19 May 2024

Bazar, 13:14

"AĞ QIZIL": MƏSƏLƏNİN QİYMƏTİ

Hökumət pambıqçılara güzəştli kreditlər və texniki dəstəyi genişləndirməklə yardım etmək niyyətindədir

Müəllif:

07.02.2016

Keçmişdə son dərəcə inkişaf edən pambıqçılıq son illər ərzində milli kənd təsərrüfatının autsayderinə çevrilib. Fermerlərin maraqlarının itməsi və hər yerdə pambıq sahələrinin azalması emal müəssisələri tərəfindən alış qiymətinin aşağı olması ilə bağlıdır. Sahənin tənəzzülünə, həmçinin pambıq sahələrinin emal xərcləri və bahalaşan işçi qüvvəsi öz töhfəsini verib. Lakin dünyada pambıq xammalının qiymətinin ehtimal edilən bir qədər artım tendensiyası, habelə hökumətin pambıqçılığa dəstəyinə dair planları, bu sahənin ikinci nəfəs qazanacağına olan ümidləri artırır. 

 

Problemli nöqtələr

Son on illikdə dünya bazarında bütövlükdə pambıq xammalının qiymətinin düşmə tendensiyası hökmranlıq edirdi. Bu isə daxili alış qiymətini nisbətən aşağı səviyyədə qalmasına səbəb olurdu. Bu amil Aran ovalığının fermerlərinin region üçün ənənəvi olan bitki-pambığın yetişdirilməsinə olan marağının itməsində əsas rol oynayıb. Fermer təsərrüfatlarının böyük əksəriyyəti pambığın sərbəst əkini, emalı və toplanması üçün texniki və maliyyə vasitələrinə malik deyillər. Son illər bu sahə fermerlərə avans hesabına texnika və zəruri materiallar - toxumlar, yanacaq, gübrə və pestisidlər, habelə faizsiz kredit təqdim edən emal müəssisələrinin köməyi sayəsində dururdu. Fermerlər müqavilə imzaladıqları şirkətlərə topladıqları məhsulları müəyyən edilmiş qiymətlər əsasında verərək hesablaşırdılar. Heç də bazara uyğun olmayan bu sxem 1995-2007-ci illərdə nisbətən səmərəli idi. Lakin əsas enerji daşıyıcılarının, suyun bahalaşması nəticəsində və nisbətən işçi qüvvəsinin bahalaşması enerjitutumlu pambıqçılıqda işin maya dəyərinin elə artmasına səbəb oldu ki, emalçıların kredit hesabına onları ödəmək və müəyyən gəlir əldə etmələri həmişə mümkün olmurdu. 

Ona görə də Aran regionun əksər fermerləri öz sahələrini başqa bitki növləri ilə - pambıqla müqayisədə böyük gəlir gətirən taxıl, şəkər çuğunduru, qarayonca, yonca əkilməsinə üstünlük verdilər. 

Bu prosesi on illiyin müqayisəli statistikası daha aydın şəkildə təsvir edir. Belə ki, nümunə olaraq 2005-ci ildə pambıq əkilən sahələr 112 min hektarı ötürdü, toplanan məhsul isə 197 min tondan az deyildi. Maraqlıdır ki, növbəti dövrdə bu göstəricini üstələmək mümkün olmadı, əksinə pambıq əkilən sahələr hər il azalırdı və müvafiq olaraq məhsulun həcmi də aşağı düşürdü. Nəticədə, 2015-ci ildə pambıq əkilən sahələr 18,8 min ha azaldı. Məhsulun həcmi isə 35 min tona güclə çatırdı. Bu, 2014-cü ildən olduqca, 14,6% azdır və 2010-cü ildən ən aşağı pambıq göstəricisi hesab olunur. 

Kəndlilərin pambıqçılığa olan maraqlarını bərpa etmək əsasən ötən illər ərzində, demək olar ki, pambığın heç dəyişməyən alış qiymətinin nisbətən ucuz olması ilə əlaqədar mümkün olmurdu. Belə ki, on ildən bir qədər əvvəl təmizləyici fabriklər birinci növ xammalın kiloqramını 0,3 manata alırdılarsa, bu gün bu qiymətlər kiloqramına görə 0,36 manatdan (dördüncü növ pambıq xammalı) 0,42 (birinci növ) manata qədər dəyişir. Aydındır ki, bu gün belə qiymətlər aqrar istehsalatda xərclərin artması ilə əlaqədar fermerləri qane etmir.

