27 Aprel 2024

Şənbə, 21:05

SƏRT RƏQABƏT

Litva MOK-un Baş katibi Valentinas PAKETURAS: "Bakıya Avropanın və dünyanın ən yaxşı atletləri gəliblər"

Müəllif:

30.06.2015

Bi­rinci Av­ro­pa Oy­un­la­rın­da Lit­va 72 id­man­çı ilə təm­sil olu­nub. Ko­man­da ya­­rı­şın­da 1-i qı­zıl, 3-ü bürünc ol­maq­la, 4 me­dal qa­za­nıb.

Lit­va Mil­li Olim­piya Ko­mi­tə­si­nin Baş ka­ti­bi Va­len­ti­nas PAKETURAS "R+"a müsa­hi­bə­sin­də bi­rinci Av­ro­pa Oy­un­la­rı­nın təş­ki­li haq­qın­da tə­əssürat­la­rı­nı bölüşüb.

- Ba­kı­da bi­rinci Av­ro­pa Oy­un­la­rı­nın təş­ki­li sə­viyyə­si­ni necə qiy­mət­lən­di­rir­si­niz?

- Biz əmin idik ki, Azər­baycan bi­rinci Av­ro­pa Oy­un­la­rı­nı ən yüksək sə­viyyə­də ke­çi­rəcək. La­kin ilk qi­tə ya­rış­la­rı­nın bu qə­dər yüksək sə­viyyə­də təş­ki­li göz­lən­ti­lə­ri­miz­dən də çox ol­du. Azər­bayca­nın cə­mi 2 il­dən bir qə­dər ar­tıq vaxtda bu qə­dər nə­hə­ng iş­lə­rin öh­də­sin­dən gəl­mə­si tə­əccüblüdür: gö­zəl sta­di­on­lar, id­man are­na­la­rı ti­ki­lib. Ae­ro­port­da qar­şı­lan­ma­dan Olim­piya şə­hərciy­in­də yer­ləş­di­ril­məy­ə­dək, ya­rış­la­rın təş­ki­li, bir söz­lə hər şey möh­tə­şəm düşünülüb və əla həy­a­ta ke­çi­ri­lir. Bi­la­va­si­tə ya­rış­lar sərt rə­qa­bət şə­ra­i­tin­də ke­çir. Ba­kıya Av­ro­pa­nın və dünya­nın ən yax­şı at­let­lə­ri gə­lib. Bu id­man bay­ra­mı­nın bütün təş­ki­lat­çı­la­rı­na min­nət­dar­lıq et­mək is­təy­i­rəm.

Ye­ri gəl­miş­kən, bi­zim qon­şu­la­rı­mız Lat­viya və Es­to­niya da tur­ni­rin möh­tə­şəm təş­kil olun­duğu qə­na­ə­tin­də­dir­lər.

- Av­ro­pa Oy­un­la­rı­nın id­man tə­rə­fi­lə ya­na­şı, so­si­al hə­də­f­lə­ri də var - öl­kə­lər ara­sın­da ina­mın, əmək­daş­lığın ar­tı­rıl­ma­sı. Av­ro­pa­da sülh və əmək­daş­lığın tə­mi­nin­də bu oy­un­lar han­sı ro­la ma­lik olacaq?

- Ta qə­dim­dən, Qə­dim Yu­na­nı­s­tan­da Olim­pi­a­da­nın təş­ki­li za­ma­nı müha­ri­bə­lər day­an­dı­rı­lıb. Av­ro­pa­da müna­qi­şə­lə­rin, müha­ri­bə­lə­rin ol­ma­sı­na bax­may­a­raq, Ba­kı­da ke­çi­ri­lən ya­rış­dan göründüyü ki­mi, id­man dünya­sın­da müha­ri­bə ol­mur. Əl­bət­tə ki, Av­ro­pa­nın prak­ti­ki ola­raq bütün öl­kə­lə­ri­nin qa­tıl­dığı bu oy­un­lar qi­tə­də di­a­lo­qun qu­rul­ma­sı­na, ina­mın ar­t­ma­sı­na öz töh­fə­si­ni ve­rir.

- Av­ro­pa Oy­un­la­rı­nın per­s­pek­ti­vi­ni necə görürsünüz?

