19 May 2024

Bazar, 09:14

"SARI GƏLİN"in CAZİBƏDARLIĞI

Ermənistanlı münsif üzvünün sədrliyi ilə keçirilən mahnı müsabiqəsində Gənc Jasmin Səid Medqalçi Azərbaycan milli mahnısı ilə qalib gəlib

Müəllif:

08.09.2015

Bəzən ictimai həyatın böyük hadisələri fonunda biz ətrafda baş verən kiçik, lakin eyni zamanda həm də bütöv bir ölkənin və xalqın populyarlaşdırılması üçün vacib olan hadisələri gözdən qaçırırıq. Kiçik fədakarlıqlar çox vaxt kölgədə qalır. Biz də məhz onlardan biri haqda danışmaq istərdik.

Yay tətili bitəndən dərhal sonra, sırf təsadüf nəticəsində jurnalımızın oxuculardan birinin vasitəsi ilə biz maraqlı bir hadisə barədə məlumat aldıq - 16 yaşlı azərbaycanlı ifaçısı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası yanında xüsusi musiqi məktəbinin şagirdi Jasmin Səid Medqalçi "Sarı gəlin" milli mahnısı ilə Litvada keçirilən "Baltic Voice 2015" gənc ifaçılar beynəlxalq müsabiqəsində birinci yeri tutub.

 

Nəğmə gəlini

Yeri gəlmişkən, KİV-lər Rumıniyada keçirilən, lakin Jasminin ikinci yeri tutduğu vokal müsabiqəsi haqda geniş yazırdılar. Bu, artıq "Baltic Voice 2015"dən sonra baş verib. Lakin Litvada keçirilən müsabiqə isə nəzərə çarpmayıb. Bu arada isə bu mahnını o ilk dəfə 2015-ci ilin aprelində Latviya səhnəsində mahnı müsabiqəsində iştirak edərkən ifa edib (münsiflər heyətindən xüsusi hədiyyə və noyabrda Gürcüstanda beynəlxalq müsabiqəyə dəvət də alıb). Sonradan isə iyunda Litvaya yollanıb. (Yuodkrante). Bu müsabiqədə Litva, Latviya, Rusiya, Estoniya, Gürcüstan, Böyük Britaniya, Malta, ABŞ, Ukrayna, Ermənistan və digər ölkələrdən olan müğənnilər iştirak ediblər. Maraqlısı odur ki, münsiflər heyətinin sədri Ermənistanın nümayəndəsi olub. Gənc ifaçıların müsabiqə proqramı iki mərhələdən ibarət təşkil edilib. Onların hər birində bir dünya hitini ifa etmək tələb edilib. Hər iki mərhələnin nəticələrinə görə, Jasmin münsiflər heyətinin 9 üzvünün (onlardan üçü Ermənistan nümayəndəsidir) yekdil və şərtsiz qərarı ilə birinci yeri tutub.

Sonra Jasmin Rumıniyada gənclər müsabiqəsinə yola düşüb. Orada, açıq havada Qura-Xumorluy şəhərində "Euroritm-2015" illik beynəlxalq festival keçirilib. İlk mərhələdə Jasmin Medqalçi doğma dilində mahnını ifa edib, ikinci mərhələdə - dünya hitini. İlk turun nəticələrinə əsasən, "Sarı gəlin"ın ifasına görə Azərbaycandan olan gənc ifaçı maksimal sayda səs qazanıb. Onun vokal interpretasiyası elə coşğu yaradıb ki, Rumıniyanın nümayəndəsi olan münsiflər heyətinin üzvü, Romania Lasi radiosunun prodüseri George Vanvu öz məftunluğunu gizlətməyərək, Azərbaycan müğənnisinin ifasında "Sarı gəlin"i hər gün dinləməyə hazır olduğunu deyib. Və onun müəllimi Dmitri Babayevdən mahnının yazı versiyasını xahiş edib. Bu mahnının, çox güman ki, Rumıniya radiosunda bu gün də dinlənildiyini görmək necə də xoşdur! İkinci turda o, dünya hitini ifa edib. Lakin müsabiqənin şərtlərinə görə mahnının ifası əlavə rəqs nömrəsini də tələb edirdi. Amma Jasmin ifasını hər hansı bir rəqslə uyğunlaşdırmağı xoşlamır, ona görə də o, sadəcə oxuyub. Möhtəşəm vokal münsiflər heyəti tərəfindən yekdilliklə qeyd edilib, mahnını mənasız rəqs nömrəsi ilə müşayiət etməkdən imtina etməsi isə bizim ifaçını ikinci yerə çəkib. 

