18 May 2024

Şənbə, 21:46

"ƏSGƏR ZƏKİYEV TAPŞIRIĞI YERİNƏ YETİRDİ"

İlham Zəkiyev: "Silahlı Qüvvələr Günü Ali Baş Komandana vəd verdiyim qızıl medalı qazandığım üçün xoşbəxtəm"

Müəllif:

30.06.2015

Bu tə­sir­li anın fo­to və vi­deo­görün­tü­lə­­ri bütün in­ter­ne­ti do­laş­dı - Av­ro­pa Oy­un­la­rın­da qa­­lib gə­lən Azər­baycan pa­ra­lim­piy­a­çı­sı İl­ham Zə­kiy­ev ali kürsünün ən yüksək pil­lə­si­ni se­vincdən, az qa­la, göz­lə­ri dol­muş Pre­zi­dent İl­ham Əliy­ev­lə bölüşür.

Zə­fə­ri, Pre­zi­den­tin qə­lə­bə­si və ən nə­hay­ət, in­san­lığın tən­tə­nə­si idi. Er­mə­ni güllə­sin­dən gözünün nu­ru­nu itir­miş ilk Av­ro­pa Oy­un­la­rı­nın mə­şə­li­ni alov­lan­dı­ran İl­ham Zə­kiy­ev Azər­baycan ru­hu­nun sın­maz ol­duğu­nu bir da­ha sübut et­di və bu, həm də Xey­i­rin Şə­ri üstə­lə­mə­si idi.

Cüdo üzrə 90 kq-dan yu­xa­rı çə­ki də­rəcə­sin­də qı­zıl me­dal qa­za­nan pa­ra­lim­piy­a­çı­mız hə­lə ya­rış­lar­dan əv­vəl öl­kə baş­çı­sı­na ver­diyi və­di­nə əməl et­di. Be­lə­lik­lə, iki­qat pa­ra­lim­piya çem­pi­o­nu, iki­qat dünya çem­pi­o­nu və beş­qat Av­ro­pa çem­pi­o­nu­muz kol­lek­siy­a­sı­na da­ha bir qi­tə miqyas­lı qı­zıl me­dal əla­və et­di.

Özünün Av­ro­pa Oy­un­la­rın­da­kı zə­fər yürüşündən so­nra, İl­ham Zə­kiy­ev tə­əssürat­la­rı­nı "R+"la bölüşüb.

- İlk olaraq sizi parlaq qə­lə­bə münasibətilə təbrik edi­rik. Rəqibləriniz sizinlə ba­carmadı. Sankı qələbəni rahatlıqla qazandınız...

- Kə­nar­dan elə görünə bi­lər. Am­ma bu qə­lə­bə­nin ar­xa­sın­da il­lər­lə ha­zır­lıq, böyük təcrübə day­a­nır. Görüşlər za­ma­nı are­na­da min­lər­lə azar­keş mə­nə də­s­tək ol­du. On­la­rın də­s­təyi mə­nə əla­və güc ver­di. Məğlu­biyyə­ti heç ağlı­ma be­lə gə­tir­mir­dim.

- Fi­nal­da­kı rə­qi­bi­niz Alek­­sandr Po­mi­nov­la əv­vəl­lər də qar­şı­laş­mı­sı­nız. Səhv et­mi­rəm­sə, in­diyə qə­dər Po­mi­nov si­zi məğlub edə bil­məy­ib...

- 2013-cü il­də Po­mi­nov­la ko­man­da ya­rı­şın­da üz-üzə gəl­mi­şik. Onun­la görüşümüz heç iki də­qi­qə çək­mə­di. Ud­dum onu və o mə­nə de­di ki, məşq edib sə­nə qa­lib gə­ləcəy­əm. Mən də ca­vab ver­dim ki, get, məşq elə. Av­ro­pa Oy­un­la­rın­da tə­rə­ziyə çı­xan­da qo­lun­dan tu­tub de­dim ki, mə­ni məğlub et­mək üçün məşq et­mi­sən­mi?! Ca­vab ver­di ki, İl­ham, sə­ni yen­mək olar?

- Bütün görüşlə­ri ip­pon­la ba­şa vur­du­nuz. Bəl­kə rə­qib­lər İl­ham Zə­kiy­ev­dən çə­ki­nir və risk edə bil­mir?

