26 Aprel 2024

Cümə, 13:51

QURBAN “QARABAĞ”A GETDİ

AVRO-2020-nin seçmə mərhələsinə Azərbaycan yığmasını əcnəbi məşqçi çıxara bilər

Müəllif:

15.12.2018

Qurban Qurbanovun futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi postundan ayrılması xəbəri ilin sonuna yaxın aydın səmada şimşək kimi çaxdı. Doğrudur, UEFA Millətlər Liqasındakı uğursuzluqdan sonra ölkə futbolu üzərində səmanı aydın adlandırmaq olmazdı və artıq baş məşqçinin millidən ayrılacağı barədə ehtimallar səslənməyə başlamışdı. Lakin bir çox mütəxəssislər hesab edirdilər ki, 2020-ci il Avropa Çempionatının seçmə mərhələsinə cəmi üç ay qalmış AFFA məşqçi dəyişikliyinə getməz. Üstəlik, Qurbanovla müqavilə 6 illik müddətə bağlanmışdı və onun başçılığı altında komanda hələ yolun əvvlində idi. 

Qurbanovun özü qeyd edib ki, AFFA İcraiyyə Komitəsinin qərarı qarşılıqlı razılıq əsasında qəbul edilib. “Futbolumuzda çatışmazlıqlar çoxdur. Biz 6 illik plan qurmamışdıq. Bu işləri hissə-hissə görməliydik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Bura (AFFA İcraiyyə Komitəsinin iclasına - red.) gələndə, bilirdim ki, milli ilə vidalaşacağam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır. AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Buradan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun", - deyə Q. Qurbanov bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov da Qurbanovun millidən getməsi ilə bağlı qərarın qarşılıqlı razılıq əsasında qəbul edildiyini deyib. “Qarabağ"ın nəticələri də bizim üçün vacibdir. Təcrübə göstərdi ki, iki yerdə çalışmaq çox çətin işdir”,- deyə baş katib qərarı əsaslandırıb. O, həmçinin bildirib ki, U-19 istisna olmaqla, digər yığmaların baş məşqçiləri ilə müqavilələrə xitam verilib. “Nəticələrə baxsaq, görərik ki, aşağı yaş qrupları üzrə yığmaların nəticələri və nizam-intizamı yoxdur. Məsələn, U-17 0:4 hesabı ilə uduzur, üstəlik, oyunlar ərzində 4 qırmızı vərəqə alır. Biz ədalətli oyuna əməl etməliyik. Vüqar Məmmədin rəhbərlik etdiyi U-19 isə elit-raunda vəsiqə qazandığı üçün fəaliyyətini davam etdirəcək", - deyə E.Məmmədov əlavə edib.

2020-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsinin başlanmasına üç ay vaxt qalıb. Deməli qısa müddətdə məşqçi məsələsi həll olunmalıdır. AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə yaxın günlərdə futbol üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi postuna namizədlərin siyahısı hazırlanacaq. Onun sözlərinə görə, yeni baş məşqçinin adı İcraiyyə Komitəsinin dekabrın sonu, yanvarın əvvəlində keçirilməsi nəzərdə tutulan toplantısında açıqlana bilər.

Mejdu tem, stali izvestnı soperniki sbornoy Azerbaydjana na otboroçnom gtape Evro-2020. Po itoqam jerebğevki, azerbaydjanskoy komande predstoit borğba v qruppe «E» so sbornımi Xorvatii, Uglğsa, Slovakii i Venqrii. Otmetim, çto otboroçnıy gtap s uçastiem 55 komand sostoitsə s 21 marta po 19 noəbrə sleduöheqo qoda.  

Bu arada Avro-2020-nin püşkü artıq atılıb və Azərbaycanın seçmə mərhələsindəki rəqibləri məlum olub. Komandamız E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq. Qeyd edək ki, 55 komandayla start götürəcək seçmə mərhələnin oyunları gələn il martın 21-dən noyabrın 19-na qədər keçiriləcək.  

Təbii, beşkomandalı qrupa düşdüyümüzə və altıncı, ən zəiflərin toplandığı səbətdən rəqibimiz olmadığına görə məhz bizim qrup sonuncusu olmaq ehtimalımız artır. Hər nə qədər bu qrup "ölüm qrupu" sayılmasa da. Yığma tarixində 3-cü dəfə 5 komandalı qrupda mübarizə aparacaq. Milli indiyədək iki dəfə belə duruma düşüb. Hər iki halda əsas komandamız 5 rəqib arasında 5-ci olub.  

Xatırladaq ki, Azərbaycan yığması AÇ-2020-nin seçmə mərhələsində yer aldığı E qrupunda yer alan rəqiblərinin hamısıyla qarşılaşıb. Bu 4 rəqiblə ümumilikdə 18 dəfə görüşmüşük və balans heç də bizim xeyrimizə deyil. Milli həmin matçların yalnız 1-də qalib gəlib. Bu, İqor Ponomaryovun dönəmində Bakıda Slovakiya üzərində 2:0 hesablı sensasiyalı qələbədir. Qalan 17 qarşılaşmanın cəmi 2-də heç-heçə, 15-də yenilgi qeydə alınıb. Top fərqində də rəqiblərin aşkar üstünlüyü var - 6-42.  

İstənilən halda yeni baş məşqçi təsdiqlənəndən sonra yanvar ayından Azərbaycan millisinin təlim-məşq toplanışına yığışacağı gözlənilir. Artıq millinin baş məşqçi postuna üç əcnəbi namizədin olduğu deyilir. Rəsmi qərar AFFA İcraiyyə Komitəsinin iclasında məlum olacaq.



MƏSLƏHƏT GÖR:

345