17 May 2024

Cümə, 06:10

"DƏLİ YIĞINCAĞI" REJİSSOR YANAŞMASI

Gəncə Dram Teatrının tamaşası Bakının Rus Dram Teatrının səhnəsində

Müəllif:

22.12.2015

Müasirlərimizdən kim məşhur Azərbaycan jurnalisti, maarifçi və yazıçı-satirik Cəlil Məmmədquluzadənin yaradıcılığı haqda bilmir? Ancaq tənbəl, iki alan məktəbli bu haqda məlumatsız ola bilər, bu da hələ şübhə doğurur. Onun dramaturgiyasına maraq cəmiyyətdə intellektual aktivliyin gurultusu ilə birbaşa proporsionaldır. Rejissorlar zamanın carçıları kimi bunu şüurun qabıqaltı halı ilə hiss edirlər və nəinki aktual, eyni zamanda maraqlı ola biləcəyini seçirlər. İradə Gözəlova C.Məmməquluzadənin "Dəli yığıncağı" pyesini seçib. Niyə? Sanki, pyes dəfələrlə qoyulub və o həmişə aktual, felyeton mövzunu yaratmaq üçün nümunə olaraq qalırdı.

 

Süjet

Bizim diyarın şəhərlərdən birinə Amerikadan həkim Lalbüz gəlir. Və o, bura son dərəcə nəcib məqsədlə təşrif buyurur: dəlilərin üçün ev tikmək. Həmin şəhərdə onların sayı çoxdur və cəmiyyət üçün artıq təhlükə yaradırlar. Burada alicənablar da yaşayırlar. Həkim də kimin kim olduğunu müəyyən etməlidir. Lakin yerli sakinlər anlaya bilmirlər ki, onların dilini bilmədən həkim bu tapşırığın öhdəsindən necə gələcək? Həkim lüğətin köməyinə ümid edir. Lakin tezliklə o, anlayır ki, harada dəlinin olub, harada isə olmadığını daha anlamır və qərara gəlir ki, bütün bu insanlar "dəli yığıncağı"dır.

Alicənablar narazıdırlar, onlar vəziyyəti nəzarətə götürürlər. Burada da sual yaranır: əslində, normal olan kimdir? Alicənab hesab olunan, lakin əslində bu cür olmayanlar, yaxud əslində alicənab olub dəli adlandırılanlar...

 

Rejissor konsepsiyası barədə

İradə Gözəlova ölkəmizdə ən gənc baş rejissordur, Gəncədə Dram Teatrına rəhbərlik edir. Bu, teatr səhnəsində tamaşasının ilk praktiki təcrübəsi deyil. O, Rusiyada, evində - Bakıda və Gəncədə işləmək nəsib olub. Peşəsində o, ilk addımlarını atır və onları əminliklə edir. Ölkəmizdə rejissor müəllif hüququ barədə qanuna uyğun olaraq tamaşanın müəllifi sayılır. Gəncəlilər tərəfindən Bakıda Rus Dram Teatrının səhnəsində nümayiş olunan "Dəli yığıncağı" tamaşası buna sübutdur. Rejissor tamaşaçı ilə dialoqunu necə qurur? O, meydan teatrının elementlərini psixoloji hərəkətlər teatrı ilə uğurla birləşdirərək, onun gülüş təbiətindən istifadə edir. O, isə sürətlə inkişaf edir: vəziyyətlər tamaşaçını bir dəqiqə də olsun darıxmağa qoymayaraq, bir-birini kaleydoskopik sürətilə əvəz edir. Tamamilə aydındır ki, tamaşanın müəllifi qəhrəmanlarına onların müsbət və ya mənfi qəhrəman olmasından asılı olmayaraq, onlara vurulub. Hər biri onun üçün maraqlıdır və o, kişi və qadın obrazının hər bir tipajını həvəslə araşdırır. Müəllif tərəfindən komediya, milli ədəbiyyatşünaslıqda isə tragikomediya kimi müəyyənləşdirilən pyes rejissorda necə maraq oyadıb? Deyəsən, bir günü ilə yaşayan və həyatlarını həyat oyuna çevirmiş qəhrəmanların düşüncəsiz mövcudluğunun problemi ilə. 

