6 May 2024

Bazar ertəsi, 01:53

TAM PROQRAM ÜZRƏ

"Avropa Oyunları gimnastikanın bütün növlərinin inkişafına təkan verir", - Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov

Müəllif:

16.06.2015

Ba­kı­da ke­çi­ri­lən ilk Av­ro­pa Oy­un­la­rın­da ən böyük ma­raq cəlb edən id­man növ­lə­rin­dən bi­ri gim­na­s­ti­ka­dır. Azər­baycan id­man­çı­la­rı "Ba­kı-2015"in gim­na­s­ti­ka üzrə ya­rış­la­rı­nın pro­qra­mı­na da­xil edi­lən al­tı növün hər bi­rin­də iş­ti­rak edəcək­lər. Bun­lar­dan üçü üzrə in­ki­şaf iki il öncə baş­layıb və bun­lar Azər­baycan üçün nis­bə­tən ye­ni növ sayı­lır. 

 "R+"un gim­nast­la­rı­mı­zın son ya­rış­lar­da çı­xı­şı, eləcə də Av­ro­pa Oy­un­la­rı­na ha­zır­lıq­la bağlı su­al­la­rı­na Azər­baycan Gim­na­s­ti­ka Fe­de­ra­siy­a­sı­nın vit­se-pre­zi­den­ti Al­tay HƏ­sƏ­nov ca­vab ve­rir.

- Azər­baycan gim­nast­la­rı­nın son ya­rış­lar­da çı­xı­şı­nı necə qiy­mət­lən­di­rir­si­niz?

- Fe­de­ra­siya 2002-ci il­də ye­ni­dən qu­rul­du­q­dan so­nra, onun fə­a­liyyət sa­hə­si­nə 3 gim­na­s­ti­ka növü - bə­dii gim­na­s­ti­ka, ki­şi id­man gim­na­s­ti­ka­sı və ak­ro­ba­tik gim­na­s­ti­ka­sı da­xil­dir. Öl­kə­miz­də ke­çi­ri­ləcək ta­ri­xi əhə­miyyət­li İlk Av­ro­pa Oy­un­la­rı da­ha 3 gim­na­s­ti­ka növü - qa­dın id­man gim­na­s­ti­ka­sı, ba­tut gim­na­s­ti­ka­sı və ae­ro­bi­ka gim­na­s­ti­ka­sı­nın öl­kə­miz­də in­ki­şaf et­mə­si­nə tə­kan ver­di və Fe­de­ra­siy­a­mız hə­min Oy­un­la­rın pro­qra­mı­na da­xil olan 6 gim­na­s­ti­ka növünü özündə bir­ləş­di­rir. Bu il bi­zim üçün ən mühüm ya­rış­lar qar­şı­da­kı Av­ro­pa Oy­un­la­rı­dır və da­ha so­nra isə payız ay­la­rın­da ke­çi­ri­ləcək 2016-cı ilin Olim­piya Oy­un­la­rı­na li­sen­ziya xa­rak­ter­li Dünya Çem­pi­o­nat­la­rı­dır. Bu mö­tə­bər ya­rış­la­ra ha­zır­lıq çər­çi­və­sin­də id­man­çı­la­rı­mız Dün­ya Ku­bo­ku mər­hə­lə­lə­ri, Qran-pri ya­rış­la­rı və müxtə­lif bey­nəl­xalq tur­nir­lər­də iş­ti­rak edir­lər. Hər həf­tə gim­nast­la­rı­mız Azər­bayca­nın hüdud­la­rın­dan kə­nar­da öz güclə­ri­ni sı­nayır­lar.

Son ya­rış­la­ra gəl­dik­də isə, iki Av­ro­pa Çem­pi­o­na­tı­nı qeyd et­mək is­tər­dim. Bi­rinci­si Fran­sa­nın Mon­pelye şə­hə­rin­də ke­çi­ri­lən İd­man Gim­na­s­ti­ka­sı üzrə Av­ro­pa Çem­pi­o­na­tı­dır. Bu­ra­da gim­na­s­tı­mız Oleq Step­ko uğur­lu çı­xış­lar nümay­iş et­dir­di. Bu id­man­çı Av­ro­pa Oy­un­la­rın­da ümid bəs­lə­diy­i­miz id­man­çı­lar­dan bi­ri­dir.

İkinci qi­tə çem­pi­o­na­tı isə, Be­la­ru­sun Minsk şə­hə­rin­də bə­dii gim­na­s­ti­ka üzrə ke­çi­ril­miş­di. Bu­ra­da ko­man­da­mı­zın li­de­ri Ma­ri­na Du­run­da müvəf­fə­qiyyət­lə çı­xış et­di və Av­ro­pa Çem­pi­o­na­tı­nın bürünc me­da­lı­nı qa­zan­dı. Elə bu ya­rış­lar­da di­g­ər gim­na­s­tı­mız Ay­şən Bay­ra­mo­va zə­də al­mış ko­man­da yol­da­şı Gülsüm Şə­fi­za­də­ni əvəz et­di. Be­lə iri­miqyas­lı ya­rış­da ilk də­fə çı­xış edən Ay­şən fər­di çox­növçülükdə 16-cı yer­də qə­rar­la­şa­raq, gə­lən il Av­ro­pa Çem­pi­o­na­tın­da öl­kə­mi­zi təm­sil et­mək im­ka­nı qa­zan­dı.

- Ha­zır­da fe­de­ra­siy­a­da gim­na­s­ti­ka­nın 6 növü in­ki­şaf et­di­ri­lir. Ye­ni for­ma­la­şan növ­lər­lə bağlı han­sı prob­lem­lər ya­ra­nır?

- Son iki il­də in­ki­şaf et­dir­diy­i­miz 3 gim­na­s­ti­ka növündən iki­si - qa­dın id­man gim­na­s­ti­ka­sı və ba­tut gim­na­s­ti­ka­sı olim­piya id­man növ­lə­ri­dir, ae­ro­bi­ka gim­na­s­ti­ka­sı isə qey­ri-olim­piya növüdür. Üzləş­diy­i­miz əsas prob­lem mütə­xəs­sis­lə­rin ol­ma­ma­sı­dır. Di­g­ər öl­kə­lər­dən məşqçi­lər də­vət et­mək­lə il­kin in­ki­şaf mər­hə­lə­sin­də tə­bii hal olan bu prob­le­mi ara­dan qal­dır­mağa ça­lı­şı­rıq. Tə­əssüf his­si ilə qeyd edim ki, bu ya­xın­lar­da qa­dın id­man gim­na­s­ti­ka­sı üzrə yığma ko­man­da­nın baş məşqçi­si Alek­sandr Prav­din və­fat et­di. Tə­bii ki, bu kə­dər­li ha­di­sə onun yığma ko­man­da­mız­da olan ye­tir­mə­lə­ri­nin bu­il­ki Av­ro­pa Çem­pi­o­na­tın­da­kı çı­xış­la­rı­na da müəyyən tə­sir gö­s­tər­di. Ha­zır­da in­ki­şaf­da olan ye­ni gim­na­s­ti­ka növ­lə­ri üzrə böl­mə­lə­rə ki­çik yaş­lı uşaq­lar da cəlb olu­nur və ar­tıq bu ye­niy­et­mə id­man­çı­lar ara­sın­da ya­rış­lar da ke­çir­mi­şik. Bu növ­lər­lə mə­şğ­ul olan id­man­çı­la­rın sayı­nın ar­t­ma­sı və əha­li ara­sın­da ge­niş yayıl­ma­sı üçün müəyyən iş­lər görülür və bu il­kin mər­hə­lə­də ar­tıq ye­ni növ­lə­rə olan ma­raq bi­zi se­vin­di­rir. Qeyd edim ki, ae­ro­bi­ka gim­na­s­ti­ka­sı di­g­ər növ­lə­rə nis­bə­tən bu ba­xım­dan bir az asan­dır, çünki əv­vəl­lər gim­na­s­ti­ka­nın baş­qa növ­lə­ri ilə mə­şğ­ul olan id­man­çı­lar öz­lə­ri­ni ae­ro­bi­ka gim­na­s­ti­ka­sın­da sı­naya bi­lir­di. Bun­dan öncə ak­ro­bat olan in­di isə Av­ro­pa Oy­un­la­rı çər­çi­və­sin­də ae­ro­bi­ka gim­na­s­ti­ka­sı üzrə ya­rış­lar­da qrup da­xi­lin­də çı­xış edəcək El­çin Məm­mə­do­vu mi­sal gə­tir­mək olar. 

- Gim­nast­la­rın Av­ro­pa Oy­un­la­rı­na ha­zır­lığın­dan ra­zı­sı­nız­mı?