- Qi­tə ya­rış­la­rı­nın ke­çi­ril­mə­si mə­sə­lə­si 20 il­dən ar­tıq idi ki, müza­ki­rə olu­nur­du. Azər­baycan möh­tə­şəm işin görülmə­si ba­xı­mın­dan əla nümu­nə gö­s­tər­di və 2015-ci il­də əsl Olim­piya Oy­un­la­rı ke­çir­di. Biz - müxtə­lif öl­kə­lə­rin Olim­piya Ko­mi­tə­lə­ri - ar­tıq növ­bə­ti Av­ro­pa Oy­un­la­rı­nın yüksək sə­viyyə­də təş­ki­li üzə­rin­də ça­lış­ma­lıyıq. İlk növ­bə­də, oy­un­lar­da yüngül at­le­ti­ka və üzgüçülük üzrə da­ha yüksək sə­viyyə­li id­man­çı­la­rın iş­ti­ra­kı tə­min olun­ma­lı­dır. Bu id­man növ­lə­ri­nə ca­va­b­deh olan fe­de­ra­siy­a­lar əsas ki­mi bu tur­ni­rin dünya çem­pi­o­nat­la­rı ilə üst-üstə düşdüyünü gö­s­tə­rir. Am­ma bu fi­kir­lər əsas­­sız­dır. Ba­kı­da təş­kil olun­muş ya­rış dünya id­man icti­ma­iyyə­ti tə­rə­fin­dən Av­ro­pa Oy­un­la­rı­na ma­rağın nə qə­dər yüksək ol­duğu­nu gö­s­tər­di. Olim­piya Oy­un­la­rı ara­sın­da Av­ro­pa Oy­un­la­rı­nın ke­çi­ril­mə­si bütün Av­ro­pa öl­kə­lə­ri­nin mil­li Olim­piya ko­mi­tə­lə­ri­nin ar­zu­su­dur. Odur ki, Ba­kı­da ke­çi­ri­lən Av­ro­pa Oy­un­la­rı ilə yüksək sə­viyyə­li da­ha bir kom­pleks bey­nəl­xalq id­man ya­rı­şı­nın əsa­sı qoy­ul­du.

- Bəs Ba­kı siz­də han­sı tə­əssüra­tı ya­rat­dı? Bi­rinci Av­ro­pa Oy­un­la­rı, üstə­lik, Azər­bayca­nı ta­nı­maq im­ka­nı...

- Mən Azər­baycan­da 10 il əv­vəl ol­muş­dum. Bu müddət­də Azər­baycan pay­tax­tı ta­ma­mi­lə ye­ni şə­hə­rə çe­v­ri­lib, da­ha da gö­zəl­lə­şib. Şə­hə­rin mər­kə­zi­ni gəz­dik, də­niz­kə­na­rı bul­var­da ol­duq. Ba­kı­nı çox bəy­ən­dik: gö­zəl şə­hər, gü­lərüzsa­kin­lər.

- Av­ro­pa Oy­un­la­rın­da ən bəy­ən­diy­i­niz, ən çox ya­dı­nız­da qa­lan nə ol­du?

- Açı­lış mə­ra­si­mi, sa­dəcə, fan­ta­s­ti­ka idi. Av­ro­pa Oy­un­la­rı­nın təş­ki­li və ke­çi­ril­mə­si yad­da­qa­lan ol­du.

- Lit­va­lı id­man­çı­la­rın ya­rış­da gö­s­tər­dik­lə­ri nə­ticə­dən ra­zı­sı­nız­mı?

- Lit­va ya­rı­şa 72 id­man­çı ilə qa­tıl­mış­dı. Olim­piya Oy­un­la­rın­da da biz, təx­mi­nən, bu say­da id­man­çı ilə təm­sil olu­nu­ruq. Av­ro­pa Oy­un­la­rın­da ka­no­e­də avar­çək­mə üzrə qı­zıl, çi­mər­lik vo­ley­bo­lu və sam­bo üzrə bürünc me­dal­lar qa­zan­mı­şıq. Lit­va­nın iki yer­li te­le­ka­na­lı - "TV3" və "TV6" Av­ro­pa Oy­un­la­rı­nı can­lı yayım­layır. Düşü­nürəm ki, Ba­kı­da qa­za­nıl­mış me­dal­lar­la həm­və­tən­lə­ri­mi­zi se­vin­di­rə bil­mi­şik.



MƏSLƏHƏT GÖR:

588