4 May 2024

Şənbə, 23:46

BAKININ MODA HÖKMÜ

Dəb sahəsində tarix yazan Aleksandr Vasilyev Azərbaycan paytaxtında 1960-cı illərin böyük kuturyelərindən geyim kolleksiyası təqdim edib

Müəllif:

01.11.2017

Hər bir dövrün öz gözəllik standartı, moda barədə öz təsəvvürü var. Heydər Əliyev Mərkəzində açılan və 2018-ci ilin aprelinədək davam edəcək "Modernizm və moda" sərgisi 1960-cı illərin (estetik, iqtisadi, siyasi) ideya və istiqamətləri əks etdirir.

Sərginin eksponatları - rusiyalı məşhur sənətşünas, moda tarixçisi, teatr rəssamı, yazıçı, "Moda hökmü" proqramının aparıcısı Aleksandr Vasilyevin kolleksiyasının bir hissəsidir. Bakılılara Nina Riççi, Pyer Karden, Koko Şanel, Civanşi, İv Sen Loran, Oleq Kassini və başqalarının qadın geyim modelləri təqdim edilib. Kolleksiya müəllifi bu sərgi ilə dünyanın bir çox şəhərlərində olub, lakin sərgi ilə Bakıya ilk dəfədir ki, gəlib. Maarifçilik xarakteri daşıyan bu mədəniyyət hadisəsi Heydər Əliyev Fondunun dəstəyi və ölkənin Birinci

vitse-prezidenti Mehriban Əliyevanın bilavasitə iştirakı sayəsində mümkün olub.

 

Moda bir sənət forması kimi

Hollivud və Avropa kino ulduzlarının yaxın keçmişə aid paltoları, kostyumları, bijuteriya əlavə edilmiş donları, baş geyimləri və incə qadın çantaları. Sərgi, şübhəsiz, yalnız moda dizaynı, kino, teatr sahəsinin mütəxəssisləri üçün deyil, həm də sadəcə şəhər əhalisi və qonaqları üçün maraq kəsb edir. Sərginin adı - "Modernizm və moda" təşkilatçılarından məqsədlərini və vəzifələrini çox dəqiq müəyyən edir. Hər şeydən öncə, bu, yalnız zamanın əksi olmaqla qalmır, həm də 60-cı illər cəmiyyətinin həyatı haqqında informasiya mənbəyinə çevrilir. Bəs, 60-cı illərin modasında "modernizm" nədir?

Bu, italyan mənşəli «modernismo» - çağdaş axın və latınca «modernus» - müasir sözlərindən gəlir. XIX əsrin sonları - XX əsrin əvvəllərində incəsənətdə bu cərəyan bədii yaradıcılığın əvvəlki tarixi təcrübəsindən səciyyəvi aralıqla qoparaq incəsənətdə yeni, qeyri-ənənəvi başlanğıc yaratmaq, incəsənət formalarının durmadan yeniləşməsini, eləcə də üslubun şərtiliyini təmin etmək cəhdi kimi ortaya çıxıb.

Əgər modaya tarixi hadisələrin zaman üzrə gedişini əks etdirən böyük dünya incəsənətinin bir hissəsi kimi baxılarsa, anlamaq olar ki, zaman 60-cı illərdə dünyaya incəsənətin müxtəlif sahələrdə maraqlı, parlaq, xarizmatik şəxsiyyətlər, hadisələr və cəmiyyət təzahürləri bəxş edib.

Məsələn, hippilər və "gül balalar" cərəyanları, neo-realizmin ortaya çıxması, «Led Zeppelin» rok qrupunun, «The Beatles» folk-rok-qrupunun yaradılması, Yuri Qaqarinin kosmosa uçuşu, Pako Rabanın kosmik üslubu, texnologiyanın inkişafı və yeni neylon, krimplen, dederon, layka, poliester parça növlərinin, sintetik dəri parçaların və mücərrəd rəsmləri olan parlaq "psixoloji" bəzəklərin, moda dizaynerləri arasında məşhur həndəsi basmaların ortaya çıxması. İkinci Dünya müharibəsindən sonrakı sakitlikdən zövq alan dünya həyatı həzzə çevirməyə çalışırdı.

