27 Aprel 2024

Şənbə, 02:56

KÜÇƏ VƏ FESTİVALLARIN FATEHLƏRİ

«Ahmedovski trio»: «Azərbaycanlının ən yüksək səviyyədə bacardığı iş elə cazdır»

Müəllif:

15.09.2018

Onlar öz yaradıcılıqları ilə insanların ürəklərini fəth etməyi planlaşdırırlar. Arzuları dünya səhnəsinə çıxmaqdır. Yaratdıqları musiqi isə katarsisdir, yəni arınma musiqisi.

Dünya musiqisinin ən gözəl ənənələrini öz yaradıcılıqlarına hopduraraq, Azərbaycan musiqisinin tarixini öyrənərək və ölməz Vaqif Mustafazadəni özlərinə müəllim seçərək, onlar musiqi dünyasına doğru uzun, incə bir cığır açıblar ki, bu cığır onları dünyanın ən yaxşı səhnələrinə aparıb çıxarmalıdır. Lakin onların məqsədi heç də şöhrət qazanmaq deyil, milli musiqinin zənginləşdirilməsi və caz mədəniyyəti tarixinə töhfə vermək və gələcək nəsil musiqiçilər üçün öz platformalarını yaratmaqdır.

Belə görünür ki, doğru yol seçiblər: «Bakool Arts Festival»da qələbə və əsas mükafatın - Braziliya festivalında iştirakın qazanılması, ənənəvi Gürcüstana turları və öz publikalarına sahib olmaq, İstanbul caz festivalına dəvət və çoxdan gözlənilən "bir daha" sədaları. Amma hər şey küçədən başlayıb. Gənclik, özünəinam və qələbə ehtirası, müsbət enerji ilə köklənmək, öz işinə və istedadına inam - Bakının "Ahmedovski trio" caz-fank qrupunun üzvləri məhz bu keyfiyyətlərə sahibdirlər.

- Özünüzü oxucularımıza təqdim edin.

Babək: - Mən Babək Əhmədovam. "Ahmedovski" mənim səhnə adımdır. Mən qrupun yaradıcısıyam, bəstəkar və ifaçıyam. Məhəmməd Lətifli - "Ahmedovski trio" qrupunun bas ifaçısıdır. O, həmçinin vokalistdir. Məsələn, bizdə "Rekviyem" adlı kompozisiya var. Onun vokal ifası ilə gözəlləşib. Xudayət Əhməd - zərbçidir, indi yanımızda deyil, onun bir istirahət günü var və onu sevdiyi qıza həsr etmək qərarına gəlib. İndi onlar özləri üçün fettuççine (qalın və uzun italyan əriştəsi - müəllif) hazırlayırlar. Biz buradan ona böyük salam göndəririk. Biz ümid edirik ki, fettuççine dadlı olacaq (gülür).

- Gəlin, qrupun yaranma tarixçəsi ilə bağlı ənənəvi sualdan başlayaq.

Babək: - Bu, mənim yaratdığım ilk qrup deyil, sayca beşincidir. Mənim qruplarım bir az fərqli istiqamətlərdə olublar. Məsələn, ilk qrupum metal üslubunda olub, sonra başqa bir qrupla flaminqo üslubunda ifa edirdik. Sonra blyuz, rok, elektron rok gəldi və ən sonda mən cazda dayandım və biz indiki "Ahmedovski trio" qrupu ilə caz ifa edirik.

- Neçə ildir bir yerdə işləyirsiniz?

Babək: - Bu yay bizim qrupun üç yaşı tamam oldu.

- 60-cı illərdə Azərbaycanda caz çox məşhur idi. Bu janrın vəziyyətini indi necə qiymətləndirirsiniz?

