liyi, Mə­də­niyyət Na­zir­liyi, Nəq­liyyat Ti­kin­ti­si Na­zir­liyi və s. İn­di Föv­qə­la­də Hal­lar Na­zir­liyi var. O za­man isə Əliy­ev öz po­s­tun­da həm də "föv­qə­la­də və­ziyyət­lər üzrə me­necer" idi. Ha­ra­da­sa nə­sə baş ver­dik­də, hö­ku­mət ko­mis­siy­a­sı­na baş­çı­lıq məhz ona tap­şı­rı­lır­dı. Hey­dər Əliy­e­viç bu gün Ru­siy­a­nın ən vacib nəq­liyyat ma­g­i­s­t­ra­lı olan Bay­kal Amur Ma­g­i­s­t­ra­lı­nın ti­kin­ti­si­nə də böyük töh­fə ve­rib. Bu yo­lun ti­kin­ti­si üzrə ko­mis­siy­aya rəh­bər­lik edən Əliy­e­və­dək par­tiy­a­nın mə­sul iş­çi­lə­rin­dən heç bi­ri ora­da ol­ma­mış­dı. Hey­dər Əliy­e­viç isə bi­lir­di ki, BAM-ın ti­kin­ti ge­dən his­sə­si ilə bi­la­va­si­tə ta­nış­lıq iş­lə­rin ölü nöq­tə­dən tər­pən­mə­si­nə tə­kan ola bi­lər. Sə­fər çə­tin şə­ra­it­də 10 gündən çox uza­nır­dı. Se­ve­ro­muy­ski tu­nel­də, də­rin­lik­də ilk də­fə Na­zir­lər So­ve­ti­nin, ya­xın vi­lay­ət və ray­on­la­rı­nın rəh­bər­lə­ri­nin icla­sı ke­çi­ril­miş­di. İcla­sa qa­tı­lan hər kəs fəh­lə ge­y­i­min­də idi - çək­mə­də, sı­rıq­lı. On­lar aşağı, di­zə­dək qrunt su­la­rı­nın içə­ri­si­nə düşmüş­dülər... Onun bu inad­kar­lığı, ira­­də­si, pe­şə­kar­lığı ti­kin­ti işi­nin doğur­dan da ölü nöq­tə­dən tər­pən­mə­si­nə sə­bəb ol­du.

- Onun ça­lış­qan­lığı­nı qo­ruy­ub-sax­la­ma­sı­na nə kö­mək edir­di? Mə­lum­dur ki, Hey­dər Əliy­ev id­man­la mə­şğ­ul ol­mağı se­vir­di. Bir gün be­lə, id­man­sız ke­çin­mə­məyə ça­lış­dığı ha­q­da dey­i­lən­lər doğru­dur­mu?

- Bə­li, doğru­dur. Biz hə­mi­şə onu sə­hər sa­at 6-da do­mo­fon ra­bi­tə­si va­si­tə­si­lə oy­a­dır­dıq. Bə­zən, xüsu­si­lə zə­ngə uzun müddət ca­vab ver­mə­dik­də, onu bu cür tez­dən oy­at­maq xoş ol­mur­du. Am­ma Hey­dər Əliy­e­viç hər də­fə də­s­təyi qal­dı­rır və dey­ir­di: "Sa­ba­hı­nız xey­ir!". "Gənclik"də­ki iqa­mə­tg­a­hın­da olar­kən, 40-45 də­qi­qə iti ad­dım­lar­la gə­zir­di. Bun­dan so­nra bə­dən tər­biy­ə­si me­to­di­s­ti­nin rəh­bər­liyi ilə xüsu­si hə­rə­kət­lər edir, son­da qa­pa­lı ho­vu­za yol­la­nır­dı.

Yay­da isə Hey­dər Əliy­e­viç Zuğul­ba­da piy­a­da də­ni­zə enir, uzun-uza­dı, ən azı, 50 də­qi­qə üzürdü. O, əla üz­gü­çü idi. 1982-ci il de­ka­b­rın 7-də Mos­k­va­ya köçdüyümüz za­man, bu id­man qra­­fi­ki­ni də "özümüzlə apar­dıq". Ora­da ha­­va­nın hə­ra­rə­ti mən­fi ol­sa da, elə sə­hə­ri gün Əliy­ev gə­zin­tiyə çıx­dı. Bu, onun for­ma­da qal­ma­sı­na, bütün gün bo­y­unca ener­ji­li ol­ma­sı­na kö­mək edir­di.

