7 May 2024

Çərşənbə axşamı, 16:00

KERAMİKAÇININ EVİNDƏ

Rəssam Mir Teymurun qonağı olarkən, Azərbaycanın dulusçuluq sənəti dünyasını özün üçün kəşf edə bilərsən

Müəllif:

01.05.2016

Ətrafımızdakı xırda, amma incə məqamlar barədə emosional yaddaşı olan - oyuncaqlar, digər əşyalar, hətta hisslər, qoxular, şirniyyatların dadı, böyüklər üçün köhnə fotolar və eləcə də qəhrəman olmaq arzuları lap uşaqlığımızdan bizimlə birgə gəlir. Mir Teymur Məmmədov Bakıda müharibədənsonrakı ilk illərdə doğulub. Onun uşaqlığı "hər kəs bir nəfər kimi" prinsipinin - xüsusi mentallığı formalaşdıran çoxmilliyyətli mədəniyyətlərin və etiqadların müxtəlifliyinə tolerant münasibət bəsləyən şəxsiyyəti - insanı yaradan həmin ideoloji quruluşun təzahürü olan dövrlə üst-üstə düşüb. Amma bunun hamısı məktəbdə və ali təhsil müəssisəsində olur. Evdə isə öz mədəniyyətinin, əcdadlarının təcrübəsi, öz xalqının ənənələrinə ehtiyatlı yanaşma və digər xalqların mədəniyyətlərinə hörmətin köklü əsasları durur.

 

Namus məcəlləsi ilə

Nənə - istənilən Azərbaycan ailəsində əsas təməldir. O, nəslin müqəddəs ruhunun, ailə ocağının qoruyucusu, dost, tərbiyəçi və müəllimdir. Xoşbəxt və qayğısız uşaqlığımızda sözsüz və tam olaraq etibar etdiyimiz insandır. Mir Teymurun nənəsi Nərgiz xanım Gəncinski nəslindəndir. Onun dünyaya gəlməsindən çox öncə, dünyaya oğlanın, oğlan nəvəsinin gələcəyini hiss edərək, Seyid nəslinin ənənələrinə əsasən, İçərişəhərdə bir neçə evini dövlətin xeyrinə hədiyyə verməklə, qurban deyib. O, Mir Teymurun dünyaya gəlməsindən bir neçə il əvvəl bilirdi ki, bu dünyaya məhz kim gəlməlidir. Və yanılmadı. Nənənin güclü xarakteri, oğlanın tərbiyəsinə prinsipial baxışları, nəslin namus məcəlləsinin anlayışı var idi və "vətən" anlayışına daxil olan hər şeyə sonsuz məhəbbətə malikdir. Bununla belə, bu cür sözləri o, heç vaxt deməzdi. Sadəcə, əcdadların qanunlarına hörmət edərək və qoruyaraq yaşayırdı. Mir Teymurun 6 yaşı olanda o, bir dəfə necəsə evə gəlib və mühafizə iti kimi ulayıb. Ulayırdı, çünki onu küçədəki uşaq döymüşdü. Nənə qapını açıb, göz yaşlarının səbəbini öyrəndikdə, uşağı evinə buraxmayıb. O gedib, bu problemi özü - kənar müdaxilə olmadan həll etməli idi. Onu incidən oğlanın yanına gedib, məsələni həll etməkdən başqa yolu yox idi. Evə qan içində gəlmişdi. Nənə dinməz ona baxıb və evə buraxıb. Həmin andan bəri o anlayıb ki, bütün problemləri kiminsə üstünə atmadan, özü həll etməlidir. 

Bu, o böyüyərkən Əzim Əzimzadə adına İncəsənət Məktəbini bitirdiyi və Leninqradda, Vera Muxina adına İncəsənət-Sənaye Məktəbində oxumaq istəyi ilə bağlı mövqe üzərində dayanmağa kömək edən universitetlər idi. Hərçənd ailəsi buna qarşı idi. Qadağa, əsasən, dayısı, Bakıda məşhur hərbi cərrah, sonradan isə neyrocərrah olan Hacıağa Həsənov tərəfindən gəlmişdi. O, hesab edirdi ki, isti cənub günəşi altında böyüyən insanlar üçün Leninqradın iqlimi, sadəcə, ölüm olacaq, çünki məhz azərbaycanlılar daha çox orada vərəmə yoluxurdular. Lakin Mir Teymur ancaq Leninqradda oxumaq istəyirdi!

