27 Aprel 2024

Şənbə, 09:13

SEVGİNİN «DEMO VERSİYASI»

Rəsminə Qürbətova və Ülviyyə Axundova tandemi: zövq alaraq işləyən və sevərək yaradan yaradıcı gənclikdir

Müəllif:

01.03.2020

Muğam Mərkəzinin konsert zalı. Sözlü-musiqili tamaşa. Zal tam doludur. Poeziyanı sevən və anlayan, gerçək dəyərləri ötəri olanlardan seçməyi bacaranlar bir yerə yığışıblar. Onlar çağdaş dünya və onun dəyərləri ilə münasibətləri yenidən gözdən keçirməyə mənəvi və intellektual ehtiyac duyurlar. Onlar iki müəllifin - Rəsminə Qürbətova və Ülviyyə Axundovanın "Sevginin demo versiyası" (“Demo version of love”) adlı dialoqunun iştirakçısı olmaq təklifini məmnuniyyətlə qəbul etmişdilər. Tədbir «Arts Council Azerbaijan» yaradıcılıq şurasının dəstəyi çərçivəsində keçirilirdi. Musiqili-poetik gecənin proqramı Rəsminə və Ülviyyənin növbə ilə ifa etdikləri şeir və mahnılardan ibarət idi ki, ifa olunan əsərlərin hər biri tamaşaçıların isti rəğbətini qazanırdı.

 

Ürək döyüntüləri

Latın dilindən bizə gələn "demonstration" sözü "nümayiş etdirmək" deməkdir. "Demo versiya" sözü kompüter terminologiyasından gəlib və "ilkin versiya" mənasını verir. Ancaq ən əsası odur ki, hər iki ifaçı yalnız öz əsərlərini deyil, həm də ətraf dünyadakı və öz daxili dünyalarındakı hissləri, düşüncələri, yaşantıları və duyğuları nümayiş etdirdi.

Sevgi. Mövzu çoxşaxəlidir və əhatəlidir. Sevgidən danışmaq asan deyil. Axı, onun haqqında indiyə kimi o qədər deyilib, o qədər yazılıb və o qədər çəkilib ki! Öncə deyilmişləri təkrar etmədən müəllifi dərin və görkəmli bir şəxsiyyət kimi təqdim edə biləcək sözləri necə tapmaq olar? İnsanlığın özünü tanımaq və bir-biri ilə əlaqə qurmaq üçün istifadə etdiyi sözlərlə hissləri və düşüncələri əks olunan şəxsiyyət? Bu, asan deyil, məsuliyyətlidir və ... bir az da qorxuludur: səni başa düşəcəklərmi, səni Şair kimi qəbul edəcəklərmi? Bəs, sevgi nədir: xoşbəxtlik hissi? Tutub saxlamaq mümkün olmayan bir an? Ürək döyüntüsü? Yoxsa dəqiq tərifi olmayan bir anlam? Ancaq hər kəsin özünün sevginin nə olduğunu anlama haqqı var, öz həyat təcrübəsi və dünyagörüşü ilə bu anlamı ölçərək.

Ülviyyə Axundova. Xurmayı saçlı kövrək bir xanımdır, açıq rəngli donu və əlində mikrofonu tutmağı ilə gözəllik və qadınlığı təcəssüm edirdi. O, salona ünvanlanmış etirbaredici-tövbəkar səs tonu ilə elə ilk misrasından hər kəsi tilsimlədi və bütün tamaşa boyu heç kim diqqətini bir dəqiqəlik belə yayındırmaq istəmədi. Ancaq "sevgi nədir" mövzusunda tövbə çıxışının finalında səhnəyə Rəsminə Qürbətova çıxmasaydı, harmoniya hissi tam olmazdı. Topa qara saçları, qara kostyumu, Şərq gözəli görünüşü və bu ilk müəllif mahnısının konsertində ekspressiv ifası vizual qavrayış baxımından proqramın bədii obrazını çox dolğun vurğulayıb.  

