5 May 2024

Bazar, 03:43

YENİ DÖVLƏT?

Reşad Akar: "Kipr münaqişəsi üzrə sülh razılaşmasının əldə olunması şansını 80% qiymətləndirirəm"

Müəllif:

04.08.2015

Avro­pa­nın ən qə­dim mü­na­qi­şə­lə­rin­dən bi­ri olan Kipr prob­le­mi çö­zümə heç za­man ol­ma­dığı qə­dər ya­xın­dır. Bu ilin mayın­da - müna­qi­şə­nin baş­lan­ma­sı­nın 41-ci il­dönümündə Kipr Re­s­pub­li­ka­sı ilə ta­nın­ma­mış Şi­ma­li Kipr Türk Cümhu­riyyə­ti­nin (ŞKTC) nü­may­ən­də­lə­ri ara­sın­da da­nı­şıq­lar baş­layıb. Se­vin­di­rici hal­dır ki, da­nı­şıq­lar ilk an­dan müsbət is­ti­qa­mət­də ge­dib və tə­rə­f­lər kom­pro­mi­sə ha­zır ol­duq­la­rı­nı gö­s­tə­rib­lər. Bu­na­dək isə Kipr Pre­zi­den­ti Ni­kos Ana­s­ta­si­a­dis Şi­ma­li Ki­p­rə sə­fər edə­rək, ora­da ŞKTC-nin li­de­ri Mu­s­ta­fa Akın­çı ilə da­nı­şıq­lar apa­rıb. Türkiyə KİV-in mə­lu­ma­tı­na gö­rə, da­nı­şıq­lar­da cid­di irə­li­ləy­iş əl­də olu­nub və tə­rə­f­lər in­diy­ə­dək həll olun­ma­mış bütün mə­sə­lə­lə­ri ra­zı­laş­dı­rıb­lar. Mə­sə­lən, türk tə­rə­fi əv­vəl­lər şərt ki­mi irə­li sürdüyü kon­fe­de­ra­siya, yə­ni, iki müstə­qil döv­lə­tin ya­ra­dıl­ma­sı tə­lə­bin­dən im­ti­na edib, bir­ləş­miş Kipr fe­de­ra­siy­a­sı­nın ya­ra­dıl­ma­sı ilə ra­zı­la­şıb. Yu­nan tə­rə­fi isə qar­şı tə­rə­fə BMT TŞ, Aİ və NATO tə­rə­fin­dən təhlükə­siz­lik zə­ma­nə­ti ve­rir. Tə­rə­f­lər ye­kun ra­zı­lığa gə­ləcək­lə­ri tə­q­dir­də, Kipr türklə­ri Aİ-nin üzvü olacaq, hə­m­çi­nin Ki­p­rin Av­ro­pa­nın bütün struk­tur­la­rın­da­kı nümay­ən­də­lik­lə­rin­də və­zi­fə alacaq­lar. Ni­ko­siya türk qo­şun­la­rı­nın Kip­r­dən çı­xa­rıl­ma­sı­nı tə­ləb edir, 60%-ni yu­nan­la­rın, 40%-ni türk­lə­rin təş­kil edəcəyi mil­li or­du­nun ya­ra­dıl­ma­sı, ya­xud, ümu­miyyət­lə, Kipr or­du­sun­dan im­ti­na tək­li­fi­ni irə­li sürür.

Da­ha bir vacib mə­qam ŞKTC əra­zi­sin­də­ki nə­hə­ng "Marş" qaz ya­tağı­nın iş­lən­mə­si im­ka­nı­dır. Bu ya­ta­q­dan Av­ro­paya bo­ru xət­ti­nin çə­ki­li­şi­ni nə­zər­də tu­tan nə­hə­ng lay­i­hə mö­vcud­dur. Kipr pre­zi­den­ti bil­di­rib ki, bu ya­taq mil­liyy­ə­tin­dən ası­lı ol­may­a­raq, bütün kiprli­lə­rin sər­və­ti­dir və ora­dan əl­də olu­nacaq gə­lir müva­fiq qay­da­da hər kə­sə çat­ma­lı­dır. Türk tə­rə­fi isə he­sab edir ki, Kip­rdə ya­şay­an bütün türklər gə­ləcək bir­ləş­miş Ki­p­rin və­tən­daş­lığı­nı əl­də et­mə­li­dir­lər. Mə­sə­lə on­da­dır ki, ötən il­lər ər­zin­də Türkiy­əy­ə­dək Şi­ma­li Ki­p­rə ki­fay­ət qə­dər in­san köçüb və ha­zır­da on­lar ta­nın­ma­mış re­s­pub­li­ka­sı­nın so­si­al-iq­ti­sa­di həy­a­tın­da vacib rol oy­nayır­lar.

ŞKTC jur­na­list­lər cə­miyyə­ti­nin pre­zi­den­ti Re­şad Akar 1974-cü il­dən da­vam edən Kipr prob­le­mi­nin həl­li per­spek­tiv­lə­ri ha­q­da fi­kir­lə­ri­ni "R+" ilə bölüşüb.

- Ni­ko­siya və Lef­ko­şa siy­a­sət­çi­lə­ri­nin nik­bin­liy­i­ni bölüşürsünüz­mü?

- Bə­li. Axı Ana­s­ta­si­a­dis nik­bin, pre­zi­den­ti­miz Akın­çi isə da­ha da nik­bin­dir. Kipr prob­le­mi­nin həl­li ilə bağlı da­nı­şıq­la­rın ta­ri­xin­də bir ne­çə də­fə müəyyən irə­li­ləy­iş­lə­rə na­il olu­nub. Bu də­fə isə sözün əsl mə­na­sın­da irə­li­ləy­iş baş ve­rib. Mən uğur qa­za­nıl­ma­sı şan­sı­nı 80% qiy­mət­lən­di­ri­rəm. Görünən odur ki, pro­ses Kipr prob­le­mi­nin ni­zam­lan­ma­sı üzrə ümu­mi sülh ra­zı­laş­ma­sı­nın im­za­lan­ma­sı­na doğru ge­dir. Ha­zır­da tə­rə­f­lər vacib mə­sə­lə üzə­rin­də iş­ləy­ir­lər: da­nı­şıq­lar po­zu­lar­sa, han­sı­sa sə­bə­b­dən gə­ləcək sülh ra­zı­laş­ma­sı­nın şər­t­lə­ri­nə əməl edil­məz­sə, nə baş ve­rəcək? Kipr türklə­ri­nin hüquq­la­rı­na zə­ma­nət necə ve­ri­ləcək? Da­ha bir mə­qam türklə­rin yu­nan, yu­nan­la­rın isə türk tə­rə­fin­də­ki da­şın­maz əm­la­kı­dır. Necə olacaq? Mülklə­rin sa­hib­lə­ri­nə kom­pen­sa­siya ve­ri­ləcək, yox­sa hər şey ol­duğu ki­mi qa­lacaq? Biz hər şey­in ol­duğu ki­mi sax­la­nıl­ma­sı­nı tək­lif edi­rik. Çünki in­san­lar ar­tıq 40 il­dir bu da­şın­maz əm­lak­la­ra sa­hi­b­dir­lər. Am­ma ni­zam­lan­ma pro­se­sin­də ən vaci­bi təhlükə­siz­lik prob­le­mi­dir.

- Bəs əha­li Ki­p­rin bir­ləş­mə­si per­spek­ti­vi­nə necə ya­na­şacaq?

- Hər iki tə­rəf­də in­san­lar da­nı­şıq­lar pro­se­si­nin uğur­la ba­şa çat­ma­sı­nı göz­ləy­ir. Kipr Pra­vo­slav kil­sə­si­nin rəh­bə­ri da­nı­şıq­lar pro­se­si­ni al­qış­layıb və də­s­tək­ləy­ib. Yu­nan tə­rə­fin­də ar­tıq Kipr türklə­ri­nin siy­a­si təş­ki­la­tı ya­ra­dı­lıb. Türk əha­li­nin təhlükə­siz­liy­i­nə zə­ma­nət mə­sə­lə­si da­nı­şıq­lar pro­se­si­nin ən son mər­hə­lə­si­nə sax­la­nı­lıb. Xa­tır­la­dım ki, 1960-cı il ra­zıl­şma­sı­na əsa­sən, Türkiyə və Böyük Bri­ta­niya Kipr türklə­ri­nin təhlükə­siz­liy­i­nin qa­ran­tı­dır. Ra­zı­lığa gə­li­nər­sə, türk or­du­su Kip­rdən çı­xa­rı­lacaq. La­kin An­ka­ra­nın türklə­rin təhlükə­siz­liy­i­nin qa­ran­tı ola­raq qal­ma hüqu­qu var.

- Ana­s­ta­si­a­dis tək­lif edir ki, Türkiyə tə­rə­f­lər ara­sın­da ina­mın ar­tı­rıl­ma­sı üçün li­man­la­rı­nı Kipr bay­rağı al­tın­da üzən bütün gə­mi­lər üçün açıq elan et­sin. Bun­dan baş­qa, o, yu­nan­la­rın doğma­la­rı­nın türk or­du­su­nun dis­lo­ka­siya edil­diyi əra­zi­lər­də­ki mə­zar­la­rı­nı ziy­a­rət et­mə­si­nə im­kan ya­ra­dıl­ma­sı­nı da tək­lif edir. Bəs Kipr türklə­ri­nin tək­li­f­lə­ri nə­dən iba­rət­dir?

- Bi­zi də inam mə­sə­lə­si na­ra­hat edir. Mə­sə­lə on­da­dır ki, yu­nan­la­rın sayı 800 min­dən ar­tıq, türklə­rin sayı isə 250 min­dir. Ra­zı­laş­ma­nın əl­də olun­ma­sın­dan və türk qo­şun­la­rı­nın bö­lg­ə­dən çı­xa­rıl­ma­sın­dan so­nra yu­nan­lar türk fe­de­ra­siy­a­sı­na hücum edər­lər­sə, necə olacaq? Tə­bii ki, biz türk döv­lə­ti­nin bu zə­ma­nə­ti­ni, da­şın­maz əm­lak mə­sə­lə­si­nin əda­lət­li həl­li­ni is­təy­i­rik. Yu­nan­la­rın bütün qaç­qın­la­rın öz ev­lə­ri­nə qayıt­ma­sı tək­li­fi­nin ye­ri­nə ye­ti­ril­mə­si çox çə­tin­dir. Bi­zim üçün op­ti­mal va­ri­ant hər kə­sin ar­tıq 40 il­dir ya­şa­dığı yer­lər­də qal­ma­sı­dır.



MƏSLƏHƏT GÖR:

680