Babək: - Bəli, caz öz dövründə ölkəmizdə çox populyar olub. İndi də populyardır. Məsələn, bizdən əlavə "Bakuba Bend" kimi digər caz qrupları da var, andeqraund ifaçı Albina və s. Azərbaycanlının ən yüksək səviyyədə bacardığı iş elə cazdır. Pop janrında daha yaxşı olmağımızı arzulardıq. Repin də səviyyəsi var, çünki söz yaradıcılığı həmişə bacardığımız iş olub və çünki Anar Nağılbaz vardı, təəssüf ki, mərhum indi aramızda yoxdur. Andeqraund ifaçılar cazda «Tanrı» kimidirlər, bu gün onların yaradıcılığı sürətlə inkişaf edir. Xoşbəxtlikdən, bunu görən və caz işinə müəyyən töhfələr verən prodakşn təşkilatları, ayrı-ayrı insanlar var. Nə demək olar, bütün bunlar sevindirir! Lakin andeqraund ifaçılara hər zaman ayıq olmağı məsləhət görürük, çünki bu yolda müxtəlif mənfi hallarla üzləşə bilərlər. Heç bir halda ruhdan düşmək olmaz, hər zaman özünüzü qorumalısınız. Yeri gəlmişkən, hər il Bakıda caz festivalı keçirilir - möhtəşəmdir. Bu, demək olar ki, görkəmli hadisədir. Bu il də biz əfsanəvi Rafiq Babayevə həsr olunmuş axşamlardan birində iştirak etmək xoşbəxtliyini yaşadıq. Xüsusilə, iştirak üçün dəvət olunmuş xarici musiqiçilər xoşumuza gəldi. Festivalın təşkilatçıları çox mehriban və səmimi insanlar idi - Leyla Əfəndiyeva və istedadlı saksafonçu Rain Sultanov idi - onlar, həqiqətən də, böyük iş görürlər.

- Bu gün siz əli boş deyil, albomla gəlmisiniz. Bir az albom barədə danışın.

Babək: - Albom «Caspian broadcasting» adlanır. Niyə belə bir ad seçmişik? Hər şey sadədir. Bizim 10 trekdən ibarət albomumuz Xəzər dənizinin Bakı sahilləri barədədir. Albomun üz qabığını biz mavi rəngdə təsvir etmişik, körfəzi isə simlər formasında vermişik. İlk kompozisiya "İntro"ya mənim qızıl nəsil barədə, küçələrimiz və olmadan yaşaya bilmədiyimiz havamız haqqında hekayəm daxildir. İkinci Rasim Müzəffərlinin "Rekviyem"idir. Alboma həm də repçi "XXXpert" ("Ekspert" - müəl.) ilə bir zaman hit olmuş bir trek də daxil etmişik.

"Rekviyem" və "Alagöz" kompozisiyalarından başqa bütün digər mahnıları özümüz yazmışıq. Musiqinin ilkin versiyasını mən yaradıram, sonra uşaqlara göstərirəm, məşq edirik, dəyişikliklər eliyirik və sonda sizin eşitdikləriniz ortaya çıxır. Albomun prodüseri, mənim köhnə dostum və həyatımda mühüm rolu olan bir şəxs - Orxan Atadır. O, bizim albomumuzun leybl sahibidir. Qeyd edim ki, bu leybl ABŞ-da fəaliyyət göstərir. Ən əsası isə: albomumuz jurnalist Çingiz Mustafayevə və bütün "qızıl nəsilə" həsr olunub.

- Bu ilk albomunuz deyil ...

Babək: - Bəli. Dahi Vaqif Mustafazadəyə həsr olunmuş ilk albomumuz böyük bəstəkarın musiqisi əsasında yaradılmışdı. O, bu insana hədsiz hörmətimizin əlaməti olaraq işıq üzü görmüşdü.

- Niyə məhz Vaqif Mustafazadə? Bu şəxslə mənəvi və ya yaradıcılıq bağlılığı hiss edirsiniz?

Babək: - Azərbaycan musiqisində çox sayda görkəmli və istedadlı bəstəkarlər, Rafiq Babayev kimi görkəmli şəxsiyyət, "Qaya" kimi qrup var... Bu siyahını durmadan davam etdirmək də olar. Ancaq Vaqifin yaradıcılıq fəlsəfəsi və həyat tərzi başqalarından fərqlənir. Mən qərara gəldim ki, albom buraxılarsa, onun özünə həsr olunmalıdır, əgər musiqinin əlifbası öyrənilərsə, yenə də, ilk növbədə, ondan öyrənmək lazımdır. Albom üzərində işləyərkən biz çox uzağa getdik, Mustafazadənin yaradıcılığını və bütövlükdə Azərbaycan musiqisinin tarixini öyrənərək.