- Bil­diy­i­niz ki­mi, 2014-cü il­də öl­kə Pre­zi­den­ti cə­nab İl­ham Əliy­ev və xa­nı­mı, Gim­na­s­ti­ka Fe­de­ra­siy­a­sı­nın Pre­zi­den­ti Meh­­ri­ban Əliy­e­va­nın iş­ti­ra­kı ilə Mil­li Gim­na­s­ti­ka Are­na­sı­nın açı­lı­şı ol­du. Bu­ra­da id­man­çı­la­rın yüksək sə­viyyə­də məşq et­mə­si üçün hər bir şə­ra­it ya­ra­dı­lıb. Yüksək stan­dar­t­la­ra ca­vab ve­rən tib­bi ava­dan­lıq­lar­la təchiz edil­miş bu are­na­da, pe­şə­kar tib­bi hey­ət gim­nast­la­rı da­i­ma tib­bi nə­za­rət al­tın­da sax­layır. Hər bir pe­şə­kar id­man növündə ol­duğu ki­mi, heç bir id­man­çı zə­də­dən sığor­ta­lan­mayıb. Tə­əssüflər ol­sun ki, Av­ro­pa Oy­un­la­rı­na ha­zır­la­şan bə­zi id­man­çı­lar­mız al­dıq­la­rı zə­də sə­bə­bin­dən bu ya­rış­lar­da iş­ti­rak edə bil­məy­əcək­lər. Bir ne­çə gim­nast isə cüzi zə­də­lər­lə çı­xış et­mə­li olacaq. 6 iy­un ta­ri­xin­də Av­ro­pa Oy­un­la­rın­da təm­sil olu­nacaq bütün 6 gim­na­s­ti­ka növ­lə­ri üzrə yox­la­ma məş­qlə­ri ke­çir­dik. Ümu­mi­lik­də, id­man­çı­la­rı­mı­zın ha­zır­lıq və­ziyyə­ti qə­na­ət­bəxşdir. Bir az psi­xo­lo­ji həy­əcan özünü büru­zə ve­rir. Bu da, tə­bii ki, on­la­rın hiss et­diyi mə­su­liyyət­dən irə­li gə­lir. Doğma di­var­lar ara­sın­da çı­xış et­dik­də, ge­niş ta­ma­şa­çı də­s­təyi bir tə­rəf­dən kö­mək edir, di­g­ər tə­rəf­dən isə həy­əca­nı bir az da ar­tı­rır. İd­man­çı­la­rı­mı­zın bu həy­əca­nı dəf edə bi­ləcək­lə­ri­nə ina­nı­ram.

- Av­ro­pa Gim­na­s­ti­ka İt­ti­fa­qı­nın ha­zır­la­dığı mə­qa­lə­də yığma­mı­zın li­de­ri Ma­ri­na Du­run­da - Ru­siya təm­sil­çi­lə­ri Ya­na Kudryavtse­va və Mar­qa­ri­ta Ma­mun ki­mi ti­tul­lu gim­nast­la­ra əsas rə­qib ki­mi gö­s­tə­ri­lib. Bu fi­kir­lər Du­run­da­nın ar­tıq güclülər sı­ra­sın­da ol­duğu­nu gö­s­tə­rir. Si­zin fi­k­ri­ni­zi bil­mək ma­raq­lı olar­dı....

- Ma­ri­na Du­run­da güclü bə­dii gim­nast­lar sı­ra­sı­na da­xil ol­maq üçün bir ne­çə il­dir ki, sta­bil çı­xış­lar nümay­iş et­di­rir. Se­vin­di­rici hal­dır ki, Ma­ri­na ötən ilin Dünya Çem­pi­o­na­tı­nın təs­ni­fat mər­hə­lə­sin­də və ko­man­da he­sa­bın­da müba­ri­zə­də, fər­di çox­növçülük və ay­rı-ay­rı alət­lər­lə fi­nal­lar­da, ümu­mi­lik­də, 11 də­fə çı­xış edib, la­kin heç bir cid­di səh­və yol ver­məy­ib. Onun nümay­iş et­dir­diyi kom­po­zi­siy­a­lar özünə­məx­sus­luğu ilə se­çil­diy­in­dən dünya ta­ma­şa­çı­sı­nın yad­da­şın­da xüsu­si yer tu­tur. Ma­­ri­na gənc ol­ma­sı­na bax­may­a­raq, döv­lə­ti­mi­zin bə­dii gim­na­s­ti­kaya gö­s­tər­diyi diq­qət və qı­sa müddət ər­zin­də sürət­li in­ki­şaf nə­ticə­sin­də son il­lər Ba­kı­da ya­ra­nan mək­tə­bin, təcrübə­li və böyük im­kan­la­ra ma­lik qa­baqcıl nümay­ən­də­si­dir. İna­nı­ram ki, Av­ro­pa Oy­un­la­rı­nın bə­dii gim­na­s­ti­ka üzrə ya­rış­la­rın­da ko­man­da­mı­zın li­de­ri Azər­baycan mu­si­qi kom­po­zi­siy­a­la­rı­nın da xüsu­si yer al­dığı pro­qra­mı icra edər­kən gö­zəl çı­xış­la­rı ilə ta­ma­şa­çı­la­rı­mı­zı se­vin­di­rəcək.

- İdmançıları Avropa Oyun­la­rın­da güclü rə­qa­bət göz­ləy­ir. Bu mə­na­da on­la­rın qar­şı­sı­na han­sı hə­dəf qoy­u­lub?

