5 May 2024

Bazar, 10:10

QƏLƏBƏYƏ KÖKLƏNMƏK

"Əgər optimal formanı bərpa etmişəmsə, məni heç kim saxlaya bilməz", - Avropa Oyunlarının çempionu Teymur MƏMMƏDOV

Müəllif:

30.06.2015

Av­ro­pa çem­pi­o­nu, Lon­don Yay Olim­piya Oy­un­la­rı­nın müka­fat­çı­sı Tey­mur Məm­mə­dov (81 kq) I Av­ro­pa Oy­un­la­rı­nın boks üzrə ya­rış­la­rın­da qı­zıl me­da­la lay­iq görüb.

"R+"a qə­lə­bəyə ge­dən yol haq­qın­da da­nı­şan bok­s­çu mö­tə­bər ya­rı­şın təş­ki­lat­çı­lığı­nı olim­pi­a­da ilə müqay­i­sə edib.

- Bir da­ha tə­b­rik edi­rik. İlk Av­ro­pa Oy­un­la­rı­nın qa­li­bi ol­maq nə de­mək­dir?

- Bu mə­nim üçün iki­qat bay­ram­dır. Bütün rə­qib­lə­ri­mə qa­lib gə­lə­rək, fə­x­ri kürsünün ən yüksək pil­lə­si­nə qalxdım. Di­g­ər tə­rəf­dən, qı­zıl me­da­lı mə­nə pre­zi­dent İl­ham Əliy­ev tə­q­dim et­di. Döv­lət baş­çı­sı hər za­man id­ma­na yüksək diq­qət gö­s­tə­rib. Bu gün fe­de­ra­siy­a­la­rın müa­sir ba­za, tə­lim-məşq mər­kəz­lə­ri­nin ol­ma­sı onun işi­nin bəh­rə­si­dir. Azər­baycan Re­s­pub­li­ka­sı­nın Pre­zi­den­ti id­ma­nı çox se­vir. Bu gün Ba­kı­da be­lə sə­viyyə­li ya­rı­şın təş­ki­li döv­lə­ti­mi­zin qüdrə­ti­ni gö­s­tə­rir. Müka­fa­tı döv­lət baş­çı­sın­dan qə­bul et­mək mə­su­liyyə­ti­mi da­ha da ar­tı­rır.

- Han­sı görüşdən so­nra çem­pi­on olacağı­na inam ya­ran­dı?

- Av­ro­pa Oy­un­la­rı ərə­fə­sin­də bu ya­rış­da qı­zıl me­dal qa­zan­maq əsas hə­də­fim olub. Ya­xın­la­rı­ma söy­lə­miş­dim ki, Av­ro­pa Oy­un­la­rı­nın qa­li­bi olacağam. İlk görüş hər za­man ol­duğu ki­mi, çə­tin keç­di. Müəyyən mə­na­da, hə­lə tam for­ma­mı bər­pa et­mə­miş­dim. Ya­rım­fi­nal­da rus bok­s­çu­su­na qa­lib gə­lən­dən so­nra, çem­pi­on olacağı­ma inan­dım. Fi­nal asan ol­ma­sa da, rə­qib üçün mən­dən da­ha çə­tin idi. Ar­tıq ya­rı­şın ab-ha­va­sı­na uyğun­laş­mış­dım. Ba­şa düşürdüm ki, ge­riyə yol yox­dur. Mə­ni yal­nız qə­lə­bə ra­zı sa­la bi­lər. Əg­ər op­ti­mal for­ma­nı bər­pa et­mi­şəm­sə, mə­ni heç kim sax­laya bil­məz.

- Fi­nal­da san­ki er­kən qə­lə­bə qa­zan­maq is­təy­ir­din...

- Səhv düşünürsünüz. Çün­ki tə­lə­s­kən­lik yox idi. Sa­dəcə, güclü zər­bə­lər vu­rur­dum. Tam üstünlüklə qə­lə­bə qa­zan­maq niyyə­tin­dəy­dim. İta­­liya təm­sil­çi­si yax­şı fi­zi­ki ha­zır­lığa ma­lik ol­sa da, onu yax­şı öy­rən­miş­dim. Rə­qi­bin heç bir şan­sı yox idi.

