4 May 2024

Şənbə, 11:27

GÖMRÜK RAZILIQ VERİR

Azərbaycan DGK gömrük sahəsində islahatların növbəti mərhələsini yekunlaşdırıb

Müəllif:

15.05.2016

Enerji mənbələrinin qiymətinin düşməsi və ticarət dövriyyəsinin azalması şəraitində xarici ticarətin sürətlənməsinə səbəb olacaq yeni mexanizmlərin tətbiqi tələb olunur. Cari ildə Azərbaycan Dövlət Gömrük Komitəsi gömrük prosedurlarının operativliyinin və şəffaflığının sadələşdirilməsi və təmin olunmasına yönəlmiş islahatların yeni mərhələsini yekunlaşdırdı. Reallaşdırılan tədbirlər təkcə ticarət dövriyyəsinin templərini artırmağa deyil, həm də ixracyönümlü istehsalı stimullaşdırmağa kömək edəcək. 

Xarici ticarət prosedurlarının sadələşdirilməsi və avtomatlaşdırılmasına dair bu yaxınlarda verilən qərarlar, DGK-da artıq dörd ildir aparılan irimiqyaslı institusional islahatlarının məntiqi davamıdır. Xüsusən, bu müddət ərzində gömrük prosedurlarının standartlaşdırılmasını və sadələşdirilməsini təmin edən, sərhəddən keçərkən yüklərin rəsmiləşdirilməsi və nəzarəti zamanı informasiya texnologiyalarının tətbiqi nəzərəçarpacaq şəkildə genişlənib. "e-custom" elektron gömrük sistemi çərçivəsində - DGK-nın bütün struktur bölmələri tamamilə avtomatlaşdırılmış iş istehsalına keçiblər. "Vahid pəncərə" çərçivəsində idxal-ixrac əməliyyatlarının gömrük rəsmiləşdirilməsi proseduru da elektron formata salınıb, habelə gömrük orqanlarına daxil olan müraciətlərin vahid elektron qeydiyyata alınması da tətbiq edilib. Son dövrlərdə avtomobillərin idxalı zamanı bütün toplanan gömrük rüsumları POS-terminallar vasitəsilə həyata keçirilir, plastik kartlar vasitəsilə ödəniş mexanizmi işə salınıb, "elektron növbə" sistemi yaradılıb, informasiya köşkləri şəbəkələri fəaliyyət göstərir, habelə GPS-trekinq tətbiq edilib. 

Təxminən, iki il əvvəl DGK yeni xidməti - ixrac və idxal edilən malların rəsmiləşdirilməsi prosesinin elektron monitorinqini işə saldı. Həmin vaxt Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) təkmilləşdirildi, habelə malların və nəqliyyat vasitələrinin, onların sənədlərinin yoxlanılmasında risklərin avtomatlaşdırılmış qaydada idarə edilməsini təmin edən - VAİS-RİSK sistemi tətbiq edilib. Daha bir yenilik poçt daşınmaları ilə məşğul olan şirkətlərə malların qeydiyyatı və əvvəlcədən bəyan edilməsinə imkan verən "VAİS-Poçt daşımaları" sisteminin tətbiqi oldu. Vətəndaşların sərhəddən keçidini asanlaşdırmaq üçün bütün sərhəd məntəqələrində gömrük köşkləri qurulub. Bunun vasitəsilə sadələşdirilmiş gömrük bəyannamələrini doldurmaq mümkündür. 