Hesab etmək olardı ki, yeni başlayan müğənninin bu addımı hörmətə layiqdir. Çox güman ki, müəllimi də onun tərəfindədir. Rumıniyada beynəlxalq münsiflər heyətinin üzvü, Bakı Musiqi Akademiyasının vokal üzrə pedaqoqu, Azərbaycan Dövlət Filarmoniyasının solisti Dmitri Babayev "Ədalət, qərəzsizlik və peşəkarlıq" nominasiyasında festivalın diplomu ilə təltif edilib. "Euroritm-2015" festivalı böyük qala konserti ilə başa çatıb, onun finalında Rumıniya dövlət orkestrinin ifasında bu bayramın iştirakçı ölkələrinin melodiyaları ifa olunub. "Laçın" Azərbaycan milli mahnısı qədim Odlar yurdunun milli bənzərsizliyinin parlaq nümunəsi olub.

 

Qəlbindəki harmoniya

Jasmin taleyini müğənni karyerası ilə bağlayacaqmı? Onun maraqlı təbiəti olmasaydı bəlkə də ... Çünki hər şey bir çox Bakı uşaqlarında olduğu kimi başlayıb. Ana qızının musiqiyə olan meyilliliyini görəndə onu Dövlət Musiqi Akademiyasında Uşaq ixtisaslandırılmış musiqi məktəbinə gətirib. Və artıq 10 ildir qız fortepiano sinfində ifa sənətini oxuyur. Lakin 6-cı sinifdə hamı üçün gözlənilmədən Jasmin bildirib ki, vokalı da öyrənmək istəyir. Valideynlər, müəllimlər kimi, buna etiraz etməyiblər. O vaxtdan da qız paralel olaraq ifa bacarığını da öyrənir və bundan böyük zövq alır. Amma bununla uşaqlığının ilkin çağlarından belə lovğalanmayıb, çünki o məşhurluğa heç vaxt can atmayıb. Lakin birdən məlum olub ki, o, ifanın faciəliyinə, lirik-dramatik ifasına və ümumiyyətlə, daxili dramatik çevrilişli mahnılara can atır. Onu birdən-birə insanların həyata, hisslərin və dünyagörüşlərin dəyişkənliyinə baxış fəlsəfəsi maraqlandırıb. Vokal dərsləri onun qəlbinin əsl bayramına çevrilib, özünü, öz hisslərini və arzularını dərk etmək üçün bir üsul olub. 

Yaradıcı təkmilləşdirilmə prosesi onun xoşuna gəlir. Lakin məşhurluq və şan-şöhrət yolu kimi yox. O, mahnının onun üçün hər şey olacağına əmin deyil. Çünki həyatda onun üçün maraqlı olan və onun mənimsəmək, dərk etmək istədiyi çoxlu dəyərlər də var. Ona görə o, anası ilə yayda Florensiyaya dizayner sənətinin incəliklərini öyrənməyə gedir. Onda bu dünyanı fəth etmək hissləri yoxdur. Fəth etmək - kifayət qədər aqressiv çalarlara malik feldir. O, sadəcə daxili aləmini bu dünyaya açmaq və harmoniyanın hissinin bəxş edə biləcəyi ən yaxşıları qəlbinə buraxmaq istəyir. O, Murakamini oxuyur, özünü və digər insanları anlamağa kömək edəcək şəxsi hissləri ilə oxşarlıqlar axtarır. Ona bahalı əşyalara sahib olmaq səviyyəsində maddi bağlılıqlar maraqlı deyil. Jasmin paltarlar barədə söhbətlərə sakitcə gülür və kiməsə onu pop-diva obrazı ilə tanıdacaq deyil, yalnız özünün "mən"ini hiss etməyə imkan verəcək libasları geyinməyə üstünlük verir. "R+" ilə söhbətdə Jasmin bunları deyib: "Mən səhnədə tamaşaçılara məcburən, onları mahnının dinamik hərəkətləri ilə cəlb edərək, oxumaq istəmirəm. Bunu sevmirəm. Mənə sanki özüm üçün oxuduğum kimi oxumaq vacibdir. Sanki mən öz qəlbimlə, o, isə tamaşaçılarla danışır".