Qara və ağ əksliklərin mübarizəsi və cazibəsi kimi düşüncənin bədii canatması və ədəbi-poeziya ideyasının bədii təcəssümünün ahəngdar birliyini yaradıb. Bir daha xatırlanılarsa, Rəsminə ingilis dilində (sözlərini, melodiyasını) özü yazdığı mahnılarını ifa etmişdi, Ülviyyə isə rus dilində yazdığı şeirlərini və mahnılarını səsləndirmişdi və hər ikisi tamaşaçılarla ünsiyyət quraraq asanlıqla Azərbaycan dilinə keçirdisə, bu gənc xanımlarla bağlı qürur və hörmət dərəcəsini müəyyən etmək olar.

Gənc xanımlar bir virtuoz ustalığı ilə yalnız dərin dil biliklərini göstərməklə qalmadılar, həm də poetik söz incəsənətinə yaradıcı aidliklərini nümayiş etdirdilər. Onların incəsənəti - onlarla uşaqlıqdan, lakin xatırladıqları illərdən bəri onların özündə yaşayan yaradıcı bir ruh halının nəticəsidir, o illərdə qızların hər biri özünəməxsus bir şey yaradarkən, həm də gələcək yaradıcılıq mühitlərinin əhatəsini çizirdilər.

 

Rəsminə Qürbətova  

Həmişə rəsm çəkməyi və mahnı oxumağı sevib. Bu sevgi peşəkar fəaliyyətə çevrilmədi, lakin yaradıcı ifadə üçün təbii bir ehtiyacı qoruyub saxladı. İngilis dili şüuruna hələ uşaqlıqdan oturub: əvvəlcə «Bitlz» mahnıları, sonra bu dildə dərsliklər və kitablar vasitəsi ilə. Hər şey öz-özünə başladı, əvvəlcə sözləri qafiyələdi, sonra isə düşüncələrini də ingilis dilində səsləndirdi! Kövrək cəhdləri getdikcə daha inamlı oldu və üstəlik, melodik səslənmə də qazandı. Beləcə, müəllif mahnıları yarandı və tədricən öz dinləyicilərini tapmağa başlayan bu mahnıların həssas sözlərinin əhatə dairəsi genişlənərək, əhval-ruhiyyəsinə və tutqusuna görə 1900-1917-ci illərin Yeni Orlean caz ifaçılarına xas olan bir üslub kimi qəbul edildi.  

Öz zamanında Səid Qurbanın "Əli və Nino" romanının qəhrəmanlarının ovaxtkı şəhər klubunun (indiki Filarmoniyanın) restoranında oturaraq dinlədiyi caz. Rəsminənin öz müəllif əsərlərinin kütləvi ifası ilə bağlı ilk peşəkar təcrübəsi Bakı Dövlət Universitetində oxuduğu dövrlə əlaqədədir, Ülviyyə ilə də orada tanış olmuşdu. Tanışlıq ortaq yaradıcılıq tandeminə çevrildi. Təcrübələri o vaxt tələbələr arasında dəbdə olan müzikl tamaşaya qoymaq təşəbbüsləri çərçivəsində idi.

Əvvəlcə "Arşın mal alan", sonra "Mənim gözəl xanımım". Şeir yazmaq və melodiya bəstələmək bacarığı, bax, burda işə yaradı. Onların özlərinə bu, sadəlövh və iddialı bir özünü ifadə cəhdi kimi görünürdü, amma ruhdan düşməyərək, yeni bir yaradıcılıq təcrübəsinə qızğınlıqla baş vururdular. Təhsil illəri sürətlə keçdi və həyat onların yollarını ayırdı. Bu gün Rəsminə Qürbətova yerli bir şirkətin qurucusu və yaradıcı direktoru, dizayner, şair, bəstəkar və iki cazibədar qızın anasıdır. Azərbaycan, rus, ingilis dillərində danışır, bir az da türk və fransız dillərini bilir.

 

Ülviyyə Axundova  

Özünü xatırlayan andan sözləri qafiyəyə düzür. Ağır emosional yaşantılardan qurtulmaq üçün şeir yazmağı "qan aldırma" üsulu sanır. Şeirləri qafiyələnmiş poetik misralar kimi yox, müəyyən bir şəkildə dillənən bir melodiya kimi yaranır. Ölçünü və ritmi də melodiya "diktə edir". Xalq qarşısında debüt çıxışı əvvəllər aktrisa kimi fəaliyyət göstərdiyi və Rüstəm İbrahimbəyovun "Tartüf" pyesindəki Məryəm rolunda oynadığı «İbrus» Teatrının səhnəsində baş verib.

