26 Aprel 2024

Cümə, 12:56

«MUSİQİ SƏRHƏD TANIMIR»

Mahir TAĞIZADƏ: «Azərbaycan musiqisini sonsuza qədər öyrənmək, onda hələ də yeni, maraqlı və kəşfedilməmiş nələrisə tapmaq olar»

Müəllif:

01.04.2020

Fikrət Əmirov adına 6 nömrəli incəsənət məktəbinin kiçik kabinetlərindən gələn musiqi alətlərinin sədaları, şagirdlərinin şaqraq səsləri, maestro Fikrət Əmirovun məktəbin girişində ucaldılmış büstünün uzaqlara dikilmiş baxışları. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, bariton, beynəlxalq və respublika müsabiqələrinin laureatı, Gənclər Mükafatı laureatı Mahir TAĞIZADƏ ilə söhbətimiz məhz belə bir yaradıcılıq şəraitində başladı. Əslində bu yer təsadüfən seçilməmişdi - çünki Mahir, yetərincə gənc yaşına baxmayaraq, artıq müəllimdir və ölkə musiqisinin gələcək nəsillərini yetişdirir. O, tamamilə inanır: "Milli musiqimizin təkmilləşdirilməsi və daha da inkişaf etdirilməsi istedadlı gənclərimizin əlindədir". Öz işinə ciddi münasibəti, bu milli sərvətimizə olan böyük bir sevgisi və ölkənin musiqi gələcəyinə ürək yandırması onu yorulmadan işləməyə məcbur edir.

- Ölkəmizdə klassik musiqi ilə bağlı vəziyyət necədir?

- Fikrimcə, müəyyən qədər birmənalı deyil. Əlbəttə ki, bu gün musiqimizin inkişafı və təbliğinəböyük diqqət yetirilir. Amma musiqi sahəsindəki əsas problemlərin sırasına dinləyicilərin klassiklərə biganəliyini aid edərdim. Bir musiqiçi üçün izləyicisi bütün fəaliyyətini yönəltdiyi ənqiymətli sərvətdir. Mən bütün həmvətənlərimizi və şəhərimizin qonaqlarını konsertlərə getməyə, işimizə maraq göstərməyə və həm də öz ruhlarına xoş bir təəssürat bəxş etməyə çağırardım. Xoşbəxtlikdən musiqimizin möhkəm və çox böyük bir təməli var. Bunlar ölməz bəstəkarlar Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və başqalarıdır. Onlar əfsanə sayılırlar - Azərbaycan musiqisinin üzərindədayandığı nəhənglərdir. Ancaq başqa bir dəyərimiz - yüksək keyfiyyətli və diqqətəlayiq bir musiqi yaradan çağdaş heyətimiz də var. İnanıram ki, dahilərimizlə yanaşı, gənc bəstəkarların musiqiləri də təbliğ olunmalıdır. İnanın, yeni musiqi nəslimiz gerçək peşəkarların əlində böyüyür. Buna görə də inanıram ki, milli musiqimizin təkmilləşməsi və daha da inkişaf etdirilməsi bizim istedadlı gənclərin əlindədir.

- Sizi opera musiqisinin təbliğinin tərəfdarları sırasına aid etmək olarmı?

- Sanıram ki, bir xalqı yalnız bir rəngdə - ağ və ya qara ilə təqdim etmək olmaz. Bütün parlaqlığı, şirəni, bütün vokal mədəniyyəti, klassik məktəbi göstərmək lazımdır. Sadəcə düşünün, biz hansı çalarlara malikik. İncəsənətimiz və mədəniyyətimiz kimi bizim bütün musiqimiz hərtərəfli işıqlandırılmağa layiqdir. Operaya gəlincə, heç kimə sirr deyil ki, Şərqdə ilk opera məhz Azərbaycanda Üzeyir Hacıbəyov tərəfindən yazılıb. Uyğun olaraq, Şərq opera ənənəsinin əsası məhz vətənimizdə qoyulub. Bu o deməkdir ki, ölməz opera əsərlərimizlə ikiqat qürurla və inamla bütün dünyaya qastrol səfərinə çıxa bilərik. Məsələn, Qazaxıstanın Astana Opera və Balet Teatrı 2018-ci ildə İtaliyanın Karlo Feliçe Teatrında qazax dilində məşhur «Abay» operasını göstərib. İtalyanlar ayaqüstə alqışlayıblar. Eyni anşlaqları xaricdə bizimtamaşalarımızda da görmək istərdim. Özü də, İtaliyada 2020-ci il Azərbaycan Mədəniyyəti İli elan edilib. Bu, Avropa tamaşaçılarını təəccübləndirmək üçün bir şansdır.

