28 Aprel 2024

Bazar, 00:19

"MƏNİ VƏTƏNİMDƏ UNUTMURLAR"

1992-ci il Olimpiya çempionu Valeri Belenki "R+"a Avropa Oyunları haqqında təəssüratlarını bölüşüb

Müəllif:

30.06.2015

Bakı­da ke­çi­ri­lən ilk Av­ro­pa Oy­un­la­rı öl­kə­mi­zin məş­hur id­man­çı­la­rı­nı ye­ni­dən doğma şə­hə­rə top­la­dı. Uzun il­lər pay­taxtda ol­may­an məş­hur gim­nast Va­le­ri Be­len­ki ya­rış günlə­ri­ni se­vim­li pay­tax­tın­da ke­çir­di. Al­ma­niy­a­da ya­şay­an soy­da­şı­mız ilk Av­ro­pa Oy­un­la­rı günlə­rin­də şə­hə­ri­mi­zin ye­ni gör­kə­mi, id­man in­fra­struk­tu­ru və mə­də­niyyət ocaq­la­rıy­la ya­xın­dan ta­nış ol­du. Sə­fə­rin so­nun­da id­man gim­na­s­ti­ka­sı üzrə üçqat dünya çem­pi­o­nu, 1992-ci il Bar­se­lo­na Yay Olim­piya Oy­un­la­rı­nın qa­li­bi "R+" jur­na­lı­nın su­al­la­rı­na ca­vab ver­di.

- Bar­se­lo­na Olim­pi­a­da­sı­nın qəh­rə­ma­nı­nı ye­ni­dən Ba­kı­da gör­mək çox se­vin­di­rici­dir. Sə­fə­ri­niz necə keç­di?

- İlk ola­raq Bi­rinci Av­ro­pa Oy­un­la­rı ki­mi, möh­tə­şəm ya­rı­şa ev sa­hib­liyi et­diyi üçün Azər­bayca­nı tə­b­rik edi­rəm. Bu günlər Ba­kı­da san­ki olim­pi­a­da ke­çi­ri­lir­di. Hər yer­də id­man­çı­lar, əcnə­bi­lər, jur­na­list­lə­ri gör­mək olar­dı. Be­lə gö­zəl ya­rı­şa mə­ni də­vət et­diyi üçün, Azər­baycan Gim­na­s­ti­ka Fe­de­ra­siy­a­sı­nın pre­zi­den­ti Meh­ri­ban xa­nım Əliy­e­vaya tə­şəkkür edi­rəm. Çox şa­dam ki, mə­ni və­tə­nim­də unut­mur­lar. Biz ve­te­ran id­man­çı­lar karye­ra­mı­zı ba­şa vu­ran­dan so­nra, diq­qə­tə eh­tiy­acı­mız olur. Ancaq hər öl­kə öz id­man­çı­la­rı­na be­lə qayğıy­la ya­naş­mır. Azər­baycan yax­şı mə­na­da se­çi­lir, heç vaxt heç ki­mi unut­mur.

- Ba­kı­da çox­dan ol­ma­mı­sı­nız. Tə­əssürat­la­rı­nız necə­dir?

- Son 15-20 gün Ba­kı Olim­pi­a­da pay­tax­tı­na ox­şayır­dı. Hər tə­rəf­də yal­nız id­man haq­qın­da da­nı­şır­dı­lar. Kom­plek­s­lər­də gə­r­g­in müba­ri­zə, azar­keş­lə­rin güclü də­s­təyi yal­nız be­lə düşünməyə im­kan ve­rir. Ba­kı özü çox gö­zəl­lə­şib. Ha­va li­ma­nın­dan gə­lər­kən şə­hə­ri ta­nı­ma­dım. Əl­bət­tə, bu­ra­lar­da çox­dan ol­ma­mı­şam. La­kin be­lə dəy­iş­kən­liyi tə­səvvür et­mək çə­tin­dir. Çox­lu say­da ye­ni mər­kəz­lər, par­k­lar gördüm. Ba­kı­nı be­lə gör­mək mə­nə ikinci həy­at ver­di.

- İlk Av­ro­pa Oy­un­la­rı­nın ke­çi­ril­mə­si Azər­bayca­na nə qa­zan­dır­dı?

- İlk növ­bə­də, Azər­bayca­nı tə­b­rik edi­rəm. Müa­sir dünya­da hər öl­kə be­lə miqyas­lı ya­rış ke­çir­mək gücündə dey­il. Siz ye­ni mö­tə­bər ya­rı­şın ya­ran­ma­sın­da iş­ti­rak et­di­niz. Av­ro­pa Oy­un­la­rı ilk də­fə Ba­kı­da baş tut­du və bu ta­ri­xi an­la­rın şa­hi­di ol­duq. Ba­kı ilk oy­un­la­rın baş­la­nğıc nöq­tə­si ki­mi yad­daş­lar­da qa­lacaq. Qi­tə­nin ək­sər öl­kə­lə­ri Azər­baycan­dan can­lı ya­yım­la ta­ma­şa­çı­la­rı se­vin­dir­di.