 

Kredit stimulu

Pambıqçılığın problemləri və sahənin böhrandan çıxarılma yolları regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan bu yaxınlardakı konfransın gedişi zamanı müzakirə mövzusu olub. Əsasən, İqtisadiyyat Nazirliyi məlumat verib ki, hökumət sahənin inkişafının əlavə dəstəklənməsi üzrə fəaliyyət planı hazırlayır. Belə ki, bu sahədə fəaliyyət göstərən pambıqçılıq fermer təsərrüfatlarına toxum və gübrələrin alınması, aqro-texniki işlərin görülməsi üçün maliyyə dəstəyi göstəriləcək. Dövlət maliyyə və texniki dəstəyi "Aqrolizinq" və Sahibkarlığa Yardım Milli Fondu (SYMF) vasitəsilə reallaşdırılacaq. 

Fermer və emaledici müəssisələrə verilən kreditlərin həcminin və ödəniş vaxtının artırılması ehtimal edilir. Daha doğrusu, fermerlərə kreditlər nisbətən uzun müddətə - üç və daha artıq illər üçün veriləcək. Bu, səpindən son məhsulun yığımına qədər dövrü əhatə edəcək, xərclənməyən məhsulun bir hissəsi isə növbəti ilə işlədiləcək. İqtisadiyyat Nazirliyində qeyd ediblər ki, pambıqçılıq sahəsinə əvvəllər də kredit verilirdi, lakin bundan sonra maliyyənin həcmi nəzərəçarpacaq dərəcədə artacaq. Kreditin həcminin emaledici müəssisələr üçün arıtılması ehtimal edilir: ucuz və uzunmüddətli kreditlər şirkətlərə emal xərclərini azaltmağa imkan verəcək, vəsaitlərin bir hissəsini isə məhsulun yığımı zamanı fermerlərin xərclərinə yönəldiləcək. Bu cür təcrübə artıq uzun illərdir mövcuddur, lakin əgər əvvəllər müəssisələr fermerlərin xərclərinin, orta hesabla, üçdə birini ödəyirdisə, kreditləşmə sistemindəki dəyişikliklər fabriklərə məhsulun iri həcminə dair müqavilə imzalayaraq, əvvəlcədən pambıqçıların xərclərinin böyük hissəsini ödəməyə imkan verir. Hökumətdə hesab edirlər ki, sahənin maliyyələşdirilməsinin yaxşılaşması fermerlər və emalediciləri pambıq əkilən sahələri artırmağa və istehsalat xərclərini azaltmağa stimullaşdıracaq.  

Çox güman ki, hökumətin səylərinə pambıq istehsalında çalışan iri şirkətlər biganə qalmayıb. Belə ki, bu yaxınlarda " "CTS AQRO" MMC 2016-cı ildə ölkənin 14 rayonunda 12 min ha sahədə pambıq əkini üçün planlarını açıqlayıb. "Aqrarkredit" bank olmayan kredit təşkilatının maliyyə dəstəyi ilə "CTS-AQRO" MMC pambıq becərən fermerlərə illik 6% dərəcəsi ilə güzəştli avans krediti təqdim olunacaq. Bundan başqa, yüksək keyfiyyətli pambıq təhvil verən, borcunu vaxtında ödəyən, pambığın çox hissəsini 2016-cı ilin sentyabr-oktyabr aylarında yığıb təhvil verən və məhsuldarlıq göstəricisi hər hektar üçün 20 sentnerdən yüksək olan fermerlər üçün mükafat nəzərdə tutulub. Fermerlərə hər ton xam pambığa görə 15 manatdan 50 manatadək əlavə məbləğ veriləcək və məhsuldarlıq artacağı təqdirdə, 21 s/ha-dan 45 s/ha qədər proporsional surətdə artırılacaq. 

 

Əməyi qiymətləndirmək

Emaledici şirkətlərin bu cür təşəbbüsləri son dərəcə vacibdir, çünki aşağı səmərəlilik və məhsuldarlığın aşağı olması - milli pambıqçılığın daha aktual problemlərindəndir. Ötən il Azərbaycanda orta məhsuldarlıq 18,7 ha/s təşkil edib ki, bu da - pambıq yetişdirilən dünyanın mərkəzlərinin ABŞ, Hindistan, Pakistan, Mərkəzi Asiya dövlətlərinin göstəricilərindən iki dəfə aşağıdır. Müqayisə üçün - 2014-cü ildə ancaq Yevlax və Bərdə rayonlarında nisbətən yüksək pambıq məhsulu - 34,1 və 30,7 s/ha təmin etmək mümkün olub. 

Bu dərəcədə kəskin fərq təəccübləndirici deyil, çünki pambıqçılıq kənd təsərrüfatının kifayət qədər xərc tələb edən sahəsidir. Məhsuldarlığın artırılması üçün sahələrin su təchizatının yaxşılaşdırılması, zəruri həcmdə pestisidlərin, gübrələrin tədarükünü təmin etmək, habelə əlavə yığım texnikası almaq tələb olunur. Bu isə hazırda bahalaşan əl əməyinin payının azalmasına kömək edəcək.