- Opera tamaşalarımızdan hansı xaricdə təqdim etmək üçün maraqlı olar?

- Yaxşı sualdır. Fikrət Əmirovun Avropa üslubunda yazılmış "Sevil" operası, Üzeyir Hacıbəyovun "Koroğlu" operası - qəhrəmanlıq operasıdır, möhtəşəm musiqisi var, parlaq çalarları var və bizim qədim köklərimizi nümayiş etdirir – bunlar böyük iş görə bilərlər. Məsələn, sirr deyil ki, "Arşın mal alan" operettası Los-Ancelesdə ingilis dilində səslənib və böyük rəğbət qazanıb.

- Qastrollarda, yəqin ki, başınıza maraqlı hadisələr gəlib?..

- Mən Polşada, Belarusda, Rusiyada, Baltikyanı ölkələrdə, Türkiyədə, Almaniyada, İtaliyada çıxış etmişəm. Hətta maestro Yalçın Adıgözəlovla birlikdə Küveytə getmək şansım da olub. Bir dəfə Bülbül adına vokal müsabiqəsindən sonra Polşada master-klassda olmuşam. Elə oldu ki, məndən milli bir şey ifa etməyimi istədilər. Mən Qara Qarayevin "Vətən" operasından Mərdanın ariyasını oxudum və bundan sonra izləyicilər "Şostakoviç!" deyə səsləndilər.  

- Qarayevin əsərini niyə Şostakoviçə aid ediblər?

- Qara Qarayevin Şostakoviçin tələbəsi olması bu işdə rol oynayıb, eyni məktəb hiss olunurdu. Bunu orada olanlara izah etdim bizim Qara Qarayevin bəstəkar dühasından danışdım. Gürcüstanda II Beynəlxalq David Andquladze vokal müsabiqəsində Tofiq Quliyevin "Gecə serenadası" mahnısını oxudum. Musiqisevərlərdəbu, o qədər silinməz təəssürat yaratdı ki, ifadan dərhal sonra məndən notları və əsərin tərcüməsini istədilər. Bu, musiqimizə böyük marağın olduğunu və çox asan qavrandığına daha bir sübutudur. Erməni iştirakçılar mənim ifama xələl gətirməyə çalışsalar da, münsiflər heyətinin elə həmin millətdən olan üzvü mənə bütün kateqoriyalar üzrə yüksək bal verdi. Məni Aram Xaçaturyan adına beynəlxalq müsabiqəyə dəvət etmək istəyirdi və bununla bağlı mənə sertifikat təqdim etdi. Düzdür, elə verdiyi kimi də geri götürdü və dedi: "Lap yadımdan çıxmışdı, sən axı azərbaycanlısan, bizə gələ bilməyəcəksən" (gülür).

- Necə oldu ki, musiqini seçdiz?

- Uşaqlıqda anam tez-tez məni və bacımı müxtəlif opera tamaşalarına və konsertlərə aparırdı. İşdən evə qayıdanda, biz bekarçılıqdan karandaşları musiqi aləti kimi göstərməyə çalışdığımızı görüb, bizim musiqi qabiliyyətimiz olduğunu düşündü və bizi musiqi məktəbinə verməyə qərara aldı. Gözlənilmədən musiqi həyatımın bir parçasına çevrildi. Bunun üçün ona hədsiz minnətdaram. Sabah harada olacağımdan və hansı səhnədə çıxış etməyimdən asılı olmayaraq, həmişə mənim üçün parlaq və rəngarəng musiqi dünyasına qapı açan insanın anam olduğunu xatırlayacağam. Atam həmişə mənim sənətimə qarşı çıxırdı, sanırdı ki, oxumaq və ya musiqi alətində çalmaq kişi işi deyil. Deyəsən, məni yalnız indi-indi başa düşməyə başlayır ki, mən nəsə maraqlı bir işlə məşğulam (gülür). Bəli, Qara Qarayev adına incəsənət məktəbini bitirmişəm. Ondan əlavə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxumuşam, deyə bilərəm ki, ora da mənə təsir edib. Çox ciddi bir təhsili var. Sonra Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olmuşam və musiqi sahəsində çox önəmli bir insanın məsləhəti ilə musiqi məktəblərində dərs keçməyə başlamışam.

- Tələbələrin gənc müəllimə münasibəti necədir?

