Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycan banklarının verdikləri borcun yüksək faiz dərəcələri ölkənin kredit sektorunun köhnə problemi hesab olunur. Bu məsələnin sürətli həlli Azərbaycan Mərkəzi Bankının prioritetləri sırasında daxil edilib. Son illər kredit dərəcələrinin azaldılması üçün nəzərdə tutulan bazar tendensiyası cari ildə bir sıra önəmli arqumentlərlə möhkəmləndirilib. Onların sırasında AMB-nin yenidən maliyyələşməyə dair uçot dərəcəsinin aşağı salınması haqda fevral qərarı, eləcə də Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) zəmanət verdiyi illik depozit dərəcələrinin avqust ayında olan enmələri var.
Səbəb və nəticələr
Hökumətin yaxın 10 ilə olan mühüm vəzifəsi - ölkənin ÜDM-nin qeyri-neft sektorunun həcmini iki dəfə artırmaqdır. Bu məqsədlərə çatmaq üçün Nazirlər Kabineti tərəfindən portfel investoru kimi özünü göstərən və dominantlıq edən dövlətin rolunu, özəl sektorun sənayenin kapitallaşdırılmasında fəallığın artırması ilə mərhələli əvəzlənməsini nəzərdə tutan tədbirlər kompleksi hazırlanıb.
Qeyri-neft sektorunun subyektlərinin dəstəklənməsi ilk növbədə onların aşağıfaizli və uzunmüddətli bank kreditlərinə girşinin genişləndirilməsi hesabına nəzərdə tutulur.
Bazar tələbatının dəyişməsinə görə kredit resurslarının ucuzlaşması üzrə müəyyən tədbirlər bank ictimaiyyəti tərəfindən qəbul edilib. Ölkənin böhran dövrünə qədər "qızdırılmış" iqtisadiyyatının artıq pul vəsaitlərinin yatırılmasına ehtiyacı vardı, habelə ÜDM-nin yüksək artım tempi və iqtisadiyyata cəlb olunmuş vəsaitlərin sürətlənmiş dövriyyəsi müəssisələrə yüksək faizlərlə pul götürməyə və bununla bağlı olan riskləri asanlıqla udmağa imkan verirdi. Lakin 2009-2010-cu illərdə müşahidə olunan iqtisadiyyatın real sektorunun "bahalı pullara" tələbatının nəzərə çarpacaq dərəcədə azalması, yerli bankları borcların müxtəlif növlərinin dərəcələrinin mərhələli şəkildə azaltmasına məcbur etdi.
Bu prosesləri Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı statistika da açıq şəkildə göstərir. Belə ki, cari ilin sentyabr ayının əvvəlinə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 14,26% təşkil edib ki, ötən ilin eyni dövründə bu göstərici 15,4% olub. Hazırkı səviyyəni 3-4 illik rəqəmlərlə - kreditlər üzrə orta faiz dərəcəsi 18-20% həddində saxlanıldığı vaxtla müqayisə etdikdə, borc resurslarının ucuzlaşmasının pozitiv tendensiyası daha aydın görünür.
"Faiz dərəcələrinin ölçüsünə təsir edən bütün faktorları nəzərə almaq lazımdır, belə ki, bu məsələ metodoloji yanaşma tələb edir.
Məlum olduğu kimi kreditlərin əsasını işgüzar və istehlak kreditləri təşkil edir. Faiz dərəcələri bu və digər kreditlərə görə Qazaxıstan, Rusiya və digər qonşu dövlətlərdəki faiz dərəcəsindən yüksək deyil", - deyə bu yaxınlarda AMB-nin sədr müavini Alim Quliyev qeyd edib. Onun fikrincə, son illər bank resursları ancaq ucuzlaşır və Azərbaycan banklarının kreditlər üzrə orta faiz dərəcəsi göstəriciləri region ölkələrində analoji parametrlərlə tamamilə bərabərdir.
