18 May 2024

Şənbə, 13:34

FUTBOLKALAR ÜZƏRİNDƏ ƏDƏBİYYAT

Azərbaycan mədəniyyətinə sevgini aşılamaq və ona necə maraq oyatmaq olar?

Müəllif:

02.02.2016

Paltar dizayneri olmaq dəbli, prestijlidir və maraqlıdır. Təbii ki, maraqlı ideyalar varsa. Son zamanlar yerli dizaynerlərin işlərinin nümayişi dəbə düşüb və adi, lakin hər zaman o qədər də maraqlı olmayan hadisəyə çevrilib. "Natavan Gallery"də "Fashion Room" adı altında tədbirlərin silsiləsi yerli dizaynerlərin yaradıcılıq inkişafı mərhələlərini izləməyə və müvafiq nəticələr çıxarmağa imkan verir.

 

Mədəniyyətin məşhurlaşdırılması

Bu dəfə futbolkaların və tunikaların eksklüziv kolleksiyası Əli Şahin tərəfindən, Baku gift house-da əl ilə işlənmiş naxışlı kreativ ayaqqabılar təqdim olundu. İlk baxışdan qeyri-adi bir şey yoxdur: sadə paltar, sadə ayaqqabı... Lakin bu ilk baxışdan belədir. İdeyanın dərinliyə getməsən. Əlinin ideyası yerli ədəbiyyatın məşhurlaşdırılmasıdır. Özü də çox sadə, lakin eyni zamanda, özünəməxsus tərzdə! Əvvəllər bu doğru fikir dizaynerlərdən birinin necə ağlına gəlməyib? Sanki bundan asan nə ola bilər - bax, burada pambıqdan məhsul, burada şəkil və ad var! Lakin bu möhtəşəm fikir ancaq Əli Şahinin ağlına gəlib. Onunla bu barədə danışmaq və bu ideyanın sonra da inkişaf edib-etməyəcəyini bilmək çox istəyirdim. Məsələn, futbolkalar və tunikalar üzərində bizim klassiklərin əsərlərindən olan süjetlərin və qəhrəman-presonajların yerləşdirilməsi versiyası şəklində? Mədəni dəyərlərin necə məşhurlaşacağını təsəvvür edirsiniz? 

Bizim gənclərdə mövcud olan məhsullara maraq və tələbat necədir! Nizami, Füzuli, Hüseyn Cavid, Səməd Vurğun, Cəfər Cabbarlı, Rəsul Rza və Nigar Rəfibəyli, Müşfiq... Klassiklərin portretləri və onların adları əvvəlcə sırf vizual, sonradan isə tamamilə maarifləndirmə xarakterdə diqqətini cəlb edir! Və artıq eşidilən söhbətlərə bənzər söhbətlər gedir: "Nigar Rəfibəyli nə yazıb? O, kimin həyat yoldaşı idi? Ah, Rəsul Rzanın? Mən heç bilmirdim...". Və dərhal sual ortaya çıxır: "Burada Natavan adı ilə futbolka yoxdur? Bəs Məshəti Gəncəvi? Məshətinin şeirləri mənə o qədər xoşuma gəlir ki!".

Bu söhbətlərdən ruhlanma, zəhlə tökməyən və estetik cəhətdən xoş olan məşhurlaşma fantaziyalarla daha da irəli getməyə imkan verdi. Belə bir tərzdə də klassik miniatüra, müasir rəssamlar və bəstəkarların yaradıcılığına da maraq oyatmaq olar! Sonra isə futbolçulara! Doğrudan da! Gəlin yada salaq, yay dövründə bizim tineycerlərin üzərində xarici ölkələrin simvolikası və şüarları olan nə qədər futbolkalar görürük? Bəzən məna mənasızlığa qədər çatır. Bəlkə də bu zarafat nöqteyi-nəzərdən məzəlidir, lakin sağlam məntiq cəhətdən elə deyil. Bizim klassiklərin üzlərinə baxmaq, onların adlarını yada salmaq və sonradan əsərlərini sadalamaq daha yaxşı və maraqlıdır. Bu, milli dəb sənayesinin inkişafına nəzərəçarpacaq töhfə ola bilər. 