- Çağdaş ifaçılardan kimlər sizin üçün üslub və zövqün təcəssümüdür? Özünüz üçün əfsanə sənətkar kimi hesab edirsiniz?

Babək: - Rafiq Babayev və Vaqif Mustafazadə bizim üçün ölməz əfsanələr olublar və elə də qalacaqlar. Ancaq müasirlərimizdən İsfar Sarabskini deyə bilərəm. O, əsl virtuozdur. Son illərdə o, dünya şöhrətli musiqiçi Dafer Yussef ilə birlikdə dünya turuna çıxır və bu çox qürurvericidir. Bir də mən andeqraund musiqiçiləri deyə bilərəm. Onlar mənim üçün istedadın təcəssümüdürlər, amma təəssüf ki, onlar məşhur deyillər. Amma təəssüflənməyə ehtiyac yoxdur və hər şey belə də yaxşıdır. Axı, andeqraund musiqiçilərin öz cazibəsi var. Belə musiqiçilərdən biri Firudin Həmidovdur, 7 nəfərdən ibarət öz komandası var.

- Belə çıxır ki, musiqidə rəqabət yoxdur?

Babək: - Yoxdur. İndi Türkiyədə yaşayan bir məşhur azərbaycanlı musiqiçi var - Kamil Hacıyev. Ondan müsahibələrin birində soruşublar: "Azərbaycanı Türkiyədə təmsil edirsiniz?" O isə cavab verib ki, musiqi ayıran deyil, əksinə yaxınlaşdıran qüvvədir.

Məhəmməd: - Son iki il ərzində biz hər şeyi birlikdə dinləyirik və musiqi zövqümüz çox bənzəməyə başlayıb. Buna görə də, Babəkin sözlərinə mən də mənim üçün əfsanə olan və yaradıcılığından böyük məmnunluq duyduğum bir neçə ad əlavə etmək istərdim. Məsələn, amerikalı caz bas gitarçısı Cako Pastorius, Coy Dart, Yuseef Kamaal.

- Gələcəkdə özünüzün də əfsanə sayılacağınıza inanırsınızmı?

Babək: - Vaxt tapdığımız zaman bu barədə xəyallar qururuq (gülür). Əslində, mən şöhrət naminə nəsə yaratmağın səhv olduğunu düşünürəm. Bir əfsanə olmaq üçün sadəcə bunu arzu etmək kifayət deyil, işləmək lazımdır. Aysberqə baxanda onun böyük hissəsinin suyun altında olduğunu görürsünüz? Səthdə yalnız yuxarılar görünə bilər. Əfsanə olmaq suyun altında aysberqin kökünə gedib çıxmaqdır.

Məhəmməd: - Gerçək yaradıcı insan heç zaman qarşısına bir əfsanə olmaq məqsədi qoymaz.

- Əgər sizin musiqinin fəlsəfəsi haqqında danışılsa, bu, ümumidirmi və ya qrupun hər bir üzvü özünəməxsus şəkildə interpretasiya edir?

Babək: - Yəqin ki, hər birimizin öz qavrayışı, buna görə də öz subyektiv fəlsəfəsi var.

Məhəmməd: - Çətin sualdır. Əvvəl, mən hansısa bir şəkildə musiqimizin necə olması barədə heç düşünməmişdim. Mənim üçün fəaliyyətin mənası dözərək işləməkdədir. Bizim yaradıcılığımızın hədəfi milli musiqi tarixinə töhfə vermək, onu zənginləşdirmək və fərdiliyimizin bir hissəsini gələcək nəsillərə miras buraxmaqdır. Axı, elə bu yaxın zamanlara qədər biz milli mədəniyyətdə tam tənəzzül müşahidə edirdik, bu musiqiyə də aid idi. Biz bu boşluğu doldurmalıyıq ki, gələcək nəsillərin əlində düşünmək üçün bir şey olsun. Elə bu əsasda öz yaradıcılığımıza davam etməliyik.

- Kütlə sizin sintezi necə qarşılayır?

