26 Aprel 2024

Cümə, 14:23

«DÜNYANI GÖZƏLLİK YOX, SEVGİ XİLAS EDƏCƏK»

Səfa MİRZƏHƏSƏNOV: «Mən birdən çox həyat və tale yaşamalıydım»

Müəllif:

15.10.2019

Yeddi yaşında Sergey Bondarçukun "Müharibə və sülh" filmini izlədikdən sonra artıq bir aktyor olacağına əmin idi. Bu düşüncə o qədər açıq özünü göstərirdi və arzu o qədər dəqiq formalaşmışdı ki, Balakən orta məktəbinin şagirdi Səfa Mirzəhəsənov üçün peşə seçimi ilə bağlı başqa heç bir fikir ortaya çıxmayıb. Bu gün o, Azərbaycanın xalq artisti, Akademik Rus Dram Teatrının aparıcı səhnə ustasıdır, rejissorlardan tələb görür, tamaşaçılar tərəfindən sevilir, səhnədə 40 il xidmət ərzində teatr muzası Melpomenanın dost münasibətini qazanıb. Bu gün, artıq o, 60 yaşında özünü xoşbəxt və uğurlu insan sayır. Sanır ki, Allah ona böyük bir xoşbəxtlik verib - sevdiyi işə xidmət edir, sevir və sevilir, böyük ailəsi var, dostları var, dünyanın ən gözəl şəhərlərindən birində yaşayır. Hər səhər oyanaraq başının üstündəki dinc səmaya sevinir.

O, ümumiyyətlə, müsbət insandır: həmişə gülümsərdir, gülərüz və mehribandır. O, kollektivdə tək insandır ki, həm həmkar-aktyorların, həm də sex işçilərinin ad günlərinin tarixini bilir. Bu vəziyyətdə ən xoş məsələ odur ki, o, həmişə bir insanı necə təbrik etməyi və ona nə bağışlamağı bilir. Bu cür hallarda hər zamaninsanın xoşuna gələ biləcək bir şey var ki, bütün günü üçün xoş əhvali-ruhiyyə yaradır. Biz Rus Dram Teatrında Moskva dramaturqu Valeri Muxaryamovun pyesi əsasında hazırlanmış "Sürprizlər günü" pyesinin premyerasından bir ay əvvəl onunla danışırıq.

- 40 il boyu inamla və sədaqətlə xidmət etdiyiniz teatr səhnəsindəki ilk çıxışınızı xatırlayırsınızmı?

- Elə aydın və dəqiq ki, sanki dünən olub. 20 yaşım var idi və uşaqlar üçün "Sehrli bal çəlləyi " adlı tamaşa idi.

- Nağılda oynamağınız xoşunuza gəldimi?

- O qədər çox ki, bu gün də bu təcrübəni təkrarlamağa hazıram. Ancaq... bu hüququ gənclərin əlindəndən almaq olmaz. Nağıl janrı peşə təlimləri üçün gözəl bir məkandır.

- Bilirəm ki, Rus Teatrının nağılları ilə böyümüş dünənki uşaqlar bu gün də sizi tanıyırlar, yaxınlaşıb söhbət edir və ya suallar verirlər – bu, sizi narahat etmir? Hər halda, neçə illər keçib...

- Nə danışırsınız! Mən buna həmişə şadam. Onların mənim pişiyim Leopold, Leşa və ya doktor Livsi ilə bağlı xatirələri bizim ümumi Bakı keçmişimizdir. Onların məni uşaqlıq illərindəki tamaşalarından xatırladıqları məni məmnun edir.  

- Bu 40 illik səhnə həyatını necə xatırlayırsınız?

- İsti və işıqlı. Mənə Rahil Ginzburq, Anatoli Falkoviç, Vera Şirye, Sergey Yakuşev, Fuad Poladov, Ksana Babiçeva, Məlik Dadaşov, İrina Perlova ilə yalnız eyni teatrda işləmək deyil, həm də birgə səhnəyə çıxaraq tərəfdaş olmaq xoşbəxtliyi nəsib olub. Bunlar dostluq və peşəkarlığın qovuşuğunda qurulan münasibətlər idi. Özünüzü həm bərabər səviyyəli tərəfdaş, həm də bir tələbə kimi hiss etməyinizə imkan verən münasibətlərdir. Gözəl dövrlər idi! Onların hər birini minnətdarlıq və sevgi ilə xatırlayıram. Murad Yagizarovu da, onunla internet sayəsində fəal şəkildə ünsiyyətdə oluruq, bir tərəfdaş kimi eyni səhnədə uzun müddət olmamağımıza baxmayaraq, bu insan yenə də mənim üçün maraqlıdır.

