3 May 2024

Cümə, 01:18

TƏCRÜBƏ TEATRI

Bakıda Sənan Əliyevin yaradıcı eksperimenti və onun London antreprizası Aloff Theatre ilə tanış olublar

Müəllif:

15.06.2016

YARAT (yaradıcılıq) qeyri-kommersiya təşkilatı öz missiyalarından biri olan maarifləndirici funksiyasının öhdəsindən də yaxşı gəlir. Adı özünü tam doğruldur. Belə ki, gənc əməkdaşlardan ibarət komanda təhsil və maarifləndirmə ilə bağlı bir sıra proqramlar yaradıb. ARTIM adlı proqram gənc rəssamların, aktyorların, rejissorların və hətta prodüsserlərin təşəbbüslərini dəstəkləyir. Buna misal Londonda Aloff Theatre adlı anteprizaya rəhbərlik edən Sənan Əli-yevin yaradıcı eksperimentidir.

 

Aloff Theatre

Adını tərcümə etdikdə "Odlar teatrı" alınır. Bu, prodüsserin doğma şəhərinə və mədəniyyətinə olan böyük məhəbbətinin dəyəridir. Onun teatrında oynanılan tamaşalar Azərbaycan müəlliflərinin əsərləri əsasında qoyulub. Onlar Britaniya tamaşaçıları üçün təkcə Londonda deyil, digər şəhərlərdə də oynanılıb və nümayiş olunub. Prodüsser Sənanın doğma köklərinə olan sevgisi Azərbaycan incəsənətinin ölkəmizin xaricində populyarlaşmasına səbəb olub. Beləcə "Mənim sevimli dəlim" (Elçin), "Sən həmişə mənimləsən" (İlyas Əfəndiyev) tamaşaları, habelə "Məlikməmməd" Azərbaycan milli nağılının motivləri əsasında ingilis müəllif tərəfindən yazılan pyes yaranıb. İndi Sənan yeni layihəsinin buraxılışı üzərində çalışır. Bu, Elçinin "Cəhənnəmin kirayənişinləri" pyesi əsasında müzikl olacaq. 

Onun musiqisini ingilis bəstəkar yazır. Bu tamaşa ilə teatr sentyabrda Şəkidə keçiriləcək II Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Azərbaycana gələcək. Oktyabrda isə GIFT Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Tiflisə gedəcək. Paralel olaraq, Xocalı faciəsi barədə bəhs edəcək tamaşa üzərində iş davam edir. Müvafiq tamaşa bütün dünyada kirayə məqsədilə verbatim teatrı (sənədli teatr) üslubunda reallaşdırılacaq. Bu, XX-XXI əsrlərin qovuşmasında müəyyən populyarlıq qazanan teatr tamaşası növüdür. Verbatim teatrının tamaşaları aktyorlar tərəfindən səsləndirilən adi insanların real monoloqları və ya dialoqlarından ibarətdir.

Həmçinin planlarda Nizaminin "Yeddi gözəl" poeması üzərində iş də var. Bu əsərin tamaşası boş qalmış nəhəng ərazidə planlaşdırılır. Tamaşada hər bir yeddi gözəlin hekayəsi ayrı günbəz altında nümayiş olunacaq. Bunun əsasında - tamaşaya qeyri-adi yanaşma, aktyorlar və tamaşaçılar üçün yeni məkanın kəşf edilməsi durur. Bu tərz hazırda təkcə Avropada deyil, həmçinin Rusiya və Sovet İttifaqının keçmiş respublikaların əksəriyyətində çox məşhurdur. Bu, ingilis dilindən macəra oyunu kimi tərcümə olunan bir növ kvestin formasıdır. 

Əgər ötən XX əsrdə teatr incəsənəti ilə sadəcə maraqlansaq, o zaman işin dramaturgiya ilə bu cür forması və onun səhnə-qutu parametrlərindən fərqlənən çərçivələrə sığdırmaq cəhdlərinin artıq çoxdan yoxlanıldığı faktını asanlıqla tapa bilərik. Məkanı dəyişərək, Şekspirin "Bir yay gecəsində yuxu"nu 12 dəfə səhnələşdirən Maks Reynhardtın rejissor təcrübələrini xatırlayaq. 12-ci dəfə İkinci Dünya müharibəsi öncəsi rejissorun öz qəsrinin parkında qoyulub. Lakin forma uyğunlaşmayıb və rejissor-eksperimentatorlar Aristotelin səhnə-qutu məkanına qayıdıblar.

 

Sənan barədə

Onun həyatının hansı məqamında teatra coşğun məhəbbətinin yarandığınn demək çətindir. Bir çox bakılı uşaqlar kimi yaşayıb: məktəbdə oxuyub, sonra - London Diplomatiya Akademiyasında təhsil alıb. Təhsil alan dövrdə M.F. Axundovun "Hekayəti-Müsyö-Jordan-həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur" pyesini ingilis dilinə tərcümə edib. Sonra isə özü onu tələbələrlə səhnəyə qoyub! Bəlkə də o zaman gələcək həyatını teatrla bağlamaq zərurəti yaranıb. Beləliklə, diplomatiya elmlərinin nəzəri sənətinə yiyələnərək, Sənan Əliyev tamamilə reallıq barədə teatr xəyalları dünyasına qərq olub. Birbaşa deyək ki, bu, heç də asan həvəs deyil! Lakin Sənan artıq bu yoldadır. Yolun öhdəsindən isə deyirlər ki, yolçu gələr.