Bu, auditoriya ilə qarşılıqlı əlaqə baxımından, o cümlədən Rusiya və Fransa da daxil olmaqla, əvəzsiz praktik təcrübə dövrü idi. Həmin müddət ərzində Ülviyyə artıq Sorbonnanı bitirməyb, fransız dilindən Baninin iki kitabını - "Qafqaz günləri"ni və "Paris günləri"ni çevirməyi bacarıb. Yazıçılıq fəaliyyəti ona bununla yanaşı, həm də düşüncələrini poeziyaya tökməkdə mane olmayıb, əvvəlki kimi buna bir maraq kimi baxır. O, özünü heç vaxt yazıçı və ya şair də adlandırmır, düşünür ki, bu status yalnız seçilmiş insanlara aid ola bilər. Amma bununla yanaşı, tərcümə olunmuş nəsrdə, hekayələrdə və şeirlərdə artıq çoxdan dünyaya şairanə baxış vergisi verilmiş ustadın inamlı səsi eşidilir. Bu yaxınlarda onun "Nəfəs al" adlı kiçik hekayələr və şeirlər toplusu buraxılıb.

BDU-dakı ilk birgə yaradıcılıq təcrübəsini məmnuniyyətlə xatırlayır, heyrət edir ki, Üzeyir Hacıbəyovun "Arşın mal alan" klassik operettasına əsaslanaraq, tamamilə çağdaş bir müzikl yaratmağa necə cəsarət ediblər. Proses o qədər maraqlı olub ki, layihə başa çatan an teatrının işində iştirak etmək istəyənlərin sayı üç dəfə artıb. Bu gün Ülviyyə Axundova şair, tərcüməçi, yazıçı, ssenarist və art-menecer, YARAT! Müasir İncəsənət Mərkəzinin ictimai proqramlar departamentinin rəhbəridir. Azərbaycan, rus, ingilis və fransız dillərini bilir. «Demo versiya» layihəsinin müəlliflərindən biridir.

 

İllər sonra  

Yetərincə təbii sual ortaya çıxır: şəhərin mədəni həyatı üçün bu qədər zəruri olan bir layihə yaratmaq ideyası necə və nə vaxt yarandı? Onlar illər sonra təsadüfən görüşdülər. Bununda qəribə bir şey yoxdur. Çünki Bakı kimi iri bir meqapolisdə bu, adi haldır. Lakin uzun ayrılıqdan sonra baş tutan görüşlər çox xoş olur, sevinc gətirir və bu məsələdə həm də olduqca müsbət nəticələr də verdi. Bax, onlar da görmədən hansısa bir tədbirdə görüşdülər, anladılar ki, görmədikləri zamanda belə, bir-birlərinin yaradıcılıqlarına olan maraqları heç dəyişməyib. Əksinə. Elə bir hiss vardı ki, sanki dünən ayrılıblar.

Dialoqları öz-özünə quruldu, bir-birlərinin yaradıcılığına və düşüncələrinə maraqları tükənməmişdi, buna görə də uzun illər havadan asılı qalmış ortaq bir axşam proqramı keçirmək fikri absurd gəlmədi, olduqca real göründü. İdeyalar doğuldu, kristallaşdı və gerçəkləşdi. Görüş təkcə mənalı olmaqla qalmadı, həm də perspektivli oldu. Çünki "Demo versiya" tam yerinə düşdü, tamaşaçıların məhrəm bir söhbətə ac olan ruhlarına və zehinlərinə xoş bir emosional duyğu ilə hopdu. Onlar, tamaşaçılar bu cür görüşlərin davamını istəyirdilər, xüsusi bəyəndikləri şeirləri və mahnıları təkrar-təkrar eşitmək istəyirdilər. Ən nəhayət, onlar, sadəcə, məhrəm dialoq atmosferi yaratmağı bacaran, ruhların, düşüncələrin, duyğuların, əhval-ruhiyyənin vəhdəti hissini bəxş edən müəlliflərin əsərlərini bəyəndilər.

- Özünüzü uğur qazanmış insan hesab edirsinizmi?