 

Altruist müəllim

Jasminin müəllimi Dmitri Babayev onu hər bir təşəbbüsündə dəstəkləməyə hazırdır. "Sarı gəlin" xalq mahnısı - ölkəmizin bütün mahnı mədəniyyət irsinin ən yaxşı nümunələrindən biridir. Onun mümkün özünüifadəsi - musiqili və vokal - üçün çox böyük diapazonu var. Mən onu Jasminin vokal göstəriciləri və onun şəxsi xüsusiyyətlərini nəzərə almaqla aranjiman etdim", - deyə o, bizə izah edir.

Dmitri hər bir şagirdinə diqqət yetirir, təkcə bilikləri, vaxtı, gücü, peşəkar və pedaqoji inadını deyil, həmçinin ruhən bağlılığını da ortaya qoyaraq, iradla və ciddi şəkildə fərdi inkişafını diqqətlə izləyir. Onun pedaqoji "xətti" digər vokal məktəblərdən onunla fərqlənir ki, o, bütün şagirdlərini bir ifaçılıq üslubu çərçivələrinə salmağa can atmır. Dmitri şagirdlərini ulduzlara uyğun olaraq məqsədyönlü şəkildə "hazırlamağa" çalışmır. Əsas bu deyil. Əsas odur ki, hər bir şagirdə həyat prioritetlərinin seçimini müəyyənləşdirmək üçün kömək edəcək güclü peşəkar bacarıqlar verməkdir. Onun şagirdlərinin valideynləri deyirlər ki, Dmitrini tez-tez onun müəllimlik məharətini və peşəkarlığını, səriştəli müttəfiq və güzəştsiz mütəxəssisin dəyər verildiyi müxtəlif beynəlxalq mahnı müsabiqələrinə münsiflər heyəti qismində dəvət edirlər. Lakin o, bu barədə heç yerdə danışmır - heç kimə və heç yerdə - özünü piar etməyə çalışmadan, öz şəxsiyyətinin vacibliyi ətrafında vurnuxmadan. O, sakitcə görməli olduğu işi görür: öyrədir, şagirdlərin çox vaxt birinci yer olmasa da, qalib yerləri tutduğu mahnı festivalları və müsabiqələrə gedir. Jasminin müxtəlif xarici müsabiqələrdə iştirakı ilə olan olay birinci və təsadüfi deyil. "Sarı gəlin" mahnısı onun ifasında o qədər emosional, səlis və orijinal səslənib ki, təkcə publikanı deyil, münsiflər heyətini də heyran qoyub. Bu, həm də ona görə vacibdir ki, "Sarı gəlin" mahnısı bu gün azərbaycanlıların milli mədəni irsi məsələsində "qonşular" tərəfindən mübahisə edilir. Məsələn, mahnı bu yaxınlarda Moskva Dövlət Linqvistika Universitetinin tərcümə fakültəsinin tələbəsi Dilya Mərdanovanın ifasında Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin səhnəsində səsləndirilib. O, Azərbaycana Moskva vilayətinin Azərbaycanlıların regional milli-mədəniyyət muxtariyyətinin təşkil etdiyi "Azərbaycan rus şagirdləri və tələbələrin gözü ilə" müsabiqəsinin qalibi olan rusiyalı tələbə qrupunun tərkibində gəlib. Mahnı orijinal dildə səslənib və təkcə Moskva tələbələri arasında deyil, həmçinin burada, Bakıda da böyük əks-səda doğurub. Qız səmimiyyətlə və demək olar ki, aksentsiz oxuyub. Bu, Tanrının bəxş etdiyi vəhy deyilmi? Bu, təsdiqə ehtiyac duymayan aksiom deyilmi?



MƏSLƏHƏT GÖR:

601