Sintetika və bütünlüklə sünilik erası başladı. Təbii ki, bu dəyişikliklərin önündə gənc və cəsur insanlar dayanmışdı. İndi yeni bir dünya qurmalı olan gənclər və qızlar. Əlbəttə ki, moda təhsili də ortaya çıxır! Bunda oxumaq dəbli, hörmətli və zəruri sayılır. Onlar oxuyurlar, yeni ünsiyyət üslubu yaradırlar, həyat eşqi ilə yaşayırlar. Və özünü ifadə forması kimi - cəlbedici və orijinal xarici görünüşə can atırlar. Köhnə moda öz akademik qaydaları ilə artıq gəncləri razı salmır. Akademizm arxa plana keçdi, yerini gənclərin istək və səylərinin diqtə etdiyi yeni cərəyanlara verdi. Paris həddindən mühafizəkar idi, dünyaya "incə qadınlıq" təklif etməkdə davam edirdi.

Və dünya gözləmədi, o, Londona yola düşdü! Məhz orada 60-cı illərin ən qalmaqallı paltarı - mini-ətək yarandı! "London stili" adlanan yeni stil tezliklə bütün dünyanı fəth etdi. Və yeni modanın gənc tərəfdarlarını, yəni yeni moda stilinə uyğun olanları "modalar" adlandırmağa başladılar. Bəli, məhz modalar! Lakin kuturyelərdən geyinən xanımların çoxu "zərif" yaş qadınları idi. Estetik kompromisə ehtiyac var idi. Və moda dizaynerləri onu tapdılar. Xanımlara gənclərin modasının "nəcibləşdirilmiş" variantı təklif edildi: dizə qədər ətəklər, parlaq rəngləri olan kostyumlar, kiçik dabanlı "qayıq" ayaqqabılar.

 

Kolleksiya: vaxt, tarix, həyat

Aleksandr Vasilyevin kolleksiyasına həm kuturyelərdən, həm də naməlum Avropa və Amerika dizaynerlərindən paltarlar toplanıb - «Chanel», «Cristian Dior», «Pierre Balmain», «Yves Saint Layrent», «Nina Ricci», «Cean Lanvin», «Pierre Cardin», «Fndre Courreges», «Guy Laroche», «Oleg Cassini» və s. Təqdim edilən paltarları bir zamanlar Meri Pikford, Qloriya Svenson, Lesli Klaron, Loren Bekol, balerina Maya Plisetskaya və başqaları tərəfindən geyilib.

Adama elə gələ bilər ki, burda xüsusi nə var? Əşyalardır da... Bir az köhnə, bir az da köhnəlmiş... Onlar sanki başqa bir dünyadan gəliblər! Amma... Tələsməyin! Yavaş-yavaş hərəkət edin, baxın, parçalara gözucu baxmayın. Baxın və görəcəksiniz ki, qarşınızda zaman öz estetik və mənəvi qanunları ilə, gözəlliyə təkmilləşmə, xilas kimi can atması ilə dayanıb. Biz bu gün XXI əsrin insanlarının mövqeyi ilə istehzalı təbəssümlə deyə bilərik: yaxşı görək! Doğru deyilmi? Həqiqətən! Gedin və özünüz baxın. Təkrar bir daha baxın. Diqqətlə baxın: sizin ananızın qarderobunda nəsə oxşar bir şey varmı?

Axı, bu gün 60-cı illərin üslubuna həddindən çox tələb var! Bizim şəhərin küçələrində 60-cı illərin modasının eklektikasını görmək olur: mini-ətəklər, donlar, düz üslublu sarafanlar və ya A-formalı siluetlər, köynəklər, dar şalvarlar, alçaqdaban ayaqqabılar, Sassun üslubunda qısa dəbli saç kəsimi, «Tviqqi» və ya «Lolita» üslubunda geyinmiş qızlar, "Teddi" üslubunda geyinmiş gənclər, həndəsi siluetlər, bohem şuxluğu, etnik kostyum elementləri, uniseks, diffuz (müxtəlif üslub qarışığı) üslub. Bugünkü moda və pret-a-porte üslubu - bu, 60-cı illərin eklektik moda cərəyanıdır.

