4 May 2024

Şənbə, 09:16

TEATRDAN-FOYEYƏ

Rus Dram Teatrının eksperimentləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb

Müəllif:

16.02.2016

Rus Dram Teatrında aktyorun tamaşa zamanı tamaşaçı ilə ünsiyyətinin yeni üsulu yaradılıb. Əslində, öz-özlüyündə bu üsul o qədər də yeni deyil, lakin bu, teatr üçün bir eksperimentdir. 

Bunun mənası da aktyorla tamaşaçı arasında rampanın ayırıcı xəttini nəinki vizual, eyni zamanda, emosional cəhətdən aradan qaldırmaqdan ibarətdir - bir növ, otaq teatr çərçivəsində hadisənin strukturu. Aktyor tamaşaçı ilə üz-üzə qalır və bu məqam da hər şeydən mühümdür. Burada hər şey insan emosiyalarının maksimal həddindədir: hisslər, münasibətlər, qarşılıqlı əlaqələr. Özü də nəinki aktyorlar-tərəfdaşlar arasında, eyni zamanda, aktyorlarla və tamaşaçılar arasında da. Səhnədə cərəyan edənlərin hamısı tamaşaçıya o qədər yaxın baş verir ki, onların hər biri nəinki hadisələrin şahidi, eyni zamanda, iştirakçısı olur, sanki tamaşaçı da hadisədə iştirak edən səssiz personajdır. O da fəal şəkildə iştirak edən şəxsdir. Aktyorların və tamaşaçıların bax, elə bu drayvda da nasir Semyon Zlotnikovun pyesi ərasında "Ər arvadı tərk edirdi" tamaşası nümayiş olunub. Tamaşaçının əli çata biləcəyi məsafədə nümayiş olunan tamaşa ər-arvad tərəfindən (əsl həyatda da ər-arvad olan - müəllif) elə bu dəqiqə və burada şahid-tamaşaçı gözü qarşısında hadisənin onlayn şəklində reallaşdığı təəssüratını çatdıran canlı hekayəsinə çevrilib.

Xalq Artisti Yuri Balıyev və əməkdar artist Natalya Balıyeva bu hadisəni o qədər emosional olaraq həqiqi və doğru canlandırıblar ki, hadisənin ən gərgin anlarında, ər-arvad arasında ehtiraslar son həddə çatarkən, bəzi tamaşaçılarda bu münasibətlərə qarışmaq və gərgin vəziyyətdə onlara yardım etmək istəyi yaranırdı.

 

İntriqa gözləntisində

Bundan əvvəl tamaşa artistlərin yubileyi üçün buraxılıb və böyük səhnədə nümayiş olunub. Artıq sonradan teatrın direktoru Ədalət Hacıyev onu foyeyə keçirməyi təklif edib. İdeya mahiyyətcə avantüradan ibarətdir. Bu teatrda belə heç vaxt etməyiblər. Lakin eksperiment o qədər uğurlu olub ki, artıq digər kamera tamaşalar da foyeyə köçürüləcək. Və artıq fevralın 25-də orada yazıçı Elçinin "Cəhənnəmin kirayəçiləri" pyesi əsasında tamaşa nümayiş etdiriləcək. Hekayə bir qədər mistik və qorxuludur, ona görə də qarşılarına başı kəsilmiş cəsəd çıxan zaman tamaşaçıların özünü necə aparacağı məlum deyil. 

Elə bu da hadisələrə intriqa qatır. Mistik triller janrında oynanılan tamaşa, çox güman ki, bəzi tamaşaçılara nəinki drayv əlavə edər, eyni zamanda, onlara aktyorların oyununun yaxınlığı ilə təkrarolunmaz hisslər yaşamağa məcbur edəcək. Bu tamaşada isə təcrübəli peşəkarlar ansamblı iştirak edir: Xalq Artistləri Yuri Balıyev və Səfa Mirzəhəsənov, Əməkdar artist Mələk Abbaszadə və teatrın gənc aktyorları.

 

Tamaşaçı ilə ünsiyyət

Lakin bu, Rus Dram Teatrında teatr mövsümüdə tətbiq olunan yeganə yenilik deyil; məsələn, bu həftəsonu "Məhəbbətlə zarafat etməzlər" tamaşası nümayiş olundu. Kalderonun pyesi XVII əsrdə yazılıb, lakin müasir həyatın hekayəsi kimi reallaşdırılıb. Tamaşa uğurla artıq üç ildir gedir və teatr tamaşaçıya təkliflə müraciət edib: tamaşaya baxandan sonra, istənilən hər kəs səhnədə gördüklərinin müzakirəsi üçün qala bilər. Teatrda bunu açıq dialoq adlandırırdılar. Bu, son 25 il ərzində ilk dəfə həyata keçirilib və quruluşçulardan heç biri tamaşaçının bu təklifinə nə cavab verib-verməyəcəyini bilmirdi. 

Lakin pərdələr çəkiləndə və alqışlar sakitləşəndə zaldan bir nəfər də çıxmadı! 16-70 yaş arası tamaşaçıya hər şey maraqlı idi: teatr necə yaşayır, tamaşaçıya yeni nə təklif edir və s. Onlar məhəbbət və onun qarşısında məsuliyyət, qorxu və sevmək və sevilmək arzusu barədə gözəl müasir hekayəni canlandıran aktyorları sevdiklərini etiraf edirdilər. Bir sözlə, nə aktyorlar, nə də tamaşaçılar getmək istəyirdilər. Tamaşaçılar teatr rəhbərliyindən bu ideyanın həyatını uzatmağı xahişini ediblər. Yəni, bunu tamaşaçılarla iş praktikasında saxlamağı. 

Rəhbərlik ünsiyyətin bu növünü foyedə kamera tədbirlərinə köçürmək qərarına gəlib. Çünki kütləvi bir-birindən ayrılma dövründə insanlara birlik hissi lazımdır. Heç olmasa, tamaşanın getdiyi saatlarda və onun müzakirəsində. Və təkcə insanların aktyorları şəxsiyyət kimi daha çox tanınmağa başladıqlarına və oynanılan obrazın çərçivələrinə görə deyil, bu çərçivələrin kənarına görə. Ona görə ki, bu ünsiyyət prosesində tanıma sevincindən daha da yüksək olan bir şey yaranır. Bu hisslər də qohumluq hisslərinə oxşayır. Axı, qohumluq hissi çox vacibdir. O, sevinc və əminlik hissini yaradır. Sonda, aktyorlardan ayrılmaq istəməyən tamaşaçılar onlarla selfi çəkdilər! Ona görə də teatrda artistik foyesində daha bir bədii-kamera görüşlərinin keçirilməsi ideyası nəzərdən keçirilir. Bəlkə də bu, yaradıcı və ya şairanə gecələr, bəlkə də artistlərin paralel yaradıcılığına həsr olunan gecələri olacaq. Kimsə şeir yazır, kimsə rəsm çəkir; kimsə rəqslə məşğul olur və s. Ola bilsin, bu vəziyyətlərdən tamaşaçıların aktyorların həyatının digər tərəfləri barədə daha çox bilməsinə kömək edəcək yeni layihə yaranar. Birbaşa səhnə ilə bağlı olmayan yaradıcı həyatları barədə bilmək. Teatrın bu mövsümdə yaxın gələcək üçün bax, belə planları var. Və bu, onun öz tamaşaçılarına təqdim etmək istədiyi yeganə şey deyil...



MƏSLƏHƏT GÖR:

460