- Bəs onun ba­rə­sin­də əf­sa­nə­lə­rin do­laş­dığı na­dir yad­da­şı? Fi­k­ri­nizcə, bu, ge­ne­tik amil idi, yox­sa öz üzə­rin­də cid­di iş­lə­məy­in nə­ticə­siy­di?

- Öz üzə­rin­də iş­lə­mək, ana­da­ng­əl­mə is­te­dad - ha­mı­sı bir­lik­də. O, heç za­man bu və ya di­g­ər sa­həyə aid bi­lik­lə­ri­ni ek­s­per­t­lə­rin bi­lik­lə­rin­dən yu­xa­rı tut­­mur, heç za­man so­ruş­ma­q­dan utan­mır­dı. Mə­sə­lən, sə­fər za­ma­nı bi­zi "Vremya" ve­ri­li­şi­nin baş re­dak­to­ru Ka­le­riya Kis­lo­va müşay­i­ət edir­di. O, ha­zır ma­te­ri­a­lı din­lə­di və Əliy­e­və düzə­liş ve­rə­rək, han­sı­sa söz­də vu­rğ­u­nu düz qoy­ma­dığı­nı bil­dir­di. Hey­dər Əliy­e­viç bu­nu nə­zə­rə al­dı, səh­vi düzəltdi və çı­xı­şın­da bu sözü 15 də­fə tə­k­rar elə­di. Ye­ri gəl­miş­kən, onun çı­xış­la­rı hər za­man te­zis­lər şək­lin­də ha­zır­la­nır­dı. Qa­lan hər şey im­pro­vi­zə olur­du. Hey­dər Əliy­e­viç ad­la­rı, ta­rix­lə­ri, si­fət­lə­ri çox yax­şı ya­dın­da sax­layır­dı. İn­sa­nı bir də­fə görür, so­nra­lar onun­la di­g­ər mə­kan­da ras­tlaş­dı­q­da dey­ir­di: "Sən bu­ra­da nə gə­zir­sən? Axı sən Ucar­da ya­şayır­dın...". Be­lə vax­tlar­da biz onun yad­da­şı­na, sa­dəcə, hə­səd apa­rır­dıq.

- İs­tə­ni­lən siy­a­sət­çi, xüsu­si­lə də Hey­dər Əliy­ev ki­mi böyük siy­a­sət­çi­lər üçün hər şə­ra­i­ti olan ar­xa cəb­hə, yə­ni, ai­lə vaci­b­dir. Hey­dər Əliy­ev üçün ai­lə nə de­mək idi?