- Tamaşalardan hansı barədə yaddaşınızda parlaq xatirə qalıb?

- O! Bunların sırasına " IV Kin " (IV Georq) də, "Qağayı" (Triqorin) da, "Ulduz, sevgi və şampan" (Kişi) da, "Gözəl kişi" (Okoyomov) də, "Lənkəran xanının vəziri" (Vəzir) də, "Karamazov qardaşları" (İvan Karamazov) da, "Hiyləgər aşiq" (Lusindo) də daxildir... Ümumiyyətlə, siyahını davam etmək olar.

- Bəs, oynadığınız sevimli rollarınızdan hansını bu gün də səhnəyə çıxaraq oynamağa hazırsınız?

- " IV Kin" pyesindəki IV Georqu.

- Teatrın səhnəsində neçə insan obrazı yaratmısınız?

- Saymamışam, amma düşünürəm ki, yüzdən çox olduğu dəqiqdir. Bəlkə də, iki yüzə yaxındır.

- Hansı janrda özünüzü ən rahat hiss edirsiniz?

- Bu barədə də heç düşünməmişdim. Ancaq, yəqin ki, komediya, dram, detektiv janrlarında.  

- Siz ardıcıl olaraq bir neçə il "Tamaşaçı seçimi mükafatı" və növbəti teatr mövsümünün bağlanmasını vurğulayan "Apofigey" nominasiyalarında mövqe tutmusunuz. Pərəstişkarlarınız da çoxdur. Bu qədər pərəstişkarı olan bir aktyor özünü necə hiss edir?

- Heç nə hiss etmir. O, sadəcə başa düşür ki, pərəstişkarları aktyorla - rolun ifaçısı ilə aktyorun səhnədə yaratdığı personajın obrazı ilə eyniləşdirməaparmağa meyillidirlər. Bu isə romantik bir qadın fantaziyasıdır.

- Yüz il əvvəl aktyorlara müxtəlif"hədiyyələr" vermək adət olub. Daş-qaş, paltar, at, malikanə, atlı kareta, pul bağışlayırdılar. Bu gün də bu ənənə qorunur. Ancaq şirniyyat, ətir (odekolon), oyuncaqlar, çiçəklər şəklində. Sizcə, izləyicinin minnətdarlığını ifadə edən, amma aktyorun etik hisslərini aşağılamayan bir universal "təklif" varmı?

- Bəli. Tamaşaçıların ən universal hədiyyəsi çiçəklərdir. Yalnız ən yaxın dostlardan başqa nəsə bir şeyi qəbul edə bilərsiniz.  

- Köhnə tərzdə kitabları cilddə oxumağa davam edirsiniz, ədəbiyyatın son yeniliklərini izləyir və kinoteatrlara baş çəkirsiniz. Müasir qacetlərə keçməyə cəhd etmirsiniz?

- Mənim müxtəlif janrlarda ədəbiyyat yüklənmiş bir elektron kitabım var. Ancaq mən yenə də əvvəlki kimi kitab mağazasına gedirəm və oradan kitab alıram. İngilis dedektiv janrına üstünlük verirəm. İndi məsələn, Robert Gelbreytin (Coan Roulinq) "Ölümcül ağlıq" kitabını oxuyuram. Süjetin inkişafından ləzzət alıram və bununla, istirahət edirəm. Kinoteatrlara isə yoldaşımla birlikdə gedirik, çünki biz ekranlara çıxan bütün yeni məhsulları kompüter ekranından deyil, böyük ekrandan izləməyə çalışırıq.

- Mən bilirəm ki, sizinlə həyat yoldaşınızla çox ahəngdar birliyiniz var, bəs, bu, siz hər ikiniz səhnəyə çıxanda ailə münasibətlərinə mane olmur? Məsələn, «Afina axşamları»nda və ya premyerası yaxınlaşan «Sürprizlər günü»ndə?

- Bilirsiniz, biz bir-birimizə o qədər “çulğaşmışıq” ki, bir-birimizi bir sözdən, bir baxışdan, bəzən telepatik olaraq anlayırıq, bu, mane olmur, əksinə kömək edir. Həm də bu həmişə hər hansı bir rolun yaradılması ilə bağlı hansısa detalları müzakirə etmək üçün bir fürsətdir.  

- Yeni qəhrəmanınız əvvəl oynadıqlarınızın hamısından bir qədər fərqlidir?