Seleksiya işlərini də aparmaq az əhəmiyyət kəsb etməyən məsələlərdəndir. Belə ki, bu gün sahələrdə əsasən yerli pambıq növləri - "AzNİXİ-195", "Gəncə -8", "Gəncə - 217" və s. əkilir, xarici çeşidlərdən isə "Ak Kızıl" genişləndirilib. Yerli seleksionerlərin yaratdıqları bitkilərin vegetasiya dövrü, təxminən, 105 gün təşkil edir, xarici növlərin yetişmə dövrü isə 160 günü ötür. Pambıqçı daha gec yetişən xarici çeşidləri tez-tez yağan payız yağışları dövründə keyfiyyətinin itirilməsi ilə böyük riskə məruz qalır. Müvafiq olaraq seleksiya ilə məşğul olan strukturları xaricdən gətirilən daha məhsuldar, quraqlığa və xəstəliklərə davamlı növlərin rayonlaşdırılması üzrə işləri, əkin və qulluq, pambığın yetişmə vaxtını azaldan metodologiyanın hazırlanmasına dair səylərini artırmalıdır. 

Eyni zamanda sahənin inkişafını ləngidən əsas maneə - pambıq xammalının ucuz alış qiymətini təhlil etmək lazımdır. Bu problem bu yaxınlarda keçən regional konfrans sessiyasının gedişi zamanı fermerlər tərəfindən səsləndirilib. Bu gün hökumət bu məsələnin həlli yollarını nəzərdən keçirir. "Xammal əldə edən yerli şirkətlər pambığın dünya üzrə qiymətlərindəki dəyişiklikləri və alış qiymətlərinin yaranması zamanı manatın devalvasiya amilini nəzərə almalıdırlar. Bununla əlaqədar olaraq, fermerlərin aldıqları pambıq xammalının tariflərini optimallaşdırmaq məqsədilə biz emaledici müəssisələrimizlə danışıqlar aparırıq", - deyə "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" adlı konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. 

Tamamilə aydındır ki, alış qiyməti ilə bağlı məsələ son zamanlar xammalın qiymətinin daimi artım tendensiyası yaranan dünya bazarlarındakı vəziyyətlə birbaşa bağlıdır. Məsələn, 2015-ci ildə pambığın dünya qiyməti 2,6% artıb və dekabrın sonuna 62,96 funt təşkil edib. Müşahidə edilən tendensiya cüzi olsa da, bu trend, bazarın azalmaya doğru hərəkət edən son illərin vəziyyətindən köklü surətdə dəyişir. Yaxın aylarda dünya qiymətlərinə pambığın iri istehsalçısı və istehlakçısı Çinin iqtisadi vəziyyəti təsir göstərəcək. 2016-cı ilin proqnozları xüsusi ümidlər doğurur: iri istehsalçılar - Hindistanın, ABŞ-ın və Pakistanın 2014-cü ildən pambıq istehsalının azalması müşahidə edilir. Bu nəzərə alınaraq, bazarın amerikalı nizamlayıcısı USDA dekabrda 2015/ 2016-cı mövsüm üçün dünya istehsalına dair proqnozu 112 mln. pambıq tayından 103,7 mln. pambıq tayına salıb. Bir sıra ekspertlər hesab edirlər ki, istehsalın və xammalın anbar ehtiyatlarının azalması artıq cari ilin ortalarına doğru pambıq lifinin birja qiymətlərinin artmasına təsir edəcək. Pambığın dünya qiymətlərinin kifayət qədər nəzərəçarpacaq olacağını və bunun da yerli emalçılara daxili alış qiymətini qaldırmağa imkan verəcəyinə ümid etmək qalır. 

Digər mühüm istiqamət fermer və emalçıların qapalı zəncir yaradılması yolu ilə - pambıq sahəsindən son məhsula kimi dünya qiymətlərinin dəyişməsi ilə bağlı asılılığın azalması olmalıdır. Bu isə sahəni, sözsüz, yüksək rentabelli edəcək. Bu proses çox asta olsa da, gedir. Əgər bir neçə il əvvəl yerli təmizləyici fabriklərin ixracının əsas hissəsini pambıq xammalı tuturdusa, bu gün ölkədə pambıq xammalından tutmuş hazır pambıq sap və parçalara qədər emalın yeni sikli yaradılır. Bir sıra yerli şirkətlərin təşəbbüsü ilə Bakı və Saatlı rayonunda tekstil fabrikləri tikilib. Bu yaxınlarda isə Sumqayıtda tekstil parkı və tikiş fabriki istifadəyə verilib. 

Bu cür tədbirlər son dərəcə mühümdür, pambıq xammalının ixracından fərqli olaraq yüksək əlavə dəyərli məhsulun - pambıq iplik, parça və hazır məmulatların satışının gəlirinin normasını dəfələrlə artıra bilər.


MƏSLƏHƏT GÖR:

412