- Av­ro­pa Oy­un­la­rın­da 15 bok­s­çu ilə təm­sil olun­duq. On­lar­dan 11-i ya­rım­fi­nal­da müba­ri­zə apar­dı. Be­lə yük­sək nə­ticə olacağı­na ina­nır­dın­mı?

- Azər­baycan­da boks hər za­man se­vi­lib. Görüşlə­ri­miz za­ma­nı are­na­da an­şlaq ol­ma­sı de­dik­lə­ri­mi­zi tə­s­diq­ləy­ir. Son il­lər bir qay­da ola­raq, dünya və Av­ro­pa çem­pi­o­nat­la­rın­da müka­fat­çı­lar sı­ra­sın­da yer alı­rıq. Boks üzrə mil­li­miz ha­zır­da qi­tə­nin ən güclülə­ri sı­ra­sın­da­dır. Ru­siya ko­man­da­sın­dan 10 bok­s­çu müka­fa­ta lay­iq görülüb. Biz hət­ta Ru­siya ki­mi güclü öl­kə­ni də ar­xa­da qoy­mu­şuq. Bok­s­çu­la­rı­mı­zın uğu­ru heç ki­mi tə­əccüblən­dir­mə­sin. Gü­man edi­rəm ki, Yay Olim­piya Oy­un­la­rı­na li­sen­ziya ve­rən ya­rış­lar­da da id­man­çı­la­rı­mız ümid­lə­ri ar­tıq­la­ma­sı ilə doğrul­dacaq.

- Av­ro­pa Oy­un­la­rı­nın qı­zıl me­da­lı karye­ran­da han­sı ye­ri tu­tacaq?

- Xüsu­si ye­ri tu­tacaq. Ba­kı­da ke­çi­ri­lən hər bir ya­rış bi­zim üçün bay­ram­dır. Çünki biz ora­da doğma­la­rı­mız qar­şı­sın­da çı­xış edi­rik. Ba­kı­da yer­li id­man­çı­la­rı­mız üçün özünü gö­s­tər­mək asan dey­il. Axı mə­su­liyyət ar­tır. Azar­keş­lər qə­lə­bə tə­ləb edir. Bir səhv bütün ar­zu­la­rı puç edə bi­lər.

- İlk Av­ro­pa Oy­un­la­rı yad­da­şın­da nə ilə qa­lacaq?

- Möh­tə­şəm açı­lış mə­ra­si­mi, qı­zıl me­dal və döv­lət baş­çı­sı­nın me­da­lı tə­q­dim et­mə­si­ni unut­may­acağam. Üstə­lik, bütün id­man növ­lə­rin­də yax­şı nə­ticə gö­s­tər­dik. Təş­ki­lat­çı­lıq yüksək sə­viyyə­də­dir. İna­nın, Lon­don Yay Olim­piya Oy­un­la­rın­da be­lə təş­ki­lat­çı­lıq gör­mə­mi­şəm. Könüllülər hər ad­dım kö­mək et­məyə ha­zır­dır. At­let­lər kən­din­də hər cür şə­ra­it var. Açı­lı­şa gə­lincə, be­lə kütlə­vi səh­nə­lər Lon­don Olim­­pi­a­da­sın­da da yox idi. Ona gö­rə bə­zi mə­qam­lar­da Lon­don­da­kı mə­ra­si­mi ar­xa­da qoy­duğu­mu­zu de­mə­liy­əm.

- Qə­lə­bə­ni ki­mə həsr edir­sən?

- Bu me­dal Azər­baycan xal­qı­na məx­su­s­dur. Me­dal mə­nim dey­il, bi­zim ha­mı­mı­zın­dır. Ey­ni za­man­da, 2 həf­tə­dən so­nra ata ol­mağa ha­zır­la­şı­ram. Me­da­lı həm də ye­ni doğu­lacaq oğlu­ma həsr edi­rəm. 

