27 Aprel 2024

Şənbə, 02:36

SÜLH BƏSTƏKARI

Firəngiz ƏLİZADƏ: «Yeni əsərin yaranması üçün ilk impulsun haradan gələcəyini heç cür öncədən bilmək mümkün deyil»

Müəllif:

15.01.2018

" UNESCO-nun sülhməramlı artisti", Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə - müasir Azərbaycan musiqisinin ən görkəmli nümayəndələrindən biridir. Gözəl bir bəstəkar, virtuoz pianoçu, tələbkar dirijor, təcrübəli müəllim, ictimai xadimdir.

Ötən il Firəngiz Əlizadə üçün yubiley ili oldu. Bu, dünyanın bir çox ölkələrində - ABŞ, İtaliya, Fransa, Böyük Britaniya, Hollandiya və digər ölkələrdə onun əsərlərinin çoxsaylı konsertlər ilə yadda qalan oldu. Bu, unikal hadisə idi və Azərbaycan bəstəkarının musiqisi dünyanın, demək olar ki, bütün qitələrində səsləndi, çağdaş dünyanın aparıcı musiqiçilərinin repertuarının bir hissəsi oldu, özü də, bu konsertlərin təşəbbüskarları musiqiçilərin özləri və beynəlxalq festivalların təşkilatçıları oldular. Ona həsr edilmiş konsert proqramları, onun yaradıcılığının pərəstişkarları ilə görüşlər dünyanın müxtəlif ölkələrində əsərləri keçirilib.

Firəngiz xanımın fəal sosial və musiqi fəaliyyəti həmişə Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, "Şöhrət" ordeni və bir sıra digər mükafatlarla, o cümlədən "Uğur" və "Zirvə" mükafatları ilə təltif olunub.  

Firəngiz Əlizadə bu gün də öz yaradıcılığı ilə Azərbaycanın milli mədəniyyətini Azərbaycanın sərhədlərindən kənarda təbliğ etməkdə davam edir. Son illərdə xarici musiqi kollektivlərinin sifarişi ilə yaradılmış və ifa edilmiş əsərlərin sırasında kvinteti üçün "Xəzər" (Nyu-York, Amerika Birləşmiş Ştatları, 2006), fleyta, klarnet, skripka və zərb alətləri üçün "Atəş" (Sietl, Amerika Birləşmiş Ştatları, 2006) əsərlərini, «Optical İdentity» baletini (Sinqapur, 2007), «Al Kamandcaty» misteriyasını (Roma, İtaliya, 2007), skripka üçün "Dastan"ı (Ausburq, Almaniya, 2007) və bir sıra başqa əsərləri göstərmək olar.

F. Əlizadənin əsərləri haqqında danışarkən bəstəkarın daha bir uğurunu xatırlamaq yerinə düşərdi. 2014-cü ildə məşhur amerikalı skripkaçı, meqastar Hillari Xanın «Deutsche Grammofon» albomu «İlin ən yaxşı kamera musiqisi» nominasiyası üzrə «Grammy» mükafatı ilə təltif edilib, alboma Firəngiz Əlizadənin əsərləri daxil edilib. Firəngiz Əlizadə Azərbaycan bəstəkarlıq məktəbinin tarixində bu mükafata layiq görülmüş ilk bəstəkardır və əlbəttə, bu, Azərbaycan musiqisinin ümumi uğuru kimi qəbul edilir.

«R +»a verdiyi müsahibədə Firəngiz xanım Bəstəkarlar İttifaqının fəaliyyəti, rəhbərlik etdiyi qurumun gələcək planları və öz yaradıcılıq ruhu barədə danışdı.

- Bəstəkarlar İttifaqı tərəfindən 2007-ci ildən bəri həyata keçirilən işlər barədə danışın.

- 10 il ərzində böyük işlər görülüb, çünki 1990-cı ildən etibarən 2007-ci ilədək 17 il ərzində qurultay keçirilməmişdi. Bunun çox səbəbi vardı, amma fakt fakt olaraq qalırdı. Biz Bəstəkarlar İttifaqının işində çox şeyi, məsələn, İttifaqın 11 seksiyasının, eləcə də Naxçıvan, Lənkəran və Şəki regional şöbələrinin fəaliyyətini bərpa etmək məcburiyyətindəyik. Bundan başqa, XXI əsrin tələblərinə uyğun olaraq, çox şeyi yenidən qurmalı olduq.

İlk növbədə, Bəstəkarlar İttifaqı aşağıdakı uzunmüddətli layihələrə rəhbərlik etdi və gerçəkləşdirdi: Heydər Əliyev Fondunun və şəxsən ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə icra olunan "Muğam aləmi" Beynəlxalq Festivalı (2009, 2011, 2013, 2015); "Muğam ensiklopediyası"; "Üzeyir dünyası".  

Bundan əlavə, biz Xaqani küçəsində bir zaman bizim korifeylərin - Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Cövdət Hacıyevin, Vasif Adıgözəlovun çalışdığı tarixi Bəstəkarlar İttifaqı binasına qayıtmağı bacardıq. Bu, çox prinsipial bir məsələ idi, məhz ölkə prezidentinin diqqət və dəstəyi sayəsində bu problemi həll etməyə nail olduq. Bəstəkarlar İttifaqının 85 illik tarixində ilk dəfə olaraq Üzeyir Hacıbəyov adına yeni konsert salonunda silsilə konsertlər (bəstəkarların və musiqişünasların yubileyləri), kitab təqdimatları, maraqlı insanlarla görüşlər - "Müasirlərlə dialoq" keçirilir, həmçinin çox əhəmiyyətli bir layihə - "Azərbaycan bəstəkarlarının əsərləri gənclərin ifasında" gerçəkləşdirilir.  

Bu faktı da qeyd etmək gərəkdir ki, indi Bəstəkarlar İttifaqının öz beynəlxalq musiqi festivalı var - hər il Şəkidə keçirilən "İpək Yolu" plenar yay festivalı artıq 8 dəfə keçirilib və böyük uğur qazanıb. Bu yaxınlarda biz gənc bəstəkarların növbəti (artıq səkkizinci) plenumunu keçirmişik və orada 16 müəllifin əsərləri ifa olunub. Konsertin başa çatmasından sonra təqdim edilən əsərlərin müzakirəsi - "dəyirmi masa" keçirilib və bu zaman gənc musiqişünaslar, eləcə də bəstəkarlar coşqunluqla və maraqla tədbirin bütün aspektləri üzrə fikirlərini ifadə ediblər.  

Son 10 ildə Bəstəkarlar İttifaqının gördüyü bütün işləri əhatə etmək, demək olar ki, mümkün deyil. Yalnız IX qurultayı, təşkilatımızın 75 illik və 80 illik yubileylərini, Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cövdət Hacıyev, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Emin Sabitoğlu və başqalarının ildönümlərinə təkcə Bakı şəhərində deyil, xaricdə də həsr edilmiş çoxsaylı festivalları göstərmək kifayətdir. Dünya xəritəsində yeddi beynəlxalq musiqi festivalına ev sahibliyi edəcək ikinci bir ölkəni tapmaq çətindir. XXI əsrdə Azərbaycan bu sahədə bir növ rekordçudur və dünya reytinqində möhkəm yer qazanmış birinci dərəcəli musiqi forumlarına ev sahibliyi edir.

Bəstəkarlar İttifaqının (Bİ) 85 illik tarixində ilk dəfə olaraq prezident tərəfindən Bİ üzvləri üçün aylıq təqaüd təsis edilib ki, bu da çox sayda maraqlı fikir və layihələrin həyata keçirilməsi baxımından mühüm vasitə oldu.  

