8 May 2024

Çərşənbə, 00:07

BAKI - MOSKVA - ANKARA FORMATI

Rusiyalı ekspert: "Lavrovun Bakı danışıqları bu istiqamətdə diplomatiyanın fəallaşdırıldığını göstərir"

Müəllif:

08.09.2015

Ru­siy­a­nın xa­rici iş­lər na­zi­ri Se­rg­ey La­v­ro­vun Ba­kıya son sə­fə­ri çox­la­rı üçün göz­lə­nil­məz ol­du. Ən azı o, plan­laş­dı­rı­lan görüşlər­lə bağlı rə­s­mi siy­a­hı­da yer al­mır­dı. La­kin bu sə­fər ərə­fə­sin­də Azər­bayca­nın xa­rici iş­lər na­zi­ri El­mar Məm­mədya­ro­vun türkiy­ə­li həm­ka­rı ilə məs­lə­hət­ləş­mək üçün An­ka­raya yol­lan­ma­sı və Se­rg­ey La­v­­rov­la Möv­lud Ça­vu­şoğlu ara­sın­da te­le­fon da­nı­şığı­nın baş tut­ma­sı nə­in­ki Ba­kı sə­fə­ri­nə cid­di ha­zır­lıq görül­düyünü üzə çı­xa­rır, həm də da­nı­şıq­la­rın iş­ti­rak­çı­la­rı ha­q­da hər şeyi iz­ah edir. Məş­hur ru­siy­a­lı pub­li­sist, da­xi­li siy­a­sət, Qaf­qaz üzrə mütə­xəs­sis, "Al­te et Cer­te" ana­li­tik mər­kə­zi­nin rəh­bə­ri An­d­rey YEPFANSEV "R+"a müsa­hi­bə­sin­də bu fə­al­laş­ma­nın ar­xa­sın­da nə­lə­rin day­a­na bi­ləcəyi, müza­ki­rə­lər­də gündə­lik­də han­sı mə­sə­lə­lə­rin ol­duğu­na da­ir eh­ti­mal­la­rı­nı bölüşüb.

- El­mar  Məm­mədya­rov­la Se­r­g­ey La­v­rov may­da və iy­ul­da gö­rüş­sə­lər də, La­v­rov bu günlər­də ye­ni­dən Ba­kıya göz­lə­nil­məz və müəm­ma­lı sə­fər et­di. Fi­k­ri­nizcə, bu, nə ilə bağlı ola bi­lər?

- Hə­qi­qə­tən də, La­v­ro­vun Ba­kı sə­fə­rin­də məq­sə­din nə ol­duğu­nu də­qiq­lik­lə heç kəs söy­ləyə bil­məz. La­kin bu ha­q­da mət­bu­a­ta heç bir in­for­ma­siya sız­ma­sı­nın baş ver­mə­mə­si, əs­lin­də, da­nı­şıq­la­rın cid­di xa­rak­te­rin­dən xə­bər ve­rir. Görüşlər­də müza­ki­rə olun­muş pro­ses uzun və çə­tin pro­se­s­dir. O da­vam edir və pro­se­sə cəlb edil­miş tə­rə­f­lə­rin bu ha­q­da da­nış­ma­sı­nın mə­na­sı yox­dur. La­kin görüşdə böyük eh­ti­mal­la to­xu­nul­muş bir ne­çə möv­zu var. Bi­rinci­si, bu, Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin ni­zam­lan­ma­sı ilə bağlı kom­pleks prob­lem­lər­dir. Hər hal­da, bu sə­fər­dən bir ne­çə ay əv­vəl xüsu­si­lə Kreml da­i­rə­lə­ri­nə ya­xın şəx­slər­dən, mə­sə­lən, Se­rg­ey Mar­kov­dan (Siy­a­si Araş­dır­ma­lar İn­sti­tu­tu­nun di­rek­to­ru, Döv­lət Du­ma­sı­nın de­pu­ta­tı - red). Qa­ra­bağ müna­qi­şə­si­nin həl­lin­də tez­lik­lə cid­di irə­li­ləy­iş­lə­rin olacağı­na ­­dair fikirlər eşitmişik. Əksər eks­pertlər bu mə­sə­ləyə tən­qi­di müna­si­bət  bəs­ləy­ir. Mən də bu cür bəy­a­na­tın nəyə əsas­la­na­raq ve­ril­diy­i­ni an­­laya  bil­mi­rəm. La­kin be­lə pro­q­noz­lar olub və La­v­ro­vun son sə­fə­ri son za­man­lar Ba­kı-Mos­k­va-An­ka­ra kon­tu­run­da dip­lo­ma­tiy­a­nın fə­al­laş­dı­rıl­dığı­nı gö­s­tə­rir. İrə­van bu pro­se­sə cəlb olun­mayıb. Şübhə­siz ki, han­sı­sa cid­di tək­li­f­lə­rin müza­ki­rə­si ge­dir. Tək­li­f­lə­ri han­sı tə­rə­fin irə­li sür­dü­yü­nü söy­lə­mək çə­tin­dir, la­kin görü­nən odur ki, on­lar İrə­van­la ya ra­zı­laş­dı­rı­lıb, ya da tək­li­f­lər İrə­va­na tə­rə­f­lə­rin hər han­sı qə­ra­ra gəl­mə­sin­dən so­nra tə­q­dim olu­nacaq.