- Bu ai­lə­də da­im hər kəs bir-bi­ri­nin qayğı­sı­na qa­lır­dı, bir-bi­ri­nə day­aq olur­du, ənə­nə­lə­rə da­im əməl edi­lir­di. Hal­bu­ki, iş qra­fi­ki­nin sıx­lığı üzündən, Əliy­ev uşaq­la­rı ilə çox mə­şğ­ul ola bil­mir­di. Ba­zar günlə­ri on­la­rın hər bi­ri üçün tə­səl­li idi - bir­lik­də na­har edir­di­lər, gə­zir­di­lər. Hey­dər Əliy­e­viç­lə Zə­ri­fə Əzi­zov­na­nın müna­si­bət­lə­ri ha­zır­kı gənclə­rə nümu­nə sayı­la bi­lər. On­lar bir-bir­lə­ri­ni çox se­vir, hör­mət edir­di­lər. İn­san­la­rın ya­nın­da hər za­man bir-bir­lə­ri­ni ad­la­rı və ata­la­rı­nın ad­la­rı ilə çağı­rar­dı­lar. Zə­ri­fə xa­nım Hey­dər Əliy­e­vi­çin qayğı­sı­na qa­lır, ona kö­mək edir, də­s­tək olur­du. Biz­də elə bir adət var idi ki, ha­ra­sa ça­tan ki­mi, ilk ola­raq ona xə­bər ve­rir­dik - hər şey­in qay­da­sın­da ol­duğu­nu ilk ola­raq o bi­lir­di. Bağ evin­də ya­şa­dı­q­da o, hər za­man Hey­dər Əliy­e­vi­çin ma­şı­nı­nın ar­xa­sınca su atar­dı. O, mərd qa­dın idi. Bir də­fə xüsu­si rey­slə Mos­k­va­dan qayı­dır­dıq. Təyya­rə­də Zə­ri­fə xa­nım­la mən də var idim. Qə­f­lə­tən föv­qə­la­də və­ziyyət ya­ran­dı. Və­ziyyət pis idi. Ae­ro­port­da "təci­li yar­dım", ya­nğın­danmüha­fi­zə ma­şın­la­rı­nın yığış­dığı­nı, Vnu­ko­vo şo­se­si­nin bağlı ol­duğu­nu görürdük. Təyya­rə bir sa­at idi Mos­k­va üzə­rin­də fır­la­nır­dı. Ar­tıq ha­mı, o cümlə­dən mən də həy­at­la vi­da­laş­mış­dıq. Zə­ri­fə Əzi­zov­na­nın di­lin­dən özü haq­qın­da bir kəl­mə gi­ley, na­ra­hat­lıq eşit­mə­dim. O yal­nız bir şeyi tə­k­rar­layır­dı: Hey­dər Əliy­e­viç bu­nu eşi­dən­də nə­lər çə­kəcək, uşaq­la­rın ta­leyi necə olacaq. O, hət­ta ağır xə­s­tə ol­duğu za­man be­lə, hər za­man özünə fi­kir ve­rir, gö­zəl gey­i­nir, da­im gülüm­səy­ir­di. Əl­bət­tə ki, Zə­ri­fə Əzi­zov­na­nın və­fa­tı Hey­dər Əliy­e­vi­çə və uşaq­la­ra çox tə­sir gö­s­tər­di. O za­man ha­mı­mız üçün ağır günlər idi...

- Hey­dər Əliy­e­vin iş­çi­lə­ri­nə mü­na­­si­bə­ti necə idi?

- Mən bu ha­q­da öz tim­sa­lım­da da­nı­şa bi­lə­rəm. 1985-ci il­də Qor­ba­çov SSRİ KP MK-nin bi­rinci ka­ti­bi olan ki­mi, xa­nı­mı ilə bir­lik­də bütün müha­fi­zə rəh­bər­­­lə­ri­nin heç bir sə­bəb ol­ma­dan dəy­iş­di­­ril­­mə­si haq­qın­da qə­rar qə­bul et­miş­di. So­n­­ra­lar Hey­dər Əliy­ev mə­nə da­nı­şır­dı ki, DTK rəh­bər­liy­in­dən ona zə­ng vu­ra­raq, mə­nim də və­zi­fəm­dən kə­nar­laş­dı­rıl­ma­lı ol­duğu­mu dey­ib­lər­miş. Zə­ng vu­ran şəxs bu­nun sə­bə­bi­ni açıq­la­mır və sa­dəcə, gö­s­tə­ri­şin yu­xa­rı­dan gəl­diy­i­ni bil­di­rir­di. Be­lə ol­du­q­da Əliy­ev DTK-nın rəh­bə­ri ge­ne­ral Vik­tor Çe­b­ri­ko­va zə­ng edir. Çe­b­ri­kov da gö­s­tə­ri­şin sə­bə­bi­ni bil­mə­diy­i­ni, üstə­lik, öz müha­fi­zə­si­nin rə­i­si­ni ar­tıq dəy­iş­diy­i­ni dey­ir. Nə­ticə­də, Hey­dər Əliy­e­viç mə­nim mə­sə­lə­mi şəx­sən Qor­ba­çov­la həll edir. O, mə­nə gö­rə mə­su­liyyət hiss et­diy­i­ni, və­tə­nim­dən ayır­dığı­nı,sə­bəb­siz ye­rə və­zi­fə­dən kə­nar­laş­dı­ra bil­məy­əcəy­i­ni söy­ləy­ir. Be­lə­lik­lə, Siy­a­si Büro­nun 20-dən ar­tıq üz­vünün hər bi­ri­nin müha­fi­zə­si­nə ye­ni rəh­bər təy­in olu­nur, mən isə ye­rim­də qa­lı­ram...

Zə­ri­fə Əzi­zov­na da in­san­lar­la çox meh­­­ri­ban idi. O, heç kə­sə hər han­sı so­si­al məh­du­diyyət qoy­maz­dı. Bi­zim hər bi­ri­miz na­har et­mə­dən o, na­har et­məz­di.

- Siy­a­sət­çi həy­a­tı­nın böyük his­sə­si­ni kostyum­da ke­çi­rir. Xüsu­si­lə so­vet il­lə­rin­də xa­rici görünüşlə bağlı tə­ləb­lər son də­rəcə sərt idi. Hey­dər Əliy­e­viç gey­i­mi­nə, xa­rici görünüşünə necə ya­na­şır­dı?

- Gey­im­lə bağlı bir ma­raq­lı mə­qa­mı da­nı­şa bi­lə­rəm. Bir gün Mos­k­va­da ye­nicə də­bə min­miş açıq rə­ng­li yay fin kostyum­la­rı­nı gördüm. Onu Zə­ri­fə Əzi­zov­naya gö­s­tər­dim və o, əv­vəlcə kostyu­mu mə­nim al­mağı­mı məs­lə­hət gördü ki, bu­na Hey­dər Əliy­e­vi­çin re­ak­siy­a­sı­nı yox­la­sın. Kostyu­mu gey­diy­im za­man, oza­man­kı rə­i­sim mə­ni dan­la­dı və Əliy­e­vin də mə­ni dan­lay­acağı­nı söy­­­lə­di. Am­ma əy­ni­mi dəy­iş­mə­dim. Düşündüm ki, hər şey qay­da­sın­da­dır - köy­nək, qal­stuk, gö­dəkcə­nin al­tın­da giz­lə­dil­miş ta­pan­ça... Sə­hər ope­ra­tiv və­ziyyə­ti yox­la­maq üçün ray­o­na ge­dir­dim. Sa­at 8-in ya­rı­sın­da va­qo­na ya­xın­laş­dım, Hey­dər Əliy­e­viç hər kəs­lə görüşdü və ma­şi­na əy­ləş­di, qa­pı bağla­nan ki­mi de­di: "Ay sə­ni, "stilya­qa"! Vo­lodya­nı (bu onun dər­zi­si idi) çağır və bu kostyu­mu­nu da gə­tir". Be­lə­lik­lə, Əliy­e­vin qar­de­ro­bun­da be­lə kostyum­lar pey­da ol­du - be­j­rə­ng­li, ya­şı­lım­tıl, göyümtül. Bun­dan so­nra hər kəs be­lə kostyum­lar­da gəz­məyə baş­la­dı. Bu, An­qo­la, Ko­reya, Mo­zam­bik, Vyet­na­ma sə­fər­lər za­ma­nı bi­zə çox kö­mək ol­du.

- Bu cür siy­a­sət­çi­nin, mə­mu­run müha­fi­zə­si­nin təş­ki­li böyük diq­qət, pe­şə­kar­lıq, kon­kret, işə kök­lən­mə tə­ləb edən çə­tin və­zi­fə­dir. İşi­niz­lə əla­qə­dar çox mə­qa­mı xa­tır­layır­sı­nız. Am­ma yə­qin, bə­zi gülmə­li ha­di­sə­lər də ya­şa­nıb. Axı Hey­dər Əliy­ev yu­mor his­si­ni yüksək qiy­mət­lən­di­rir, özü də za­ra­fat  et­məyi  se­vir­di...