İndi böyük yaradıcı ruh yüksəkliyi ilə bizim bəstəkarlıq məktəbinin korifeyi, sözün böyük hərfi ilə Müəllim (sözün geniş mənasında əsl müəllim) olan Qara Qarayevin bu il 100 illik yubileyini keçirməyə hazırlaşırıq.  

Bütün bu uğurlar və böyük mədəni tədbirlərin həyata keçirilməsi yalnız dövlətimizin siyasəti - başımızın üstündə dinc səma, Azərbaycanda hökm sürən sabitlik və davamlı inkişaf şəraiti sayəsində mümkün olub. Mədəniyyət sahəsinə əvəzsiz dövlət dəstəyi, yaradıcılıq xadimlərinə qayğı, xaricdə Azərbaycan irsinin təbliğinə diqqət - bütün bunlar bizi bütövlükdə mədəniyyətimizin və ölkəmizin rifahı üçün daha fəal işlərə ruhlandırır.

- Hazırda hansı əsərlər üzərində işləyirsiniz?

- Mən daim yeni əsərlər üzərində işləyirəm, amma hələ həyata keçirilməmiş layihələr barədə əvvəlcədən danışmaq istəmirəm. Planlar və təkliflər həmişə olduğu kimi çoxdur. Mən də öz işimi iyerarxiya üzrə qururam - yəni nə çox vacib və təcilidir, nəyisə gözlətmək olar. Hər şeyi və hər zaman çatdırmaq mümkün deyil,

burada əsas məsələ hər şeyin aydın şəkildə müəyyənləşdirilməsidir.

- Harasa səfər etmək niyyətiniz varmı?

- Almaniyanın musiqi həyatı ilə çox yaxından bağlıyam və buna görə də tez-tez Berlində oluram. Bundan əlavə, gələcək planlarla əlaqədar Sürixə səfər etməliyəm.

- Yeni əsərlər üzərində necə işləyirsiniz? Proqram çərçivəsində və ya spontan?

- Yeni əsərin yaranması üçün ilk impulsun haradan və necə gələcəyini təxmin etmək mümkün deyil. Bu, sükutda eşidilən motiv və ya hansısa ifaçılara heyranlıq, ya da oxunulmuş bir kitab və yaxud bəstəkarın tərcümeyi-halından hansısa fakt ola bilər. Hamısı həmişə fərqli olur. Hər bir bəstənin intriqası odur ki, hər zaman gözlənilməz şəkildə və "taleyi hədiyyəsi" kimi ortaya çıxır. Əks halda, hər şey adi və maraqsız olardı.

- Məşhur xarici ifaçılarla əməkdaşlıq davam edirmi?

- Xoşbəxtlikdən, bu, həmişə davam edir, bundan əlavə, yeni - yeni solistlər və kollektivlərlə zənginləşir. Məsələn, 25 ildən artıqdır ki, San Fransiskodakı «Kronos» kvarteti ilə əməkdaşlığım davam edir.

Bu yaxınlarda Berlində mənim yubileyimə həsr olunmuş festivalda "İntizar" operasından Ananın ariyasını gənc (amma bir çox beynəlxalq müsabiqələrin laureatı olmuş) müğənni - çinli Yaoki Çen gözəl ifa etdi. Məni həm də o sevindirir ki,

mənim musiqim dünyanın müxtəlif ölkələrində - Almaniyada, İsveçrədə, Portuqaliyada, İtaliyada və Finlandiyada səhnəyə qoyulur. Bu faktlar, məsələn, bu mövzuda danışan musiqişünasların, o cümlədən dosent Jalə Qulamovanın tədqiqatlarının əsasında dayanır. O, konfransda bu mövzuda (bu baletlərin bəzi səhnələrini nümayiş etdirməklə) çıxış edib.  

- İndi sifarişlər varmı?

- Əlbəttə ki, var. Ancaq əvvəlcədən heç bir şey söyləməyəcəyəm. Hər şeyi yalnız baş tutduqdan sonra biləcəksiniz.

- Söhbətə görə təşəkkür edirik!


MƏSLƏHƏT GÖR:

401