Rəsminə: - Mənə elə gəlir ki, insan həyatının hər mərhələsində məhz həmin dövrü üçün uğur qazanmış insandır. Şəxsiyyətimin indiki vəziyyətini mən bəyənirəm, amma mükəmməlləşmənin sonu yoxdur, böyüməyə hələ imkan var və mən də bunu istəyirəm.

Ülviyyə: - Düzünü deyim ki, «uğur qazanmışam» hissi son dərəcə nadir gəlir. Çox vaxt daxili təlatüm vəziyyəti hiss edirəm: axır ki, nəyəsə nail olmanın həyəcanı, sevinci və demək olar ki, dərhal sonra – önəmli bir şey etməyi çatdırmamaq qorxusu...

- İndi həyatınızın bu mərhələsində ondan nə istəyirsiniz?

Rəsminə: - Biz - insanlar - Yer kürəsinə borcluyuq. Buna görə də fəzaya nə qədər müsbət və xoş emosiyaları göndəririksə, bir o qədər yaxşıdır. Bunun üçün hər vəziyyətdə, özümüz kimi qalmalıyıq. Bunun üçünsə xoşbəxtlik və sevgi içində yaşamaq lazımdır. Özümüzə qarşı, həm də bu həyatda etdiklərimizə və gördüklərimizə qarşı dürüst və güzəştsiz olmalıyıq. İstədiyim işi gördükdə və xoşuma gələn işlə məşğul olduqda, mən hətta xarici görünüşümdə də fərqli oluram! Deməli, onda mən müsbət enerji mənbəyi oluram. Artıq heç bir güzəşt istəmirəm. Bütöv bir insan olmaq istəyirəm. Həm də yanımdakı insanların da belə olmasını istəyirəm...

Ülviyyə: - Hər şeyi çox dəqiq dedi. Yalnız buna əlavə olaraq, "arzular siyahısından" bəzi bəndləri həyata keçirmək istərdim. Bilirsiniz, uşaqlıqda hamımız siyahı tuturduq: istəyirəm ki, böyüyəndə bu işləri görüm, bu yerlərə gedim. Bütün bunlar gələcək zamanda, hansısa dumanlı gələcəkdə idi. Ancaq bir dəfə duman dağılır və sən yuxudan oyanaraq, anlayırsan ki, artıq çoxdan böyümüsən və sənin "sonra"n artıq gəlib çatıb... Arzunun çin olması üçün bir də başqa vaxt olmayacaq. 30 yaşından sonra həyatımızda bir şeyləri dəyişdirmək istəyi bizi daha çox haqlayır (və bunu hamı bilir). Son bir neçə ildə ətrafımda köklü dəyişikliklər (iş və ya şəhər dəyişikliyi) etmək qərarına gələnlərin daha çox olduğunu görürəm. Dostların nümunəsi çox ruhlandırır. İnsanlar öz hekayələrini sizinlə bölüşürlər və burada düşüncələrinizdən uşaqlıqda tutduğunu o əziz siyahı oyanır, o siyahıda ki, həm səyahətlər, həm Korfu adasında gün batımını izləmək, həm bir pyes və ya ssenari yazmaq var idi... Bundan əlavə, məsələn, həqiqətən, öz köhnə arzumu həyata keçirmək və Dublini görmək istəyirəm.

Gecə, necə deyərlər, uğurlu oldu. Müəlliflərin ifasında səslənən şeirləri, mahnıları Bəbir Bəbirlinin rəhbərlik etdiyi musiqi qrupu müşayiət edirdi. Səhnə ətrafında toplaşan tamaşaçılar səslənən əsərlərə heyranlıqlarını ifadə edərək, proqram müəlliflərinə sevgilərini ifadə edirdilər. Bu cür tədbirlərin daha çox keçirilməsi arzusu və minnətdarlıq sözləri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycanın xalq artisti, professor Murad Hüseynovun, eləcə də musiqi layihəsinin rəhbəri Bəbir Bəbirlinin, musiqiçilər Şamil Məmmədovun (gitara), Azad Yusubovun (bas gitara), Elnur Hüseynovun (klavişli alətlər), Eyvaz Həşimovun (zərb alətləri) da ünvanına səsləndi.



MƏSLƏHƏT GÖR:

276