2 May 2024

Cümə axşamı, 02:06

OBYEKTİVLƏ ATƏŞ

Konsept sərgisi: berlinli fotoqraf Sven Markvardt öz yaradıcılıq «Altar»ına nələri qurban verir

Müəllif:

15.03.2018

Kino dediyimiz şəkillərin canlı hərəkətinin ortaya çıxmasından bəri fotoqrafiya sənəti sanki arxa planda geri çəkilərək mövqeyini təslim etmiş kimi görünür. Amma bu yalnız bir görüntüdür. Əslində, incəsənət dünyasında fotoqrafiyanın öz məkanı və hüququ yeri var. O, fotoobyektivin yardımı ilə gerçəkliyin təsviri incəsənətinə möhkəm daxil olub. Obyektivlə obyekt arasında məsafə bir andır. Fotokamera qapağının bir çıqqıltısına tam uyğun olan qısa bir an və foto kağız üzərində İncəsənət yaranır. Obyektivin atəşi kimi bir çıqqıltı və an əbədi olaraq həkk olur!

Alman fotoqraf Sven Markvardt da belədir: an dayandırılıb, anın quruluşu hesablanıb, personaj aşkarlanıb. Onun diqqət obyekti insandır. Daha doğrusu, metropolis insanı. Onun işlərinin sərgisi Bakıda «Goetre-Zentrum Baku»nun dəstəyi ilə Kappelhausun binasında "Altar" adı altında keçirilib.

 

Fotoqraf haqqında

Onun peşəkar inkişafı ötən əsrin 80-ci illərində başlayıb. Artıq onda o, Şərqi Berlinin andeqraund bohem mühitində o, tanınmış və populyar bir şəxs olub. Onun həmin dövrə aid əsərlərində pank və nyuveyv hərəkatının üsyançıları yer alıb.

«Pank» sözü ingilis dilindən tərcümədə "pis", "yaramaz" mənasını verir. Ötən əsrin 70-ci illərinin əvvəllərində ortaya çıxan sub-kulturanın mahiyyətində cəmiyyətə qarşı tənqidi rəftar dayanır. Bu dövr pank-rok üslubunda musiqinin ortaya çıxması ilə bağlıdır. Amerikada "pank" sözü "çirk", "çürük", "tullantı" mənasında istifadə edilir. Nyuveyv - 80-ci illərin meloman mədəniyyəti: disko və texno üslubunda musiqi. Bunlar modabaz diskoteka gəncliyi arasında da yayıldı. Bu dövr lüriks və banan şalvarlı, parlaq makiyajlı və daranmış qızlar dövrüdür.

Berlin divarının yıxılmasından sonra Sven Markvardt şəhərin gecə həyatına qatılıb. O, gecə həyatının, Berlin texno mədəniyyətinin bir hissəsinə çevrilir. Bu mədəniyyətin mərkəzi «Berghain» gecə klubu idi və klub 1998-ci ildən 2003-cü ilədək «Ostgut» adı altında bir texno klub kimi işləyib və öz fetişistləri, gey və seks məclisləri il məşhur idi. 2004-cü ildə bu qurumun komandasının əksər üzvləri daha böyük bir klub - "Berghain"i açdılar və bu klub da musiqi mədəniyyətinin özünəməxsus mərkəzinə çevrildi.  

İndi burada müxtəlif mədəni tədbirlər, o cümlədən pop ulduzların (Ledi Qaqanın) konsertləri, elektro-akustik salonun aylıq görüşləri və ya bu klubun əvəzsiz üz nəzarətçisi Sven Markvardtın fotosərgiləri keçirilir. Musiqi jurnalı «GO»ya görə, "Berghain" klubu Avropa üzrə ən yaxşı klubdur. Maraqlıdır ki, bu cür müəssisələr 19%-lə vergi ödədikləri halda bu klub yalnız 7%-lə vergi ödəyir. Paradoksaldır, lakin gerçəkdir! Belə dərəcə ilə vergini Almaniyada maddi dəyərlər istehsal etməyən və kommersiya əsasında işləməyən mədəni obyektlər ödəyirlər. Yəni muzeylər və teatrlar.