Dip­lo­ma­tik iş­lər və­ziyyə­tin cid­di şə­kil­də gə­rg­in­ləş­mə­si fo­nun­da apa­rı­lır. On­lar iki da­lğ­a­da apa­rı­lır - Av­ro­pa Oy­un­la­rı­na­dək və on­dan so­nra. Fi­k­rimcə, müha­ri­bə­nin bər­pa olun­ma­sı eh­ti­ma­lı var. Bu­na inan­may­an bə­zi rus ek­s­per­t­lər­lə ra­zı dey­i­ləm. Be­lə eh­ti­mal var, la­kin bu il yox. Və müha­ri­bəyə kim­sə baş­lay­acaq­sa, bu, Azər­baycan tə­rə­fi olacaq. Er­mə­ni­s­tan sülh tə­rəf­da­rı möv­qeyi tu­tur - tə­ki müha­ri­bə ol­ma­sın. La­kin ba­şa düşülmə­li­dir ki, bu­nun sə­bə­bi on­la­rın ma­hiyyət eti­ba­ri­lə sülh tə­rəf­da­rı ol­ma­sı dey­il. Bu­nu er­mə­ni­lə­rə də söy­ləy­i­rəm.

Bu praq­ma­tik ya­naş­ma­dır. Sə­bəb heç də sülhə sa­diq­lik dey­il. Sa­dəcə ola­raq, Er­mə­ni­s­tan Qa­ra­bağ əra­zi­si­nə nə­za­rət edir və əl­bət­tə ki, ki­min­sə hə­min əra­zi­lə­rə nə­za­rə­ti hər­bi yol­la ələ ke­çir­məyə ça­lış­ma­sı er­mə­ni­lə­rə sərf et­mir. Fər­ziyyə ola­raq Er­mə­ni­s­ta­nın Dağlıq Qa­ra­bağdan məh­rum ol­duğu­nu düşünsək, o, dər­hal ha­zır­da Azər­bayca­nın nümay­iş et­dir­diyi möv­qe­ni tu­tacaq - gə­lin, mə­­sə­lə­ni sülh yo­lu ilə çö­zək, am­ma biz onu hər­bi yol­la da həll edə bi­lə­rik.

- Dey­ir­si­niz ki, gə­rg­in­liy­in pik həd­də çat­ma­sı bu il yox, gə­lən il mümkündür. Bəs, bir tə­rəf­dən Kol­lek­tiv Təhlükə­siz­lik Müqa­vi­lə­si Təş­ki­la­tı va­si­tə­si­lə İrə­van­la bağlı olan, di­g­ər tə­rəf­dən Azər­baycan­la hər­bi əmək­daş­lığı ge­niş­lən­di­rən Ru­siya bu ha­q­da nə düşünür? Ye­ri gəl­miş­kən, bu, La­v­ro­vun Ba­kıya sə­fə­ri za­ma­nı bir da­ha vu­rğ­u­la­nıb. Bu iki xətt  ara­sın­da zid­diyyət yox­dur­mu?

- Bu, ki­fay­ət qə­dər cid­di mə­sə­lə­dir və ona müxtə­lif tə­rə­f­lər­dən ya­naş­maq olar. Bu, hət­ta müəyyən mə­na­da mə­nə­vi mə­sə­lə­dir. San­ki Ru­siya... bir is­ra­il­li ek­s­per­tin de­diyi ki­mi, "biz hər iki tə­rə­fə qə­lə­bə ar­zu­layı­rıq" (bu fi­k­ri Su­riya üzrə ek­s­pert, ta­nın­mış is­ra­il­li pro­fes­sor Ey­al Zi­ser 2014-cü ilin yan­va­rın­da Su­riy­a­da­kı və­ziyyət­lə bağlı açıq­la­ma­sın­da səs­lən­dir­miş­di - red.) prin­si­pi­lə fə­a­liy­yət gö­s­tə­rir. Əs­lin­də, bu, be­lə dey­il. Ru­siya bu müna­qi­şə­də çox çə­tin, ri­s­k­li möv­qe tu­tub. Bə­li, Er­mə­ni­s­tan bi­zim stra­te­ji müttə­fi­qi­miz­dir. Am­ma Azər­baycan da düşmə­ni­miz  dey­il.

Biz bu iki tə­rə­fin hər bi­ri ilə dost ol­maq is­təy­i­rik, bu isə son də­rəcə çə­tin­dir. Rus­la­rın mən­ti­qi be­lə­dir: bə­li, biz Er­mə­ni­s­ta­na zə­ma­nət ve­rəcək, onu müda­fiə edəcəy­ik - am­ma müba­hi­sə obyek­ti olan əra­zi­nin bu­ra ai­diyyə­ti yox­dur, bu əra­ziyə tə­mi­nat şa­mil edil­mir -  la­kin biz Azər­bayca­na da si­lah ve­rəcəy­ik. Çünki Azər­baycan Ni­g­e­riya, So­ma­li, ya­xud Su­dan və ya Şi­ma­li Ko­reya dey­il. Bu öl­kə ən müa­sir si­lah­lar al­maq is­təy­ir­sə, bu­na dünya ba­za­rın­da da asan­lıq­la na­il ola bi­lər.

