7 May 2024

Çərşənbə axşamı, 01:47

BAKININ ÜZƏRİNDƏN «FONOQRAM OLUB» UÇMAQ...

Bir çox xariji ifaçılar «janlı» oxumaqdan qorxduqları üçün bakıya gəlməkdən imtina edirlər

Müəllif:

15.06.2006

“Bizi əjəb dolayırlar”. Bu ifadə hər dəfə estrada müğənnilərinə qulaq asanda yada düşür. Axı qulaq asdığımız mahnıların 90%-də müğənninin öz səsi yox, son dərəjə injəliklə işlənmiş kompüter fonoqramı səsləndirilir. «Janlı» ifa isə yalnız böyük bayramlarda daddığımız delikatesə çevrilib. Amma o da həmişə yox...

Onu da deyək ki, artistlər «fonoqram günahı»na heç də könüllü şəkildə batmırlar. Konsertləri videoyazıya alan, yaxud ifaçını bu və ya digər verilişə dəvət edən telekanalların əksəriyyəti onlardan fonoqramın müşayiəti ilə oxumağı tələb edir və bunu çoxsaylı texniki bəhanələrlə əsaslandırılar. Yalnız çox az sayda, həqiqətən, güjlü artist «janlı» oxumaq hüquqlarını müdafiə edə bilirlər. Amma bizə elə gəlir ki, bu hüquqdan istifadə etməyə heç də bütün artistlər jan atmırlar... Həqiqətən, əgər heç kim üçün təfavütü yoxdursa, boğazı boşuna güjə salmağın nə mənası? Eləjə, ağzını açıb-yummaq kifayət etməzmi?..

Televiziyanın öz qanunları var, amma tamaşaçılar halal pulları ilə bilet alıb konsertə gələrkən açıq-aşkar xaltura ilə üzləşərkən, söhbət artıq fırıldaqçılıqdan gedir...     

Səsi olmayanlara jərimələrlə zərbə endirək

Lakin heç də fonoqramın ayaq tutub gəzməsinin yalnız Azərbayjana xas problem olduğunu iddia etmək olmaz. Bu məsələ Rusiyanın «dövlət adamlarını» daha çox ilgiləndirir. İş  o yerə çatıb ki, Moskva Şəhər Dumasında fonoqramla çıxış edən artistlərə qarşı jərimələr tətbiqi nəzərdə tutulur. Bunun analoqları kifayət qədərdir. Məsələn, Çində kommersiya konsertlərində fonoqramın müşayiəti ilə oxumaq qadağandır. Buna görə ya 100 min yuan ($ 12 min) jərimə, ya da səhnədən uzaqlaşdırma nəzərdə tutulur. Ukrayna və Qazaxıstanda da fonoqramla oxumağı qadağan etməyə hazırlaşırlar, Belorusiyada isə janlı oxuyan müğənnilər bir sıra üstünlüklərə malikdir. 

Qanuna müvafiq düzəlişin hazırlanması ilə məşğul olan Rusiya deputatı Andrey Kovalyov hesab edir ki, bir çox ifaçının fonoqramın müşayiəti ilə oxumağa üstünlük verməsinin obyektiv səbəbləri var. İlk növbədə, bu, müvafiq avadanlığın baha olmasıdır ki, nətijədə, konsertin ümumi dəyəri də bahalaşır. 

Deputat əvvəljə fırıldaqçı ifaçılarla yumşaq davranmağı təklif edərək, RF İnzibati Məjəlləsinə aşağıdakı məzmunda maddə əlavə olunmasını nəzərdə tutur: əgər konsertin fonoqramın müşayiəti ilə keçəjəyi afişada adın yazıldığı şriftlər boyda şriftlərlə göstərilməsə, jərimə alınsın. Hazırda bu təklif Moskva Şəhər Dumasının spikeri Vladimir Platonovla müzakirə edilir, tezliklə isə ona İosif Kobzon da qoşulajaq. Yeri gəlmişkən, belə bir ideya ilk dəfə elə məhz Kobzonun ağlına gəlib. 

Hələlik isə, xalturadan narazı qalan tamaşaçılar İstehlakçıların hüquqlarını müdafiə haqqında qanuna mürajiət edə bilərlər. Qanunun  X maddəsində deyilir: ifaçı tamaşaçını reklamda, afişada fonoqramla oxuyajağı barədə məlumatlandırmağa borjludur. Sizi xəbərdar etməyiblərsə, dəyən zərərin, o jümlədən də biletin dəyərinin ödənilməsini tələb edin. Doğrudur, hələlik, yalnız bir belə presedent məlumdur - Arxangelsk şəhərində fonoqramdan istifadəyə görə «Mirac» qrupunu 10 min rubl jərimə ediblər. İndi bu şəhərə gələn bütün musiqiçilər «janlı» çıxış edirlər.

Sözçülükdə ittiham olunmamaq üçün Kovalyov dinləyijilərin, tədrijən, əfəl yerinə qoyulmaqdan bezdiklərinə dair «dəhşətli» əhvalat danışdı: bir bankir məşhur qadın müğənnini teploxodda oxumağa dəvət edir, lakin onun fonoqramla oxuduğunu görən əsəbiləşmiş sifarişçi, musiqiçini teploxoddan qovur. 

 

Təqlid üçün nümunə, yoxsa eyni durum? 

