13 May 2024

Bazar ertəsi, 02:18

ONUN MUSİQİ DUYUMU

Fəxrəddin Kərimov:"Arzulayıram ki, valideynlərimin işğaldan azad olunan vətənində - Şuşada bayram konsertində iştirak edim"

Müəllif:

04.08.2015

Dahi al­man şa­i­ri, döv­lət xa­di­mi, mütə­fək­kir İo­han Volfqanq fon Ge­te dey­ir­di: "İncə­sə­nə­tin da­hi­liyi da­ha ay­dın şə­kil­də özünü mu­si­qi­də gö­s­tə­rir". Ey­ni söz­lə­ri özünü mu­si­qi incə­sə­nə­ti­nə həsr edən in­san ba­rə­də də de­mək olar. Bu fə­a­liyyət­də o, təkcə öz da­hi­liy­i­ni dey­il, ey­ni za­man­da baca­rığı­nı, ina­dı­nı və ən əsa­sı öz işi­nə olan se­vg­i­si­ni də gö­s­tə­rir. Əmək­dar incə­sə­nət xa­di­mi, Üzey­ir Hacı­bəy­ov adı­na Azər­baycan Döv­lət Sim­fo­nik Or­ke­s­t­ri­nin di­ri­jo­ru, Ba­kı Mu­si­qi­li Aka­de­miy­a­sı­nın pro­fes­so­ru Fə­x­rəd­din KƏRİMOV ba­rə­də klas­sik mu­si­qi­nin kon­ser­t­lə­ri­nə tez-tez gə­lən­lər dey­ir­lər: "Əg­ər di­ri­jor pul­tu ar­xa­sın­da Fə­x­rəd­din Kə­ri­mov­dur­sa, o za­man yax­şı mu­si­qi­si­nin incə in­ter­p­re­ta­siy­a­sı­nı eşit­məyə im­kan ve­rəcək uğur­lu gecəyə ümid et­mək olar". Bi­zim müxbir­lə söh­bə­ti za­ma­nı məş­hur ma­e­s­t­ro öz işi, hob­bi­si və mu­si­qiyə se­vg­i­si ba­rə­də da­nı­şıb.

- Siz skrip­ka üzrə Mos­k­va kon­ser­va­to­riy­a­sı­nı bi­tir­mi­si­niz, so­nra­dan isə di­ri­jor ol­mu­su­nuz. Necə ol­du ki, siz mu­si­qi incə­sə­nə­ti­nin məhz bu is­ti­qa­mə­ti­ni seç­di­niz?

- Di­ri­jor pe­şə­si­nə mən hə­lə mək­təb il­lə­rin­dən vu­rul­muş­dum və mə­niz ar­zum çin ol­du. Hə­lə Mos­k­va­da oxuy­ar­kən və Fu­ad Man­su­rov, Qen­na­di Roj­de­s­t­ven­ski, Ki­ril Kon­d­ra­şin ki­mi möh­tə­şəm di­ri­jor­la­rın rəh­bər­liyi al­tın­da tə­lə­bə or­ke­s­t­rin­də oy­nay­ar­kən mən an­layır­dım ki, di­ri­jor­luq et­mək is­təy­i­rəm və bu is­tək da­xi­lim­də böyüyürdü. Ba­kıya gə­lən­də mən ma­e­s­t­ro Niy­a­zi­nin rəh­bər­liyi al­tın­da fi­lar­mo­niya sim­fo­nik or­ke­s­t­ri­nin kon­ser­t­mey­ste­ri ki­mi iş­ləy­ir­dim. O, öz ob­raz­lı jest­lə­ri və mi­mi­ka­sı ilə mə­nə si­lin­məz tə­sir gö­s­tə­rir­di. Onun mu­si­qi­çi­lə­rə et­diyi də­qiq qey­dlə­ri də ya­da sa­lı­ram. Ma­e­s­t­ro bir çox­la­rı­na mə­i­şət­də kö­mək edir­di, cə­miyyət­də böyük nüfu­za sa­hib idi və onun xa­hiş­lə­ri də hör­mət­lə qə­bul olu­nur­du.

Ma­e­s­t­ro Niy­a­zi ilə əmək­daş­lıq mə­ni oxu­mağa inan­dır­dı. Le­nin­qrad­da (Sankt Pe­ter­burq) isə mə­nim bi­la­va­si­tə müəl­lim­lə­rim pro­fes­sor İlya Mu­sin və Va­le­ri Qer­qiy­ev idi­lər. Bir çox di­ri­jor­la­rın sə­nə­ti­nə nə­zər sa­lan­da deyə bi­lə­rəm ki, həy­a­tım­da vacib ro­lu bu pe­şə­də dəy­ər­li məs­lə­hət­lə­ri­ni ve­rən xalq ar­ti­s­ti, Üzey­ir Hacı­bəy­ov adı­na Azər­baycan Döv­lət Sim­fo­nik Or­ke­s­t­ri­nin di­ri­jo­ru, ma­e­s­t­ro Ra­uf Ab­dul­lay­ev də oy­nayıb. Xoş­bəx­təm ki, in­di özüm mu­si­qi­ni təf­sir və kol­lek­tiv mu­si­qi­çi­lik pro­se­si­nə rəh­bər­lik edə bi­lə­rim. Əmi­nəm ki, hər bir mu­si­qi­çi həy­a­tın­da bir də­fə də ol­sun özünü bu sə­nət­də sı­na­maq is­təy­ər­di, la­kin heç də hər kəs bu­na na­il ola bil­mir.

- Siz uzun müddət Türkiy­ə­də iş­lə­mi­si­niz və bu öl­kə ilə əla­qə­lə­ri­niz da­vam edir...

- 20 il­dən çox­dur mən Türkiyə mu­si­qi­çi­lə­ri ilə əmək­daş­lıq edi­rəm. Türkiyə həy­a­tım­da təh­sil il­lə­rim­dən so­nra, prak­ti­ka­da ope­ra, sim­fo­nik, ka­me­ra mu­si­qi­si­nin bir çox lay­i­hə­lə­ri­ni həy­a­ta ke­çi­rə bil­diy­im bir növ incə­sə­nət mey­da­nı ol­du. İs­tan­bul bə­lə­diyyə­si ya­nın­da mən bu il 20 il­li­y­i­­ni qeyd edəcək ope­ra və sim­fo­nik or­ke­s­t­ri ya­rat­mı­şam. Bir ne­çə il mən İz­mir­də Döv­lət Ope­ra və Ba­let Te­a­t­­rı­nın baş di­ri­jo­ru ol­mu­şam. Türkiy­ə­də iş­lə­diy­im müddət­də xa­ricdə öz qa­s­t­rol çı­xış­la­rı­mı və dünya klas­si­ka­sı­nın nümu­nə­lə­ri­nə di­ri­jor­luğu bir­ləş­di­rə­rək, mən hə­m­çi­nin din­lə­y­ici­lər­də böyük ma­rağa sə­bəb olan Azər­baycan bə­s­tə­kar­la­rı­nın da mu­si­qi­si­ni ifa edir­dim.

Türkiy­ə­də bi­zim is­tər həmyer­li­lə­ri­mi­zin, ke­ç­miş So­vet İt­ti­fa­qı re­s­pub­li­ka­la­rı nümay­ən­də­lə­rin və is­tər­sə də xa­rici mu­si­qi­çi­lə­rin iş­lə­diyi çox­lu say­da ope­ra te­a­t­rı və or­ke­s­t­ri var. Ope­ra te­atrla­rı İs­tan­bul­da, An­ka­ra­da, İz­mir­də, Sam­sun­da, Mer­sin­də və An­talya­da mö­vcud­dur. Bun­dan baş­qa, bir çox şə­hər­lər­də döv­lət, özəl sim­fo­nik və ka­me­ra or­kestrlə­ri ya­ra­dı­lıb, kon­ser­va­to­riy­a­lar açı­lıb. İncə­sə­nə­tin bu sa­hə­lə­ri­nin, xüsu­si ilə mu­si­qi­nin in­ki­şa­fı Türkiyə hö­ku­mə­ti tə­rə­fin­dən yax­şı ma­liyyə­ləş­di­ri­lir və də­s­tək­lə­nir.