- İp­pon­la qə­lə­bə qa­zan­mağı­mın sir­ri Av­ro­pa Oy­un­la­rı­na cid­di ha­zır­laş­mağım idi. Mən bu mə­su­liyyə­ti dərk edir­dim. Xır­da zə­də­lər ol­sa da, şükürlər ol­sun, qə­lə­bə qa­zan­mağı­ma ma­ne ol­ma­dı.  Bütün Azər­baycan bu qı­zı­lı mən­dən göz­ləy­ir­di. I Av­ro­pa Oy­un­la­rın­da cə­nab Pre­zi­dent İl­ham Əliy­ev və "Ba­kı-2015"in Təş­ki­lat Ko­mi­tə­si­nin sə­d­ri Meh­ri­ban xa­nım Əliy­e­va tə­rə­fin­dən mə­nə xüsu­si mis­siya tap­şı­rıl­mış­dı. Açı­lış mə­ra­si­min­də mə­şə­li alov­lan­dır­dım.

Atə­şg­ah­da mə­şə­li yan­dı­ran­da cə­nab pre­zi­den­tə de­dim ki, iy­u­nun 26-da Si­lah­lı Qüvvə­lər Günündə qı­zıl me­dal qa­za­nacağam. Ali Baş Ko­man­da­na me­dal söz ver­miş­dim. Bu qı­zıl me­da­lı cə­nab Pre­zi­den­tə, Azər­baycan xal­qı­na həsr edi­rəm. Bir də ki oğlum Həm­zə­nin 2 ya­şı ta­mam olur. Ata­sı tə­rə­fin­dən bu me­dal ona ən böyük hə­diyyə­dir.

- Qı­zıl me­da­lı si­zə pre­zi­dent İl­ham Əliy­ev şəx­sən tə­q­dim et­di. Ora­da öl­kə baş­çı­sı­na nə dey­ir­di­niz?

- Cə­nab Pre­zi­dent İl­ham Əliy­ev qı­zıl me­da­lı mə­nə tə­q­dim edən­də ona de­dim ki, əs­g­ər Zə­kiy­ev si­zin ver­diy­i­niz döyüş tap­şı­rığı­nı ye­ri­nə ye­tir­di. Pre­zi­dent də söy­lə­di ki, sən lay­iq­li çem­pi­on­san. Mən ona hər şeyə gö­rə tə­şəkkür et­dim. Si­lah­lı Qüvvə­lər Günü Ali Baş Ko­man­da­na vəd ver­diy­im qı­zıl me­da­lı gə­tir­diy­im üçün xoş­bəx­təm.

- İlk Av­ro­pa Oy­un­la­rı­nın mə­şə­li­ni yan­dır­maq si­zə nə­sib ol­du. Han­sı his­slə­ri ke­çi­rir­di­niz?

- Av­ro­pa Oy­un­la­rı­nın açı­lış mə­ra­si­min­dən üç ay əv­vəl de­di­lər ki, bu möh­tə­şəm ya­rı­şa mə­şə­li ən son sən gə­ti­rəcək­sən. Həm se­vincli idim, həm də həy­əcan­lı. Çünki dünya­nın diq­qə­ti Azər­baycan­da idi. Tam sə­mi­mi dey­im ki, bu gü­nə qə­dər qa­zan­dığım qə­lə­bə­lər­də bu qə­dər həy­əcan ya­şa­ma­mış­dım.

Gənclər və id­man na­zi­ri Azad Rə­hi­mov dey­ən­də ki, cə­nab Pre­zi­dent İl­ham Əliy­ev və xa­nı­mı Meh­ri­ban Əliy­e­va açı­lış günü mə­şə­li mə­nim yan­dır­mağı­mı is­təy­ir, çox həy­əcan­lı idim. Qa­ra­bağ müha­ri­bə­si əli­li ki­mi, mə­şə­li mə­nim sta­di­o­na gə­tir­məy­im mən­fur qon­şu­la­rı­mı­za bir me­saj idi. Bay­ra­q­da­rı­mız da, bil­diy­i­niz ki­mi, El­mar Qa­sı­mov idi. O, İrə­van­da ke­çi­ri­lən ya­rış­lar­da Azər­baycan Bay­rağı­nı da­lğ­a­lan­dır­mış və him­ni­mi­zi səs­lən­dir­miş­di. Bu, bir tə­sadüf dey­il­di. İn­şal­lah, bay­rağı­mı­zı da Qa­ra­bağda qal­dı­racağıq, mə­şə­li­mi­zi də alov­lan­dı­raca­ğıq.