Problemli istehlakçılar
Eyni zamanda istehlak borcları üzrə dərəcələrin səviyyəsi hələ də yüksəkdir, məsələn, avtokreditləşmə üzrə orta hesabla 20%-ə çatır. Bu problemin mühümlüyü son dərəcə yüksəkdir, əgər nəzərə alsaq ki, istehal kreditləşməsinin payına bu gün yerli bankların kredit portfelinin təxminən yarsı düşür. Ona görə də kredit dərəcələrinin aşağı düşməsinə dair üstünlük təşkil edən trend hələ də aktuallığını qoruyub saxlayır, Mərkəzi Bankda bu istiqamətdə tədbirlər kompleksi hazırlayan eskpertlər belə hesab edirlər: o cümlədən yenidən maliyyələşmənin uçot dərəcəsinin azaldılması, sığorta əmanətləri üzrə dərəcələr, eləcə də kommersiya bankları ilə əməkdaşlıq zamanı inzibati tədbirlər.
Nisbi yüksək kredit dərəcələrinin qorunmasının səbəbləri, xüsusən də istehlak seqmentində ölkənin maliyyə bazarında bankların fəaliyyətində bəzi çətinliklərlə izah edilir. Banklar çox aşağı faiz marjası ilə pula çevrilə bilən səhmlərlə, eləcə də vaxtı keçmiş və problemli olması ilə əlaqədar heç bir faiz gətirməyən səhmlərlə yükləniblər.
Azərbaycan banklarının kreditləşmə standartları kifayət qədər yumşaqdır ki, bu da heç də hər zaman səhmlərin yüksək olmayan keyfiyyəti, kredit portfellərinin yüksək konsentrasiyası, borc alanların çox zəif ödəmə mədəniyyətləri, məhkəmə sisteminin effektsizliyi, xüsusi ilə girov qoyulmuş mülkiyyətin alınması hissəsindən xəbər verir. Bütün bunlar ümumilikdə pərakəndə kredit seqmentində risklərin yüksək dərəcəsini formalaşdırır və banklar yüksək faiz dərəcəsini qoruyaraq, mümkün risklərdən mühafizə olunmağa çalışırlar.
"Bu gün son dərəcə aydındır ki, böhrandan sonrakı dövrdə bankların bu qədər fəal inkişaf etdirdikləri istehlak kreditlərinin boş sahəsi doyma dərəcəsinə yaxındır. Bununla əlaqədar olaraq, istehlak kreditlərinin bu seqmentdə bank əməliyyatlarının gəlirlərinin azalması formasındakı nəticələrlə faiz dərəcələrinin azalması qaçılmazdır. Bu fakt artıq yaxın gələcəkdə bankları maliyyə xidmətlərinin ümumi bazarında aksentləri dəyişməyə təhrik edəcək", - deyə Bakı Banklararası Valyuta Birjası nın (BBVB) rəhbəri Fərhad Əmirəbyov bildirib.
Marja azalır
Kredit dərəcələrinin azalması birmənalı olaraq həm əhalinin depozit və əmanətləri üzrə faiz dərəcələrinin aşağı düşməsinə, həm də bank sektorunun bu baza parametrləri arasında marjanın mərhələli şəkildə azalmasına yardım edəcək. Məsələn, hələ 4 il əvvəl illik depozitlər üzrə bankların orta faiz dərəcələri 16% səviyyəsində qalırdı, cari ilin sentyabr ayı üçün isə 9,45%-ə düşdü. Nəticədə əhalindən cəlb olunan vəsaitlərlə verilən borclar arasında orta illik faiz dərəcələrinin proporsiyası ciddi şəkildə azalıb.
Üç-dörd il bundan əvvəl marja birinin ikiyə, bəzən isə ikinin yarısına bərabər idi, bugünsə orta kredit və depozit dərəcəsi arasında uçurum 50%-dan az səviyyəyə qədər azalıb. Bütün sadalananlar bir çox hallarda bank aktivlərinin daha aşağı faiz dərəcəsində likvidliyini təmin edən kreditləşmənin strukturunun dəyişikliyi ilə izah edilir.
Bu tendensiya cari ilin avqust ayından Azərbaycan Əmanətlərin Sığorta Fondu tərəfindən depozitlər üzrə zəmanət verilmiş illik dərəcəsi 12%-dan 10%-a endirilib. Bu qərar yerli bankları depozitlər üzrə dərəcələrin gələcək endirimlər edilməsi üçün stimullaşdıracaq. Nəticədə istehlak kreditləşməsi seqmentində marjanın azalması üçün də imkanlar açılacaq.