- Si­zin ge­niş re­per­tu­a­rı­nız var, bəs han­sı bə­s­tə­ka­rın mu­si­qi­si si­zə da­ha ya­xın­dır?

- Ki­mi­sə kon­kret deyə bil­mə­rəm, la­kin mə­nə XIX-XX əsrlə­rin Qər­bi Av­ro­pa, Ru­siya bə­s­tə­kar­la­rı­nın mu­si­qi­si xüsu­si ilə ya­xın­dır. De­mək olar ki, hər pro­qram­da bi­zim pub­li­kaya əv­vəl­lər ta­nış ol­may­an əsər­lə­ri ifa et­məyə ça­lı­şı­ram. Be­lə­lik­lə, Ba­kı­da ilk də­fə Volfqanq Ama­dey Mot­sar­tın, Frans Şu­ber­tin, Qek­tor Ber­li­o­zun, Flo­rin Şmit­tin, Frans fon Zup­pe­nin, Ot­to­ri­no Re­s­pi­qi­nin, Pa­ul Xin­der­mi­tin, Le­o­nard Bernstay­nın, Ana­to­li Lya­do­vun, An­to­nin Dvor­ja­kın, Pyotr Çay­kov­ski­nin və di­g­ər­lə­ri­nin bə­zi əsər­lə­ri ilk də­fə ifa olu­nub. Ey­ni za­man­da mə­nim rəh­bər­liy­im al­tın­da ilk də­fə Fi­rə­ng­iz Əli­za­də, Azər Da­da­şo­vun, Sər­dar Fə­rəcovun, Ra­uf Əliy­e­vin, İlyas Mir­zəy­e­vin, Arif Mə­li­ko­vun və di­g­ər müa­sir Azər­baycan bə­s­tə­kar­la­rı­nın əsər­lə­ri səs­lə­nib.

- Siz bir çox öl­kə­lər­də kon­ser­t­lər­lə çı­xış et­mi­si­niz, tə­əssürat­la­rı­nız ba­rə­də da­nı­şın...

- Tə­əssüra­lar çox­dur və hər bir kon­sert, mə­nim Pol­şa, Ru­mı­niya, Ru­siya, Uk­ray­na, Gürcüstan şə­hər­lə­rin­də iş­lə­diy­im hər bir or­kestr ki­mi özünə­məx­sus və ma­raq­lı­dır. Hə­m­çi­nin Sankt Pe­ter­bur­qun Mi­xay­lovks ope­ra və ba­let te­a­t­rı ilə Ya­po­niy­a­da qa­s­t­rol­lar­dan par­laq və unu­dul­maz tə­əssürat­lar var. Fəxrlə bi­zim or­ke­s­t­ri­mi­zin Fran­sa­da, so­nra­dan isə Yu­na­nı­s­tan­da Hey­dər Əliy­ev Fon­du tə­rə­fin­dən təş­kil olu­nan Azər­baycan Mə­də­niyyət Günlə­ri za­ma­nı or­ke­s­t­ri­mi­zin bir ne­çə uğur­lu çı­xış­la­rı­nı xa­tır­layı­ram.

- Ma­raq­lı­dır, siz kon­ser­tə necə ha­zır­la­şır­sı­nız? Ye­ni əsər­lə­ri ifa edər­kən, par­ti­tu­ra­nı nə­zər­dən ke­çi­rər­kən, da­xi­li­niz­də­ki mu­si­qi­ni, səs­lə­ri­ni eşi­dir­si­niz­mi?