- Mə­şə­li Olim­piya Sta­di­o­nu­na gə­ti­rəcəy­i­ni sirr sax­la­maq çə­tin ol­ma­dı?

- Heç ki­mə söy­lə­mə­miş­dim. Hət­ta ev­də ya­xın­la­rı­ma da de­mə­dim. Həy­əcan­lı an­lar­da dua edir­dim ki, heç bir prob­lem ol­ma­sın. İlk məş­qlər za­ma­nı çox şeyi öy­rən­dim. Açı­­lış ərə­fə­sin­də ar­tıq hər şey ha­zır idi. Ra­hat hə­rə­kət edə­rək mə­şə­li yan­dır­maq müm­kün olur­du.

- İlk Av­ro­pa Oy­un­la­rın­da qə­lə­bə qa­zan­maq İl­ham Zə­kiy­ev üçün nə de­mək­dir?

- Mən bu möh­tə­şəm id­man bay­ra­mı müna­si­bə­ti­lə bütün xal­qı­mı­zı tə­b­rik edi­rəm. Bu, ta­ri­xi ha­di­sə­dir. Be­lə böyük ya­rı­şın ke­çi­ril­mə­si xal­qı­mı­zın uğu­ru­dur.

Sözsüz, doğma di­var­lar ara­sın­da ke­çi­ri­lən ya­rış­da qa­lib gəl­mək həm çə­tin­dir, həm şə­rə­f­li. Qı­zıl me­da­lı cə­nab Pre­zi­den­tin tə­q­dim et­mə­si isə mə­su­liyyə­ti­mi da­ha da ar­tı­rır­dı. İlk Av­ro­pa Oy­un­la­rı­nın qı­zıl me­da­lı­nın kol­lek­siy­am­da ay­rıca ye­ri olacaq. Bu qə­lə­bə mə­nim üçün xüsu­si­lə əhə­miyyət­li­dir.

- İki də­fə pa­ra­lim­piya çem­pi­o­nu, beş də­fə Av­ro­pa və iki də­fə dünya çem­pi­o­nu İl­ham Zə­kiy­e­vin növ­bə­ti hə­də­fi nə olacaq?

- Bir qə­dər is­ti­ra­hət­dən so­n­ra, ha­zır­lığa baş­la­ma­lıyıq. 2016-cı il­də Bra­zi­liy­a­da Yay Olim­piya Oy­un­la­rı ke­çi­ri­ləcək. O ya­rış­da iş­ti­ra­ka li­sen­ziya qa­zan­maq la­zım­dır, ar­dınca isə Azər­bayca­nı yüksək sə­viyyə­də təm­sil et­mək vaci­b­dir. Üçüncü də­fə pa­ra­lim­piya çem­pi­o­nu ol­maq is­təy­i­rəm. Bu­nun üçün gecə - gündüz ça­lış­mağa qa­di­rəm.

Si­zin va­si­tə­niz­lə ilk Av­ro­pa Oy­un­la­rın­da me­dal qa­za­nan bütün id­man­çı­la­rı­mı­zı tə­b­rik edi­rəm. Me­dal qa­za­na bil­mə­y­ən­lə­rin isə hə­və­s­dən düşmə­mə­si­ni is­tər­dim. Yax­şı ha­zır­la­şıb növ­bə­ti ya­rış­lar­da öz­lə­ri­ni gö­s­tə­rə bi­lər­lər.

- De­mə­li, İl­ham Zə­kiy­ev uğur­la­rı­nı da­vam et­di­rəcək...

- Azər­baycan­da id­ma­na bu qə­dər diq­qət var. Biz id­man­çı­lar xoş­bəxt adam­la­rıq. Qə­lə­bə qa­zan­maq üçün hər cür şə­ra­it ya­ra­dı­lıb. Sa­dəcə, məşq et­mək gə­rək­dir. Nə qə­dər Azər­baycan Bay­rağı­nı yüksəl­tməyə gücüm ça­tacaq, o qə­dər də uğur­la­rı da­vam et­dir­mək fi­k­rim var.



MƏSLƏHƏT GÖR:

663