28 Aprel 2024

Bazar, 03:43

EKOLOJİ TERROR

AŞ PA-nın məruzəçisi Milisa Markoviçin "R+"a eksklüziv müsahibəsi

Müəllif:

08.09.2015

Sər­sə­ng su an­ba­rı­nı Azər­baycan hə­lə so­vet­lər döv­ründə, 1976-cı il­də Tər­tər çayı üzə­rin­də ti­kib. Er­mə­ni­s­tan-Azər­bay­can müna­qi­şə­si baş­lay­a­na­dək bu an­bar Dağlıq Qa­ra­bağın əsas su mən­bə­lə­rin­dən bi­ri idi.

La­kin er­mə­ni işğ­a­lın­dan so­nra Sər­sə­ng də işğ­al­çı re­ji­min nə­za­rə­ti­nə keç­di. Höv­zə­nin qar­şı­sı­nı bağlay­an er­mə­ni­lər cəb­hə xət­ti boyu 400 mi­nə ya­xın in­sa­nı və on­la­rın əkin sa­hə­lə­ri­ni su­suz qoy­du­lar.

On­lar yaz daş­qın­la­rı za­ma­nı Sər­sə­ng­in qar­şı­sı­nı aç­maq­la tor­paq­la­rı su al­tın­da qoy­ur, qız­mar yay­da isə, ək­si­nə, su­y­un qar­şı­sı­nı kə­sib, Azər­baycan kən­d­lə­ri­ni suya hə­s­rət qoy­ur­lar.

Bu az­mış ki­mi, ar­tıq 20 il­dən çox­dur ki, bu su an­ba­rı əsl eko­lo­ji fə­la­kət mən­bəy­i­nə çe­v­ri­lib. Hət­ta er­mə­ni mət­bu­a­tı be­lə eti­raf edir ki, bu gün qə­za­lı və­ziyyət­də olan Sər­sə­ng su an­ba­rı in­san­la­rın həy­a­tı və ət­raf mühit üçün təhlükə sa­çır.

Sər­sə­ng su an­ba­rı­nın və­ziyyə­ti və onun tö­rət­diyi təhlükə­ni araş­dır­maq məq­sə­di­lə AŞ PA-nın So­si­al Mə­sə­lə­lər, Sə­hiyyə və Da­vam­lı İn­ki­şaf Ko­mi­tə­si ötən il mo­ni­to­rinq mis­siy­a­sı ya­rat­dı və ona rəh­bər­liyi Mi­li­sa Mar­ko­vi­çə tap­şır­dı.

Ötən ayın so­nun­da Mar­ko­vi­çin baş­çı­lıq et­diyi nümay­ən­də hey­ə­ti Azər­bayca­na sə­fər edə­rək, bir sı­ra rə­s­mi görüşlər ke­çi­rib və cəb­hə­boyu kən­d­lər­də və­ziyyət­lə ta­nış olub. Bu, Av­ro­pa mis­siy­a­sı­nın öl­kə­mi­zə ikinci be­lə sə­fə­ri idi. Su an­ba­rı­nın özünə baş çək­mək isə av­ro­pa­lı de­pu­tat­la­ra hə­lə də qi­s­mət ol­mayıb, çünki Er­mə­ni­s­tan on­la­rı işğ­al et­diyi əra­zi­lə­rə bu­rax­maq is­tə­mir.

"R+"la söh­bət za­ma­nı Mi­li­sa Mar­ko­viç prob­le­min özü və həl­li yol­la­rı ba­rə­də da­nı­şıb.

- Azər­bayca­na sə­fə­ri­ni­zin məq­sə­di?

-Mən ar­tıq Azər­bayca­na ikinci də­fə­dir sə­fər edi­rəm. Prob­lem­lə bağlı he­sa­ba­tın ha­zır­lan­ma­sı üçün gəl­mi­şəm. Qeyd edim ki, bu he­sa­bat Av­ro­pa Şu­ra­sı­nın So­si­al İş­lər Ko­mi­tə­si tə­rə­fin­dən tər­tib olu­nur və  mən bu lay­i­hə­ni  ya­xın ay­lar ər­zi­nə ta­mam­la­ma­lıy­am. Azər­baycan əha­li­si­nin su ça­tış­maz­lığı prob­le­mi­nin həll olun­ma­sı və Er­mə­ni­s­tan tə­rə­fin­dən bu­ra­da suy­un ve­ril­mə­mə­si hə­min he­sa­bat­da öz ək­si­ni ta­pacaq.