Bu gün kredit sektorunun fəallığının əhəmiyyətli dərəcədə artması və bankların likvidliliyinin yüksək səviyyədə olduğu şəraitdə borc vəsaitlərinin daha da ucuzlaşdırmaq üçün əlavə səyləri artırmaq lazımdır. AMB-nin yenidən maliyyələşdirmə dərəcəsinin 5%-dan 4,75%-dək azaldılması ilə bağlı fevralın 11-də qüvvəyə minən qərarı da məhz bu səbəblərlə bağlı idi. Əlbəttə, nəzərə almaq lazımdır ki, Azərbaycanda yenidən maliyyəşdirilmə dərəcəsinin dəyişdirilməsi daha çox indikativ rol oynayır. Onun təshih edilməsi bilavasitə maliyyə bazarlarına və biznesə təsir edir, ona görə də, dərəcənin azaldılması ilk öncə tendensiya, AMB-nin maliyyə bazarlarının subyektlərinə bir növ ismarış kimi maraqlıdır. Bununla da, Mərkəzi Bank kredit təşkilatlarını azad vəsaitlərini valyuta bazarına və qısamüddətli dövlət istiqrazları bazarına deyil, iqtisadiyyatın real sektoruna yönəltməyə çağırır. Nəhayət, uçot dərəcəsinin azaldılması dolayısı ilə də olsa, qiymətli kağızlar bazarına və qeyri-neft ixracatına müsbət təsir göstərə bilər. AMB-nin bu tədbiri xüsusi ilə təkliflərin həcmini və bununla da qiymətli kağızların bazar qiymətini qaldırmaqla onlara olan tələbatın müəyyən dərəcədə artmasına yönəlib. Eyni zamanda gözlənilirdi ki, uçot dərəcəsinin azaldılması və bunun səbəbi kimi borc vəsaitlərin ucuzlaşması ixraca meylli sənayenin inkişafını da stimullaşdırmalıdır.
"Ucuz" pullar siyasətini daha çox "inflyasiyanın kreditləşməsi siyasəti" adlandırırlar və əlbəttə ki, balans pozularkən iqtisadiyyatın onlarla doldurulması qiymət artımına səbəb ola bilər. Lakin Azərbaycana münasib olaraq bu cür ssenarinin inkişafı ağlabatan deyil. Ilk öncə AMB-nin son dərəcə diqqətli makroiqtisadi siyasətinə görə: 2013-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən inflyasiyanın səviyyəsi cəmi 2,3% təşkil edib. Yuxarıda qeyd edilənlərdən çıxış edərək əmin olmaq olar ki, uçot dərəcəsinin aşağı səviyyəsinin qorunması və borc resurslarının ucuzlaşması Mərkəzi Bankın siyasətinin uzunmüddətli trendi olacaq.
Kredit resurslarının ucuzlaşmasına yönəlmiş mexanizmlərdən danışarkən, AMB-nın son ildə bank sisteminin yenidən kapitallaşması üzrə tədbirlərini xatırlatmamaq olmaz. Bu tədbirlər artıq 1 yanvar 2014-cü ilə qədər bank ictimaiyyətinin ciddi şəkildə yerbəyer olunmasına gətirib çıxara bilər. Ölkədə iri sərbəst resurslara malik olan, təxminən, 5-7 böyük bank formalaşa bilər. Səhmlərin yenidən maliyyələşməsi məqsədilə bu cür banklar qrupu, bazarın bu seqmentinin, o cümlədən digər bankların kreditlərinin yenidən maliyyələşməsi hesabına "öz üzərinə götürərək", istehlak kreditləri (5-10% dərəcəsində) üzrə dərəcələri aşağı sala bilər.
Bir sözlə, bu gün ölkənin bank sektorunda vəziyyətin bir və ya iki il sonra necə olacağını təsəvvür etmək kifayət qədər çətindir, lakin bir mənalı olaraq aydındır ki, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da istisnasız olaraq kredit strukturlarını idarə etmənin effektliyini artırmaq və əməliyyat xərclərini azaltmağa məcbur edərək, faiz dərəcələrinin səviyyəsi və onların depozitlər arasıdakı uçurumu tədricən daralacaq.
MƏSLƏHƏT GÖR: