18 May 2024

Şənbə, 20:43

BAŞQALARININ HƏYATI

YARAT! kinoklubunda britaniyalı rejissor Şezar Davudun "Kəskin parlaqlıq" adlı filminin müzakirəsi baş tutub

Müəllif:

26.05.2015

YARAT! kinoklubunda görüş. O, yaradıcılar tərəfindən qeyri-formal görüşlərin, intellektual ünsiyyətin və təbii ki, müasir kino və art-videonun müzakirəsi üçün bir yer kimi nəzərdə tutulub. Buraya gələrkən, Bulat Okucavanın şeirlərindən bir misra yadıma düşdü: "Dostlar, əl-ələ verək ki, təklikdə itməyək!". Bu da lap yerinə düşür. Çünki meqapolisdə insanların tamamilə bir-birindən ayrılması müxtəlif növ problemlərlə özünü büruzə verir. Sanki biz bir-birimizlə vaxt keçirməyi unutmuşuq. Və restoranda müxtəlif növ problemləri nahar arxasında müzakirə etməklə deyil, bax, beləcə, qeyri-formal şəkildə, tamaşa zamanı. Sonradan isə - baxdığımız film barədə birgə düşüncələrdə. Və bu düşüncələrdə təkcə müəllifin fikirlərinə daxil olmaq yox, həmçinin başqasını dinləmək və qulaq asmaq praktikasıdır. Elə fikir yaranır ki, bu cür tədbirlər olduqca labüddür. Bizim üçün. Bizim uşaqlarımız üçün.

Bu cür ünsiyyət, əgər istəsəniz, qarşılıqlı olaraq həm maraqlı, həm də faydalı ola bilər. Çünki bu, bizim hələ itirmədiklərimizi qorumaq üçün əlavə imkan yaradır. Daha doğrusu, nəsillərin əlaqəsi, bir-birini anlamaq və bir-birinə hörmət, bu gün millətin mental xüsusiyyəti kimi qəbul edilmiş anlama əsaslanan bizim ümumi mədəniyyətin qorunması.

 

Həyatın fəlsəfəsini dərk etmək

Azərbaycan Britaniya Şurası (British Council Azerbaijan) ilə birgə təşkil olunmuş kinoklubun ikinci iclasında Şezar Davudun "Kəskin parlaqlıq" adlı filmi nümayiş olunub.

Şezar Davud pakistanəsilli britaniyalıdır. Hazırda Londonda yaşayır və çalışır, Vestminster Universitetinin Eksperimental media şöbəsinin elmi əməkdaşıdır. O, Müqəddəs Martin adına incəsənət və dizaynın Mərkəzi kolleci və Lidsdə Metropolitan Universitetini bitirib. Şezad eyni anda bir neçə müstəvidə çalışır: kino, rəssamlıq və heykəltəraşlıq. Bununla da o, rəsm texnikasını, dili, kino və rəssamlıq arasında məna və formal əlaqəni açmaq üçün çoxlu hekayələri bir-biri ilə birləşdirir.

Qırx yaşında rejissor dünyaya səyahət edərək, müxtəlif incəsənət növlərini, insanları, onların məişət və həyat fəlsəfəsini öyrənərək kifayət qədər uğura imza atıb.

"Kəskin parlaqlıq" filmini çəkmək üçün o, Preston şəhərində (Lankaşir qraflığı) sürətlə məskan salan çinlilərin icmasında "özününkü" olmaq üçün bir il sərf edib.

Bu, müəllifin şıltaqlığı və əyləncəsi deyil, əslində, UNO-ların ən çox qeydə alınması məhz burada, Lankaşır qraflığında baş tutmasının hansısa mistik əlaqəsini, prosesin mahiyyətini öyrənmək və anlamaq istəyidir. Eyni zamanda, Çin icmasının sürətlə artan əhalisinin sayı kimi. Filmə əsasən, burada müəllif, bir növ, mistik əlaqə görür. 

 

Film barədə

"Kəskin parlaqlıq" filmini KİV nümayəndələrinin də dərhal adlandırmağa çalışdığı kimi, elmi fantastika janrına, çətin ki, aid etmək mümkün olsun. Bununla belə, onu böyük kinoya da aid etmək olmaz. Hadisə sırası üzrə aydın qurulmuş süjetin olmaması, problemin mahiyyətinə konseptual baxışın olmaması və 70 dəqiqəlik hekayənin çərçivələrinə bu gün əxlaqi və hətta mənəvi problemlər kimi nəzərdən keçirmək mümkün olduğu ekologiya, biosfer, metafizika, mistisizm məsələlərini daxil etmək cəhdi kifayət qədər maraqlı nəticə verib. Reallığın klip əksləri ilə əvəz olunan sənədli filmin elementləri belə bir fikir yaradır ki, bütün baş verənlər, sadəcə, bizim görə bilməcəyimiz tərəfdən nəzərdən keçirildiyi, tədqiq olunduğu və diqqətlə öyrənildiyi dünyəvi həyatın cərəyanıdır. Lakin bu görünməyən göz həmişə buradadır - obyektivin bu tərəfində.

Film dünya kinosunda böyük uğurla dəfələrlə qaldırıldığı mövzunu yenidən dərk etmək cəhdidir. Biz balaca Yer kürəsindəyik və tənhayıq. Paralel dünyalar, kosmik idrak, yadlar və ulduzlar - hər şey elə qarışıb ki!

Filmdə baş qəhrəmanlar çinlilərdir. Daha doğrusu bu, çinlilərin cəsədlərinə daxil olmuş varlıqlardır. Onlar Yer kürəsinə dünyəvi zamanın və varlığın məkanında çoxdan alışan və özünü çox yaxşı hiss edənlərlə əlaqələr yaratmaq üçün hansısa ulduzdan gəliblər.

Yer kürəsinə Lankaşir qraflığına ulduz təyyarəsindən düşərək, çinli zahiri görünüşünə malik qız və oğlan planeti öyrənmək missiyası ilə buraya min il bundan əvvəl gələn elçilər komandasını tapmalıdırlar. Bu min il ərzində elçilər bir neçə reinkarnasiya yaşayıblar və hərdən günahların cəlbedici cazibəli görünüşü olan bu planetə genetik olaraq kök sala biliblər. Lakin bu qədər vaxtın Yer kürəsinə göndərilən kazak-agentlərin təkcə genetik yaddaşa deyil, eyni zamanda, onların genetik kodunda çox ciddi şəkildə öz əksini tapdığı üçün, təbii ki, onlar artıq evə qayıtmaq istəmirlər. Bununla belə, gələn oğlan-agent də bu planetdə bütün qadağan olunmuş və günahı olan hər şeyi dadmaqdan heç də imtina etmir! Və görünür, bu onun çox xoşuna gəlir. Müəllifin sarıdərili irqin avropalıların yaşadığı məskənə "təcavüz etməsi" ilə bağlı problemə, demək olar ki, metaforik baxış sərgiləyir. Əgər Evrepidin "Lisistratanı" yada salsaq, o zaman iddia etmək olar ki, bu əsrlər ərzində problemin həlli istiqamətində bir addım da atılmadı. Bu gün də, İtaliya ərazisini intensiv şəkildə qaradərili qaçqınlar və həmçinin Moldova və Ukraynadan olan qeyri-leqal köçkünlər mənimsəyirlər. Çinlilər isə uğurla böyük qitələrə - Avrasiya, Amerikaya köçürlər. Bununla belə, xalqların böyük köçü, dünya qayığının var gücü ilə silkələndiyi andan başlayıb. 

 

Onlar bizim aramızdadır

"Kəskin parlaqlıq". İlk baxışdan qəribə bir başlıqdır. Ən azından, rus dili nöqteyi-nəzərindən. Nəyə görə parlaqlıq kəskin olmalıdır? Rus dili lüğətinə əsasən, kəskin sözü şiddətli, yəni dərinliyə gedib-çıxan bir məfhum deməkdir. Parlaqlıq isə sahənin proyeksiyaya istiqamətlənən işıq cərəyanıdır. Belə çıxır ki, söhbət Yer kürəsində bütün maddi və qeyri-maddi olan hər şeyi dəlib-keçməyi bacaran və dünya həyatının strukturunun dərinliyinə gedib-çıxan hadisə barədə gedir. Həmçinin insani mahiyyətlər. Zəkalar, qəlblər, ürəklər.

Çox vaxt da kadrda gah, məsələn, Bekmanbetovun "Gecə gözətçisi" filmindəki kimi böyük dəstəsi ilə evlərin damları üzərində qara, gah da çiv formasında göydə uçan, sonradan isə Xiçkokda ("Quşlar") olduğu kimi kameranın obyektivinə düşən ağ quş dəstələrinin kadrları peyda olur. Filmdə müəllifin "onların" artıq çoxdan bizim aramızda olduğu ideyasını dəstəkləyən çoxlu sayda paralel fikirlər mövcuddur. Bir də, o, çexiyalı Kostya Treplevin ardınca dünyanın qəlbi barədə fikirləşir. Burada da filmin operator işində müşahidə olunan XX əsrin kinematoqraf işləmələrinə və rejissorun əhatə olunmayanı əhatə etmək niyyətinə olan istinadlar mövcuddur.

Deyəsən, Şezad Davudun filmi publika üçün sarsıntıya səbəb olmayıb. Eyni zamanda kəşfdə olmayıb. Lakin film bizim bu gün hansı dünyada yaşadığımız və reallıq - bizim gördüyümüz, ya da gözlərimizdən gizlənənin əslində nə olması haqqında müzakirə mövzusu olub. Müəllifin fəlsəfi və ezoterik fikirlərə meyilliliyi bütün zalı ikiyə böldü. Ən azından, müzakirə üçün qalanlarını. Belələrinin sayı isə az deyildi.



MƏSLƏHƏT GÖR:

600