28 Dekabr 2024

Şənbə, 09:32

ONU ÖRNƏK BİLİRLƏR

Aktyor Həsən Məmmədov 60-cı illərin yeni Azərbaycan kinosunun parlaq siması idi

Müəllif:

03.09.2013

Qismət və ya təsadüf insan taleyini birdəfəlik dəyişə, ona əvvəllər heç arzulamadığı yeni  həyat  bəxş edə                bilər. Həsən Məmmədovla da məhz belə olub, o, gələcəyini elmi işçi kimi görürdü, amma aktyor oldu.

On il bundan öncə, 2003-cü ilin 26 avqustunda artıq gənc olmayan, amma heç yaşlı da görünməyən, 64 yaşında ölkənin ən sevimli dramatik aktyorlarından biri - Həsən Məmmədov dünyasını dəyişdi. Uşaqlıqdan Həsən Məmmədov dəqiq elmlərə asan yiyələnib. Onlara olan maraq  və qismən də atasının təsiri 1956-cı ildə onsəkkizyaşlı Həsəni Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə qəbul olunduğu Bakıya gətirdi. Yaxşı oxumasına baxmayaraq, iki ildən sonra Həsən Məmmədov universiteti tərk edir və sənədlərini Azərbaycan Teatr Universitetinin aktyorluq fakültəsinə verir.

"Bakıya gələndən sonra tez-tez tamaşalara gedərdim və özüm də sezmədən beləcə teatra bağlandım. Ona görə də univeristetdən sənədlərimi götürərək, Azərbaycan Teatr Universitetinə, özü də aktyorluq fakütəsinə verdim. İkinci cəhddən olsa da, düşündüyüm gerçəkləşdi. Bu müddətdə mən Teleradio Verilişləri üzrə Dövlət Komitəsində işləyirdim, Akademik Dram Teatrında kütləvi səhnələrdə iştirak edirdim". Ali təhsil alan Həsən  Məmmədov on il ərzində böyük və kiçik rollar ifa edərək, Azərbaycan Dramatik Teatrının səhnəsində çalışır. Lakin 1969-cu ildən o, taleyini tamamilə kinematoqrafla bağlayır.

 

Yeni kinonun siması

60-cı illərin bütün birinci yarısı sovet kinematoqrafiyasında şərtiləşdirilmiş "mülayimlik", görünməmiş mədəni yüksəlişlə xatırlanırdı. Əgər əvvəllər komediya, musiqili filmlərlə bağlı vəziyyət heç də pis deyildisə, kinematoqrafiya dramı  pafos və coşğunluq olan qalın zərvərəqə bükülmüş möhkəm agitkadan ibarət idi. Həqiqi, aktual, real həyata yaxın olan sovet kinosu yox idi.

Eyni zamanda, 50-ci illərin sonu və 60-cı illərin əvvəli - dahi fransız və italyan kinosunun yüksəlməsi, eləcə də İttifaqın Fransa və İtaliya ilə görünməmiş yaradıcı dostluq dövrü idi. 

Yeni inandırıcı dramatik aktyorla böyük tələbat aydın hiss olunurdu. Və onları teatrdan başqa hardan götürmək olardı?

Azərbaycan üçünyeniaktualkinonunbucüryenisiması HəsənMəmmədovoldu. "Köhnə" kinoməktəbininsıxıntısını çəkməyəngəncaktyorinandırıcı, çoxplanlı, həqiqətəndə birmənalı olmayanpersonajlaryaradabilərdi. Məmmədovunistedadını kinorejissorHəbib İsmayılovaktyorunkurstamaşasındaoyununugörərkənkəşfedib. O, Həsəni özünün, ümumilikdə tipik "Böyükdayaq" "istehsal" filmində kiçikrol - kolxozçuQaraşı oynamağadəvətedir. Bu, böyükfilmdə dahirololmur. Bununlabelə HəsənMəmmədovrolunasondərəcə ciddivə görünməmiş yaradıcılıqlayanaşır. Kifayətqədərməlumhadisədirki, çəkiliş zamanı gəncaktyorfilmdə baş roluoynayankifayətqədərgüclü aktyor Ələsgər Ələkbərovdanrolununsondərəcə inandırıcı olması üçünonahəqiqisilllə vurmağı xahiş edir. Ələkbərov ancaq uzun müddətli təkidlərdən sonra buna razılığını verir.

Bu, 1962-ci ildə olub. Növbəti kino rolunu Həsən Məmmədov üç il sonra oynayır. Onda rejissor Tofiq Tağızadə bu gün "Arşın mal alan"nın rimeyk müzikl adlandırılan Əsgər və Gülçöhrə roluna sınaq üçün təxminən 400 aktyor dəvət edir. Hamı nəticəyə görə üzərilərinə düşən məsuliyyəti anlayırdı. Bundan başqa, filmdə bir neçə texniki zədələr buraxan rejissor çatışmayan səhnələri təbiət görüntülərilə əvəz etmişdi. Film bir çoxlarının, eləcə də məlum olduğu kimi, Əsgəri  1945-ci ildə həmin operettada oynayan Rəşid Behbudovun xoşuna gəlməmişdi. Bu filmdə isə Əsgər Həsən Məmmədov oldu. Hərçənd film "Rəşid" versiyasını üstələməsə də, yenə də Həsən Məmməova diqqət yetirməyə imkan verdi.

Bundan sonra onun iştirakı ilə hər il bir, bəzən isə iki yeni film çıxırdı. Aktyora tələbat getdikcə daha da artdı.

 

Və şah əsərlər gəldi... 

Milli kinoda sıçrayış təkcə yeni formasiyada olan aktyorlar deyil, həm də gənc kinematoqrafların olması oldu. 60-cı illərin sonunda "Bir cənub şəhərində" filmi çıxdı. Bu, o vaxt hələ gənc olan Eldar Quliyev və Rüstəm İbrahimbəyovun rejissor və ssenari debütü oldu. Bundan başqa, filmin üzərində hələ gənc, lakin artıq təcrübəli olan operator (hələ ki ancaq operator) Rasim Ocaqov işlədi. Bu vaxta qədər o, artıq altı film çəkmişdi. Və burda tamamilə yeni şəraitdə dramatik aktyor kimi Həsən Məmmədovun istedadı bütünlüklə açıla bildi. Film aktuallığı ilə, yeniliyi ilə hamını silkələdi. Filmin bədii dəyəri həmin dövrün italyan ustadlarınkından heç də aşağı deyildi, və onların, xüsusilə də operator işinə təsiri kifayət qədər güclü hiss olunurdu.

Bundan sonra daha bir neçə iş oldu. Tarixi də, "istehsal"ı da, ciddi qəbul edilmiş şah əsərlər də. Onların sırasında, həmçinin Ocaqov və İbrahimbəyovun "İstintaq" və Ocaqovun "Təhminə" filmlərini qeyd etmək olar. Həsən Məmmədov bundan başqa, ittifaq respublikalarının bir neçə filmlərində də çəkilib.

"O, olduqca sakit, münaqişə sevməyən adam idi. Teatr və kinematoqrafiya qalmaqallarında heç vaxt iştirak etməyən və öz işinə çox aludə olan biri idi. Yaxşı ki, o, vaxtı ikən alim olmayıb. Aktyor olaraq  Azərbaycan kinosuna yeni həyat verdi və əgər o, olmasa idi, əgər  başqa peşə seçsəydi, bu filmlər də sadəcə olaraq alınmazdı", - deyə Rasim Balayev "R+"la söhbəti zamanı xatırlayıb.

Həsən Məmmədov digər Azərbaycan kinoaktyorlarına da böyük təsir göstərib. "Bir çoxları özlərini onunla tay tuturdular, amma mən özüm onunla birgə çəkilən ilk filmlərə baxandan sonra peşə seçimimdə qəti qərar verdim", - deyə Balayev etiraf edib.

 

Rasim Balayevin dediyinə görə, Həsən Məmmədovun Azərbaycan filmlərində çəkilməsinə qədər tez-tez baş rollara digər sovet respublikalarından olan aktyorlar dəvət olunardılar: "Həsən gələndə isə bu təcrübə dayandı. Çünki o, varkən başqa kimsə nəyə gərək!?".



MƏSLƏHƏT GÖR:

497