6 May 2024

Bazar ertəsi, 10:13

BUNDAN YAXŞI OLMAYACAQ

Ukraynalı Olimpiya çempionu Vadim QUTSAYT: "Azərbaycanın Avropa Oyunlarında müəyyənləşdirdiyi standartları, digər təşkilatçının təkrarlaması çətin olacaq"

Müəllif:

30.06.2015

Ukray­na yığma­sı Av­ro­pa Oy­un­la­rın­da 35 me­dal qa­za­nıb. On­lar­dan 6-sı qı­zıl, 11-i gümüş, 18-i bürünc me­dal­dır. Ko­man­da qı­zıl me­dal­lar­dan bi­ri­ni qı­lıncoy­nat­ma­da əl­də edib. Uk­ray­­na Qı­lıncoy­nat­ma Fe­de­ra­si­y­a­­sı­nın vit­se-pre­zi­den­ti, Olim­piya çem­pi­o­nu Va­dim QUTSAYT "R+"a müsa­hi­bə­sin­də Ba­kı­da ke­çi­ri­lən bi­rinci Av­ro­pa Oy­un­la­rı ilə bağlı tə­əssürat­la­rı­nı bölüşüb.

- Uk­ray­na ko­man­da­sı üçün ya­rış­lar necə ke­çir?

- Biz Ba­kıya güclü id­man­çı­lar­dan iba­rət hey­ət­lə gəl­mi­şik. Müxtə­lif id­man növ­lə­ri üzrə me­dal­la­rın qa­za­nıl­ma­sı mil­li­mi­zi və Uk­ray­na­da­kı həm­və­tən­lə­ri­mi­zi se­vin­di­rir.

An­d­rey Ya­qod­ka­nın qı­lınc­oy­­nat­ma üzrə qa­zan­dığı qı­zıl me­dal bi­zi çox se­vin­dir­di. İd­man­çı­la­rın be­lə ya­rış­lar­da əl­də et­dik­lə­ri uğur­lar ağır məş­qlə­rin, cid­di zəh­mə­tin nə­ticə­si­dir. Bi­rinci Av­ro­pa Oy­un­la­rı ki­mi mə­su­liyyət­li və nüfuz­lu ya­rı­şa yax­şı ha­zır­laş­mı­şıq.

- Av­ro­pa Oy­un­la­rı­na ha­zır­lıq­la bağlı nə deyə bi­lər­si­niz?

- Ya­rış­lar əla təş­kil olu­nub. Düşünürəm ki, dünya­da ki­min­sə qi­tə oy­un­la­rı­nı Azər­baycan Pre­zi­den­ti İl­ham Əliy­ev­dən yax­şı təş­kil edə bi­ləcəyi sa­dəcə çə­tin mə­sə­lə­dir. Azərbaycanın Avropa oyunlarında müəyyənləşdirdiyi standartları, di­g­ər təş­ki­lat­çı­nın tə­k­rar­la­ma­sı elə də asan ol­may­acaq. Təm­sil olu­nan id­man növ­lə­ri­nin çox­luğu­na, bütün ya­rış­lar­da­kı sərt rə­qa­bə­tə, müxtə­lif id­man are­na­la­rı­nın sayı­na gö­rə, bu Av­ro­pa Oy­un­la­rı əsl Olim­piya Oy­un­la­rı­dır. Hər şey əla təş­kil edi­lib. Be­lə öl­kəyə əh­sənf!

- Bəs Uk­ray­na­nın nüma­y­ən­­də hey­ə­ti oy­un­lar­dan so­nra vax­­tı­nı necə ke­çi­rir?

- Əla. At­let­lər kən­din­də id­man­çı­la­rın is­ti­ra­hə­ti üçün bütün şə­ra­it ya­ra­dı­lıb. Hər bi­ri­miz Azər­baycan mil­li mət­bə­xi­nin tə­am­la­rı ilə qi­da­la­nı­rıq və xö­rək­lə­ri­ni­zə vu­rğ­u­nuq. Ba­kı­nın gö­zəl­liy­in­dən həzz al­maq im­ka­nın­dan da ya­rar­la­nı­rıq. Şə­hə­rin gör­mə­li yer­lə­ri­ni gə­zir, dincə­lir, tə­zə do­stla­rı­mız­la söh­bət­lə­şi­rik. Av­ro­pa Oy­un­la­rı­nın da­ha bir vacib tə­rə­fi ye­ni do­stlar tap­maq im­ka­nı, dünya­nın müxtə­lif öl­kə­lə­rin­dən olan id­man nümay­ən­də­lə­ri­lə əla­qə ya­rat­maq şan­sı­dır.

- Uk­rayn­lı id­man­çı­lar, de­mək olar ki, bütün tək­bə­tək döyüşlər­də güclü ru­siy­a­lı rə­qib­lə­ri­lə qar­şı­laş­ma­lı olub­lar. Siy­a­sət­də­ki gə­rg­in­lik id­ma­na tə­sir gö­s­tə­rir­mi? 

- Bi­rinci Av­ro­pa Oy­un­la­rın­da müşa­hi­də et­diy­i­miz tə­miz id­man ya­rı­şı id­ma­nın siy­a­sət­dən kə­nar­da ol­duğu­nu bir da­ha tə­s­diq­lə­di. Be­lə ya­rış­lar xal­qlar ara­sın­da an­laş­maya kö­mək edir. İd­man­çı­la­rın müna­si­bə­ti­nə id­man­dan kə­nar heç bir amil tə­sir gö­s­tər­məy­ib. Bu, sırf id­man ya­rı­şı idi.



MƏSLƏHƏT GÖR:

645