Bizim məşhur yazıçıların, şairlərin, rəssamların, bəstəkarların adları olan bu futbolkalar Milanda, Londonda, Parisdə, Nyu Yorkda, Praqada, Münhendə, Varşavada, Sicilyada və Las Veqasda məmnuniyyətlə geyilsəydi lap daha xoş olardı. Axı, məsələn, Alfons Muha ya da Kafka və ya Şekspir, Ştraus, Motsartın kim olduğunu bilirik. Dünyada insanlar da Vaqif Mustafazadə, Niyazi, Hacıbəyovlar, Əzim Əzimzadənin kim olduğunu bilsinlər! Avropa məşhurlarının üzərində rəngarəng personajları əks etdirən futbolkalar necə də möhtəşəm görünərdi; məsələn, Pyer Rişarın və ya Monika Beluççinin üzərində? Onlardan hər kəs bu kimdir deyə, soruşmağa başlayacaq. Nə barədədir? Ulduzlar isə bu personajların, onların müəllifinin kim olduğu barədə suallara cavab verməli olacaqlar! Bəs əgər məşhurlar bu futbolkalarda mətbuat konfranslarında iştirak etsəydilər? Nə qədər KİV bu barədə yazardı? Bu fantaziya xoşumuza gəlir.

 

Xoş, amma vacib boş şey

Nəyə görə insanlar öz evlərini xoş, lakin məişət nöqteyi-nəzərdən funksional olmayan əşyalarla doldurmağı sevirlər? Güllərlə olan balaca dibçəklər, kuklalar, qadın bəzəkləri, çərçivələr, açıqcalar! Bütün bunlar Avropa və Koreyada hazırda yayılan kvillinq texnikasının işlərinin nəticəsidir. Kvillinq dekorativ-tətbiqi yaradıcılıq kimi bəşəriyyət tərəfindən müəyyən zaman ərzində unudulmuşdu. Lakin indi o, bizim həyatımıza qayıdır. Mövcud versiyaya görə, bu yaradıcılıq XIV əsrdə kitab səhifələrinin qalmış qızılı kəsikləri quş lələyinə dolayaraq, mozaika düzəldən Avropa keşişləri tərəfindən yaradılıb. Zəri təqlid edən cəlbedici rəsm alınırdı. Kvillinq məşhur idi və müəyyən dövrdə hətta tətbiqi yaradıcılıq kimi də nəzərdən keçirilirdi. 

Rus dilindən tərcümədə kvillinq bir qədər kobud səslənir - kağız burması. Lakin işin mahiyyətini dəqiq əks etdirir. Bu yaradıcılıq növü üçün həqiqətən də kağız zolaqları və plastik ya da metaldan hazırlanan və başlığında dəliyi olan ox lazımdır. Onun üzərinə həmin zolaqlar sarılır, sonradan da onlara lazım olan forma verilir. 

Kağız zolaqları müxtəlif rəngdə və çalarlarda və hətta ikili tonda da ola bilər. Bir neçə əsr ardıcıl bu yaradıcılıqla İngiltərə və Almaniyada zadəgan qadınlar maraqlanırdılar. Deyilənə görə, Londondakı Viktoriya və Albert muzeyində şahzadə Yelizavetanın kvillinq texnikası ilə hazırladığı bir çox işlər saxlanılır! 

Onların necə göründüyü maraqlıdır! Lakin sərgidə tətbiqi yaradıcılıq mərkəzində (Böyük Britaniya ənənəvi yaradıcılıq kral məktəbi və "İçərişəhər" tarix-mədəni dövlət qoruğu idarəsinin birgə səyləri nəticəsində yaradılan) təhsil alanlar tərəfindən təqdim olunan işlərə baxarkən, bu kompozisiyalar az sayda detallardan ibarətdir. Kvillinqin şərq ustaları isə bir süjetdə yüzlərlə kiçik detalları birləşdirərək çox mürəkkəb kompozisiyalar yaradırlar. Bu məktəbdə oxuyanların şərəfinə qeyd edilməlidir ki, onların çoxu gümüş, ağac, yarızinət daşları, batik üzrə ustalardır. 

Əl ilə işlənmiş möhtəşəm işlər var. Kiçik məktəb yaşında olan uşaqlar və tineycerlər üçün idman ayaqqabılar üzərində naxışlar... Deyəcəksiniz, bu, boş şeydir? Ola bilər. Amma uşaqlar üçün nə qədər müsbət emosiyalar və sevinc olacaq! Eyni zamanda bu, kütləvi istehsalat stereotipindən qaçmaq və uşaqlarda ayaqqabı, paltar, aksessuarlar vasitəsilə özünü ifadə etmək zövqünün formalaşmasına yardım imkanıdır. Dekorativ-tətbiqi yaradıcılıq ustaları üçün məhsulların təkcə bizim ölkəmiz çərçivəsində, eyni zamanda, onun xaricində də maraqlı olacaq yeni dizaynda məhsulların istehsalat bacarıqlarını aşılamaq üçün imkandır. Mesenatlıq məqsədilə moda yaransaydı, yaxşı olardı. O zaman yeni yaradıcılıq ideyalarının tətbiqi ilə bağlı bir çox məsələlər asan və ən əsası tez bir zamanda həll olunardı!

 



MƏSLƏHƏT GÖR:

463