Ru­siya üçün Azər­baycan­la hər­bi-tex­ni­ki əmək­daş­lığın vacib­liy­i­nin da­ha bir sə­bə­bi əks hal­da Ba­kı­nın NATO stan­dar­t­la­rı­na uyğun si­lah­lar alacağı ilə bağlı­dır. Bu, Ba­kı­nın Mos­k­va­dan bir qə­dər də uzaq­laş­ma­sı an­la­mı­na gə­lər­di. Mos­k­va isə bu­nu is­tə­mir.

- Ay­dın­dır. Hər kəs gördü ki, görüşdən so­nra mət­bu­at üçün açıq­la­ma­da əsas söh­bət hər­bi və iq­ti­sa­di sa­hə­lər­də əmək­daş­lığın möh­kəm­lən­di­ril­mə­sin­dən get­di. Fi­k­ri­nizcə, bu, ki­mə yö­nəl­miş me­saj idi? Ba­kı da­nı­şıq­la­rı za­ma­nı, yə­qin ki, re­g­i­on­da­kı ge­o­siy­a­si və­ziyyət də müza­ki­rə olu­nub.

- Siy­a­sət­çi­lə­rin görüşdən dər­hal so­nra səs­lən­dir­dik­lə­ri bəy­a­nat­la­ra əsas­­lan­maq la­zım dey­il. Bu, pro­to­ko­la əsas­la­nan dip­lo­ma­tik ge­diş, stan­­dart  fi­kir­lər ola bi­lər. Görüşün əsa­sı­nı nəy­in təş­kil et­diy­i­ni heç kəs söy­ləyə bil­məz.

Xa­rici siy­a­si as­pek­t­lə­rə gə­lincə, iki öl­kə­dən heç bi­ri­nin du­ru­mu yax­şı dey­il və on­lar bir-bi­ri­lə əmək­daş­lığı güclən­dir­mək­də ma­raq­lı­dır­lar. Nef­tin ucuz­laş­ma­sı, Ru­siy­a­nın və Azər­bayca­nın Av­ro­paya kar­bo­hi­d­ro­g­en ix­racat­çı­sı ki­mi çə­ki­si­nin azal­ma­sı, İra­nın tez­lik­lə dünya ba­za­rı­na çıx­mağa ha­zır­laş­ma­sı son də­rəcə cid­di siy­a­si nə­ticə­lər ve­rəcək. Çə­ki aza­lır­sa, hər tə­rəf­dən ən müxtə­lif id­di­a­lar­la üzlə­şir­sən. Ru­siy­aya müna­si­bət­də onun xa­rici siy­a­sə­ti­nə, Azər­bayca­nın isə da­xi­li siy­a­sə­ti­nə - müxa­li­fə­tə, və­tən­daş azad­lıq­la­rı­na, in­san haq­la­rı­na müna­si­bə­ti­nə və s. - eti­raz­lar ar­tır...

Qərb Ru­siy­a­nı təcrid du­ru­ma sal­mağa ça­lı­şır və bu­nu həm də Azər­bayca­na təzyiq­lə­ri ar­tır­maq­la et­mək is­təy­ir. Odur ki, ən yax­şı­sı bi­zim  bir­lik­də ol­mağı­mız­dır. Bütün post­so­vet öl­kə­lə­ri ar­tıq siy­a­si blok­lar­la bağlı se­çi­mi­ni edib. Azər­bay­can isə hə­lə də bu se­çi­mi et­məy­ib, ya­xud blok­la­ra qo­şul­ma­ma yo­lu­nu se­­çib. Onun üçün Türkiyə ən ya­xın öl­kə­dir, la­kin bu, nə NATO-dur, nə də Av­ro­pa İt­ti­fa­qı. Ru­siya üçün isə bu tə­rə­zi­nin gözünü Av­ra­siya İt­ti­fa­qı­na tə­rəf əy­mək vaci­b­dir. Bəl­kə də, söh­­bət elə bun­dan ge­dib. Bu­nu da   is­tis­na et­mək ol­maz.

İq­ti­sa­di sa­həyə gə­lincə, bu­ra­da da ümu­mi qayğı­la­rı­mız var. Neftin 1 ba­re­li 100 dol­lar ol­du­q­da biz rə­qib idik. İn­di­sə ümu­mi stra­te­g­iya ha­zır­la­ma­lı, müttə­fi­qə çe­v­ril­mə­liy­ik. He­sab edi­rəm ki, bu, müza­ki­rə üçün ən tə­bii möv­zu olar­dı. Məx­fi sax­la­nıl­ma­sı tə­ləb olu­nan möv­zu­la­rın sayı çox məh­dud­dur.


MƏSLƏHƏT GÖR:

527