3 May 2024

Cümə, 03:59

HƏDƏFDƏ OLİMPİADADIR

"Bakı istənilən mötəbər yarışı, hətta Yay Olimpiya Oyunlarını da keçirə bilər", - AOK-un prezidenti Patrik Hikki

Müəllif:

30.06.2015

Azər­bayca­nı 17 gün ər­zin­də əha­tə edən id­man bay­ra­mı bit­di. Azər­bayca­nın 30 ay ər­zin­də ha­zır­laş­dığı mö­tə­bər ya­rış uğur­la ba­şa çat­dı. 50 öl­kə­dən 6000 at­le­tin iş­ti­rak et­diyi oy­un­lar yüksək təş­ki­lat­çı­lıq­la yad­da qal­dı. İd­man­çı­lar, eləcə də rə­s­mi şəx­slər üçün ya­ra­dı­lan şə­ra­it Azər­bayca­nın is­tə­ni­lən mö­tə­bər ya­rı­şı ke­çir­məyə ha­zır ol­duğu­nu sübut et­di. İlk Av­ro­pa Oy­un­la­rı­nın ke­çi­ril­mə­si­nə bö­yük əməyi olan Av­ro­pa Olim­piya Ko­mi­tə­si­nin pre­zi­den­ti Pa­t­­rik HİKKİ "R+"a ya­rı­şın ye­ku­nu, təş­ki­lat­çı­lığın sə­viyyə­si və həy­əcan­lı an­lar ba­rə­də da­nı­şıb.

- Ar­tıq si­zi tə­b­rik et­mək olar. İlk Av­ro­pa Oy­un­la­rı yüksək sə­viyyə­də təş­kil edil­di və bütün dünya ye­ni möh­tə­şəm tur­ni­rin iz­ləy­ici­si­nə çe­v­ril­di...

- Azər­baycan xal­qı­nı tə­b­rik edi­rəm. Siz ye­ni ta­ri­xin ya­zıl­ma­sın­da iş­ti­rak et­di­niz. Biz bi­rgə be­şinci qi­tə oy­un­la­rı­nı - Av­ro­pa Oy­un­la­rı­nı ya­rat­dıq və onu yüksək sə­viyyə­də təş­kil et­dik. Bu iş­də böyük əməyi olan Azər­baycan Re­s­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əliy­ev və "Ba­kı-2015"in Təş­ki­lat Ko­mi­tə­si­nin sə­d­ri Meh­ri­ban xa­nım Əliy­e­vaya "Çox sağ ol" dey­i­rəm. Bu in­san­lar ən ki­çik de­ta­lı be­lə nə­zə­rə al­dı­lar. 17 gün­lük ya­rış üçün ay­lar­la ha­zır­lıq get­di. Ha­zır­lıq za­ma­nı bə­zən qə­rar­lar dəy­i­şir­di, təş­ki­la­ti iş­lər­lə bağlı hər gün ye­ni­lik olur­du. Bu­nun­la be­lə, Təş­ki­lat Ko­mi­tə­si işi­ni yüksək sə­viyyə­də gördü. Mö­tə­bər ya­rı­şı təş­kil et­mək­lə on­lar dünyaya ye­ni oy­un­­lar bəxş et­di­lər.

Bu oy­un­la­rın ilk sə­hi­fə­sin­də Azər­baycan pay­tax­tı Ba­kı­nın adı ya­zıl­dı. Bi­zim se­vinci­miz böyükdür. İlk Av­ro­pa Oy­un­la­rı, nə­hay­ət, baş tut­du və bu bi­zi qürur­lan­dır­maya bil­məz.

- 50 öl­kə­dən 6000-dən çox id­man­çı Av­ro­pa Oy­un­la­rın­da müba­ri­zə apar­dı. Qo­naq­la­rın fi­k­ri ilə, yə­qin, ta­nış­sı­nız. Si­zin­lə söh­bət za­ma­nı əcnə­bi id­man­çı­lar han­sı fi­kir­lə­ri söy­­ləy­ir­di­lər?..

