9 May 2024

Cümə axşamı, 00:20

QURUNUN ODUNA YAŞ DA YANIR

Rusiya-Ukrayna müharibəsi müasir dünya düzəninin təməllərini sarsıtmağa davam edir

Müəllif:

15.03.2022

Rusiya-Ukrayna müharibəsi müasir dünya düzəninin təməllərini silkələməyə davam edir. Hərbi əməliyyatların gedişi və dünyada bununla əlaqəli baş verənlər göstərir ki, yaşananlara yalnız Rusiya-Ukrayna savaşı kimi yox, daha geniş prizmadan baxmaq lazımdır. Söhbət Rusiya ilə Qərb arasındakı geosiyasi qarşıdurmadan gedir. Üstəlik, indi bu o qədər geniş miqyas alıb ki, Rusiya-Qərb qarşıdurmasını artıq Üçüncü Dünya müharibəsinin başlanğıcı kimi də qiymətləndirirlər.

 

«Bliskriq» planı iflasa uğradı

Ukrayna və qərbli tərəfdaşları iddia edirlər ki, Moskva arzuladığı«bliskriq»ə nail ola bilməyib. Rusiya Silahlı Qüvvələri fevralın 24-dən bu yana Ukraynanın bir dənə də iri şəhərini ələ keçirə bilməyib. Rusiya tərəfi isəəksinə, hər şeyin plana uyğun getdiyini bildirir.

Maraqlıdır ki, uzanan hərbi əməliyyatlar fonunda belə, tərəflərin ilkin şərtlərində dəyişiklik baş vermir. Ukrayna və Rusiya nümayəndələrinin Belarusda apardığı danışıqlar bunu dəsdiqləyib. İki ölkənin xarici işlər naziri Dmitri Kuleba ilə Sergey Lavrovun Türkiyənin Antalya şəhərində apardıqları danışıqlar isə bunun növbəti təsdiqi olub. Hər halda, KİV-ə sızan xəbərlər göstərir ki, Moskvanın hərbi əməliyyatları dayandırmasıüçün irəli sürdüyüşərtlərdə dəyişiklik yoxdur. O, əvvəlkitək «denasifikasiya»dan danışır, üstəlik, Kiyevin Krımı Rusiyanın tərkib hissəsi, Donetsk və Luqanskı isə «müstəqil xalq respublikaları» kimi tanımasınıləb edir. Bütün bunlar isə Ukrayna üçün qəbuledilməzdir, çünki Kiyev bunu öz suverenliyinə vəərazi bütövlüyünə zidd sayır.

Rusiyanın şərtləri arasında Ukraynanın qəbul etməyə hazır kimi göründüyü yeganə məqam ölkənin bloklara qoşulmama öhdəliyi götürməsilə bağlıdır. İndi atəşin dayanmasına yol açacaq müəyyən razılaşma da məhz bu mövzu ətrafında ola bilər. Ola bilsin ki, Ukrayna nümayəndə heyətinin danışıqlarda irə<span style="font-size: 10.0pt; font-family: 'Arial CYR',sans-s



MƏSLƏHƏT GÖR:

130