- Əlbəttə! Hər şeydən öncə teatrla bağlı bir qəhrəmanı oynayıram. O, daima komik vəziyyətlərə düşür. Özü də, onu həm peşə, həm də mənəvi cəhətdən o qədər gözdən salırlar ki, hər dəfə vəziyyətdən birtəhər çıxmalı, hiyləgərlik etməli, yeni şeylər uydurmalı olur. Bir sözlə, onun üçün bütün hadisələrin açıldığı və "sürprizlərin" yarandığı gün çox çətin olub (tamaşaçını məhz bu şənləndirir!), amma o, vəziyyətdən çıxır.

- Yəni siz bir gəzəyən yaramazın teatr obrazını yaratmısınız?

- Yox da, niyə bu qədər qəti qərar verirsiniz?

- Bəs, quruluşçu rejissor bu barədə nə düşünür?

- Deməyəcəyəm. Aleksandr Şarovskinin bu barədə düşündüyü hər şeyi noyabrın ilk yarısında teatrımızın səhnəsində görmək olar.

- Yaxşı, bu hekayədə Yevgeniya Nevmerjitskaya kimi oynayır - həyat yoldaşını və ya sevgilisini?

- O! Bax, bu, əsas intriqadır və bu barədə on dəfə danışmaqdansa, bir dəfə görmək daha yaxşıdır.

- Yəni ən sonda sizin üçün aktyor peşəsi nədir: göylərin hədiyyəsi, ya sınağı?..

- Yuxarıdan göndərilən bir hədiyyə kimi. Deməli, mən birdən çox həyat və tale yaşamalıydım. Yaşamaq və özün üçün çox vacib nələrisə anlamalısan. Bəlkə də, buna görə səhnədə olduqları zamanın hər dəqiqəsində məhz həmin anı yaşamağı bacaran aktyorlara sonsuz hörmət edirəm.  

- Siz özünüzü də bu cür aktyorlar sırasına aid edirsiniz?

- «Bəli» deyə bilsəydim, özümü xoşbəxt sayardım. Ancaq düşünürəm ki, bu barədə danışmaq üçün yalnız izləyicilərin və tərəfdaşlarımın haqqı var.

- Belə çıxır ki, 60 yaşınız, səhnədəki 40 iliniz – bir nəticə deyil, sadəcə özünüzü və peşə sirlərinizi öyrənmək üzrə axtarışların davamıdır?

- Yəqin, belə də demək olar. Bilmirəm. Ancaq bir şeyi əminliklə deyə bilərəm: zaman səhnəyə çıxmazdan öncə yaranan həyəcana qarşı immunitet yaranmağa kömək etmir. Hələ də ilk dəfə səhnəyə çıxdığım kimi həyəcan keçirirəm.

- Hansısa personajları nə vaxtsa oynamağı arzu etmisiniz, amma bu heç alınmayıb?

- Qorxuram orijinal olmasın, amma olduğu kimi deyəcəm. Nə vaxtsa Romeonu, sonra Maqbeti, Raskolnikovu, "Ustad və Marqarita"dakı Ustadı, Çexovun qəhrəmanları Astrov və Qayevi, südçü Tevyeni oynamaq istəmişəm...

- Bəs, indiki akademik teatrın səhnəsinə çıxıb bu gün nə oynamaq istərsiniz?

- Klassik bir pyesdən istənilən qəhrəmanı. Klassika - peşəkar üçün bir həzzdir. İllər keçir. Çoxunu heç vaxt oynamayacam. Hələ də nələrisə etmək istərdim...

- Bəs, xoşbəxt bir insan kimi Səfa Mirzəhəsənovun həyat kredosu necədir?

- Gözəllik, bəllidir ki, qorxulu bir gücdür. Ancaq dünyanı o yox, sonsuz məhəbbət xilas edəcək.  

- Qarşıda teatr üçün yubiley ili gəlir. 2020-ci ilin dekabrında teatrın 100 yaşı tamam olacaq. Kollektivə və özünüzə nə arzu edərdiniz?

- Mən bu teatrın 60 yaşını qeyd etdiyi ildə aktyoru oldum. Sonsuza kimi xoşbəxtəm ki, teatrın yüz illik tarixini "akademik" adı statusunda qeyd edilən günü gördüm, bunun üçün hörmətli Prezidentimizə təşəkkür etmək istəyirəm. Teatr olub, var və olacaq. Həmkarlarıma maraqlı pyeslər, rollar və onları sevən izləyicilər arzulayıram.Direktor Ədalət Hacıyevə və baş rejissor Aleksandr Şarovskiyə səbir, dözüm və cansağlığı arzulayıram, çünki qarşıda bir çox yubiley ərəfəsi işlər və tədbirlər var.



MƏSLƏHƏT GÖR:

294