7 May 2024

Çərşənbə axşamı, 14:01

YENİ DALĞA

Azərbaycanda elan edilən "iqtisadi amnistiya" sahibkarların investisiya imkanlarını artıra bilər

Müəllif:

01.06.2016

Azərbaycanda mühüm islahatlar seriyası mayın sonunda iqtisadi cinayətlərin kütləvi dekriminallaşması, dövlət obyektlərinin özəlləşdirilməsinin sürətlənməsi ilə bağlı qərarlar və s. ilə davam edib. Bütün bunlar nəticədə ölkənin neft gəlirlərinin xeyli azalması fonunda qeyri-neft sektorunda istehsalın həcminin artmasının sürətlənməsinə yönəlib. 

 

Dekriminallaşma və qanuniləşmə

Beləliklə, Prezident İlham Əliyevin ölkənin Cinayət Məcəlləsində dəyişikliklər barədə imzaladığı sərəncamı ekspertlərin böyük əksəriyyəti artıq "iqtisadi amnistiya" adlandırıblar. Çünki bu dəyişikliklər cinayət məsuliyyətindən azad olmağa və qanun qüvvəyə mindikdən sonra hərəkətləri cinayət hesab edilməyən şəxslərə azadlıq əldə etməyə imkan verir. İqtisadi cinayətlərə aid edilən maddələrin böyük əksəriyyətində cərimələrin məbləği dəyişib. İndi bu maddələrdə konkret məbləğ qeyd edilibsə, dəyişikliklər qüvvəyə mindikdən sonra dəyən ziyana uyğun olaraq cərimə ilə əvəz edilir; məsələn, indi əmtəə nişanından qanunsuz istifadəyə görə cərimə (nəticədə, böyük ziyan dəyirdi) 1-5 min manat təşkil edir. Düzəlişlərdə bu məbləğ "dəyən ziyanın (əldə edilən gəlirin) 2-4 misli həcmində cərimə ilə" əvəz edilir. 

Bundan başqa, cari qanunvericiliyə görə, cinayət məsuliyyətinə xeyli iqtisadi cinayətlər nəticəsində, yəni min manatdan 7 min manatadək həcmdə vurulan zərərə görə cəlb olunurlar. Düzəlişlərdən sonra isə bu məbləğ 20-100 min manatadək yüksəlir. 

Əsasən, qanun qanunsuz sahibkarlıq, lotereya və idman totalizatorlarının təşkili və ya keçirilməsi, kredit borcundan qəsdən yayınma, əmtəə nişanından qanunsuz istifadə, qəsdən və ya saxta müflisləşmə və bir çox digər cinayət növlərinə şamil edilir. Həmçinin hazırkı qanunvericiliyə əsasən, bir sıra maddələrdə "iri həcmdə ziyanın vurulması ilə törədilmiş cinayət" anlayışı 7 min manatdan artıq məbləğdə nəzərdə tutulurdusa, düzəlişlər bu məbləği 100 min manata qədər artırıb. 

Mühüm düzəlişlərdən biri də yalançı sahibkarlıqdır. Söhbət kredit almaq, rüsumlardan azad olmaq və ya digər mənfəət əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılmasından gedir. Qanuna əsasən, yalançı sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə, həmçinin 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdılar. Lakin indi cinayət əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.

Həmçinin gömrük rüsumları və vergilərinin ödənilməsindən yayınmağı sevənlər üçün də xeyli yenilik tətbiq edilib - cərimənin məbləği, islah işlərinin müddəti azaldılıb. Şübhəsiz, iqtisadi amnistiyanın elan edilməsi - Azərbaycanda özəl sektorun inkişafının stimullaşdırılması üçün mühüm tədbirdir. Qeyd etmək lazımdır ki, bu təcrübədən bir sıra postsovet ölkələri, xüsusən, Rusiya, Qazaxıstan, Ukrayna istifadə ediblər və nəticə, əlbəttə ki, müsbətdir. 