- Mən bütün şagirdlərimi solfecionu və musiqi nəzəriyyəsini öyrənməyə məcbur edirəm və yaxşı nəticələr əldə edirəm. Mənim elə şagirdlərim var ki, musiqi nəzəriyyəsi ilə tamamilə tanış deyillər. Mən bunu konkret olaraq bir tələbə üçün deyil, bütün ölkə üçün etdiyimdən yaxşı bilirəm, çünki gələcəkdə bu uşaq bizi xaricdə təmsil edəcək, Azərbaycanın musiqi mədəniyyəti ilə bağlı müzakirələr aparacaq, ölkəmizin siması olacaq. Mənim aid olduğum xalqın savadlı olması mənim üçün önəmlidir. Bizim nəsil milli "mədəni mətbəxi" anlayır və bilir, amma uşaqlar o qədər də məlumatlı deyil.

- Özəl olaraq, siz hansı yenilikləri tətbiq etdiniz?

- Məsələn, Qara Qarayevin yaratdığı 30 caz noktürnünü, özü də, 30-35 ildən sonra. Bu üç caz noktürnünün kamera orkestri ilə ilk ifaçısı olmuşam. Qara Qarayev bunları caz orkestri üçün yazıb və mən düşündüm ki, niyə Qarayev kimi etməyim və kamera orkestri üçün orkestrləşdirmə hazırlamayım?! Beləcə, Azərbaycanda ilk dəfə kamera orkestri ilə birlikdə bunların hamısını lazımi səviyyədə gerçəkləşdirdik. Maestro Teymur Göyçayev onda Q.Qarayev adına Kamera Orkestrinin baş dirijoru və bədii rəhbəri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru idi. Məni tam dəstəklədi və bu fikrə çox sevindi – duyğularımı çatdırmaq sadəcə mümkün deyil. Nədənsə, hər kəs Qarayevin yaradıcılığında vokal musiqisinin az olduğuna inanır. Mən həm Moskvada, həm də Bakıda onun vokal musiqisini axtardım və tapdım - bu, Azərbaycan musiqisi üçün böyük önəm daşıyır.

Mən həm də heç vaxt ifa olunmamış bəzi xalq mahnıları üçün də orkestrləşdirmə gerçəkləşdirmişəm. Bəzi xalq mahnılarının notlarını toplamışam, işləmişəm, bəzi məqamları düzəltmişəm və bitkin mənzərə yaratmışam. Məndən öncə yaradılanlara hörmət edən, amma yeni, təzə və parlaq bir şeyə daim həvəsi olan bir insanam. Düşünürəm ki, dinləyicilərə həmişə eyni parçaları eşitdirmək doğru deyil. Bu, onların musiqiyə olan marağının tamamilə itməsinə səbəb ola bilər.

- Sizə hərəkət verən nədir?

- İnanın, mənim bir hədəfim var: Azərbaycanın musiqi mədəniyyəti palitrasının bütün üstünlüklərini və rəngarəngliyini göstərmək. Öz təcrübəmə əsasən deyə bilərəm ki, onu sonsuza qədər öyrənmək, yeni, maraqlı və indiyədək bilinməyən nələrisə tapmaq olar.

- Siz çox dirijorlarla işləmisiniz. Kimlə işləmək sizin üçün asan olub?

- Bəli, doğrudur, Azərbaycanın, demək olar ki, bütün dirijorları ilə işləmək imkanım olub. Mənim üçün ən önəmli dirijorlardan biri Rauf Abdullayev olub və olacaq. Onunla ilk birgə çıxışlarımda stress üzündən çıxışa başlaya bilmədiyim anlarda o, mənə önəmli dəstəklər verdi. Onda mən Bülbül adına Beynəlxalq Vokal Müsabiqəsinin ən gənc iştirakçısı idim. O, həmişə ən çətin anlarda xilas etməyi və inam yaratmağı bacarıb. Bu yaxınlardan ölkəmizin gənc və istedadlı dirijorları ilə işləməyə başlamışam: Moskva Dövlət Konservatoriyasını bitirən Orxan Haşımov və Mustafa Mehmandarov ilə. Onları öz işlərinin peşəkarları sanıram. Fuad İbrahimov, maestro Yalçın Adıgözəlov və Eyyub Quliyevlə də işləmək mənim üçün asan olub. Azərbaycanda çox güclü dirijor məktəbi var.

- Azərbaycanın opera müğənniləri haqqında layihəniz barədə danışın.

- Bir il əvvəl biz «Opera singers of Azerbaijan» adlı bir layihə həyata keçirdik, onun məqsədi incəsənət adamlarına və marağı olan hər kəsə bir vaxtlar keçmiş Sovet İttifaqı səviyyəsində səhnələri fəth etmiş müğənnilərimiz haqqında məlumat vermək idi. Bu gün onların adları az adama məlumdur. Beləliklə, bu işin sayəsində biz o cümlədən bir vaxtlar gəlib Azərbaycanda işləmiş bir çox xarici müğənnilər haqqında da məlumatlar əldə etdik. Bir sıra səbəblər üzündən layihə indi dayandırılıb, amma mənim üçün böyük şərəf idi ki, o, Azərbaycanın musiqi tarixi və görkəmli simaları ilə bağlı digər mühüm layihələrin yaradılmasına təkan verdi.