- He­sa­bat nə za­man ha­zır olacaq?

- 2013-cü ilin fe­v­ral ayın­da mən Bos­niya Her­se­qo­vi­na nümay­ən­də hey­ə­ti­nin tər­ki­bin­də Azər­baycan­da ol­mu­şam və xa­tır­lat­maq is­təy­i­rəm ki, sə­fə­rim za­ma­nı Azər­baycan Re­s­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əliy­ev tə­rə­fin­dən də qə­bul edil­miş­dik və  elə o za­man bu mə­sə­lə­lər­lə bağlı da­nı­şıq­la­rı­mız ol­du. Azər­bay­can bu mə­sə­ləyə çox həs­sas ya­na­şır. Su ça­tış­maz­lığı, de­mək olar ki, Azər­bayca­nın Er­mə­ni­s­tan­la cəb­hə boyu re­g­i­on­la­rın­da ən böyük prob­lem­lər­dən bi­ri­dir və Azər­baycan hö­ku­mə­ti­nin üzvlə­ri ilə görüşdüyüm za­man Azər­baycan döv­lə­ti­nin bu bö­lg­ə­lər­də böyük in­ve­s­ti­siy­a­lar ya­tır­dığı­nı, bu prob­le­mi həll et­mək is­tə­diy­i­ni görmüşəm və ümid edi­rəm ki, bi­zim də kö­mək­liy­i­miz­lə bu prob­­lem ara­dan qal­xacaq. Bir da­ha xa­tır­lat­maq is­təy­i­rəm ki, Azər­bayca­nın Xa­rici İş­lər Na­zir­liy­in­də görü­şüm za­ma­nı bil­dir­miş­dim ki, bi­zim he­sa­ba­tın əsas ma­hiyyə­ti odur ki, in­san­la­rın su ça­tış­maz­lığı prob­le­mi həll olun­ma­lı­dır. Su­suz və qi­da­sız in­san ya­şaya bil­məz.

- Səhv et­mi­rəm­sə siz bir ne­çə də­fə Er­mə­ni­s­tan tə­rə­fi­nə müraci­ət et­mi­si­niz ki, Sər­sə­ng su an­ba­rı ilə bağlı mo­ni­to­rinq apa­ra­sı­nız. Am­ma rə­s­mi İrə­van bun­dan im­ti­na edib. Sizcə, sə­bəb nə­dir?

-Ye­nə də xa­tır­lat­maq is­təy­i­rəm ki, bu lay­i­hə hər iki öl­kə­ni əha­tə edir, yə­ni cəb­həy­a­nı re­g­i­on­la­rı. Qeyd et­diy­im ki­mi Azər­bayca­na 2-ci də­fə­dir gə­li­rəm. Ancaq Er­mə­ni­s­ta­na heç get­mə­mi­şəm. Hə­lə də nik­bi­nəm, çünki Er­mə­ni­s­tan hö­ku­mə­ti mə­nə "yox" de­məy­ib. Biz hə­lə də ca­vab göz­ləy­i­rik. Am­ma "hə" də de­məy­ib. Ümid edi­rəm ki, mən qar­şı tə­rə­fə də ge­dəcəm, çünki bu he­sa­ba­tın ha­zır­lan­ma­sı üçün hər iki tə­rə­fə sə­fər et­mək və ora­da müşa­hi­də apar­maq əsa­s­dır. Xa­tır­la­dım ki, bu il iy­u­lun 30-da Av­ro­pa Şu­ra­sı rə­s­mi ola­raq, Er­mə­ni­s­tan hö­ku­mə­ti­nə və AŞPA-da­kı nümay­ən­də hey­ə­ti­nə müraci­ət edib və bi­zim oraya sə­fə­ri­mi­zin təş­kil olun­ma­sı­nı is­təy­ib. Am­ma hə­lə də bu  mək­tu­bu­mu­za bir ca­vab gəl­məy­ib. Bir da­ha bil­dir­mək is­təy­i­rəm ki, Av­ro­pa Şu­ra­sın­da ol­duğum müddət­də də­fə­lər­lə Er­mə­ni­s­tan nümay­ən­də hey­ə­ti ilə görüşmüşəm, am­ma on­lar bi­zim ora sə­fə­ri­mi­zin təş­kil olun­ma­sı və ta­ri­xi­nin də­qiq­ləş­di­ril­mə­si ilə bağlı heç bir mə­lu­mat ver­məy­ib­lər.