Cari ildə gömrük mexanizmlərinin təkmilləşdirilməsinin yeni mərhələsinə start verilib, həmçinin xarici ticarət dövriyyəsi və investisiya fəallığını stimullaşdırmaq məqsədilə Gömrük Məcəlləsinə müvafiq qanunvericilik aktları və düzəlişlər qəbul edilib. Bu dəyişikliklərin inkişafı üçün mühüm ismarış bu ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı oldu. "Gömrük Komitəsinə dövlət başçısının sərəncamından irəli gələn məsələlərin həll edilməsi üçün iki ay verilib: belə ki, bir ay əvvəl DGK elektron bəyannaməyə dair pilot layihəyə başlayıb, 2016-cı ilin 4 may tarixindən isə Azərbaycan mallarının tamamilə nəqliyyat vasitələrinin elektron bəyannaməsinə keçilib", - DGK-nın rəhbəri A. Əliyev bildirib. Yaxın vaxtlarda aqrar ixracatçılara dəstək məqsədilə gömrükdə "yaşıl dəhliz"lərin yaradılması barədə qərar qəbul olunacaq, habelə islahatlarla nəzərdə tutulmuş digər məsələlər həll olunacaq".  

İslahatların yeni mərhələsinin reallaşdırılması üçün mühüm addım elektron bəyannamənin tətbiqi oldu: DGK "Elektron hökumət" vahid portalına gömrük xidmətlərinin dörd yeni növünü intqerasiya edib. Bununla da, www.e-gov.az <http://www.e-gov.az> saytında elektron alətlərin ümumi sayı 13-ə çatıb. 

Buraya, əsasən, "Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi"nə dair iki xidmət - "Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bə-yannaməsinin qəbulu" və "Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi" xidmətləri daxildir. Gömrük rəsmiləşdirilməsinin yeni qaydaları tamamilə sadədir: vahid portalda doldurulmuş və "elektron imza" ilə imzalanmış rəqəmsallaşdırılmış bəyannamə gömrük orqanlarına göndərilir və təsdiqləndikdən sonra, sənəd hüquqi qüvvəyə minir. 

Təqdirəlayiqdir ki, elektron bə-yannamə sistemi "Asan İmza"nın imkanları ilə inteqrasiya sayəsində daha da əlçatar olub. Bu prosesdə mobil autentifikasiyanın alətlərindən istifadə edilir və bəyannamənin imzalanma prosesi üçün "Asan İmza" xidmətini dəstəkləyən istənilən mobil qur-ğuya malik olmaq kifayətdir. 

Elektron gömrük bəyannamə sisteminin yaradılmasının əsas məqsədi - malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsini nəzərəçarpacaq dərəcədə sürətləndirmək və sadələşdirməkdir. Yeni elektron mexanizminin bürokratik maneələri minimuma endirməklə, görmük xidmətlərinin şəffaflığını təmin edəcəyi az əhəmiyyət kəsb etmir. Yeniliyin yekun səmərəsi ölkədə biznes-mühitin yaxşılaşdırılması və xarici ticarət fəaliyyəti iştirakçılarının sayının artmasında özünü büruzə verəcək. Gömrük sistemi islahatlarının yeni mərhələsi çərçivəsində bir-iki ay ərzində ölkədə region üzrə qonşu dövlətlərdən yükdaşımaların təmin edilməsi üçün "yaşıl dəhliz" sistemi işə düşəcək. Bu sxem kənd təsərrüfatı məhsullarının, ilk növbədə, tez xarab olan mövsümi məhsulların, o cümlədən, emal məhsullarının (aksiz məhsullar istisna olmaqla) maneəsiz keçməsi üçün şərait yaradacaq. 

"Yaşıl dəhliz" mexanizmlərinin hazırlanması zamanı bu sahədəki beynəlxalq təcrübəni yerli biznesin ehtiyaclarına çevik şəkildə uyğunlaşdırdıq", - DGK-nin sədr müavini Şahin Bağırov bildirib. - "Yaşıl dəhliz" barədə razılaşma ötən il Rusiya və Qazaxıstanla imzalanıb və bu mexanizm dövlətlərin istər quru, istərsə də su sərhədlərində tətbiq olunacaq". 

Gömrük xidmətinin fəaliyyətinin optimallaşdırılması üçün daha bir istiqamət əvvəlcədən ixracatçı ölkə tərəfindən təqdim edilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar, sənədlər əsasında gətirilməsi üçün şərtlərin yaradılması qeyd edilib. Gələcəkdə DGK sərhəd gömrük-keçid məntəqələrində GMO məhsullarının yoxlanılmasına dair laboratoriyaların yaradılmasını planlaşdırır: bu gün belə bir müasir laboratoriya Bakıda fəaliyyət göstərir.  