- Diq­qət ye­tir­sə­niz gö­rər­si­niz ki, o, ək­sər şə­kil­lə­rin­də gülümsəy­ir. Gülüm­sə­mə­diyi şək­li­ni na­dir hal­da gö­rə bi­lər­si­niz. Hey­dər Əliy­e­viç çox fo­to­ge­nik şəx­siyyət idi və ye­ri gəl­miş­kən, onun yu­mor his­si­ni gö­s­tə­rən mə­qam­lar­dan bi­ri məhz fo­to ilə bağlı olub. Elə alın­mış­dı ki, Əliy­e­vin məhz bə­dii fo­to­por­t­re­ti yox idi. Məş­hur so­vet fo­to­qra­fı Edu­ard Pe­sov mən­dən Hey­dər Əliy­e­vi­çi onun fo­to­stu­diy­a­sı­na baş çək­məyə ra­zı sal­mağı­mı is­tə­miş­di. Məq­səd bə­dii por­t­re­tin çə­kil­mə­si idi. Günlə­rin bi­rin­də biz ba­zar günü fo­to­stu­diy­aya yol­lan­maq qə­ra­rı­na gəl­dik. Am­ma Əliy­ev mə­­nə tap­şır­dı ki, bu ha­q­da heç kə­sə heç nə de­məy­im. Çünki bu hal­da sa­kit şə­kil­də ma­şı­na ot­ura­raq, tez bir za­man­da ora ge­dib, ge­ri dö­nəcək­dik. Am­ma bu, heç cür mümkün ol­ma­dı - Kremldə müha­fi­zə çox cid­di idi. Növ­bət­çiyə xə­bər ver­mə­dən ma­şın­la ora­nı tərk et­mək mümkünsüz idi. Zə­ri­fə xa­nım dünya­sı­nı dəy­iş­dik­dən so­nra, Hey­dər Əliy­e­viç tez-tez No­vo­de­vi­çi qə­bi­ri­s­tan­lığı­na baş çə­kir­di və bu za­man ora­da ope­ra­tiv müha­fi­zə əmək­daş­la­rı­nın ol­ma­ma­sı­nı xa­hiş edir­di. Am­ma qə­bi­ri­s­tan­lı­q­da giz­li şə­kil­də müha­fi­zə­çi­lər yer­ləş­dir­mək çə­tin dey­il. Stu­diy­aya get­məz­dən əv­vəl iş­çi­lə­ri­mi­zə "No­vo­de­vi­çe va­ri­an­tı" ilə iş­ləy­əcəy­i­mi­zi de­dim. Yə­ni, heç kəs gö­zə görünmə­sin. Yax­şı əh­val­da ge­dir və həy­ə­tə gi­rir­dik, bir­dən nə gör­sək yax­şı­dır? Ora­da əməl­li-baş­lı pa­rad təş­kil olu­nub - ray­on par­tiya ko­mi­tə­si­nin bi­rinci ka­ti­bi, DTK-nın rə­i­si, mi­lis rə­i­si. Əliy­ev elə ma­şın­daca mə­ni dan­la­mağa baş­la­dı ki, heç kəs heç nə bil­mə­mə­li idi və s. Hey­dər Əliy­e­viç fo­to­atelye­dən çıx­dı­q­da isə mən, əl­bət­tə ki, ar­tıq tək idim. Ge­ri qayı­dı­rıq, əh­va­lım pis idi və o, tə­bii ki, bu­nu hiss edir­di. Ona gö­rə də mə­nə dey­ir: "Bax, görür­sən, is­təy­ən­də baca­rır­san". Ca­vab ver­dim ki, on­da SSRİ-nin döv­lət xa­dim­lə­ri­nin və qo­naq­la­rı­nın müha­fi­zə­si­nə da­ir Siy­a­si Büro tə­rə­fin­dən tə­s­diq­lən­miş bütün sə­nəd­lə­ri dəy­iş­mək la­zım­dır. Hey­dər Əliy­e­viç bu­na za­ra­fat­la ca­vab ver­di: "Bir­dən şəx­si iş­lə­ri­min da­lınca ge­də­si ol­sam - əl­bət­tə ki, ge­dən dey­i­ləm - am­ma ye­nə də, bir­dən get­səm, on­da nə edəcək­sən?". De­dim, on­da ha­sa­rın üstünə çı­xıb ora­da ot­u­ra­cağam. Be­lə­lik­lə, o, və­ziyyə­ti za­ra­fat­la düzəlt­di. Hal­bu­ki, hər şeyi ol­duğu ki­mi sax­laya bi­lər­di... Bu da onun xa­rak­te­ri, in­san­la­ra müna­si­bə­ti haq­qın­da çox şey­dən xə­bər ve­rir­di.



MƏSLƏHƏT GÖR:

628