"Dörd yaşından markalar yığırdım. Elə alınmışdı ki, Leninqradın görüntüləri ilə markalar kolleksiyamda çoxluq təşkil edirdi. Bütün bu görüntülər məni valeh edirdi və nədənsə, mənə elə gəlirdi ki, məhz orada oxumalıyam!".

Nənənin kişi xarakterini tərbiyə edən dərsləri hədər getməyib. O, bu məsələnin həllində həsəd oyadan inadlıq və sarsılmazlıq nümayiş etdirib. Son-ra isə asanlıqla Muxina adına məktəbin "Memarlıq layihələndirmə və işləmə" fakültəsinə daxil olub. Bütün boş vaxtlarında Saltıkov-Şedrin kitabxanasında oturan və arxiv sənədlərə xüsusi çıxış hüquqa malik olan (inanılmaz hal!) kifayət qədər uğurlu tələbəni tədris zamanı daha bir ideya cəlb edir. Belə xarakter və daim təkmilləşməyə olan niyyəti ilə təkcə bir Muxina məktəbi bəs etmirdi. Nikolay Çerkasov adına teatr, musiqi və kinematoqrafiya institutuna daxil olmaq ideyasının necə yarandığı məlum deyildi. Lakin güman etmək olar ki, bu, müvafiq məkanın bədii dəyişmə, ideya-quruluş fikrinin bədii obraz vasitəsilə ifadə edilməsi işinə marağı nəticəsində yaranıb. Bu isə təsviri janrda konseptual incəsənətə oxşardır. Halbuki... Bu, sadəcə, özünütəkmilləşdirmə prosesinə qanunauyğun maraq və sevgi ola bilərdi. LDTMKİ-nin "Bədii quruluş" fakültəsi bu cür imkanı verirdi, həm də Muxina adına məktəbdən uzaq deyildi. Hər şey çox yaxşı gedirdi, bir ali təhsil müəssisəsinin uğurlu məzunu tezliklə başqa müəssisənin tələbəsi oldu.

 

Keramikanın qədim ənənələri

Şimal paytaxtında həyatının 10 ili tez keçib və Mir Teymur Məmmədov evə qayıdıb. Onu Bakı, ailəsi, İçərişəhər, yaratmaq, araşdırmaq, Vətənə xidmət etmək və Odlar Yurdunun şöhrətini qorumaq və zənginləşdirmək arzusu gözləyirdi. Və artıq 45 ildir o, günbəgün bu ideyaya xidmət edir. O, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçılar İttifaqının üzvü, Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvü, keramika üzrə beynəlxalq simpoziumun laureatı, "Humay" milli mükafatının laureatı olub, "Dünya keramikaçıları" beynəlxalq kataloquna daxil edilib, 56 qrup sərgilərin iştirakçısıdır, 19 fərdi sərginin təşkilatçısı olub. O, tarix, etnoqrafiya, diyarşünaslıq üzrə 1500-dən çox elmi, publisist məqalənin müəllifidir. 2006-cı ildə rəssam "Dünya səfiri" adına layiq görülüb.