-  Lon­don Olim­pi­a­da­sı­nı bürünc me­dal­la ba­şa vur­muş­dun. Qar­şı­dan isə Rio Olim­pi­a­da­sı gə­lir. Bu də­fə me­da­lın əy­a­rı qı­zıl olacaq­mı?

- Av­ro­pa Oy­un­la­rı, Av­ro­pa və dünya çem­pi­o­nat­la­rı bi­zim üçün ye­ni sı­na­q­dır. Əsas diq­qə­ti Olim­pi­a­daya yö­nəl­dəcə­y­əm. Lon­don­da 3-cü ye­ri tut­muş­dum. Gə­lən il isə məq­sə­dim qı­zıl müka­fat qa­zan­maq olacaq.

- Rio Olim­pi­a­da­sın­da ha­zır­kı çə­ki­də çı­xış edəcək­si­niz, yox­sa əv­vəl­ki çə­ki­niz olan 91 ki­loya qayıt­maq is­təy­ir­si­niz?

- Çə­ki­mi 81 ki­loya sal­dım. Görürəm ki, bu çə­ki­də iş­lə­rim yax­şı ge­dir. Be­lə olan hal­da, çə­ki­mi niyə dəy­iş­mə­liy­əm? Ça­lı­şacağam ki, 81 kq-da çı­xı­şı­ma da­vam edim.

- Ko­man­da yol­da­şın Mə­həm­mə­d­rə­sul Məci­dov 14 fi­nal­da al­dığı zə­dəyə gö­rə müba­ri­zə­ni day­an­dır­dı. Səncə, zə­də ol­ma­say­dı, Məci­dov öl­kə­mi­zə da­ha 1 qı­zıl me­dal qa­zan­dı­ra bi­lər­di­mi?

- Mə­həm­mə­d­rə­sul çox təcrübə­li bok­s­çu­dur. Sa­dəcə, bəx­ti gə­tir­mə­di. Əg­ər zə­də ol­ma­say­dı, o, fi­na­la və­si­qə qa­za­naca­q­dı. Həl­le­dici görüşdə isə qı­zıl me­da­lı qa­za­na bi­lər­di. Mən ona tez bir za­man­da sağal­mağı ar­zu edi­rəm. Yay Olim­piya Oy­un­la­rın­da mütləq ya­nı­mız­da ol­ma­lı­dır. İna­nı­ram ki, o, Bra­zi­liy­a­da sözünü dey­əcək.

- İlin so­nun­da bok­s­çu­la­rı da­ha bir güclü ya­rış göz­ləy­ir. Siz ye­ni­dən özünüzü sübut et­məyə ha­zır­sı­nız­mı? 

- Qa­lib id­man­çı hər an özünü sübut et­mə­li­dir. Payız­da bi­zi dünya çem­pi­o­na­tı göz­ləy­ir. Ora­da dünya­nın ən güc­lü bok­s­çu­la­rı iş­ti­rak edə­cək. Ya­rış 2016-cı il­də ke­çi­ri­ləcək Yay Olim­piya Oy­un­la­rı­na li­sen­ziya xa­rak­te­ri da­şı­y­a­caq. Bə­zi çə­ki­lər­də müka­fat­çı­lar, bə­zi­lə­rin­də isə yal­nız fi­nal­çı­lar li­sen­ziya qa­za­nacaq­lar. Bu, mil­li­miz üçün çox vacib ya­rış olacaq. Me­dal­la ya­na­şı, olim­pi­a­daya li­sen­ziya qa­zan­maq da vaci­b­dir. Bun­dan so­n­ra isə olim­pi­a­daya ha­zır­lığa baş­lay­acağıq. Çox is­tər­dim, adım Olim­piya çem­pi­on­la­rı siy­a­hı­sın­da səs­lən­sin.



MƏSLƏHƏT GÖR:

491