- Bu gün siz özünüz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistisiniz...

- Yanvar ayından etibarən Opera və Balet Teatrında fəaliyyətə başlamışam. Dinləməklə bağlı təklif aldım və bir sınaq tamaşasından sonra məni bu gözəl musiqi məbədinin bir parçası olmağa dəvət etdilər. Sevindiricidir ki, Azərbaycan Opera Teatrının rəhbərliyi gənc musiqiçiləri dəvət edir. Heyəti yeniləməklə yanaşı, yeni fikirlər, yeni repertuar, yeni tamaşalar ortaya çıxır ki, bu da izləyici cəlb edir. Bunun üçün teatrın direktoru, əməkdar incəsənət xadimi Akif Məlikova, həmçinin teatrın baş dirijoru, Azərbaycanın əməkdar artisti Eyyub Quliyevə böyük təşəkkür və ehtiram bildirirəm.

Hazırda kiçik partiyalar ifa edirəm, amma baş rolları oynamağa başlamağım üçün əlimdən gələni edəcəyəm. Düzdür,bu, çox çətindir, çünki rəqabət çox sərtdir. Halbuki, Opera Teatrının divarlarından kənardaartıq iki böyük opera ifa etməyə macal tapmışam. Odessa Milli Akademik Opera və Balet Teatrının solisti Eduard Martynyukla, Belarus RespublikasınınMilli Akademik Böyük Opera və Balet Teatrının solisti Vladimir Qromovla, Ukrayna Milli Operasının solisti Tatyana Qanina ilə birlikdə tamaşada iştirak etmişəm. İlk tamaşamda belə artistlərləbirlikdə səhnədə olmaq mənim üçün böyük şərəfdir. Həmçinin Azərbaycanın xalq artistləri Əli Əsgərov və Əkrəm Poladovla, əməkdar artist İnara Babayeva və başqaları ilə işləyirəm. Mənim üçün böyük qürur və uğurdur ki, bu gün mən öz müəllimim, Azərbaycanın əməkdar artisti Fəridə Mə mmədova mənim həmkarım oldu. Bundan daha yaxşı nə ola bilər ki?!

- Kimlə işləmək daha asandır – qadınlarla, yoxsa kişilərlə?

- Açığı, qadınlarla. Onlar öz təbiətlərinə görə, idarə etməyi, yönəltməyi və nəzarət etməyi sevirlər. Kişilər isə əsasən laqeyddirlər (gülür).

- Öz ilham pərinizi tapmısınız?

- Bəli, çox xoşbəxtəm. Həyatımda mənimlə birlikdə həm şəxsi, həm də yaradıcılıq yaşamımda bütün çətin və sevincli anları bölüşə biləcək bir insan var... Bunu uğur sayıram ki, o da mənim kimi musiqi ilə məşğuldur və Opera Teatrında çalışır. O, bütün bu mətbəxi çox yaxşı bildiyindən, mənim üçün peşə baxımından asan və maraqlıdır. Sevdiyim qadınla eyni cür düşünürük. Bəzən hansısa bir hadisəyə tamamilə fərqli bucaqlardan baxırıq, amma sonda özümüz də dərk etmədən eyni nəticəyə gəlirik. Bu insanın sayəsində özümə qarşı daha tələbkar olmuşam. Həmişə daha yüksəklərə çatmağa çalışıram - özümə qarşı bir növ maksimalist münasibət yaranıb. Xanımımda da eyni proses baş verir. İki nəfərin bir-birinə bu qədər müsbət təsir göstərə bilməsindən yaxşı nə ola bilər ki?! Hər gün Allaha şükür edirəm ki, həyatımda belə bir ilham pərisi var.

- Sizdən ötrü musiqi nədir?

- (düşünür) Bu, özünü ifadə etməyin, yaşantılarınız barədə danışmağın, hisslərinizi bölüşməyin bir yoludur. Hər bir melodiya, mahnı dərin bir mənaya malikdir və müəyyən bir düşüncə daşıyır. İnsan xəstələnəndə kədərli mahnılara, yaxşı olduqda – şən mahnılara qulaq asır. Beləliklə, o, öz daxili durumu üçün müəyyən bir fon yaradır. Hamımız musiqidən asılıyıq. Musiqi insan üçün yaradılıb və insan musiqi üçün yaşayır...



MƏSLƏHƏT GÖR:

269