Mir Teymurun tabe olmayan ruhu, Vətənin qədim mədəniyyətinə olan sev-gisi, bütün dünyaya Odlar Yurdunun unikal xüsusiyyətləri barədə danışmaq istəyi bəzən ona gətirir ki, ölkədəki alimlərin diqqət yetirmədiyi onun araşdırma məqalələri Amerika Konqresinin informasiya vasitələrində çıxır. Çox vaxt onlar sonradan başqalarının adları altında çap edilir. Rəssamı işlərin bu cür gedişatı təəccübləndirir. Aydındır ki, XXI əsrdə arsızlıq özünün ən yüksək həddinə çatıb və plagiatlıq artıq ədəbsiz və utandırıcı hal deyil, lakin heç də hər kəs buna bir varlıq kimi öyrəşə bilmir. Lakin Mir Teymur hesab edir ki, onun Vətəni barədə informasiyanın yayılmasının bu qeyri-etik üsulu da yaxşıdır, çünki ümumiyyətlə, etnosun unikallığı və xüsusilə Azərbaycanda tətbiqi incəsənətin inkişafı barədə danışmağa imkan verir. Çünki Azərbaycan keramikası qədim tarixi köklərə malikdir. Bu tətbiqi incəsənət növünün məktəbi isə həqiqətən unikaldır. Ona görə Mir Teymuru və onun şagirdlərini keramika üzrə simpoziumlarda iştirak etmək üçün tez-tez xaricə dəvət edirlər. Belarus, Moldova, Qazaxıstan, ABŞ... Onları hər yerdə gözləyirlər. Bizim keramika məktəbi hər yerdə maraqlıdır. Amma bizim ölkədə, nədənsə, o qədər də maraqlı deyil. Bu, anlaşılan deyil və hətta qəribədir. Çünki bizim gilin bu cür müxtəlifliyi və yuxarıda qeyd olunan ölkələr ilə müqayisədə burada beynəlxalq miqyasda simpoziumların və ustad dərslərin keçirilməsi üçün o qədər imkanlar var ki. "Dünyada gil palitrasının 128 növü var. Bizdə isə ərazimizdə bu palitranın 98-i var! Gilin rəngi onun tərkibindəki dəmir oksidlərindən asılıdır. Bizdə gilin rəngi ağdan şokoladdan qəhvəyi rəngə qədər seçilir. Qədimdən bizim gilimiz ticarət və ixrac mənbəyi olub. Gilimiz, həmçinin unikal tibbi xüsusiyyətlərə də malikdir. Tərkibinə görə ağ gil (bentonit) unikaldır. O, neft hasilatından sonra yaranan boşluqlara amansızca doldurulur. Biz nefti hasil edirik, amma "ağ qızıl"ı - ağ gili itiririk. Proses artıq geridönülməz olub", - deyə Mir Teymur bildirir.

Tur Heyerdalın araşdırmaları yada düşür. O, təsdiq edib ki, qədim Azərbaycanın ərazisi həmişə vanlıları, farsları və digər qəbilələri həm unikal gil, həm dəmir, həm də xalçaçılıqla zən-gin olduğuna görə cəlb edirdi. Ona görə də rəssam əliboş oturmur.

Hacınskinin (ana tərəfindən) nəticəsi nə peşəsində, nə də ictimai hə-yatda əliboş otura bilir. Ona görə də Mədəniyyət və Turizm Nazirliyinin ideya dəstəyini alaraq, rəssam Mir Teymur Məmmədov ilk dəfə duet-simpozium keçirib və birgə incəsənət üçün Qazaxıstandan həmkarı Artyom Qorislavtsı dəvət edib. Keramikanın iki məktəbi - Azərbaycan və Qazaxıstan məktəblərinin praktiki əməkdaşlığının nəticəsi kimi olan ekspozisiya. Gündəlik birgə sənətin prosesini fotohesabat kimi, "Facebook"da yerləşdirirdilər. Bu, baş verənlərə canlı maraq oyadır. Artıq indi keramikaçı İsraildən olan rəssamın ərizəsi əsasında ikinci duet-simpoziuma hazırlaşır. Və birinci beynəlxalq duet-simpoziumun hər iki rəssamı da inanır ki, bu, yeganə olma-yacaq. Simpozium isə digər format qazanacaq. Böyük tətbiqi forumun formatını.

"Məni Mir Teymurun "Facebook"da gördüyüm işləri cəlb etdi. Bu barədə ona yazdım. Biz görüşdük. Birlikdə Olxonda simpoziuma gedib, orada iştirak etməyi planlaşdırırdıq. Alınmadı. Sonra Mir Teymur yanıma gəldi. İki həftə ərzində biz sonradan nüma-yiş etdirdiyimiz 14 iş təqdim etdik. Texnologiyaya görə, çox zəhmətyüklü sənət sayılan keramika üçün bu, inanın, rekord müddətdir! İndi mən onun yanına gəlmişəm. Azərbaycanda keramika sənəti çox güclü inkişaf edib və onun qədim kökləri var. Anlaya bilmirəm, axı niyə o, başqa ölkələrə gedir və orada ölkəsinin qədim sənətini öyrədərək simpoziumlar keçirir, buraya Azərbaycana isə təkbətək gəlirlər? Məgər hər şey əksinə olmamalıdır? Mənə elə gəlir ki, bu cür simpozium Azərbaycan üçün prestijli və vacibdir. Fikirləşirəm ki, biz indi ilk qaranquşlar kimi, gələcək böyükmiqyaslı simpoziuma yol açırıq. Sadəcə, biz ilk olduq. Ümid edirəm, elə gün gələcək, bizim birgə sənətimiz barədə "Onlar birinci idilər", - deyəcəklər. Mən buna inanıram", - deyə Qorislavets bildirir.