- İlk Av­ro­pa Oy­un­la­rın­da Azər­bayca­nın id­man gim­nast­la­rı qı­zıl, gümüş və bü­rünc me­dal­lar qa­zan­dı­lar. İd­man­çı­la­rı­mı­zın çı­xı­şı­nı necə qiy­mət­lən­di­rir­si­niz?

- Ki­şi id­man gim­na­s­ti­ka­sı üzrə yığma­nız bürünc me­da­la lay­iq görüldü. Bu çox böyük nə­ticə­dir. Bu müka­fat Azər­baycan gim­na­s­ti­ka­sı­nın gə­lə­cək in­ki­şa­fı üçün vaci­b­dir. Ye­niy­et­mə­lər da­ha çox gim­na­s­ti­ka ilə ma­raq­la­nacaq. İd­man gim­­na­s­ti­ka­sı oğlan­lar üçün ən yax­şı id­man növüdür. Bu həm sağlam­lı­q­dır, həm də öl­kə­ni id­man alə­min­də ta­nıt­maq üçün va­si­tə­dir. İlk Av­ro­pa Oy­un­la­rın­da gim­na­s­ti­ka ya­rış­la­rı çox gə­rg­in keç­di. Güclü id­man­çı­lar çox ol­duğu­na gö­rə, müka­fat­çı­lar sı­ra­sı­na düşmək asan dey­il­di. Mən fəxr edi­rəm ki, Və­tə­nim Azər­bayca­nın gim­nast­la­rı azar­keş­lə­ri se­vin­dir­di.

- Ko­man­da­mız­da Oleq Step­ko 5 me­dal qa­zan­maq­la, Av­ro­pa Oy­un­la­rı­nın re­kord­çu­su ol­du. Siz gim­nast­dan be­lə uğur göz­ləy­ir­di­niz?

- Step­ko həm xa­rak­te­ri­nə, həm də təcrübə­si­nə gö­rə yax­şı id­man­çı­dır. İş­ti­rak et­diyi tur­nir­lər­dən müka­fat­sız qayıt­mır. Bu mə­na­da, onun 5 me­dal qa­za­nacağı­nı pro­qnoz­laş­dır­maq çə­tin ol­sa da, tə­əccüblən­mə­dim. Step­ko heç vaxt ge­riyə bax­mır. Hər za­man irə­li ad­dım­layır. Fi­k­rimcə, onun ən böyük uğur­la­rı hə­lə qar­şı­da­dır.

- İlk Av­ro­pa Oy­un­la­rın­da gim­na­s­ti­ka ya­rış­la­rı­nı iz­lə­di­niz. Ümu­miyyət­lə, Azər­bay­can id­man­çı­la­rı­nın ha­zır­lığı­nı necə qiy­mət­lən­di­rir­si­niz?

- İlk ola­raq mən möh­tə­şəm Mil­li Gim­na­s­ti­ka Are­na­sın­dan da­nış­maq is­təy­i­rəm. Sa­dəcə, gim­na­s­ti­ka sa­rayı­dır. Çox gö­zəl və ge­niş­dir. Özəl ola­raq gim­na­s­ti­ka ya­rış­la­rı üçün ti­kil­diy­i­nə gö­rə bu­ra­da hər bir de­tal nə­zə­rə alı­nıb. Hər bir ko­man­da be­lə kom­pleks ol­ma­sı­nı ar­zu­lay­ar. Azər­baycan­da gim­na­s­ti­kaya gö­s­tə­ri­lən qayğıya gö­rə, Azər­baycan Gim­na­s­ti­ka Fe­de­ra­siy­a­sı­nın pre­zi­den­ti Meh­­ri­ban xa­nım Əliy­e­vaya tə­şəkkür et­mək is­tər­dim. O, öl­kə­də gim­na­s­ti­kaya ye­ni həy­at ver­di. Ha­zır­da fe­de­ra­siya təkcə bə­dii gim­na­s­ti­ka dey­il, bütün növ­lə­rin in­ki­şa­fı üzə­rin­də ça­lı­şır. Əmin­lik­lə deyə bi­lə­rəm ki, si­zin uğur­la­rı­nız da­vam­lı ola­caq. Mil­li­də rə­qa­bət ya­ra­nıb. Ən vacib amil isə uşaq mək­təb­lə­ri­nin fə­a­liyyət gö­s­tər­mə­si­dir. Mə­nə de­di­lər ki, re­g­i­on­lar­da be­lə gim­na­s­ti­ka mək­təb­lə­ri ça­lı­şır və ora ma­raq çox­dur. Va­li­deyn­lər uşaq­la­rı­nı gim­na­s­ti­kaya gə­ti­rir­lər­sə de­mə­li öl­kə­də id­ma­nın bu növü se­vi­lir.

- Gə­lin, bir qə­dər ta­ri­xi və­rəq­ləy­ək. 1992-ci il, Bar­se­lo­na Olim­pi­a­da­sı. Hə­min oy­un­la­rın qa­li­bi ki­mi, adı­nı­zı ta­ri­xə yaz­mı­sı­nız. O il­lə­ri necə xa­tır­layır­sı­nız?..

- Hər bir xa­ti­rə­də ya­da sal­maq is­tə­diy­in və is­tə­mə­diy­in an­lar olur. 1992-ci il Bar­se­lo­na Yay Olim­piya Oy­un­la­rın­da qı­zıl me­dal qa­zan­maq böyük uğur idi. Hə­min ya­rış­da qı­zıl me­dal­la ya­na­şı, bürünc də qa­zan­mı­şam. O za­man Azər­baycan­da gim­na­s­ti­ka­nın in­ki­şa­fı ilə mə­şğ­ul olan fe­de­ra­siya yox idi. Üstə­lik, öl­kə ye­nicə müstə­qil­lik qa­zan­mış­dı. Biz Müstə­qil Döv­lət­lər Bir­liy­i­nin ko­man­da­sı ki­mi ya­rı­şır­dıq. Am­ma Azər­bayca­nı təm­sil edir­dik. Mə­nim­lə ya­na­şı, cüdo­çu Na­zim Hüsey­nov da hə­min il qı­zıl me­dal qa­zan­dı. Na­zim gö­zəl id­man­çı və sə­mi­mi dost­dur. Bi­zi çox se­vin­di­rir ki, Azər­baycan biz ve­te­ran­la­rı unut­mur. Hər za­man ya­da düşürük. İlk Av­ro­pa Oy­un­la­rı­na fə­x­ri qo­naq ki­mi də­vət alan­da kö­v­rəl­miş­dim. Axı Və­tə­nim­də be­lə mö­tə­bər ya­rış olacaq və ora fə­x­ri qo­naq ki­mi də­vət olu­nu­ram. Çox se­vi­ni­rəm ki, Azər­baycan bu ya­rı­şı yüksək sə­viyyə­də ke­çir­di. İna­nın, ilk Av­ro­pa Oy­un­la­rı­nın təş­ki­lat­çı­lığı Yay Olim­piya Oy­un­la­rı sə­viyyə­sin­də ol­du.

- Na­zim Hüsey­nov­la gö­rüş­mək im­ka­nı­nız olur?

- Çox­dan görüşmürdük. Av­ro­pa Oy­un­la­rı bi­zi görüşdürdü. Onun­la ma­raq­lı xa­ti­rə­lə­ri­miz var. Na­zim­dən o vaxt ha­mı çə­ki­nir­di. İd­man­çı ki­mi qor­xur­du­lar. Bi­lir­di­lər ki, dö­şək üzə­rin­də Azər­baycan oğlu­na rə­qib yox­dur. Onun bir ne­çə fən­di var idi. O cüdo fən­d­lə­ri in­diyə qə­dər öy­rə­ni­lir.

- Si­zin gə­ləcək­də Ba­kı­da iş­lə­mək plan­la­rı­nız var?

- Ha­zır­da Al­ma­niy­a­da ya­şayı­ram. Ora­da gim­na­s­ti­ka məş­q­lə­ri ke­çi­rəm. Ye­tir­mə­lə­rim­dən bi­ri Lon­don Yay Olim­piya Oy­un­la­rın­da iki me­dal qa­zan­dı. Bir ye­tir­məm Av­ro­pa Oy­un­la­rın­da iş­ti­rak et­di. Ha­zır­kı mə­qam­da Al­ma­niy­a­da­kı işi­mi da­vam et­dir­mə­liy­əm. Gə­ləcək­də doğma Ba­kı­da iş­lə­məy­im mümkündür. Bu, çox yax­şı olar. Bir ay əv­vəl mə­nim adım ABŞ-da Bey­nəl­xalq Gim­na­s­ti­ka Fe­de­ra­siy­a­sı­nın Şöh­rət za­lı­na da­xil edi­lib. Mən fəxr edi­rəm ki, bu zal­da ilk azər­baycan­lı id­man­çı ki­mi mə­nim adım qeyd edi­lib.

- Ca­vab­la­ra gö­rə tə­şəkkür edi­rəm. Si­zi ye­ni­dən Ba­kı­da gö­rəcəy­i­miz ümi­di ilə vi­da­la­şı­ram.

- Və­tən­dən kə­nar­da ya­şa­saq da, ürəy­i­miz Azər­baycan­la döyünür. Hər bir uğu­ru­nu­za se­vi­ni­rik. Pay­taxt Ba­kı çox dəy­i­şib və da­ha da gö­zəl­lə­şib. Də­niz­kə­na­rı Park, eləcə də şə­hə­rin di­g­ər mə­kan­la­rı Av­ro­pa­nın məş­hur pay­tax­tla­rın­dan ge­ri qal­mır. Ba­kı hər za­man qo­naq­lar üçün ide­al is­ti­ra­hət mə­ka­nı olub. Bu gün çox­lu say­da tu­rist­lə­ri gö­rən­də se­vin­dim. Ba­kı hər za­man ol­duğu ki­mi, özünə­məx­sus gö­zəl­liyi ilə ha­mı­nı va­leh edir.



MƏSLƏHƏT GÖR:

637