Babək: - Hələ ki, çox yaxşı. Mənə elə gəlir ki, Azərbaycanda yaxşı musiqiçi sayılmaq və dinləyici tərəfindən sevilmək üçün, sadəcə milli musiqi elementlərini əlavə etməklə sintez etmək lazımdır. Amma bu, xüsusi diqqət tələb edir. Çünki çox zəngin və dolğundur. Kantri musiqi formasını Amerika mədəniyyətinə aid edirlər. Amma açıq danışacam, əgər ABŞ-da yaşasaydım, mən bu janrda işləməzdim, çünki mən onu həddindən çox sadə sayıram. Azərbaycan musiqisinə qərq olmaq, dərinliklərinə getmək lazımdır. O, sadə deyil.

- Siz Vaqif Mustafazadənin ikinci vətənində - Gürcüstanda tez-tez konsertlər verirsiniz. Onun musiqisini orada necə qəbul edirlər, onu xatırlayırlar?

Babək: - O, yalnız Gürcüstanda və Türkiyədə deyil, bütün dünyada tanınır. Onun şəxsiyyətinə və yaradıcılığına böyük hörmət və sevgi var. Dünyada "Azərbaycan cazı" deyilən bir şey var ki, buna görə məhz ona borcluyuq, məsələn, "rus cazı" adlı bir şey yoxdur. Və bütün bunlar Vaqif Mustafazadənin sayəsində olub. O, bizim qürurumuzdur. Amerika cazına alternativ - etnocaz yaratmaq - dahilikdir və insanın imkanlarından daha yüksəkdir. Mustafazadənin "Neft daşları" - çox çevik musiqidir - svinq-cazdır. Akkordlar özləri, lad, musiqi atmosferi musiqinin coğrafi mənsubiyyətini göstərir. Vaqifin musiqisini dinləyən zaman Bakı küləyinin - gilavarın, xəzrinin əsməsini hiss edirsən. Onun musiqisi əsl Bakı küləyi və dəniz dalğasıdır.

Məhəmməd: - Amerika cazında Vaqifin Şərq motivləri yoxdur. Vaqifin muğam cazı misilsizdir.

- Gənclərin musiqi zövqünü necə qiymətləndirirsiniz?

Babək: - Yüksəlir. Əslində, meyil musiqiçilər tərəfindən müəyyən edilir, cəmiyyətimizin zövqü və nəyə üstünlük verməsi onlardan asılıdır - onlar onu inkişaf etdirir və tərbiyə edirlər. İnsanlar musiqini internetdən dinləyirlər. Bu da böyük təsir göstərir.

Məhəmməd: - Deyirlər, adamın zövqünü və dünya görünüşünü pleylistinə görə müəyyən etmək mümkündür. Əgər bizim çevrəyə baxsanız, düşünürəm ki, zövqlər dəyişib. İnsanlar bizim musiqimizi dinləyirlər, zamanla ayaqlaşmağa çalışırlar, trendlərə maraq göstərirlər. Razılaşın ki, beş il bundan əvvəl gənclər tamamilə fərqli, daha radikal idilər. Çevrədəki insanlar birtipli idilər. Amma zaman gedir - musiqi, insanlar, onların zövqləri dəyişir.

- Bu il sizin üçün İstanbulda caz festivalına qatılmaqla yaddaqalan oldu...

Babək: - Bu, unudulmaz təəssürat idi.

Məhəmməd: - Unudulmaz duyğu idi, çünki həmin dövrdə bizim «Caspian broadcasting» albomumuz buraxılmışdı və bizə bir az istirahət lazım idi ki, başımız açılsın. Elə onda təşkilatçılardan, yəni Türkiyə tərəfindən hər il keçirilən bu tədbirdə iştirak üçün dəvət aldıq. Sanırıq ki, "İstanbul Caz Festivalı" bizim həyatımızın bu dövrü üçün bir növ tale hədiyyəsidir. Ora iki günlük getmişdik, amma sonda on gün qaldıq. Festival hər cəhətdən özünü doğrultdu. <span style="font-size: 10.0pt; font-family: 'Arial TUR',sans-s



MƏSLƏHƏT GÖR:

361