- Şübhə­siz. İl­lər­lə qa­za­nı­lan təcrübə ilə mən di­ri­jor­lar ara­sın­da mö­vcud olan gö­zəl bir fi­k­ri tə­s­diq edə bi­lə­rəm: "Par­ti­tu­ra­nı öy­rə­nən­də, göz­lər­lə eşit­mək və qu­laq­lar­la gör­mək la­zım­dır". Əla­və et­mək is­təy­i­rəm ki, hər bir di­ri­jor çı­xı­şa ha­zır­la­şar­kən, tə­bii ki, öz fər­di ya­naş­ma­sı­na sa­hi­b­dir. Par­ti­tu­ra­nı öy­rə­nən­də, biz mu­si­qi­ni roy­al­da oy­nayı­rıq, ya­zı­lar­da din­ləy­i­rik, tem­plə­ri, nüan­s­la­rı və s. fi­kir­lə­şi­rik.

- Uşaq­la­rı­nız mu­si­qi­çi ol­ma­dı­lar, həy­at yol­da­şı­nız isə baca­rıq­lı pi­a­no­çu­dur...

- Yu­liya ilə biz Le­nin­qrad­da oxu­y­ur­duq, bə­zən bir­lik­də kon­ser­t­lər­də çı­xış edi­rik. Pe­şə­lə­rin ümu­mi­liyi bi­rgə sə­nət lay­i­hə­lə­rin­də həl­lə­ri­ni da­ha də­qiq tap­mağa im­kan ve­rir. Mü­ba­hi­sə­lər və di­s­kus­siy­a­lar isə ad­re­na­lin əla­və et­mək­lə, bi­zim gündə­lik həy­a­tı­nı­zı rə­ng­li edir. Uşaq­la­ra gə­lincə, on­lar bu­günün gənclə­ri ma­raq­la­rın və im­klan­la­rın ge­niş ol­dğu­nu vaxtda ya­şayır­lar və mən he­sab edi­rəm ki, əsas məq­səd - bi­zim öv­lad­la­rı­mı­zı həy­a­tın re­al­lıq­la­rı­na ha­zır et­mək­dir. Hə­lə­lik isə on­lar təh­sil alır­lar və bi­zi uğur­la­rı ilə se­vin­di­rir­lər.

- Boş vax­tla­rı­nız­da nə ilə mə­ş­ğ­ul olur­su­nuz?

- Boş vax­tım de­mək olar ol­mur - hər şeyi iş tu­tur. İs­tə­diyi iş­lə mə­ş­ğ­ul olan və tə­lə­bat duy­u­lan - hər kəs xoş­bəxt in­san­dır. Hob­bi isə mə­nim işim­lə üstü-üstə düşür. Əg­ər boş vaxt olur­sa, o za­man nəy­i­sə oxu­­mağa, yax­şı fil­mə və ya fut­bol mat­çı­na bax­mağa, do­stlar­la ünsiy­yət­də ol­mağa ça­lı­şı­ram...

- İn­san­da da­ha çox nəyi dəy­ər­lən­di­rir­si­niz?

- Ünsiyyət­də sə­mi­mi­lik, do­stlu­q­da tə­mən­na­sız­lıq, doğru­luq, qə­rar qə­bul et­dik­də cə­sa­rət­li­lik. Hə­m­çi­nin müxtə­lif və­ziyyət­lər­də la­zım olan yu­mo­ru da çox dəy­ər­lən­di­ri­rəm. Bu­ra­da məş­hur al­man fi­lo­so­fu İm­ma­nu­il Kan­tın bir vax­tlar de­diyi söz­lə­ri ya­da sal­maq ye­ri­nə düşər­di: "Yu­mor - bu ru­hun da­ha yax­şı və­ziyyə­tin­də sər­bəst ol­maq baca­rığı­dır".

- Ar­zu­nuz var?

- Tə­bii ki. Dinc və xoş­bəxt Azər­baycan­da ya­xın­la­rım və doğma in­san­la­rı­mın ət­ra­fın­da ya­şa­maq. Dağlıq Qa­ra­bağın işğ­al edil­miş əra­zi­lə­ri­nin tez bir za­man­da azad edil­mə­si­ni və va­li­deyn­lə­ri­min er­mə­ni işğ­a­lın­dan azad olu­nan və­tə­nin­də - Şu­şa­da bay­ram kon­ser­tin­də iş­ti­rak et­məyi di­ləy­i­rəm.



MƏSLƏHƏT GÖR:

597