 

Kolleksioner haqqında

Aleksandr Vasilyev tanınmış və populyar şəxsiyyətdir. O, moda və interyer tarixi haqqında 27 kitabın müəllifidir. O, teatr işçilərinin - aktrisa və rəssam ailəsində böyüyüb, bir fransız qadın ilə evlənib. Bütün dünyanı gəzərək dünya moda tarixi haqqında mühazirələr oxuyur, öz kolleksiyalarının sərgilərini təşkil edir, teatrlarla əməkdaşlıq edir, teatr geyimləri yaradır. Bir sözlə, məna və əməl dolu həyat yaşayır. Mənası insanlara unudulmuş gözəllikləri bəxş etmək və qaytarmaq olan bir həyat.

Sərginin rəsmi açılışından bir neçə saat əvvəl Aleksandr Vasilyev Azərbaycan KİV nümayəndələri ilə görüşüb, "Modernizm və moda" layihəsi haqqında danışıb və Azərbaycan haqqında təəssüratlarını bölüşüb. Vasilyev Bakıda ilk dəfə öz atası ilə 60-cı illərdə olub, atası məşhur Azərbaycan rəssamı Tahir Salahovla dost olub. O, Tahir Salahovun bağ evini bu günə qədər xatırlayır.

"Mən Bakıda hər şeyi sevirəm!" - deyə o, şəhərimizə gələndə daima təkrarlayır.

Vasilyevin sözlərinə görə, Bakıda təqdim olunan sərgi öz əsasında unikaldır. O, xüsusi və eksklüziv olaraq Heydər Əliyev Mərkəzi üçün yaradılıb, 65 mindən çox geyim əşyasından ibarət kolleksiyanın çox eksponatları ilk dəfə burada təqdim edilir. O, əlavə edib ki, kolleksiyanın hər bir eksponatı onun üçün xüsusilə əzizdir və onların içindən hər hansı birini seçə bilməz - onların hamısı onun üçün mühüm və əsasdır.

Moda tarixçisi bildirib ki, Heydər Əliyev Mərkəzi ilə əməkdaşlığı davam etdirəcək, lakin qarşıdan gələn layihənin detallarını açıqlamayıb.

"Mən çox istərdim və arzulayıram ki, Mehriban xanım Əliyevanın paltarları və ayaqqabıları mənim geyim kolleksiyamı bəzəsin. Mehriban Əliyeva - stil örnəyidir. O, xarici göstəricilərinə görə görkəmli qadındır ", - deyə Vasilyev bildirib.

Yeri gəlmişkən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib. Çox güman ki, Vasilyev öz arzusu barədə şəxsən Mehriban xanıma danışa bilib.

Moda tarixçisi Bakıda son dəfə 2017-ci ilin fevral ayında olub və öz səyyar məktəbinin 23 dinləyicisi üçün burada master-klass keçib. Dərslərin davam etdiyi bir həftə ərzində öz dinləyiciləri ilə İçərişəhəri gəzib, Milli İncəsənət Muzeyində, Heydər Əliyev Mərkəzində, Dənizkənarı Bulvarda, Qobustanda, Landaunun və Vitali Vulfun evində olub.

Və Bakıya gələrək şəhərin gözəlliklərindən zövq alan zaman arzu edirmiş ki, onun moda kolleksiyasını sevimlisinə çerilmiş bu şəhərin sakinləri də görsün. Və onun bu arzusu gerçək oldu! "Bakıya beşinci olan bu səfərimdə bir dəqiqə belə boş vaxtım olmayıb, çünki sərginin açılışı ilə məşğul idim. Mənim üçün çox vacibdir ki, hər şey yüksək səviyyədə keçsin. Mən Heydər Əliyev Fonduna hər şey üçün minnətdaram", - deyə Vasilyev vurğulayıb.

Maestronun kolleksiyasını görmək imkanı qazandıqları üçün, yəqin ki, bakılılar da eyni cür minnətdarlıq hiss edirlər. Zamanla yaşayan gözəlliklə təmasda olmaq çox vacibdir. Bəlkə də, göylərdən ona ruhumuzdakı insanlığı qoruya bilən bir güc verilib...



MƏSLƏHƏT GÖR:

403