Ölkəni bürümüş «fonoqram biabırçılığı»ndan şikayətlənən Rusiya məmurları örnək kimi, nə qədər qəribə də olsa, Azərbayjanı göstərirlər: orada bu sahədə hər şey qaydasındadır. Sadəlövh insanlar... Yəqin, onları hələ 2001-ji ildə ovaxtkı mədəniyyət naziri Polad Bülbüloğlunun fonoqramdan istifadəyə qoyduğu qadağa çaşdırır. Bu əmrə əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində olan konsert meydançalarında fonoqramın müşayiətilə oxumaq birmənalı şəkildə qadağan edilirdi. Lakin bu qadağaya «nazirliyin tabeliyində olan» yeganə səhnədə - H.Əliyev adına Sarayda jiddi əməl olunurdu. Bütün digər konsert zallarına (məsələn, Şəhriyar adına saraya) isə onu şamil etmirdilər. Deməli, fonoqramın müşayiəti ilə oxuyub-oxumamaq qərarı hər bir ifaçının özü verir. Nejə deyərlər, hərə öz arşını ilə ölçür.

Restoranlar, şadlıq evləri, açıq meydançalar, telekanallar və i. a. çıxışların böyük əksəriyyətinin məhz fonoqramla həyata keçirildiyini təkrarlamağa da dəyməz. Ən təəjjüblüsü isə odur ki, tamaşaçılarda yaranmış duruma alışıblar və bunu adi hal kimi qəbul edirlər. «Janlı» ifa isə qeyri-adi bir hal, məsələn, başı üstündə dayanaraq oxumaq kimi qiymətləndirilir.

 

Saray sirləri

Ədalət naminə demək lazımdır ki, müsbət məqamlar da var. H.Əliyev adına Sarayın mətbuat xidmətinin məlumatına görə, haqqında danışdığımız qadağa mövjud olduğu dövr ərzində birjə dəfə də pozulmayıb. 

Doğrudur, deyilənlər «pyus» adlandırılan, yəni səsin də yazıldığı tam fonoqramlara aiddir. Lakin bunlarla yanaşı, səsin iştirak etmədiyi və yalnız instrumental musiqidən ibarət fonoqramlar da var. Bəzən «minus» fonoqramın müşayiəti ilə oxumaq, yaxud rəqs etmək, sadəjə, zəruri olur. Belə hallarla, ilk növbədə, müxtəlif ifaçıların və ya qrupların iştirak etdikləri böyük konsertlərdə rastlaşırıq, çünki hər çıxışdan sonra aparaturanı səhnəyə daşımaq, sazlamaq və s., sadəjə, mümkünsüzdür - buna külli miqdarda vaxt sərf olunur. Odur ki belə hallarda «minus» fonoqramlarının köməyindən istifadə edilir. Bundan başqa, dünya estradası ulduzlarını parodiya edən yumor ustaları da «minus» fonoqramlarına əl atırlar. 

Fonoqramdan istifadənin qadağan edilməsi sarayın rəhbərliyinin bu və ya digər ifaçı, yaxud konsertin keçirilməsi üçün məsuliyyət daşıyan təşkilatla bağladığı müqavilələrin ən önəmli bəndlərindən biridir. Əlbəttə, «ulduzlar»ın, xüsusən də, qastrola gələnlərin əksəriyyəti bu yenilikdən o qədər razı qalmır. İlk illər konsertlərin sayı xeyli azalmışdı. Fonoqramla oxumağa haqları olduğunu əsaslandırmaq üçün onların irəli sürdüyü əsas dəlil aşağıdakı kimi səslənirdi: «Səhnədə rəqs edir. Daim hərəkətdə oluram, nəfəsim kəsilir. Üstəlik, bir oxumalıyam da?». Javabında sarayın rəhbərliyi Oleq Qazmanovdan nümunə götürməyə çağırırdı - o qədər javan olmasa da, səhnədə akrobatik hərəkətlər,  rəqs də edir, həm də bu zaman «janlı» oxuyur. Odur ki zarımağa dəyməz...

Mətbuat xidmətində: «Zaman keçdikjə, yerli ifaçıların burada fonoqramla oxumağa yol verilmədiyinə alışdılar və başqa çıxış yolları olmadığından, öz yaradıjılıqlarına daha jiddi yanaşmağa başladılar. Qastrola gələnlərlə isə vəziyyət daha mürəkkəbdir. Onlardan bəziləri şərtimizi eşidib, çıxışdan imtina etdilər. Məsələn, bir neçə il bundan əvvəl «İvanuşki-İnternational» qrupunun planlaşdırılan konserti məhz bu səbəbdən baş tutmadı», - deyə bildirdilər.

Saraydakı prinsipiallığın əks-təsiri biletlərin qiymətlərinin qalxmasıdır. Səbəb çox sadədir: jibində bir kompakt-disklə gələn bir müğənni əvəzinə, indi musiqiçilər qrupu, səs recissoru və i. a. gətirmək üçün xərj çəkmək lazım gəlir. Bir sözlə, həzz almaq üçün pul ödəmək lazımdır. Bununla yanaşı, sarayın mətbuat xidməti təşkilatlarının biletlərin qiymətinin qalxmasına heç bir aidiyyəti olmadığını iddia edir. Bu xoşagəlməz proses bütövlükdə konserti təşkil edən insanların öhdəsinə düşür, çünki qiymətləri onlar müəyyənləşdirirlər. Saray isə yalnız məbləği dəyişilməz qalan ijarə haqqını alır. Sarayın əməkdaşlarının dediklərindən: «Bəzən hətta biz çox baha olan biletləri satmaqdan imtina da edirik, çünki əks halda, tamaşaçılarımızın üzünə baxa bilmərik. İstədyimiz isə konsertlərə əhalinin bütün təbəqələrinin gələ bilməsidir». 


MƏSLƏHƏT GÖR:

446