Qurumun texniki imkanlarının genişləndirilməsində daha bir mühüm addım 6 may tarixində Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının açılışı olub. Əvvəllər burada ölkəyə daxil olan yüklərin, təxminən, 60%-nin rəsmiləşdirildiyi "İpək yolu" gömrük postunun əsas terminalı fəaliyyət göstərirdi. İndi isə yeni Mərkəzi Gömrük Laboratoriyası, DGK-nin sanitar-radiasiya nəzarət sistemi və təyinat mərkəzi, karqoterminal və Dövlət Gömrük İdarəsinin çoxsaylı xidmətləri fəaliyyət göstərir. Eks-pertlər hesab edirlər ki, gömrük xidmətlərinin bu cür lokallaşdırılması, şübhəsiz, yüklərin gömrük rəsmiləşdirilməsi prosedurunun sürətlənməsinə kömək edəcək. DGK-nın texniki imkanlarının genişlənməsinə, həmçinin BMT-nin İnkişaf Proqramının (UNDP) dəyəri 2,66 mln. avro olan "Azərbaycan və Gürcüstan arasında "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" adlı yeni layihəsi yardım edəcək. Bu layihənin reallaşdırılması Azərbaycan-Gür-cüstan sərhədindən malların keçmə prosesini sürətləndirməyə, həmçinin sanitar və fitosanitar tədbirlərini sadələşdirməyə şərait yaradacaq. Gömrük orqanlarının gündəliyinə İranla sərhəddə fəaliyyət göstərməyə bir sıra gömrük-buraxılış məntəqələrinin bərpası məsələsi salınıb. 

Bu təşəbbüslər ölkəmizin "İpək Yolu" və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarında iştirakı üçün son dərəcə vacibdir. Yaxın vaxtlarda açılması gözlənilən Bakı - Tiflis - Qars dəmir yolu dəhlizi və Azərbaycan - İranın polad magistrallarının birləşməsi tranzit yüklərin həcmini xeyli artıracaq. Bu şərtlər gömrük orqanlarının texniki baxımdan da yenidən təchiz olunmasını və işinin optimallaşdırılmasını təxirəsalınmaz edir. 

Müasir Gömrük Xidməti yaxın zamanlarda artacaq ticarət dövriyyəsinin tələblərinə cavab vermək üçün daha rasional, səmərəli və şəffaf olmalıdır. İnnovasiyalar müasir qanunvericiliyin tətbiqi baxımından da DGK-nın lokomotivi olaraq qalır. "İslahatların yeni mərhələsi çərçivəsində Gömrük Komitəsi iki əsas trendi inkişaf etdirməyi planlaşdırır: bu free trade (azad ticarət), həmçinin daxili istehsalın qorunması üçün hima-yəçilik prinsipidir", - A. Əliyev qeyd edib. Onun sözlərinə görə, bu prinsiplərin tətbiqi, həmçinin malların rəsmiləşdirilməsi prosedurlarını sadələşdirən və sürətləndirən elektron mexanizmlərdən istifadə gömrükdə tətbiq edilən modeli dünyada aparıcı nümunələrdən birinə çevirməyə imkan verəcək. Bununla belə, idarə islahatlarının ilk görünən nəticələrini artıq bu gün müşahidə etmək olar: 2016-cı ilin birinci rübü ərzində idxalın 25%-dək azalmasına baxmayaraq, DGK dövlət qarşısında öhdəliklərini artıqlaması ilə yerinə yetirə bilib. Əsasən, cari ilin dörd ayı ərzində gömrük orqanları dövlət büdcəsinə 644 milyon manat keçiriblər. Bununla da daxilolmalar üzrə proqnoz 123% yerinə yetirilib.



MƏSLƏHƏT GÖR:

465