Ekspert-iqtisadçılar Azərbaycanda da bu effekti gözləyirlər və qeyd edirlər ki, qanunsuz sahibkarlığın leqallaşdırılması mümkün deyil, effektivliyi isə bu cür tədbirlərlə stimullaşdırmaq olar. "İqtisadi amnistiya - bütövlükdə postneft dövrünün başlanması fonunda dövlət tərəfindən yumşalmaya doğru ciddi bir addımdır. Düşünürəm, proses sahibkarlığın xeyrinə hələ davam edəcək",- iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir. Həmçinin ekspertlər düşünür ki, iqtisadi amnistiyadan sonra daha irimiqyaslı amnistiyanın olması tamamilə mümkündür. Belə ki, kapitalların amnistiyası zamanı - qanunsuz əldə edilmiş vəsaitin bir hissəsinin dövlət büdcəsinə köçürülməsi qarşılığında tam leqallaşdırılmasını nəzərdə tutulur. Bütövlükdə, dünya praktikasında kapitalların leqallaşdırılmasının uğurlu mexanizmlərinə dair kifayət qədər təcrübə mövcuddur. Bunlardan biri beş müvəffəqiyyətli amnistiya keçirilən qonşu Türkiyədir. İlk dəfə leqallaşdırma prosesinə 1998-ci ildə başlanılıb və bu da yeni iqtisadi eranın başlanğıc dövrü olub. 

Bazara iri "leqallaşdırılmış"məbləğlərin "tullantıları" daxili investisiyaların həcmini xeyli artırmağa kömək edəcək. Bu da nəticədə istehsalat və digər müəssisələrin sayının artmasına gətirib çıxaracaq. Leqallaşdırılmış pulların digər səmərəli istifadə üsulu məhz yerli sahibkarları özəlləşdirilmənin yeni dalğasına fəal şəkildə cəlb etmək ola bilər. Belə ki, özəlləşmə prosesi Azərbaycanı bürümək üzrədir.

 

Yeni dalğa 

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev özəlləşdirilmənin yeni mərhələsini bu ilin yanvar ayında elan edib, artıq 19 may 2016-cı il tarixində isə dövlət başçısı "Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzaladı. Fərmana əsasən, dövlət əmlakının özəlləşdirilməsi dövlət başçısının qərarı ilə həyata keçirilir. Nazirlər Kabinetinə isə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" yeni qanun layihəsini özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla, iki ay müddətində hazırlayıb və təqdim etmək tapşırılıb. Bundan başqa, hökumətə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim etmək həvalə olunub. 

Burada qeyd edək ki, keçən özəlləşdirilmə prosesi zamanı yerli və xarici sərmayədarlar siyahıda "mavi fişkalar" (qiymətli kağızlar) adlandırılan müəssisələrin satışa çıxarıldığını görmədilər. İndiyədək nəqliyyat və rabitə sahəsində olan müəssisələr dövlətin nəzarətindədirlər: "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Dəmir Yolları" QSC,"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (Kaspar), "Aztelekom" MMC, "Baktelekom" İB, "Azərpoçt" MMC, "Azərmarka" MMC və digər cəmiyyətlər.

Əlbəttə ki, xarici və yerli investorlarda müəssisə və paylayıcı şəbəkələrə də maraq yarada bilərlər: "Azərişıq" ASC, "Azərenerji" ASC, "Azərsu" ASC, "Meliorasiya və su təsərrüfatı" ASC və digər cəmiyyətlər.

SOCAR-ın özəlləşdirilməsi ilə bağlı məsələni ayrıca nəzərdən keçirmək lazımdır. Aydındır ki, ölkə rəhbərliyi bilavasitə neft və təbii qazın hasilatı və emalı ilə məşğul olan müəssisənin özəlləşdirilməsinə çətin ki, qərar verər. Lakin SOCAR-ın strukturuna "Azərkimya" İB və "Azəriqaz" İB daxildir ki, yerli və xarici sərmayədarlar tərəfindən maraq yaranacağı təqdirdə özəlləşdirilə bilərlər. 

Qeyd edək ki, göstərilən cəmiyyətlər üçün portfel investorlar axtarılmalıdır. Belə ki, energetika naziri Natiq Əliyevin sözlərinə görə, elektrik enerjisinin distribyutor şəbəkəsinin dünya standartlarına uyğunlaşdırmaq üçün bu sahəyə ümumi həcmi 4 mlrd. dollar təşkil edən sərmayə yatırılmalıdır. “Bu sahədə itkilər çoxdur və özəlləşdirilmə olacağı halda fiziki şəxslər qeyd edilən sahə üçün zəruri olan bu qədər iri investisiyanın öhdəsindən gələ bilməzlər. Bunu ancaq iri şirkətlər bacararlar”, - energetika naziri bildirib. 