 - Əg­ər ye­nə də Er­mə­ni­s­tan tə­rə­fi si­zə "yox" ca­va­bı ve­rər­sə, atacağı­nız ad­dım nə­dən iba­rət olacaq?

- Er­mə­ni­s­tan hö­ku­mə­ti mə­nim sə­fə­ri­mi ora təş­kil et­mə­sə, bu za­man mə­nim ata bi­ləcəy­im iki ad­dım var. Ya he­sa­bat vax­tın­dan əv­vəl təh­vil ve­ril­mə­li­dir, o za­man da han­sı­sa prob­lem­lər ya­ra­na bi­lər, çünki Er­mə­ni­s­ta­na sə­fə­rim ol­mayıb. İkin­ci­si, mən öz ko­mis­siy­am qar­şı­sın­da mə­sə­lə qal­dı­rıb he­sa­ba­tın ta­ri­xi­ni uza­da bi­lə­rəm. Bu da 2016-cı ilin ap­rel ayı­na tə­sadüf edə bi­lər. İs­tə­ni­lən hal­da, mən öz ko­mis­siy­a­mın qə­ra­rı ilə hə­rə­kət edi­rəm və sentya­b­rın so­nu oktya­b­rın əv­və­lin­də ses­siya za­ma­nı  atacağı­mız ad­dım­la­rı də­qiq­ləş­di­rəcəy­ik. 

- Azər­bayca­na so­nuncu sə­fə­ri­niz za­ma­nı han­sı ray­on­la­rın­da ol­du­nuz və bu mə­sə­lə ilə bağlı han­sı prob­lem­lər­lə ras­tlaş­dı­nız? Gəl­diy­i­niz qə­na­ət...

- Mən de­mək is­təy­i­rəm ki, ke­çən ilin de­kabr ayın­da da cəb­həy­a­nı al­tı ray­o­na (Tər­tər, Ağdam, Bər­də, Go­ran­boy, Naf­ta­lan, Yev­lax və Ağca­bə­di ) sə­fər et­mi­şəm və bu il də al­tı ray­o­na sə­fər et­dim. Əsa­sən bun­lar tə­mas xət­tin­də olan re­g­i­on­lar­dır, han­sı ki su eh­tiy­a­tı ça­tış­maz­lığı var. Hər bir ray­o­nun icra ha­ki­miyyə­ti ilə görüşdük və görüşlə­ri­miz za­ma­nı kon­kret prob­lem­lər­dən da­nış­dıq. Mə­sə­lə on­da­dır ki, bu­ra­da iç­mə­li su ilə ya­na­şı, su­var­ma suyu da yox­dur. Kənd tə­sərrüfa­tı in­ki­şaf et­mir, mey­və-tə­rə­vəz ol­mur.

- Sözsüz ki, siz bu mə­sə­lə ilə bağlı ge­niş araş­dır­ma­lar apar­mı­sı­nız. Dünya prak­ti­ka­sın­da be­lə bir ha­la rast gəl­mi­si­niz­mi ki, qar­şı tə­rəf mis­siy­aya şə­ra­it ya­rat­ma­q­dan im­ti­na et­sin? Əg­ər be­lə hal­lar baş ve­rib­sə, nə­ticə­si necə olub?

- Er­mə­ni­s­tan tə­rə­fi­nin bu hə­rə­kə­ti mə­nim üçün xo­şa­g­əl­məz­dir və mən bu­nu çox bəd­bin qə­bul edi­rəm. Ancaq mən ye­nə də gə­ləcəyə ümid edə­rək Er­mə­ni­s­tan sə­fə­ri­min baş tu­tacağı­nı düşünürəm.

- Son­da nə­sə əla­və et­mək is­tər­di­niz­mi?

- Son ola­raq bil­dir­mək is­təy­i­rəm ki, mən Azər­baycan­da bir çox şəx­slər­lə görüşmüşəm və bir çox mə­lu­mat­lar əl­də et­mi­şəm, əl­də et­diy­im bütün bu mə­lu­mat­la­rı he­sa­ba­tı­ma da­xil edəcəm. Billdir­mək is­təy­i­rəm ki, mən bu al­tı ray­on­da su ça­tış­maz­lığı ilə bağlı həs­sas­lığı çox yax­şı ba­şa düşürəm və ümid edi­rəm ki, bi­zim ha­zır­lay­acağı­mız ra­port son­da bu mə­sə­lə­nin həll edil­mə­si­nə kö­mək edəcək.


MƏSLƏHƏT GÖR:

562