 

"Oyuncaq  evi"

Bakıda Henrik İbsenin pyesi əsasında "Oyuncaq evi" layihəsi nüma-yiş olunub. Bizim çoxobrazlı XXI əsrdə dünyada qadın üzərində məişət zorakılığı mövzusu indi heç vaxt olmadığı kimi aktualdır. Məhz buna görə prodüser 2001-ci ildə YUNESKO tərəfindən "Dünya yaddaşı" siyahısına daxil olunan İbsenin pyesini seçib. Lakin bu eksperimentin iştirakçıları - həm prodüser, həm quruluşçu qrupun üzvləri - belə qərara gəliblər ki, əsərin adı bir qədər fərqli olmalıdır: "Oyuncağın evi" və ya "Oyuncaq evi", bu da baş verənləri dəqiq əks etdrir. Bu süjetin qəhrəmanları ilə baş verənlər isə prodüserin istəyinə əsasən, 1927-ci ilin Bakısına köçürülür. 

Niyə məhz bu dövr seçilib? Çünki bu, Azərbaycan qadınının ictimai həyat strukturuna fəal şəkildə daxil olma dövrüdür. Qadının ancaq həyat yoldaşı və ana roluna malik ola bildiyi köhnə zəmanənin stereotipləri qırılıb. Lakin birinci Azərbaycan Demokratik Respublikası, sonradan isə sovet hakimiyyəti, qadınları və kişiləri hüquqlarında bərabərləşdirərək, fərman-sərəncam şəklində hamıya təhsil və peşəkar inkişaf hüququ verdi. İlk qadın həkimlər, müəllimlər, artistlər, heykəltəraşlar, mühəndislər, traktorçular və pilotlar yetişdi. Lakin heç də bütün kişilər yeni qaydalarla razılaşdı. Və hətta yüksək hökumət vəzifələri tutanların baxışları da müasirliyi ilə seçilmirdi. Sənan hesab edir ki, qadının kişi despotizmindən asılılığı bizdə hələ də aktualdır. Ona görə Azərbaycan üçün adaptasiya olunan süjet versiyasında vəkil Torvald Türkan Hüseynova (Amid Qasımov), Nora - Nuranə Hüseynovaya (Könül Cəfərzadə), frau Linne - Xalisə İsgəndərovaya (Natəvan Heybanı), doktor Rank - doktor Rüstəmova (Elgün Həmidov), Kroqstaq - Nixal Kərimovaya (Oqtay Mehdiyev) çevrilir. Qalan personajlar lazım olmadıqları üçün siliniblər. Həqiqətən, partiya işçisi olan Türkanın ev işçisi nəyinə gərək? Sovet adamına bu, qadağandır!

 

Paralellər

İbsenin Norası - hər şey kukla oyunundakı kimi - bu kukla evinin (ərinin evi) xaricində özünü tapmağa çalışan həlim, qorxaq məxluqdur. O isə bu oyunu uzun müddət reallıq kimi qəbul edirdi. İngiltərədən olan rejissor Metyu Zak Paneşin quruluşunda - Nuranə bu qədər utancaq və ancaq çadradan baxan qadına heç də oxşamır. Onun güclü və iradəli xarakteri var. O, həyatdan nə istədiyini bilir. Və kişilər onu idarə etmir, o, özü onları, marionet kimi idarə edir. Və bu cür Nuranə-Noraya heç nə qorxulu deyil. Bundan əlavə, Nuranə həyata olan praqmatik baxışı, həyatının maddi tərəfini gücləndirmək və s. ilə bağlı güclü istəyə malik müasir qadını xatırladır. Məhz bu səbəbdən, adaptasiya olunan versiya "Oyuncağın evi" və ya "Oyuncaq üçün ev" kimi mənalı ada heç cür uyğunlaşmır. Nuranə heç də oyuncaq deyil. Onun evi də şərti-kukla deyil. Ələlxüsus da oyuncaq deyil!

Lakin bu hekayədə təqdim olunan hadisələr Bakıda 1927-ci ildə baş verirsə, o zaman rejissor, azı, sovet dövrünün azərbaycanlılarının xasiyyəti, mədəniyyəti ilə maraqlanmalı idi. Onlar isə avropadakılara tamamilə bənzəmirlər. Yuxarıdan tapşırığa əsasən, əsrlərboyu yaranan nə genetik yaddaşını, nə də ənənələri ləğv etmək olar. Ona görə çörək qoyulan masanın üstünə stul kimi əyləşməzlər. Üstəlik, özgələrin qabağında nə kişi, nə də qadın ayağı yalın gəzər! Həm də XXI əsrin insanları kimi özlərini aparmazlar. 

Rejissor şəhərimizin o qədər də uzaq olmayan keçmişinə azacıq nəzər yetirsəydi, süjetin izahı və qəhrəmanlar arasında qarşılıqlı əlaqələrdə bu cür təxminlik yaranmazdı. Hələ xarakterlərindən söhbət belə gedə bilməz!



MƏSLƏHƏT GÖR:

415