18 May 2024

Şənbə, 16:41

İNHİSARÇILIĞA QARŞI QANUN

"Rəqabət Məcəlləsi"nin qəbulu Azərbaycanda real rəqabətli mühitin yaradılmasına və qiymətlərin düşməsinə yardım edir

Müəllif:

26.01.2016

İstənilən bazar iqtisadiyyatının təməli bazara azad çıxışından ibarətdir. İqtisadi artımın gedişində qaçılmaz surət ayrı-ayrı inhisarçılıq yaranır, bu da bazar üçün mənfi fəsadlara səbəb olur. Odur ki, dövlətin bu məsələdə əsas rollarından biri də inhisarçılığın fəaliyyətinin tənzimlənməsi və onun azad bazara təsir etməsinin qarşısını almasıdır. Azərbaycan üçün inhisarçılıq məsələsi də manatın iki dəfə devalvasiyadan sonra istehlak qiymətlərinin artması fonunda kifayət qədər aktualdır.

Bununla əlaqədar, son illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən əsas tapşırıqlardan biri, ölkə daxilində və malların idxalı zamanı inhisarçılıqla mübarizədir.

"Bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz... O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq", - deyə İ. Əliyev 2015-ci ilin oktyabrında hökumətin iclasında deyib. 

Sonda rəqabətli mühitin inkişafı milli valyutanın devalvasiyası şəraitində istehlak qiymətlərinin artmasının qarşısını almağa imkan yaradır. Səmərəli tədbirlərin və ölkədə qiymətlərin tənzimlənməsi üzrə uzunmüddətli nəzarətin həyata keçirilməsi üçün dövlət qurumları və nazirliklər tərəfindən reallaşdırılan tədbirləri müəyyənləşdirəcək müvafiq qanunlar lazımdır.

Ölkədə inhisarçılıqla mübarizədə əsas silah "Rəqabət Məcəlləsi"nin qəbulu olmalı idi. 

Müvafiq məcəllə artıq, təxminən, 10 ildir hazırlanır və hazırda qüvvədə olan 1993-cü ildə qəbul olunmuş "Antiinhisar fəaliyyəti haqqında" qanunu əvəz etməlidir. Bu qanuna dəfələrlə dəyişikliklər və əlavələr edilməsinə baxmayaraq, o, artıq dəyişmiş şəraitdə azad rəqabət tənzimləmə missiyasını yerinə yetirə bilmir.

Bu arada "Rəqabət Məcəlləsi" Milli Məclisin qanunverici fəaliyyətinin gündəminə müntəzəm olaraq salınsa da, parlamentdə üçüncü son oxunuş prosedurunu heç cür keçə bilmir. Qeyri-rəsmi məlumatlara əsasən, məcəllənin qəbulunda əsas maneə öz fəaliyyətinə mənfi təsirindən ehtiyatlanan milli şirkətlər olub.

Amma məcəllənin qəbulu istehlak bazarında qiymətlərin aşağı düşməsinə yardım edərdi ki, bu da indiki şəraitlərdə kifayət qədər vacibdir.

Devalvasiya yerli istehsalat məhsullarının qiymətlərinə də təsir edib, çünki ölkədə istehsalat bir sıra hallarda idxal olunan xammaldan və qablaşdırma materiallarından xeyli asılı qalır.

Məsələn, dekabrın 21-dən sonra müşahidə olunan yumurtanın qiymətinin, demək olar ki, ikiqat artımını misal gətirmək olar. Yalnız bir sıra quşçuluq firmalar tərəfindən əsassız qiymət artımı aşkar edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti üzrə Dövlət Xidməti və Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yoxlama və müdaxiləsindən sonra qiymətlər aşağı salındı. 

Lakin qeyd etmək lazımdır ki, idxal olunan yemlər və dərman preparatlarının qiymətinin son artımı fonunda quşçuluq təsərrüfatlarının da vəziyyəti heç də asan deyil.

Praktiki olaraq, yenidən idxalda birləşən qapalı dairə alınır. Və müəyyən dərəcədə qiymətlərə malların idxalı zamanı Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi inhisarçılığın aradan qaldırılması təsir göstərə bilər. Dövlət Gömrük Komitəsinin gömrük brokerləri sisteminin ləğv edilməsi və malların gömrük rəsmiləşdirilməsinin elektron formata köçürülməsi qərarını da bu şəkildə nəzərdən keçirmək lazımdır. 

İdxal zamanı inhisarçılığın ləğv edilməsi məsələlərinin birdəfəlik həlli kimi ölkə daxilində bununla əsl mübarizənin aparılması qalır. Və əsas yardım burada "Rəqabət Məcəlləsi" olmalıdır.

Azərbaycanda hal-hazırda kartel sövdələşməsi adlandırılan tendensiya müşahidə olunur. Xüsusən kompetent mənbənin xəbər verdiyinə görə, devalvasiyadan sonra xidmət sahəsində bəzi şirkətlər, demək olar ki, eyni səviyyədə qiymətləri qaldırıblar. Bununla belə, onlardan heç biri bu sahədə 35%-lik paya sahib deyil ki, mövcud olan qanunvericiliyə əsasən inhisarçı sayılsınlar. Bu da ona dövlət qurumları tərəfindən təsir göstərməyə imkan vermir.

Təbii ki, bazarda payını artırmaq və maksimal gəlir qazanmağa çalışan şirkətləri qınamaq olmaz. Lakin alınan nəticə kartel sövdələşməsi nəticəsində inhisar qiymətin müəyyənləşdirilməsi sayəsində deyil, xidmətlərin sayının artırılması, onların keyfiyyətinin yüksəldilməsi nəticəsində alınmalıdır.

Hazırda ölkədə biznesin inkişafının şərti kimi struktur islahatlarının həyata keçirilməsi tələb kimi göstərilir. Özü də, ilk baxışda bir sıra lisenziyaların aradan qaldırılması və qiymətlərin azaldılması ilə bağlı artıq addımlar atılıb. Lakin Azərbaycan bazarı öz həcminə görə kifayət qədər kiçikdir və praktiki olaraq istənilən orta müəssisə istehlak bazarında təsirli nəzarət institutu yaradılana qədər öz sahəsində inhisarçı ola bilər.

Bu arada struktur islahatları çərçivəsində Antiinhisar Siyasəti üzrə Dövlət Xidməti və Tarif Şurası, istehlakçıların hüquqlarının müdafiəsinin vahid strukturda birləşdirilməsi barədə də düşünmək olar. Artıq Rusiya da bu yolla gedir. Orada Federal Antiinhisar Xidməti və Federal Tariflər üzrə Xidmət birləşdirilib.

Birləşmiş struktur Azərbaycan İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərə bilərdi. Yeni dövlət xidmətinin əməkdaşları bazarda qiymətlərin real mənzərəsinin əldə edilməsi imkanına sahib olmalı, şirkət tərəfindən malların və xidmətlərin qiymət inhisarı və ya kartel əlavə edilməsi hallarının qarşısı alınmalı və dövlət tərəfindən tənzimlənən xidmət və malların qiymətlərinə nəzarət etməlidir.

İstənilən halda bu sahədə islahatların bütün variasiyaları Azərbaycanda real rəqabətli mühitin yaradılmasına kömək göstərə biləcək "Rəqabət Məcəlləsi"nin qəbulundan keçir.



MƏSLƏHƏT GÖR:

515