Fotoqraf ağ-qara lentə meqapolisin gecə həyatının personajlarını çəkir. Obyektivdə - dostlar, tanışlar, həmkarlardır: müxtəlif yaşda kişilər və qadınlar. Onun üçün insanlar meqapolis təzahürü kimi maraqlıdırlar. Bundan doğan bütün sualları və problemləri ilə. Sərgidə həyatdan "götürülmüş" kimi sayılacaq heç bir əsər yoxdur. Bir qayda olaraq, onlar səhnələşdiriliblər. Ancaq kameranın obyektivinə düşmüş personajın xarakteri necə dəqiqliklə düşünülüb! Kişi və ya qadın olmasının əhəmiyyəti yoxdur. Yaşının da əhəmiyyəti yoxdur. Yalnız personajın ruh vəziyyəti, gözlərinin ifadəsi, xarici dünyaya yönəldilmiş baxışları önəmlidir. Daha doğrusu, bu dünyanın bu gün nə təklif etməsi ilə bağlıdır: total tənhalıq və həssaslıq. Personajlardan hər biri güclü bir gözləmə halındadır. Xeyr, bu möcüzə deyil. Sevgi deyil. Hətta bayram da deyil. Təhlükələr! Hansı biri?

Çıxış hardadır? Yalnız təxmin etmək olar. Ekzistensialist Sartr bir dəfə deyib: "Cəhənnəm - bu, başqasıdır". Əlbəttə, insanı nəzərə alıb. Sartrın təbirincə demək olar: "Təhlükəli, soyuq, tikanlanmış dünya - bu, başqa insandır". Sven Markvardt gecə şəhərinin insanlarının psixotipini tədqiq edərək bizə insanların ümumi bölünməsi - cinsi, psixi, əxlaqi əlamətlər üzrə bölünməsi faktını sənədli şəkildə təsdiq edən məlumatlar göndərir. Gecə əyləncə məkanlarının səhnələrində gəzən yan axın mədəniyyəti dünyaya güclü dağıdıcı qüvvə "hədiyyə edib": dəyərləri, ənənələri və prinsipləri dağıdan qüvvə. Əvvəlki nəsillər tərəfindən qazanılmış dəyərləri rədd edən "kobudlar", "qəzəblilər" və "üsyankarlar" cəmiyyətə öz mədəniyyətlərini gətiriblər və sırıyıblar. Amma 80-ci illərin gəncliyi tərəfindən heyranlıqla qarşılanan qapıaltı mədəniyyət o qədər dağıdıcı oldu ki, indi "insan insanın dostudur..." şüarı kinayəli gülüşə səbəb olur, ardınca deyilənləri təkzib edən acı şərhlər gəlir...

 

«Altar»  

Audiovizual installyasiya - bu, dünya şöhrətli fotorəssamla Avropada kult dicey, musiqi prodüseri Marsel Dettmanın birgə işidir. Dettmanın musiqisi dəyişən fotoşəkillərin vizual sırasının duyğularını və gözlənilməzlik effektini balanslaşdırır. Birlikdə onlar Kappelhausun qonaqlarını Berlinin gecə həyatına aparırlar. Ümumiyyətlə, "altar" nədir? Fotorəssamın əsərlərinin sərgisi üçün qeyri-adi bir addır. Çünki bu söz iki mənaya malikdir: birincisi, pravoslav kilsəsində ikonostasla ümumi binadan ayrılmış bir hissədir; ikinci mənası qurbangahdır. Berlindən olan fotoqraf sərgiyə belə bir ad verməklə nəyi nəzərdə tutur? Əgər adın mənasına baxsaq, müəllif bir neçə onillik ərzində obyektivin köməyi ilə izlədiyi və tədqiq etdiyi həyat haqqında öz həqiqətini "qurbangah"a gətirir ki, bunu necə təsnif etmək olar? Gördüklərimizə görə himn kimi? Onun obyektivi ilə bizə baxana görə? Yoxsa bu, sadəcə zaman keçdikcə dəyişən dəyərlərin təsbitidir: öz qiymətləndirici baxışı, münasibəti, anlayışı olmadan...

Nəzərə alsaq ki, Sven Markvardt bədii fotoqrafiya ustası olmaqla yanaşı, həm də Avropanın ən dəbli gecə klublarından birində uzun illər üz nəzarətçisi olub, çətin ki, bu, mümkün olsun? Bəs, Sven Markvardt öz yaradıcılığının «altar»ına qurban kimi gətirdiyi dəyərlər hansıdır? Bunu bizim hər birimiz müəyyən etməliyik. Yüksək mənəvi baxışlardan çıxış edərək, müəllifin köhnə dəyərlərlə bağlı yeni fikirlərə qarşı konseptual mövqeyinin mahiyyətinə münasibət tolerant yanaşmadan uzaq olmalıdır. Ancaq bu janrın ən yaxşı səviyyəsində yerinə yetirilmiş fotoşəkillərin şəksiz yüksək bədii keyfiyyətini etiraf etməliyik. Fotoqrafın obyektivinin bədii atəşləri hədəfi dəqiq vurur. Məqsədsə Zaman - İnsan - Həyatdır.



MƏSLƏHƏT GÖR:

378