- At­let­lər kən­di, ya­rış zal­la­rı və ənə­nə­vi top­lan­tı­lar za­ma­nı əcnə­bi nümay­ən­də­lə­rin rə­s­mi­lə­ri ilə görüşümüz ol­du. Bütün id­man­çı­lar təş­ki­lat­çı­lı­q­dan ra­zı qal­dı. On­la­rı va­leh edən Ba­kı­nın gö­zəl­liyi və öl­kə­nin təş­ki­lat­çı­lığı ol­du. Bu iş­də, sözsüz, konüllülə­rin əməy­i­ni qeyd et­mə­liy­əm. On min­dən çox könüllü ar­dıcıl bir ne­çə ay ya­rış üçün to­par­la­na­raq, güclü yu­m­ruq for­ma­laş­dır­dı. Könüllü­lər öz iş­lə­ri­ni yax­şı ye­ri­nə ye­tir­di­lər. Həm açı­lış­da, həm da are­na­lar­da ha­mıya kö­mək ol­du. İd­man­çı­lar söy­ləy­ir­di­lər ki, At­let­lər kən­din­də ya­ra­nan hər han­sı bir su­a­la könüllülər dər­hal ca­vab ve­rir­di. Hər za­man əcnə­bi id­man­çı­la­ra kö­mək et­məyə ha­zır olur­du­lar. Ba­kı­dan ay­rı­lan­lar ra­zı­lıq bil­dir­di və ye­ni­dən Azər­bayca­na gəl­mək is­tək­lə­ri­ni giz­lət­mə­di­lər.

- İlk Av­ro­pa Oy­un­la­rı­nın me­dia­da işıq­lan­dı­rıl­ma­sın­dan ra­zı qal­dı­nız­mı?

- Jur­na­list­lər də Av­ro­pa Oy­un­la­rı­nın təb­liğin­də böyük iş­lər gördülər. Xa­rici me­dia­da çox­lu say­da ya­zı dərc olun­du. İlk Av­ro­pa Oy­un­la­rı­nın açı­lış və bağ­la­nış mə­ra­sim­lə­ri 50-dən çox öl­kə­də milyon­lar­la ta­ma­şa­çıya gö­s­tə­ril­di. Bu isə çox böyük au­di­to­riya de­mək­dir. Müqay­i­sə üçün deyə bi­lə­rəm ki, Av­ro­pa Oy­un­la­rı­nın So­çi Qış Olim­piya Oy­un­la­rı­nı iz­ləy­ən ta­ma­şa­çı­sı qə­dər au­di­to­riy­a­sı olub. Bu oy­un­la­rın gə­ləcək ta­ri­xi ba­xı­mın­dan vacib gö­s­tə­rici­dir.

- İndi hamını bu sual maraqlandırır: ikinci Avropa Oyunları nə vaxt keçiriləcək?

- İlk Av­ro­pa Oy­un­la­rı­nı təş­kil edən Ba­kı ya­rı­şın bünö­v­rə­si­ni qoy­du. So­nra­kı öl­kə­lər mütləq ilk ya­rı­şın ta­ri­xi­ni öy­rə­nəcək. Su­a­lı­nı­za gəl­dik­də, ha­zır­da 5 şə­hər­dən müraci­ət var. Mən is­tə­məz­dim, on­la­rın adı­nı çə­kim. Da­nı­şıq­lar da­vam edir. İlin so­nu­na qə­dər Av­ro­pa Olim­piya Ko­mi­tə­si növ­bə­ti Av­ro­pa Oy­un­la­rı­nın ha­ra­da ke­çi­ri­ləcəy­i­ni rə­s­mən elan edə­cək. Ba­kı­nın ilk ya­rı­şı yüksək sə­viyyə­də təş­kil et­mə­si Av­ro­pa Oy­un­la­rı­na ma­rağı ar­tır­dı. Bi­zim­lə əla­qə sax­lay­a­raq növ­bə­ti ya­rı­şa ev sa­hib­liyi et­mək is­tə­dik­lə­ri­ni bil­di­rir­di­lər.

- Av­ro­pa Oy­un­la­rı­nın yük­sək sə­viyyə­də ke­çi­ril­mə­si bü­tün dünyaya bir nümu­nə ol­du. Növ­bə­ti şə­hər oy­un­la­rı be­lə təş­ki­lat­çı­lıq­la ke­çi­rə bi­ləcək­mi?

- Av­ro­pa Olim­piya Ko­mi­tə­si ki­mi, Azər­bayca­nın ke­çir­diyi ya­rış­dan so­nra ye­ni stan­dar­t­la­rın ya­ran­ma­sı bi­zə mə­lum­du. Növ­bə­ti ya­rı­şa ev sa­hib­liyi edəcək şə­hər bütün bun­la­rı nə­zə­rə al­ma­lı­dı. Di­g­ər tə­rəf­dən, na­mi­zəd şə­hər ya­rı­şa özünə­məx­sus tər­z­də ke­çil­mə­li­dir. Ola bi­lər, Av­ro­pa Oy­un­la­rı Ba­kı­da da ol­duğu ki­mi, ide­al sə­viyyə­də ol­ma­sın. Am­ma id­di­a­çı şə­hər hər şey­in yax­şı olaca­ğı­na ça­lış­ma­lı­dır.

- Azər­baycan id­man­çı­la­rı qa­zan­dığı me­dal­lar­la xal­qı se­vin­dir­di. Ümu­miyyət­lə, iş­ti­rak­çı öl­kə­lə­rin na­iliyyət­lə­ri­ni iz­lə­mək im­ka­nı­nız ol­du­mu?

- Təş­ki­la­ti iş­lər­lə əla­qə­dar bütün oy­un­la­rı iz­lə­mək müm­kün dey­il. Ru­siya, Azər­baycan yığma­la­rı­nın böyük uğur qa­zan­dığı­nı bi­li­rəm. Azər­baycan id­man öl­kə­si­dir. Si­zin çox­lu say­da me­dal qa­zan­mağı­nız mə­ni tə­əccüblən­dir­mə­di. Ək­sər id­­man növ­lə­rin­də güclü və dünya­da ta­nı­nan id­man­çı­la­rı­nız var. Üstə­lik, ilk Av­ro­pa Oy­un­la­rı­nın Ba­kı­da ke­çi­ril­mə­si id­man­çı­la­rı­nı­za əla­və güc ver­di. Gü­ləş, cüdo, boks ya­rış­la­rın­da uğur­la­rı­nız böyükdü. Bə­zi id­man növ­lə­ri ya­rış­lar öl­kə­niz­də ilk də­fə idi. Av­ro­pa Oy­un­la­rı hə­min id­man növ­lə­ri­nin təb­liği­nə tə­kan olacaq. Ye­ni gənc­lər id­man­la mə­şğ­ul olacaq və bu id­ma­nın in­ki­şa­fı­nı sürət­lən­di­rəcək. Mən ey­ni za­man­da, bi­­let sa­tı­şıy­la bağlı ma­raq­lı mə­qa­ma to­xun­maq is­tər­dim. Av­ro­pa Oy­un­la­rı ərə­fə­sin­də bi­zi bi­let­lə­rin sa­tı­şı­nın və­ziyyə­ti çox ma­raq­lan­dı­rır­dı. La­kin ya­rış gö­s­tər­di ki, öl­kə­də id­ma­na böyük ma­raq var. Ək­sər ya­rış­la­ra bi­let­lər 3-4 gün ər­zin­də sa­tıl­dı. Ca­ma­at are­na­la­ra gə­lə­rək ko­man­da­la­ra də­s­tək ol­du. Bu­nun­la on­lar Av­ro­pa Oy­un­la­rı­nın bir par­ça­sı­na çe­v­ril­di.

- İlk Av­ro­pa Oy­un­la­rı ba­şa çat­dı. Gə­ləcək­də Azər­baycan da­ha mö­tə­bər ya­rış­la­ra ev sa­hib­liyi edə bi­lər­mi?

- İlk öncə mən si­zə və di­­g­ər həm­kar­la­rı­nı­za oy­un­la­ra gö­s­tər­diy­i­niz diq­qə­tə gö­rə tə­şəkkür edi­rəm. İlk Av­ro­pa Oy­un­la­rı ərə­fə­sin­də bə­zi əcnə­bi mət­­bu­at­da xo­şa gəl­məy­ən ya­zı­lar ge­dir­di. Am­ma gördüyü­nüz ki­mi biz haq­lı çıx­dıq. Azər­­baycan Av­ro­pa Oy­un­la­rı­nı yüksək sə­viyyə­də təş­kil et­di. Açı­lış­dan əv­vəl həy­əcan­lı idik. Düşünürdük, necə olacaq. La­kin Təş­ki­lat Ko­mi­tə­si­nin rəh­bə­ri Meh­ri­ban xa­nım Əliy­e­va­nın böyük əməyi say­ə­sin­də ya­rış çox yüksək sə­viyyə­də keç­di. Fi­k­rimcə, ilk Av­ro­pa Oy­un­la­rı­nın yüksək sə­viyyə­də təş­ki­li Azər­bayca­nın növ­bə­ti uğu­ru­dur. Əmin­lik­lə deyə bi­lə­rəm ki, Ba­kı is­tə­ni­lən mö­tə­bər ya­rı­şı hət­ta Yay Olim­piya Oy­un­la­rı­nı da ke­çi­rə bi­lər. Açı­lış mə­ra­si­min­də iş­ti­rak edən Bey­nəl­xalq Olim­piya Ko­mi­tə­si­nin pre­zi­den­ti To­mas Bax gördük­lə­­rin­dən məm­nun qal­dı. Açı­lış mə­ra­si­mi özəl­lik­lə yad­da qa­lan ol­du. Mən siz­lə­ri ilk Av­ro­pa Oy­un­la­rı­nın ke­çi­ril­mə­si müna­si­bə­tiy­lə tə­b­rik edi­rəm. İd­man­çı­la­ra ye­ni uğur­lar di­ləy­i­rəm.



MƏSLƏHƏT GÖR:

530