Onların oyunu - əyləncədir. O, əsl dəyərlərdən uzaqlaşdıraraq, həqiqət yerinə yalanı salaraq çaşdırır, real həyatdan yayındırır, ali əhəmiyyətini məhrum edir. Ona görə də onlar yaxınlarının sayəsində qazanmağa çalışaraq asanlıqla aldadırlar, bir-birinə yalan deyirlər; vəziyyətdən bircə "böyük gəlir" əldə etmək üçün digərlərinin bədbəxtliyində spekulyasiya edirlər və s. 

Mənasızlığın mənasızlığı və ruhun əzabı! Ona görə də həyatlarına - yalan deməklə, gəlir əldə etməklə, ruhən öldürməklə, bu cür asanlıqla yalançı- peyğəmbərlər daxil olurlar. İnsanlar fikir vermədən, öz əcdadlarının müdrikliyinin qızıl sapıntıları üzərində hərəkət edirlər. Buna diqqət yetirmək üçün rejissora həkim Lalbüz obrazında "Məsih" lazım oldu. O, "dəlilərə" imamın tumanının bağlaması ilə bütpərəstlik yerinə müqəddəs yazının əsl dəyərlərini qaytardı. Yerə arzu ağacından qoparılmış, lentlər düşür. Bunun əvəzində "dəlilərin" həyatına unudulmuş kitab - "Quran" daxil olur: "nəyin pis, nəyin isə yaxşı" olduğunu izah edən bəşəriyyət üçün fəlsəfi traktat. Yaxşı unudulmuş köhnədən, daha yeni heç nə yoxdur! Fikir öz-özlüyündə çox müsbət, hətta insanpərvərdir. İradə Gözəlova köhnə pyesi müasir tamaşaçının qavranmasına adaptasiya etməyə çalışıb.Və o, praktiki olaraq buna nail olub. Düzdür, bəzi yüngülvari çatışmazlıqlar oldu, amma bunu cavanlıq və kiçik praktiki təcrübə kimi bəhanələrlə izah edək: üç il ərzində o 10 tamaşa qoyub. Başlayan peşəkar üçün heç də az deyil, lakin rejissorluq praktiki sənətdir: nə qədər çox qoyursansa, o qədər də çox bacarırsan. Tamaşanın janrı proqramda qeyd olunmayıb və bu da quruluşçunu səhnədə baş verə biləcək məsuliyyətdən bir növ azad edir. Halbuki, janr eklektikası bu tamaşada müəyyən edilməyib. Hər şey meydan teatrının gülüş təbiətinin vahid vasitəsilə ifadə olunub!

 

Aktyor oyunu haqda

Rejissorun quruluşundakı çatışmazlıqlara baxmayaraq, tamaşa canlı və maraqlı alınıb. Personaj-obrazlar peşəkar aktyorlar tərəfindən "canlanıb". Hətta o səviyyədə ki, kimisə bir-birindən ayırmaq mümkün deyil. Bu, başqalarına münasibətdə doğru olmazdı. Budur, qardaşı Abbasın həyat yoldaşı Sonaya (Pərvanə Qurbanova) qarşı ehtiras hissləri bəsləyən hiyləgər Fazil Məhəmməd (Elxan Abbasov). Ona sahib olmaq üçün o, avantüra düşünüb tapır: dəlilərin arvadları ərlərinin alicənab qardaşları ilə siğə bağlamalıdırlar, razılıq əlaməti kimi kəcavəyə (ölülər üçün xüsusi xərəklər) daxil olmalıdırlar. Məhz Fazil "normal"ların başında dayanır. Aktyor hiyləgər, lakin insanın bütün təzahürlərində inandırıcı şəkildə səmimi insanın obrazını yaradır. Bu da Lalbüz (İlham Hüseynov) - "üçüncü dünyanın" insanlarının səfehliyində "qazanmağı" bacaran diribaşların sırasından olan amerikalı, bu insanlar arasında olduğu hər dəqiqə ərzində özünün onların üzərindəki üstünlüyünü hiss edir. 