Çox güman ki, telekommunikasiya sahəsində fəaliyyət göstərən cəmiyyətlər özəlləşdirilə bilərlər. Xarici sərmayədarlar bu sektora son dərəcə həvəslə sərmayə yatırırlar və bu sektorun uğuru əsasən investisiya və müasir idarəçilikdən asılıdır. Yerli investorlar isə prezidentin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılan "Azərxalça" ASC-nin özəlləşdirilməsinə maraq göstərə bilərlər. Lakin qeyri - neft sektorunun inkişafına regionlarda yerləşən müəssisələr və ilk növbədə, azərbaycanlı soydaşlarımızın kapitalıtək, "mavi fişkalar"ın özəlləşdirilməsi hesabına nail olmaq müm-kün olmayacaq. Ona görə də təkcə özəlləşdirilmə deyil, yerli və xarici investisiyaların cəlb olunması məsələsində təkcə Əmlak Məsələləri Dövlət Komitəsi yox, yerli icra hakimiyyətləri də fəal rol oynamalıdırlar. Onlar, ilk növbədə, fəaliyyətdə olan müəssisələrin istehsalının canlanması və ya yenilərinin tikintisində maraqlıdırlar. Çünki bu, sadəcə, yeni iş yerlərinin açılması yox, həm də yerli büdcəyə ayırmalar deməkdir.

İstənilən halda, özəlləşdirilmə nəticəsində bu il dövlət gəlirlərinin ciddi artımını gözləmək hələlik tezdir. Xatırladaq ki, ötən il onların məbləği 24 082 mln. manat (proqnoz 29 mln. manat), yəni 17% daha az təşkil edib. Artıq 2017-ci ildə isə yeni “özəlləşdirmə” mərhələsi dövlət büdcəsinin gəlirlər hissəsinin mühüm maddəsi ola bilər. 

Bütövlükdə, yuxarıda artıq qeyd edildiyi kimi, sadalanan yeniliklər - beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilən Azərbaycanda ciddi iqtisadi islahatların sadəcə növbəti mərhələsidir. Əsasən bu barədə Prezident İlham Əliyevlə görüşü zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti bildirib. O, qeyd edib ki, AYİB ölkədə özəl sektorun inkişafını dəstəkləməkdə davam etməyə hazırdır. "AYİB-ın investisiyaların 70%-i Azərbaycanın özəl sektorunun payına düşür. Hazırda bankın Azərbaycanda maliyyələşdirdiyi 9 layihədən 8-i qeyri-neft sektoruna aiddir", - S. Çakrabarti bildirib. 

BVF-in Azərbaycan üzrə missiyasının rəhbəri Muhammed əl-Qorçi dövlət başçısı ilə görüşdə Azərbaycan hökumətinin dünya iqtisadi böhranı ilə bağlı risklərin minimallaşdırılmasına yönəlmiş addımlarını qeyd edib. 

Bununla belə, o, Azərbaycanın bank sektorunun cari vəziyyətinə diqqət çəkməyin zəruriliyini də qeyd edib. Bununla əlaqədar o, Azərbaycan hökumətinə texniki yardım da daxil olmaqla, dəstək göstərməyə hazır olduqlarını ifadə edib. 

Öz növbəsində Prezident İ. Əliyev qeyd edib ki, "dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi, əlbəttə ki, Azərbaycanın da gəlirlərinə təsir edib. Lakin büdcə konsolidasiyası, habelə iqtisadiyyatın diversifikasiyasına yönəlmiş islahatlar mümkün riskləri ciddi surətdə azaldıb". 

Bir sözlə, neftin qiymətinin düş-məsinin mənfi nəticələrinin aradan qaldırılması üçün beynəlxalq təşkilatlatın iqtisadi islahatları sürətləndirmək və maksimal tez nəticəyə nail olmaq hazırlığı ilə birgə hakimiyyətin qətiyyəti, ölkənin iqtisadi perspektivlərini xeyli genişləndirməyə imkan verən yeni taleyüklü qərarların qəbul olunması üçün yaxşı təkan ola bilər.


MƏSLƏHƏT GÖR:

356