3 May 2024

Cümə, 22:10

PİTERLİLƏRİN TƏLƏBKAR ZÖVQÜNƏ UYĞUN OLARAQ...

Rus Dram Teatrı MDB və Baltikyanı ölkələrin Teatr festivalında Azərbaycanı təmsil edib

Müəllif:

15.04.2016

"Rusiyada görüş" XVIII MDB və Baltikyanı ölkələrin Teatr festivalında iştirak edən Rus Dram Teatrının kollektivi Sankt-Peterburqdan qayıdıb. Yeddiillik fasilədən sonra, teatr piterli tamaşaçılar və müasir teatr incəsənətinin ekspertləri üçün Anna Potapkinanın Kalderonun "Sevgi ilə zarafat etməzlər" pyesi əsasında tamaşanı təqdim edib. Bu il festivalın formatı həmişəkindən kiçik olduğundan, 15 təmsilçinin yerinə, yalnız Azərbaycan, Belarus, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Estoniyanın teatr kollektivi qatılıb. Lakin festivalın proqramı gənc teatr aktyorları üçün səhnə nitqi üzrə ustad dərsləri və bir sıra digər vacib tədbirlər sayəsində sıxlaşdırılıb. Bu, Piterin KİV üçün konfranslar, A.Q.Tovstoqanovun xatirəsinə memorial lövhənin qurulması, RF-in Mədəniyyət və Turizm nazirinin müavini Aleksandr Juravski ilə görüşlər, Parlament Assambleyasında görüşlər, RF Mədəniyyət və Turizm Nazirliyinin, RF Teatr Xadimləri İttifaqının nümayəndələri, MDB Parlamentlərarası Assambleyasının mədəniyyət üzrə katibi Konstantin Pşenko, RF Dövlət Dumasının deputatı Yelena Drapenkonun iştirakı ilə Aktyorlar binasının Kareliya qonaq otağında "dairəvi masa"nın keçirilməsi və festival iştirakçıları olan teatrların gündəlik təqdimatlarıdır. 

 

Turizm və mədəniyyət

Rus Dram Teatrında düşünüblər ki, Rusiya və Azərbaycan qarşılıqlı əlaqələri təkcə mədəniyyət sahəsində deyil, həmçinin turizm sahəsində də inkişafı baxımından, ümummilli teatr mədəniyyətinin bir hissəsi olaraq, teatr tarixinin göstərildiyi videoçarxın nümayişi kifayət qədər məqsədəuyğun olar. Bu çarxda, həmçinin 9 iqlim qurşağının qovuşduğu, sayı-hesabı olmayan memarlıq abidələri və milli peşələrin olduğu ölkənin turizm marşrutlarının cazibədarlığı da göstərilib. Daha sonra tədbirə gələn piterlilərin qarşısına giriş sözü və Azərbaycandakı multikulturalizm barədə nitqlə videoekran vasitəsilə teatrın baş rejissoru Aleksandr Şarovski müraciət edib. Bakı teatrı və Piter tamaşaçı arasındakı dialoq etimadlı və maraqlı alınıb. Tamaşaçılar teatr və rusiyalılar arasında məşhur olan Azərbaycanın "Naftalan" sanatoriyası barədə suallar verirdilər. Tamaşanın başlamasından iki dəqiqə əvvəl, bu dialoqun iştirakçıları "Baltik evi" teatrının Kiçik səhnəsinin tamaşaçı zalına doğru getməyə başladılar. Zal dolu idi. Təşkilatçılar, hətta hər iki keçidə əlavə stullar qoymağa məcbur oldular. Odur ki, səhnə mizanının tamaşaçı zalından keçməsi ilə bağlı olan aktyorlar tamaşa zamanı kiminsə ayağını tapdalamaq risqi ilə hərəkət etməli oldular. Bakıdan olan nümayəndə heyəti üçün tamaşaçılar arasında həmişə teatrın fəaliyyətinə diqqət yetirən MDB PAA Şurası Baş katibinin müavini - Azərbaycan Milli Məclisinin nümayəndəsi Aydın Cəfərovun olması xüsusilə xoş idi.

 

Peşəkar maraqlar

Bundan sonra Moskvanın, Sankt-Peterbuqun və Estoniyanın teatr tənqidçiləri ilə təmsil olunan ekspertlər qrupu tamaşanı təhlil edərək, belə bir qənaətə gəldilər ki, bəzi rejissor çatışmazlıqları ilə teatrın aktyorları - Oleq Əmirbəyov, Yeganə Hüseynli, Mariya Dubovitskaya, Natəvan Hacıyeva, Maqsud Məmmədov, Murad Məmmədov, Tima Rəhimov - peşəkarlıq cəhətdən maraqlıdırlar, emosional olaraq inandırıcı, gözəl və cəlbedicidirlər. Sonuncu qiymətləndirmə ən gözlənilməz idi, çünki əvvəllər bu cür hallar olmurdu. Bundan başqa, ekspertlər teatrda daha gənc aktyorların olması və onların sayı ilə maraqlanıblar. Gələn il festivala, lakin bu dəfə mütləq gənc və daha da geniş nümayəndə heyəti ilə mütləq gəlmək təklif edilib. Onlar 25-35 yaşarası olan truppanın bütün cavan tərkibinin peşəkar potensialının nə qədər yüksək olduğunu anlamaq istəyirlər.

 

Təşkilatçıların qiymətləndirilməsi

Lakin festivalda iştirakın tamamlayıcı akkordu festival günləri çərçivəsində Peterburqun mədəniyyət və incəsənət gözəlliyini qlamur fasaddan deyil, daxildən anlamağı; Axmatovanın və Brodskinin poetik sətirlərinin müdrikliyini duymağı, zirzəmilərdə, damlarda, gizli məhəllələr kimi gözlənilməz yerlərdə baş tutan çəkilişlərdə iştirak etməyi öyrənən aktyorlarımız Murad Məmmədova və Yeganə Hüseynliyə diplomların verilməsi oldu. Festivalın bədii direktoru Mariya Aronovna Belyayevanın Yeganə və Muradın ünvanına səsləndirdiyi sözlər xüsusilə riqqətli olub. O deyib ki, heç vaxt Brodskinin poeziyasının bu cür qeyri-adi interpretasiyasını və Axmatovanın bu cür iztirablı-ehtiraslı izahatına yanaşmanı görməyib. Həmçinin, onun fikrincə, aktyorlar nəinki gözəl, həmçinin kinogenikdirlər. Çünki aktyorlarımızın şeirlər üzərində iş prosesində iştirak etdiyi çəkilişlər bunu təsdiq edir və onun fikrincə, onlar üçün böyük kinoya yol açır. 

 

Sözardı

Festival işini bitirib. Qarşıda çoxlu iş var. Orada isə aprelin bu bir neçə günü ərzində yeni dostlar, coşqun tamaşaçılar barədə xoş xatirələr və bizim professional cəhətdən da-yanıqlı, emosional cəhətdən hərəkətli və nəinki öz, həmçinin piterli tamaşaçı üçün maraqlı olmasında əminlik var.



MƏSLƏHƏT GÖR:

460