- Azər­baycan Av­ro­pa Oy­un­la­rın­da 6 gim­na­s­ti­ka növü üzrə ya­rış­lar­da tam hey­ət­lə çı­xış edəcək. Av­ro­pa Oy­un­la­rı­nın pro­qra­mı­na da­xil olan 6 növ­dən iki­si qey­ri-olim­piya növüdür. Fi­k­rimcə, bu bütün Av­ro­pa­da ak­ro­ba­ti­ka və ae­ro­bi­ka gim­na­s­ti­ka­sı üzrə id­man­çı və mütə­xəs­sis­lə­ri se­vin­dir­mək­lə ya­na­şı, on­lar üçün ye­ni im­kan­lar ya­ra­dır. Tə­bii ki, id­man­çı­la­rın təcrübə­sin­dən ası­lı ola­raq, hər bi­ri­nin qar­şı­sın­da müəyyən məq­səd­lər qoy­u­lub. İn­ki­şa­fı­na ye­ni baş­la­mış id­man növ­lə­rin­dən me­dal göz­lə­mək düzgün ol­maz. Bu növ­lər­də iş­ti­ra­kı­mız özü ar­tıq bir müsbət nə­ticə­dir. Di­g­ər növ­lər­də öz sözünü de­miş ək­sər id­man­çı­la­rı­mı­zın la­y­iq­li çı­xış edəcək­lə­ri­nə ina­nı­ram. On­lar böyük səy­lə bu oy­un­la­ra ha­zır­la­şır və tə­bii ki, doğ­ma ta­ma­şa­çı kütlə­si qar­şı­sın­da lay­i­qincə çı­xış et­mək niy­yə­tin­də­dir­lər.

- Re­g­i­on­lar­da gim­na­s­ti­ka­nın in­ki­şa­fı üçün han­sı iş­lər görülür?

- Bir ne­çə il bun­dan əv­vəl, bə­dii gim­na­s­ti­ka­nı təkcə Ba­kı­da və şə­hər ət­ra­fı qə­sə­bə­lər­də dey­il, hə­m­çi­nin re­g­i­on­lar­da da in­ki­şaf et­dir­mək qə­ra­rı­na gəl­dik. Tə­bii ki, bu­ra­da, ilk növ­bə­də, han­sı mütə­xəs­sis­lə­rin Ba­kı­dan re­g­i­on­la­ra ça­lış­maq üçün get­mə­si prob­le­mi ilə üzləş­dik. Ümu­miyyət­lə, bu­nun üçün ki­fay­ət qə­dər məşqçi­lə­ri­mi­zin olub-ol­ma­ma­sı su­a­lı mey­da­na gəl­di. Bu gün isə ar­tıq Xır­da­lan, Sum­qayıt, Gəncə, Göy­çay, İs­mayıl­lı, Kürdə­mir, Qu­sar, Şir­van və Nax­çı­van Mux­tar Re­s­pub­li­ka­sı­nın Olim­piya İd­man Kom­plek­s­lə­rin­də bə­dii gim­na­s­ti­ka üzrə böl­mə­lər fə­a­liyyət gö­s­­tə­rir. Yığma ko­man­da­mız­da ça­lı­şan gənc məşqçi­lə­ri­miz bə­dii gim­na­s­ti­ka­nı in­ki­şaf et­dir­mək üçün bu şə­hər və bö­lg­ə­lə­rə hə­vəs­lə yol­la­nır­lar. Ümid edi­rəm ki, bir ne­çə il­dən so­nra bu re­g­i­on­la­rın hər bi­rin­də yer­li mü­tə­xəs­sis­lər ça­lı­şacaq. 2014-cü ilin de­kabr ayın­da Bə­dii Gim­na­s­ti­ka üzrə Bö­lg­ə­lə­ra­ra­sı İlk Ku­bo­ku uğur­la ke­çir­dik. Ku­bo­kun əsas məq­sə­di hə­min böl­mə­lər­də mə­şğ­ul olan gim­nast­la­rın on­lar­dan da­ha uzun müd­dət bu gim­na­s­ti­ka növündə təcrübə­si olan Ba­kı id­man klub­la­rı­nın təm­sil­çi­lə­ri ilə rə­qa­bət apar­ma­sı və me­dal qa­zan­ma­sı idi. Bu da öz bəh­rə­si­ni ver­di. Az ke­ç­mə­di ki, Xır­da­lan təm­sil­çi­si Azər­baycan bi­rinci­liy­in­də 2-ci ye­rə lay­iq görüldü. Tə­bii ki, bu böl­mə­lə­rin is­te­dad­lı və baca­rıq­lı ye­tir­mə­lə­ri gə­lə­cək­­də yığma ko­man­da­la­ra cəlb olu­nacaq və gü­man edi­rəm ki, on­lar bey­nəl­xalq are­na­da da ta­nı­nacaq­lar.



MƏSLƏHƏT GÖR:

563