Müəllif: Vəfa ZEYNALOVA Bakı
Əgər əvvəllər uşaqların məktəbə getməsi üçün baza bilikləri kifayət edirdisə, indi gələcək şagird daha çox hazırlıqlı olmalıdır. Bu sahədə də paradoksal vəziyyət yaranır: uşaqlara məktəbəqədər baza təhsili verən strukturlar, bağçalar, adətən, dolu olurlar və ora uşağı yerləşdirmək müəyyən çətinliklər yaradır.
Sirr deyil ki, ixtisaslaşdırılmış müəssisələrdə məktəbəqədər tərbiyə uşağın inkişafı üçün böyük əhəmiyyətə malikdir. Bu inkişafın faktorları çoxdur: uşağın erkən yaşda sosiallaşması da, özünü ictimaiyyət arasında aparması da, gələcəkdə keçinə bilməyəcəyi vacib ünsiyyət vərdişlərinə yiyələnməsi də, müstəqillik təlimi, sərbəst olaraq özünü - ehtiyaclarını idarə etmək və demək olar ki, ən vacibi sosial hə- yatın növbəti mərhələsinə - məktəbə keçməni asanlaşdıracaq lazımi əsas təhsil.
Bundan əlavə, dayə tutmağa imkanı olmayan, işləyən valideynlər üçün uşağı iş günlərində bağçaya qoymaq yeganə çıxış yoludur. Etiraf edək ki, bu uşaq bağçaları həm uşaq, həm də ana və ata üçün çox vacibdir. Amma, bununla belə, bu sahə başqalarından daha çox xoşa- gəlməz paradokslarla doludur.
Bu da yeganə hal deyil. Uşaqlarını uşaq bağçalarına qoyaraq məyus olan və eyni "Yer yoxdur" cavabını eşitməkdən usanan bir çox valideynlər nüfuzlu vasitəçilər axtarmağa başlayırlar. Bəzən bu kömək olur. Dövlət uşaq bağçalarında aylıq ödəniş 5 manat təşkil edir. Ümumilikdə elə də böyük məbləğ deyil və uşaqlarını məktəbəqədər müəssisələrə qoymağa məcbur olan əhalinin çalışan böyük əksəriyyəti üçün tamamilə münasibdir. Lakin bu kvota da tez-tez pozulur. Bəzən çox xoşagəlməz nəticələr yaranır: Bakının perferiya yaşayış rayonlarından birinin uşaq bağçasında ayda 20 manata tamamilə əlverişli şərtlər əldə etmək mümkündür: tam menyu, pedaqoqlarla məşğul olmaq da və bayramlarda hazırlanan tamaşalar da bu vəsaitə daxildir.
Bakıda 308 uşaq bağçası var ki, onlar, təxminən, 26 min uşağa hesablanıb. Lakin bağçalara 33 min uşaq gedir. Baxmayaraq ki, qrupda 20 nəfər olmalıdır, tez-tez isə 40 və daha artıq uşaq olur. Bakı Şəhər İcra Hakimiyyətinin (məhz bu dövlət qurumu 2012-ci ilin oktyabr ayından uşaq bağçalarına rəhbərlik edir) mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova "R+"a bildirdi ki, uşaq bağçalarında, həqiqətən, yer çatmır, valideynlər aylıq olaraq artıq məbləğ ödəməli olduqları faktla üzləşirlərsə, onda (012) 492-94-94 nömrəli "qaynar xətt"ə zəng vurmalıdırlar. Uşaq bağçalarının çatışmazlığı təkcə Bakıda deyil, regionlarda da müşahidə olunur. Heç də hər valideynin özəl uşaq bağçasına imkanı çatmır, uşağı isə harasa qoymaq lazımdır. Məhdud yerlərdə uşaqların iki dəfədən də çox olduğu sıxlıqla barışmalı olursan ki, bu da təkcə ümumi mühitə təsir etmir. Böyük qrupu idarə etmək də çətindir, sıxlıqda virus və bakteriyalar sürətlə yayılır, bu isə uşaqların sağlamlığına pis təsir edir. Belə çıxır ki, dövlət bağçalarına rəsmi şəkildə düzəlmək ən azı bir neçə ay əvvəlcə "növbədə" durmağı tələb edir. Həm də nəzərə almaq lazımdır ki, bağçalara növbədənkənar qəbul olunmaq hüququna malik güzəştli qruplar da var - buraya işləyən tənha valideynlər, 1-ci və 2-ci qrup əlillər, çoxuşaqlı analar, eləcə də himayədar ailələr, hərbçilərin uşaqları daxildir.
Xidmətlər spektri
Məktəbəqədər müəssisələrdə keçirilən tərbiyə işləri ayrıca məzəmmətə layiqdir. Maniyevanın dediyinə görə, başlanğıcda tərbiyəçilər çox yaxşı idi; onlar sovet dövrünün möhkəm, qoca müəllimləri idilər. Uşaqlarla vicdanla məşğul olurdular, eləcə də lazımi intizama ciddi əməl edirdilər. Düzdür, uşaq bağçalarının sırasında rus bölməsini ləğv ediblər ki, bu da bir sıra uşaqlar üçün müəyyən çətinliklər törədir. "Lakin mənim üçün bu problem olmadı. Mən hətta məmnun idim ki, məktəbdə uşağım Azərbaycan dilində danışacaq", - deyə etnik rus olan Maniyeva bildirir.