 

Replika

Maraqlıdır ki, Moldovada keramika simpoziumunu öz ölkəsində keçirməkdən ötrü keramikanın yandırılması üçün odun sobaları tikmək, layihə üçün hər şey alan adamlar tapılıb. Layihə isə ucuz deyil. Moldova isə o qədər də varlı ölkə deyil! Lakin orada pullarını gəliri olmayan işə yatıran mesenatlar tapılıb. İnsanlar onlarda olmayan təcrübəni Mir Teymurdan qazanaraq, tətbiqi incəsənəti inkişaf etdirmək istəyirlər. Gil sarıdan da onlarda, çox güman ki, problem var - bizdən fərqli olaraq. Bizdə gil hələlik var. Və onun sayı çoxdur. İnanmaq istərdik ki, rəssamın fantaziyası ilə yaradılan personajlarla örtülən fasada malik Mir Teymurun Maqomayev küçəsindəki evində, nəhayət, Azərbaycan Keramika evi açılacaq. Çünki ev tarixi, məişət xarakteri personajları ilə doludur. Evdə konseptual xarakterli çoxlu işlər var. İnsanlar təkcə sərgilərdə deyil, bura gələrək də bu əsərləri görməlidirlər. 

Daxili şəhərin sakinlərinin koloritli fiqurları təkcə baxışları cəlb etmirlər, onlar, həmçinin keçmiş və indi barədə bilikləri oyadaraq, dərketmənin assosiativliyinə təhrik edirlər. Burada uzunmüddətli dost məclislərinə, dinc söhbətlərə və bir-birini tanımaq həzzinə sövq edən qəribə-məzəli çaydanların kolleksiyası mövcuddur. Bir də zənglər. Müxtəlif ölçülərdə, müxtəlif tonallığa, müxtəlif rəngdə olan zınqırovların kolleksiyası var. Onlar ancaq yandırma sobalarında yüksək temperaturun təsiri altında rəng hörməsində yaranan təbii rəngə malikdirlər! Burada da zati-aliləri gil kimi faydalı materialın sirlərini bilən ustanın peşəkarlığı görünür. Rəssam onun barəsində, sanki canlı məxluq kimi danışır: hörmətlə, məhəbbətlə və ehtiramla. O, Seyid nəslindədir. Onlar isə bu dünyaya müqəddəs biliklərlə gəlirdilər. Və həmişə zamanda adi insanlardan fərqli olaraq, daha çox şey görə bilirdilər. Mir Teymur deyir ki, gil su kimidir. O, yerin fiziki vəziyyəti barədə məlumatı yazmağı və saxlamağı, sonradan isə bu məlumatı insanlara verməyi bacarır. Sadəcə, onu oxumaq lazımdır. Ona görə arxeoloqlar keramikanın yandırılması üçün kürə tapanda heç nəyə əllə toxuna bilməzlər. 

Bu, məlumatı məhv edir - sobanın soyuması zamanı keramika Yerin maqnit sahəsinin vəziyyətini qoruyur. Onun hesablaması üçün insanın əli və gözü deyil, xüsusi aparatura, geofizika mütəxəssisləri lazımdır.

İnsanlar indi də bu evə gəlirlər: tanışlar, tanış olmayanlar, turistlər və həmyerlilər. Bu cür mürəkkəb fasaddan yan keçmək, ümumiyyətlə, mümkün deyil! Siz özünüz də bilmədən burada bir və ya daha çox saat keçirə bilərsiniz. Və personajların kiçik üzlərinə baxarkən, rəssamın konseptuallarında gizlənmiş ismarış-kodları kəşf edəcək və rəng müxtəlifliyi axınından həzz alacaqsınız. Çünki Mir Teymurun sənəti Köhnə Şəhər, İçərişəhərlə bağlıdır. Bu, onun incəsənəti, yaşayış arealıdır. Rəssamın öz Vətəninə qarşı sonsuz məhəbbətini əks etdirən incəsənət ərazisi...



MƏSLƏHƏT GÖR:

436