Obrazın mükəmməl nitq və plastik xarakteristikası aktyor tərəfindən rahat, gərginlik olmadan yaradılır və ancaq qəhrəmanın "yenidən dünyaya gəlməsi" anlarında hərəkətlərdə müəyyən qeyri-dəqiqlik yaranır. Budur, Pırpız Sona (Pərvanə Qurbanova) - sadəlövh və uşaq kimi hər kəsə inanandır; o, kəndinin adamları tərəfindən bir vaxtlar itirilmiş kollektiv ruhu və ya vicdanın təzahürü kimidir! Möhtəşəm orqanika ilə olan aktrisa xüsusi güc tətbiq etmədən, zehni inkişafı hələ cavanlıqda qalan qadının kifayət qədər çətin obrazını yaradır. Bu da vəziyyətin tələb etdiyi kimi, həyat yoldaşına baxmaq hüququnu qazanmaq və onun yanında qalmaqdan ötrü başqaları üçün, onun kimi özünü dəli göstərən Abbas (Salam İsmayil). Aktyor Abbası ağla qara arasında fərqi görən, lakin pisliyin güclə qarşısını ala bilməyən insanı kimi oynayır. Onun bütün bu dəliliyə qarşı qoya biləcəyi yeganə şey - həyat yoldaşına qarşı olan sadiq və vəfalı məhəbbətidir. O, onunla və onların ətrafında olan hər kəs kimi - yaxşı və pis iki hissədən ibarət olan dünyadır. Ağ və qaranın. Kişi və qadının.

 

Pyesin müqaviməti

Tamaşanın müəllifi, dramaturqdan fərqli olaraq, həkim Lalbüzu tamamilə ya şəhər, ya da kənd sakinlərinə həqiqət işığını gətirən Məsihə çevirir. Fikir, əlbəttə ki, nəcibdir: okeanın bu tayında da insanlar nə isə öyrənsinlər! Hər dəfə biz nə isə öyrənmək üçün onların tərəfinə baxmayacağıq ki! Pyes elə yazılıb ki, rejissor tərəfindən təklif olunan bütün bu möcuzəvi dəyişiklik - dərk etmə, nurlanma, göydən düşən nemət və s. qərəzli görünür. Qəhrəmanı bu növ yenidən dünyaya gəlməsinə vadar edən nə ilkin şərait, nə motiv var! Pyesdə qohumlarının xəstəliyindən arsız şəkildə pul qazanan fağır şikəsti sağaldır! Assosiativ yaddaş "İncil"də yenidən dünyaya gələn Lazar, Məsihin ehtiyacı və ac olanları yedizdirdiyi çörək və balıq barədə xatirələr canlanır! Yaranmış paralel hörmətsiz görünür. Bir anlıq elə görünür ki, quruluşçunun bu rejissor addımı okeanın o tayından olan məsih də yalançıdır. Və yalanı sanki bu saat "dəlilər" açacaqlar! Amma yox. Tamaşanın müəllifi özgə mənəvi dəyərlərin xilaskarı kimi Məsih Lalbüzun gəlmə variantını ciddi şəkildə nəzərdən keçirir. Pyes rejissorun şərhinin bu cür gedişatına müqavimət göstərir və ona görə də qulaq üçün bu qədər adət edilmiş "Allahu əkbər!" ilə ümumi namazın səhnəsi başqa fikirlər doğurur. Lakin hadisəyə inandırıcılıq qatmır. Dramaturqda isə Lalbüz, sadəcə, naməlum şəkildə itir. Ya alicənablar təpik altına salıblar, ya dəlilər özü ilə aparıblar. Kiçik qiyam zamanı ayaq altınada da qala bilər. Lalbüz Fazilə yaranmış vəziyyətini öz məqsədlər üçün istifadə etməsinə imkan verərək, kulminasiya nöqtəsinə gətirir və dramaturgiya tapşırığını yerinə yetirir. 

Onlar isə Sona ilə bağlıdır! Lalbüz pyesin müəllifinə finalda maraqlı deyil! Dəlisov Sona və onun əri Abbas vacibdir. Daha doğrusu, onların bir-birinə qarşı məhəbbəti. Xilas edə, ümid və yaşamağa güc verə biləcək yeganə şey. Çünki bütün ilahi məfhumlar insanda və insan vasitəsi ilə ifadə oluna bilər...

Ümumilikdə, aktyorların canlı, emosional, inandırıcı oyunu diqqətini cəlb edir, səhnə baş verənlərə marağı saxlayır. Səhnədə isə canlı teatrdır. Bariz xatırlatma: yaradıcılığın ruhu yaşadıqca, teatr da sağdır. Hələlik rejissorların, aktyorların, rəssamların emosiyaları, hissləri və fikirləri canlıdır. Hələlik praktikada bir fikir öz təsdiqini tapır: teatr - sintetik incəsənətdir.



MƏSLƏHƏT GÖR:

450