Aydındır ki, uşağı bütün günü bağçaya verərkən valideynlər əmin olmalıdırlar ki, o, yedizdiriləcək və isti yerdə qalacaq. Lakin ayrı uşaq bağçalarının vəziyyəti sadəcə olaraq acınacaqlıdır - təmirin olmaması, pis ventilyasiya sisteminə görə istər qida bloku, istərsə də sanitariya küncündən gələn bütün qoxular həmin məkanda cəmlənir, qış aylarında isitmə sistemlərinin olmaması - bütün bu faktorlar, əslində, uşaq kollektivi üçün tamamilə yolverilməzdir.
Bir sıra uşaq bağçalarında qidalanma da olduqca aşağı səviyyədədir. Xoşbəxtlikdən, bütün bağçalarda vəziyyət belə deyil, lakin valideynlərin çay və qənd üçün "atışdıqları" halların isə kökü kəsilməlidir. Bundan başqa, dövlət uşaq bağçalarının bir qismində qaçqınlar və məcburi köçkünlər yaşayırlar ki, bu da həmin müəssisələrin onsuz da balaca olan ərazisini kiçildir. Özəlləşdirilmiş uşaq bağçalarının ərazisi isə tez-tez dükan və məktəbəqədər təhsilə aidiyyəti olmayan strukturlara icarəyə verilir.
Əgər sovet dövründə anaların tez bir zamanda işə qayıtması üçün 1 yaşda olan uşağı dövlət yaslilərinə vermək mümkün olurdusa, indi bu sahədə problem var: yasliyə 1 yaşdan kiçik uşaqları qəbul etmirlər. Bundan başqa, yaslilərdə də uşaqların sayı həddindən artıq çoxdur: uşaqların mümkün sayı 2 dəfə ötür.
Özəl sektor
Aydın məsələdir ki, özəl uşaq bağçalarına tələbat böyük deyil. Burada bazar qanunları və sağlam rəqabət diktə edir. Burada sizin uşaqlarınızı sığallayacaqlar, əyləndirəcəklər, dadlı və doyumlu qida verəcəklər, bayağı oxuma-yazma-hesab haqda deməsək, rəqs etməyi, şəkil çəkməyi və ingilis dilini öyrədəcəklər. Amma buna xeyli pul lazımdır. "Özəllərdə" ödəniş 200 manatdan 1200 manata kimi dəyişir. Ortalama uşaq bağçalarının ödənişi 350-500 diapazonda dəyişir. Nəzərə alsaq ki, bir çox ailələr üçün bu əməkhaqqı deməkdir, belə bağçalara getmək "seçilmiş" udellərə qalır. Bəzi valideynlərin əsəbiləşdiyi kimi, belə bağçalarda illik ödəniş ən nüfuzlu ali təhsil müəssisələrində illik ödənişi ötür. Özəl uşaq bağçaları da fərqlənirlər. Əgər ən ucuz bağçalarda (200-300 manat) yemək də sadədirsə, oyunacaqlar da çox deyilsə, bahalılarda isə yemək də daha yaxşı və müxtəlif çeşidlidir və daha keyfiyyətli təhsil verirlər. Tədris metodikası da fərqlənir - təbii ki, dövlət müəssisələrində olmayan - bahalı uşaq bağçalarında müasir Avropa sistemindən istifadə olunur, psixologiya da var, mütəxəssislər də uşağa fərdi yanaşırlar.
Mükəmməl uşaq bağçalarından savayı bazarda müxtəlif cür tədris mərkəzləri də mövcuddur. Burada uşaqları müxtəlif kurslara getmək üçün istər bir neçə saatlığa, istərsə də bütün günü qoymaq olar. Eləcə də evdə xüsusi uşaq bağçaları praktikası var. Düzdür, təhsil strukturları və sanitar-epidemiya stansiyaları tərəfindən müvafiq nəzarət və lisenziya məsələsi sual altında qalır.
Yarınmış vəziyyətdən hansı çıxış yolu tapmaq olar? Bəli, dövlət bağçalarının böyük hissələri təmir olunur, amma təmir müddətində aydındır ki, uşağı oraya verməzlər. Ümumilikdə də uşaq bağçaları çatmışmır. Özəllər isə son dərəcə bahadır və hamının cibinə görə deyil.
Avropa ölkələrində belə bir praktika var - dövlət müəssisələrində yer çatmayanda və özəl strukturlar baha olanda dövlət uşaqların məktəbəqədər təhsil almasını təmin etmək üçün uşağın bağçada olmasına görə nəzərdə tutulan haqqın ən çox hissəsini öz üzərinə götürür. Bəlkə də, bizdə də belə praktikanı tətbiq etmək real olar?
MƏSLƏHƏT GÖR: