18 May 2024

Şənbə, 13:04

MƏDƏNİYYƏTLƏRİN QOVŞAĞINDAKI FİLOSOF

Puşkin Rusiyada,Volter Fransada, Şekspir isə İngiltərədə hansı mövqeyə malikdirsə, Mirzə Fətəli Axundovun yaradıcılığı da Azərbaycanda o mövqeyə sahibdir

Müəllif:

14.07.2015

Tənqid dahi dramaturq Mirzə Fətəli Axundovun yaradıcılığına həmişə birmənalı olmayıb. Onun qəhrəmanları heç vaxt birmənalı cani və ya qəhrəman deyillər. Lakin "həmişə pislik və həmişə yaxşılıq edən həmin qüvvənin bir hissəsi" kimi Bulqakov Volandın sələfiləri olmaqla, öz yaramaz hərəkətləri ilə ifşaedici satiranın alətinə çevrilərək, öz dövrlərini geridə qoyublar.

 

Bədii üsul

Hətəmxan ağa və Müsyö Jordanı protaqonist (baş qəhrəman) adlandırmaq olarmı? Onların xarakterində çox şey qarışıb (əslində olduğu kimi). Belə ki, Jordan bir tərəfdən öz işini çox sevən alimdir, digər tərəfdən isə avropalı konservator və snobdur. Eynilə Volandın sadəlövh moskvalılara qarşı etdiyi kimi, Qarabağ sakinlərinə qarşı eynisi ilə davranan Dərviş Məstəlini də tamamilə mənfi personaj adlandırmaq olmaz. Və hətta onun çox da tanınmayan "Ayı, quldurun qalibi" işindəki xalq, əsasən, müsbət, amma o qədər də birmənalı hisslər oyatmır.

Axundovun bədii üsulunun nəyə görə bu cür olduğunu anlamaq üçün dövrünün özünü anlamaq vacibdir. XIX əsr Qafqazda böyük mədəni dəyişiklik dövrü idi. Məhz burada Qərblə Şərq toqquşurdu. Bir çox insanların (xüsusi ilə yüksək təbəqənin) yaşayış tərzi dəyişirdi. Bu dəyişikliklər Avropanın özündə modernləşmə və elmi-texniki inqilabın dövrü ilə üst-üstə düşdü. Təsadüfi deyil ki, bir çoxları buna hazır deyildi, xüsusi ilə dərin dini, ənənəvi cəmiyyətin başçılıq etdiyi yerlərdə. 

Axundovun və dövrün digər görkəmli xadimlərinin tərcümeyi-hallarında yolun seçilməsi ilə bağlı ümumi qanunauyğunluq müşahidə olunur. Axundov, digər həmkarları kimi (Vazeh, Bakıxanov və digərləri) tərəqqi yolunu seçdi.

Lakin fərq ondan ibarət idi ki, şairlərdən fərqli olaraq, dramaturq Axundov qoyulan tapşırıqları öz üsulları ilə yerinə yetirirdi. Onun "Aldadılmış kəvakib", "Sərgüzəşti vəziri xani-Lənkəran", "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadükuni məşhur" əsərlərində dövrə qarşı çıxmaq ruhu aydın görünür. Və bu, təkcə süjet dönüşlərində deyil, həmçinin estetik cəhətdən yekcins səhnə yaratmaqla, onun baş qəhrəmanlarının birmənalı obrazlarında da öz əksini tapır.

 

Baxışların yenidən dərk edilməsi

Axundov özünəməxsus şəkildə bu dəyişikliklərin qurbanı oldu. Bu gün onun imperiyada dövlət qulluğunda möhtəşəm karyera qurmasını az yada salırlar. Çar ordusunda hərbi vəzifəyə sahib olmaqla, o, gözəl diplomat idi, həmçinin dövlət məsləhətçisinin köməkçisi vəzifəsini yerinə yetirirdi. Xidmətlərinə görə o, Müqəddəs Anna və Müqəddəs Stanislav ordenləri ilə təltif olunub. O, işlə bağlı çox səyahət edirdi, həm İranda, Türkiyədə, həm də Rusiya və Avropada olmuşdu. Axundov bir neçə dil bilirdi və çox oxuyurdu. Və onun dünya barədə bilikləri artdıqca, onun qəlbində daha çox şübhə ruhu özünə yer edirdi. 30 yaşından bir qədər çox olandan sonra, yəni artıq böyümüş və hər şeyi dərk edən insan kimi o, dinlər haqda bütün baxışlarını yenidən nəzərdən keçirib, bu da "Hindistan şahzadəsi Kəmalüddövlənin İran şahzadəsi Cəlalüddövləyə məktubları və sonuncunun bu məktublara cavabları" əsərində öz əksini tapıb. Orada o, yazır: "İndi mədəniyyətə aparan elm lazımdır, mövhumata əsaslanan din isə boş kabusdur". Sözsüz ki, yetkin yaşda baxışların bu cür sərt yenidən nəzərdən keçirilməsi ruhi tarazlığı pozmaya bilməzdi. Onun müasirlərinə də haqq qazandırmaq lazımdır - onlar pyesləri İranda, İraqda, Türkiyədə nümayiş etdirilən Axundovun yaradıcılığını rahat və tez şəkildə qəbul etdilər. Həyatda ikən onun əsərləri rus, türk və fars dilinin bir sıra dialektlərinə tərcümə olunub. Azərbaycanın ilk həvəskar teatrları yaradılarkən gənc teatrlar, ilk növbədə, məhz Axundovun işlərinə müraciət edirdilər. 

 

İslahatçı

Yuxarıda qeyd olunan əsər filosofun işinin sözsüz zirvəsi, onun fikirlərinin cövhəridir. Onlardan görünür ki, dəyişikliklər dövründə mədəniyyətlərin qovuşmasında yaşayan insanın dünyaya baxışı necə formalaşır. Əsərdə sufi fikirlərinə çoxsaylı istinadlarla Şərq fəlsəfəsi, müasir dramaturgiya və fransız materializmi var. 

Axundov - islahatçı qadınların hüquqları lehinə fəal şəkildə iştirak edirdi (bu da "Lənkəran xanının vəziri" pyesində əsas münaqişədə görünür), həmçinin Avropada yaşayan müasirlərinin çatışmazlıqlarını üzə çıxararaq xurafata qarşı dayanırdı. O, həmçinin Azərbaycanda və Türkiyədə latın əlifbasını yaradan və tətbiq etməyə çalışanlardan biri idi. Əfsus ki, bu ideya onun ölümündən çox sonra reallaşdı. İstər yaradıcılığı, istərsə də Axundovun dünyagörüşü ideyaları xoş mühitə əsaslanırdı. Uzun illər boyu Şərqin və Rus imperiyasının mütəfəkkirləri və incəsənət xadimləri öz işlərində onun əsərlərinə istinad edirdilər. Azərbaycanda, onun mədəniyyətində və tarixində Mirzə Fətəli Axundovun fikirləri Puşkinin Rusiyada, Hötenin Almaniyada, Volterin Fransada, Şekspirin isə İngiltərədə tutduğu yeri tutur. Bu mənada təəccüblü deyil ki, onun ilk ciddi işi rus dilinə də tərcümə olunan və sonrada "Moskva müşahidəçisi" jurnalının XI sayında dərc olunan "Puşkinin ölümünə" (1837) elegiya poeması oldu. Digəriləri kimi, o da mövzuların darlığı ilə kifayətlənmirdi, onun müasirlərini narahat edən bir çox hadisələrlə maraqlanırdı, lakin çoxlarından fərqli olaraq, növbəti addımını ata bilirdi, başladığı fikrini gözəl və möhtəşəm şəkildə tamamlaya bilirdi, bu da əsl dahini digərlərindən fərqləndirirdi.


MƏSLƏHƏT GÖR:

584